XƏBƏRLƏR l LİVE
Открыть в Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Больше8 799
Подписчики
-524 часа
-457 дней
-21730 день
Архив постов
8 796
🇦🇿🇦🇲Paşinyan Ermənistan və Azərbaycan tərəfindən Tavuşda delimitasiya haqqında protokol-təsvirin imzalanmasını böyük uğur adlandırıb.
▫️"Bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı oldu", - Ermənistanın baş naziri bildirib.
▫️O əlavə edib ki, müstəqillik tarixində ilk dəfə Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq.
t.me/xeberlerlive
8 796
Repost from Miriyev TV
❗Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Sənan Kərəm oğlunun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
t.me/miriyevtv
8 796
🇦🇿🇦🇲 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.
Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.
t.me/xeberlerlive
8 796
🇸🇰 Slovakiya Baş nazirinə sui-qəsd olub.
Onun vəziyyəti ağırdır. O, döş qəfəsindən ən azı 3 güllə yarası alıb.
t.me/xeberlerlive
8 796
🇷🇺 Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin:
“Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qərarı ilə 2021-ci ildə yaradılmış üçtərəfli işçi qrupun tamhüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edir.
Onun sözlərinə görə, Qərbin təzyiqi ilə İrəvan Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması işi üzrə üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib.”
t.me/xeberlerlive
8 796
Repost from N/a
☀️💥 Günəşdə son yeddi ilin ən güclü partlayışı baş verdi
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçev məlumat verib.
Müşahidə məlumatlarına görə, yeni partlayış Yerdə maqnit qasırğasına səbəb ola bilər.
Mənbə: RİA Novosti
t.me/vefadarmuallim
8 796
❗️Gürcüstan hökuməti Tbilisiyə gələn Almaniya, Polşa, Çexiya, Latviya, Litva və Estoniya nümayəndə heyətləri ilə danışmaqdan imtina edib.
Bunu Bundestaqın Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Rot deyib.
t.me/xeberlerlive
8 796
🇦🇿🇦🇲Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayın 16-da Cenevrədə görüşəcəklər.
t.me/xeberlerlive
8 796
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinə:
"ATƏT Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.
ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır".
t.me/xeberlerlive
8 796
🇦🇿 İlham Əliyev:
“Hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir.
ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır.”
t.me/xeberlerlive
8 796
⚡️Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlanır.
t.me/xeberlerlive
8 796
Repost from Miriyev TV
DƏHŞƏT ❗ Xəstəxanada 17 yaşlı qız müəmmalı şəkildə ölüb
"Heç olmasa başqalarının uşaqları belə ölməsin..."
t.me/miriyevtv
8 796
⚡Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub.
Zəlzələ Biləsuvar, Cəlilabad və ətraf rayonlarda hiss olunub.
t.me/xeberlerlive
8 796
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
Tarixdə bu gün
🇹🇷 1916-cı ilin may ayının 11-də Ermənilər tərəfindən Malazgirddə 20 min nəfərə yaxın dinc əhali qətlə yetirilmişdir.
t.me/MutluTurkum
8 796
🇹🇷🗣️ " Orta Dəhliz həm İrandan həm də Azərbaycandan keçir. Bu gün Orta Asiya ilə quru əlaqəsində İran yolunu istifadə edirik. Lakin alternativlərə hər zaman ehtiyac var. Nəzərə alsaq ki, İranın Qərblə olan münasibətlərinə görə bu marşrutun genişlənməsinə heç kim dəstək olmayacaq. Deməli Türkiyənin "ata yurd" Orta Asiya ilə əlaqəsində Azərbaycan əvəzedilməz və çox vacib bir halqadır. Bunu heç kim gözardı edə bilməz.
- CHP sədri Özgür Özel
t.me/xeberlerlive
8 796
🇦🇿Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir
Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.
t.me/xeberlerlive
8 796
Mayın sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
"Ümumilikdə azad olunmuş ərazilərdə, xüsusilə Ağdam, Cəbrayıl, Laçın və Şuşa olmaqla 4 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərəcək".
t.me/xeberlerlive
8 796
🇸🇰🇦🇿 Slovakiyanın müdafiə naziri Robert Kalinák:
➖"Bizim Azərbaycanla əməkdaşlıqda silah sənayemizi inkişaf etdirmək imkanımız var."
➖"Bu, həm də birbaşa maddi sifariş müqaviləsidir və Slovakiyanın iqtisadi inkişafı üçün əla fürsətdir."
➖"Konkret sifarişlərdən danışmaq hələ tezdir, lakin əməkdaşlıq sahələrini müəyyən etmək mümkündür."
➖"Biz Azərbaycanı ağır sənayesi olan ölkələrdən birinə çevirməkdə, texnoloji baza yaratmaqda maraqlıyıq."
➖"Bizim bu sahədə çoxillik təcrübəmiz var və Azərbaycanda onun qurulmasına kömək etmək şansımız var."
t.me/xeberlerlive
8 796
Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insana məxsus sümük fraqmentləri aşkar edilib.
t.me/xeberlerlive
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
