ru
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Открыть в Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

Больше
8 786
Подписчики
-624 часа
-437 дней
-21430 день
Архив постов
🇦🇿 MN: Ermənistan Azərbaycan ilə şərti sərhəddə qoşunlarını cəmləşdirməyə və hücum xarakterli dayaq məntəqələrini qurmağa davam edir. t.me/xeberlerlive

🇷🇺🇦🇲 Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin: ➖"Mən düşünürəm ki, Ermənistan Rusiya ilə qarşıdurma kontekstində ABŞ və Qərbin, sözün geniş mənasında, geosiyasi qumar obyektinə çevrilir." t.me/xeberlerlive

Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. ❕ Aydın Kərimov Şuşa rayonunda Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. t.me/xeberlerlive

🕋10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Aprelin 10, 11, 12, 13 və 14-ü iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib. t.me/xeberlerlive

⚡ Rəsulzadənin sözləri niyə silindi? Yasamal RİH: “Yazılar təmirlə əlaqədar olaraq götürülüb və işlər yekunlaşandan sonra bərpa ediləcək”. t.me/xeberlerlive

⚡️Ermənistan KİV: Paşinyan Azərbaycanın kəndləri tələb etməsi fonunda istefa vermək qərarına gəlib və 10 sentyabrda Ermənista
⚡️Ermənistan KİV: Paşinyan Azərbaycanın kəndləri tələb etməsi fonunda istefa vermək qərarına gəlib və 10 sentyabrda Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər. t.me/xeberlerlive

🇦🇿 Daxili İşlər Nazirliyi: ➖"Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb." ➖"Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub. Onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. " ➖"Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq." t.me/xeberlerlive

🇦🇿 20 Yanvar metrostansiyasının yaxınlığındakı binadan "Bir kərə yüksələn bayraq bir daha enməz" sözləri və bayraq götürülü
🇦🇿 20 Yanvar metrostansiyasının yaxınlığındakı binadan "Bir kərə yüksələn bayraq bir daha enməz" sözləri və bayraq götürülüb. Rəsmi açıqlama verilməyib. t.me/MutluTurkum

🔺Səs vermə bitib.

❗Ermənistanda heç vaxt Qızılqaclı, Bayramlı, Aşağı Əskipara, Bağanıs Ayrum adında kənd olmayıb. Bağanıs-Ayrımı Tavuş vilayətindəki Bağanis kəndi ilə qarışdırmaq olmaz, çünki Tavuş vilayətində Bağanis kəndi var, o, Ermənistan ərazisidir. Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən, o cümlədən Azərbaycanın qeyd etdiyi kəndlərdən kənarda heç bir iddiası yoxdur. Qızılqaclı kəndi 100 faiz Azərbaycanın nəzarətindədir. Bu gün də belədir, dünən də belə olub, 15 il əvvəl də - Ermənistan Baş naziri Nikol Paşinyan t.me/xeberlerlive

📣İrandan Azərbaycana narkotik gətirən şəxslər sərhədçilərin qanuni "Dayan" əmrinə tabe olmayıblar. Nəticədə DSX qulluqçuları
📣İrandan Azərbaycana narkotik gətirən şəxslər sərhədçilərin qanuni "Dayan" əmrinə tabe olmayıblar. Nəticədə DSX qulluqçuları tərəfindən silah tətbiq olunub. Sərhəd pozucularından biri yaralanıb, o Füzuli RMX-a yerləşdirilib. Üzərindən 10 kq narkotik götürülüb. Digər isə qaçıb. Narkotikləri götürməyə gələn 2 Beyləqan sakini saxlanılıb. t.me/xeberlerlive

🇹🇷Türkiyədə Bələdiyyə seçkiləri başlayıb. Bakı saatı ilə saat 18:00’a kimi səs vermə davam edəcək. t.me/xeberlerlive

❗️31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 📌1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.O cümlədən bu soyqrımında tarixi abidələrimiz, məscidlərimiz də də ziyan görmüşdür.(Təzəpir məscidi,İsmailiyə binası,"Kaspi"qəzetinin redaksiyası və s 📌31 mart soyqırımı o cümlədən,Azərbaycanın Güneyində də olmuş,Xoy,Salmas da Azərbaycan türkləri erməni vandallığının qurbanı olmuşdur. Güneydəki soyqırım üçün bəhanə o olmuşdu ki,URMU əhalisi tərki-silah olunsun.Qəhrəman şəhərimiz bunu qəbul etmədiyi üçün 1918-ci il mart ayının 31-də "Urmu bəlası"törədilmişdir. 📌 Əhməd Kəsrəvinin yazdığına görə, Cilovluq hadisələri zamanı 100 min Azərbaycan türkü qətlə yetirilib. Urmulu tarixçi Ayrumlu bu rəqəmi bir az da artırır. Son araşdırmalardan sonra Ayrumlu bu nəticəyə gəlir ki, öldürülən, soyqırıma məruz qoyulan azərbaycanlıların sayı 300 min nəfər olub. 31 mart soyqırımı qurbanlarını dərin hüznlə yad edirik!Xalqımız qan yaddaşı olan bu hadisəsəni heç zaman unutmayacaq! #31MartSoyqrımıGünü t.me/MutluTurkum

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlaması: “Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik. Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”. t.me/xeberlerlive

Repost from Miriyev TV
⚡⚡Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir. Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir. t.me/miriyevtv

Repost from Miriyev TV
+1
⚡⚡⚡Ermənistan Azərbaycanla sərhədə qoşun yığır Bu saatlarda Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydı alınıb. Bu barədə Ermənistandakı mənbələrə istinadən sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb. t.me/miriyevtv l KİV

⚡️Türk Dövlətləri Təşkilatı 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü bağlı sosial şəbəkədə paylaşım edib “31 Mart – Azərbay
⚡️Türk Dövlətləri Təşkilatı 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü bağlı sosial şəbəkədə paylaşım edib “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirmiş bütün şəhidlərin xatirəsini dərin ehtiram və rəhmətlə yad edirik”. t.me/xeberlerlive

🇦🇿🇦🇲 Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğuları aşkar edilib. Azərbaycan Ordusu tərəfindən həyata keçiri
+3
🇦🇿🇦🇲 Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğuları aşkar edilib. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir. Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib. Döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb. t.me/xeberlerlive / Müdafiə Nazirliyi

🛑Azərbaycanın bir çox iri şəhərlərində küçə ticarəti ləğv olunur. Sahibkarlar bildirir ki, onlara xəbər edilmədən piştaxtaları ləğv edilir və səbəbi haqqında da heç bir məlumat verilmir. (KİV) t.me/xeberlerlive

XƏBƏRLƏR l LİVE - Статистика и аналитика Telegram-канала @xeberlerlive