7 593
Подписчики
-1024 часа
-347 дней
-16530 дней
Архив постов
7 590
🇦🇿🇩🇪🇦🇲 Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni üzrə yekun razılığa gəlməyə yaxındırlar və noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransından sonra danışıqları davam etdirəcəklər. İlham Əliyev bunu Almaniya kansleri Olaf Şolzla telefon danışığında bildirib.
t.me/xeberlerlive
09 нояб. 2024, 23:45
7 590
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🇦🇿 #Tarixdəbugün : Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
Bu gün Ermenistanın ikinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalamasından üç il ötür. Belə ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti ilham Əliyev, Ermenistanin Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermenistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Nikol Pasinyan üçtərəfli bəyanatda gizlincə imza atıb. Bəyanata əsasən, Ağdam, Kəlbəcər ve Laçın rayonları sülh yolu ilə Azerbaycana qaytarılır. Bununla da Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi meydanda da tam qələbə qazanıb.
t.me/MutluTurkum
09 нояб. 2024, 15:06
7 590
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
+1
🤔 Sizcə, haranın bayraqıdı ?
t.me/MutluTurkum
09 нояб. 2024, 03:21
7 590
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
+1
🤔 Sizcə, haranın bayraqıdı ?
09 нояб. 2024, 03:20
09 нояб. 2024, ~03:20
7 590
COP29-la əlaqədar 15 marşrutun fəaliyyəti dayandırılır
1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E
t.me/xeberlerlive
09 нояб. 2024, 01:56
7 590
🇦🇿 Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayraq ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb.
t.me/xeberlerlive
08 нояб. 2024, 06:23
7 590
Prezidentin Fərmanı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb.
Aşağıdakı qurumlar holdinqin idarəetməsinə verilib:
● AZAL
● ADY
● ASCO
● Bakı Metropoliteni
● Bakı Limanı
● BakuBus
● Bakı Gəmiqayırma Zavodu
● Azərkosmos
● Aztelecom
● AzIntelecom
● Azərpoçt
● Bakı Taksi Xidməti
● Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi
t.me/xeberlerlive
07 нояб. 2024, 11:41
7 590
⚡ Prezident İlham Əliyev Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsinin verilməsi ilə bağlı sərəncam verib.
t.me/xeberlerlive
07 нояб. 2024, 08:45
7 590
🇦🇲🇦🇿 Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan:
— "Hazırda sülh müqaviləsinin bütün müddəaları üzrə yekun razılaşma yoxdur. Hələ də həllini tapmayan məsələlər var və tərəflər arasında danışıqlar davam edir."
– "Hazırda nazirlər və ya ölkələrin liderləri səviyyəsində hər hansı görüşlə bağlı razılıq yoxdur. Erməni tərəfi sazişin mətni üzrə razılaşmanın mümkün qədər tez başa çatdırılması üçün görüşlərin intensivləşdirilməsində maraqlıdır."
- "Ümid edirik ki, Türkiyə ilə sonda təkcə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə deyil, həm də iki ölkə arasında münasibətlərin tam normallaşmasına, o cümlədən diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına nail olmaq mümkün olacaq."
t.me/xeberlerlive
07 нояб. 2024, 05:38
7 590
"Baboş" kimi tanınan tiktokerin evinə gedən və ona xüsusi rəğbət bəsləyən TikTok-da Quseynoff_009 kimi tanınan iş adamı Emin Hüseynovun sahibi olduğu "Quseynoff Vodka" firmasında yoxlamalar başlayıb.
məlumata görə, baxış zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal edildiyi məlum olub.
“Quseynoff” MMC-nin direktoru izahatında viskini özü hazırladığını və mənşəyi, keyfiyyəti, təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığını bildirib. Məhsulun etiketində heç bir əsas olmadan guya Şotlandiyada istehsal edilən viskilərin texnologiyasına uyğun olaraq istehsal edildiyi və palıd çəlləklərdə 12 il saxlandığı qeyd edilib.
Müəssisədə sifariş əsasında satışı həyata keçirilən “Quseynoff” əmtəə nişanlı viski məhsulundan və “Demonn” MMC-yə məxsus 19.09.2024-cü il istehsal tarixli “Organic River”, 31.08.2024-cü il istehsal tarixli “Time Vodka” əmtəə nişanlı araq məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Laborator müayinələr nəticəsində “Quseynoff” əmtəə nişanlı viski məhsulunda sivuş yağlarının və mürəkkəb efirlərin kütlə qatılığı üzrə uyğunsuzluq aşkarlanıb. “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarında isə tündlülük göstəricisi üzrə etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarının satışı dayandırılıb, “Quseynoff” əmtəə nişanlı viski məhsulunun satışı qadağan edilib və dövriyyədən çıxarılaraq müvafiq tədbirlər görülüb. İş üzrə toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanına göndərilib.
t.me/xeberlerlive
07 нояб. 2024, 05:02
7 590
Noyabrın 8, 9 və 10-da bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
t.me/xeberlerlive
07 нояб. 2024, 03:53
7 590
SON DƏQİQƏ ❗️Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Yolçu oğlu Hüseynov özünü öldürüb.
t.me/xeberlerlive
06 нояб. 2024, 11:20
7 590
🇦🇿 Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edilib
Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilib.
Bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Bişkek sammitinin yekunlarına əsasən, təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
Qeyd edək ki, təşkilata üzv ölkələrin liderləri sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsini təsdiqləyiblər.
t.me/xeberlerlive
06 нояб. 2024, 10:58
7 590
🇦🇿 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
“Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”, - dövlət başçımız vurğulayıb.
t.me/xeberlerlive
06 нояб. 2024, 03:55
7 590
🇦🇿 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
“Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”, - dövlət başçımız vurğulayıb.
t.me/xeberlerlive
06 нояб. 2024, 03:38
06 нояб. 2024, ~03:38
7 590
Repost from Miriyev TV
❗"Bu qədər. Biz hər yerdə qalib gəldik, ABŞ Senatı və Nümayəndələr Palatasıda bizimlədir".
t.me/miriyevtv l Trump
06 нояб. 2024, 03:37
7 590
FBI:
“Rusiya seçki mərkəzlərinə zəng edib, saxta bomba xəbərdarlığı edir və seçkiyə müdaxilə edir”.
t.me/xeberlerlive
05 нояб. 2024, 14:39
7 590
🇺🇸 Seçki günü Tramp Kalşiyə mərc əmsallarında Kamala Harrisə liderlik edir.
▫️Tramp: 59%
▫️Harris: 41%
t.me/xeberlerlive
05 нояб. 2024, 11:16
7 590
❗️Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan MR, Ağcabədi, Astara, Ağsu, Beyləqan, Biləsuvar, Qəbələ, Cəlilabad, Cəbrayıl, İmişli, İsmayıllı, Qazax, Göygöl, Ağdərə, Xankəndi, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Lerik, Şirvan, Sabirabad, Saatlı, Salyan, Siyəzən, Füzuli, Xocavənd, Xızı, Quba, Qusar, Şabran, Şamaxı, Masallı, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Küləkli hava şəraiti 6 noyabr səhər saatlarınadək davam edəcək.
t.me/xeberlerlive
05 нояб. 2024, 02:23
