ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Открыть в Telegram

Gündəmi 1 mesajla izləyin!

Больше
7 593
Подписчики
-1024 часа
-347 дней
-16530 дней
Архив постов
🇮🇱🇦🇿İsrailin baş naziri Benyamin Netanyahu mayın 8-də Bakıya gələcək. ▶️ t.me/xeberlerlive | KİV
28 апр. 2025, 05:41

🇦🇿Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub. Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. ▶️ t.me/xeberlerlive
28 апр. 2025, 04:21

🌐İNTERPOL Makronun Mühafizə rəisi Benallanı “Qırmızı Bülleten”lə axtarışa verib. ✅ t.me/xeberlerlive
28 апр. 2025, 01:39

❗️🇦🇿🚓DSX və DİN-dən İranla sərhəddə birgə əməliyyat - 7 nəfərdən 1-i zərərsizləşdirilib, 3-ü saxlanılıb.
Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilmişdir.  Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açmışlar.  Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilmiş, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olmuşdur.  Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər – Balakən rayon sakinləri, 1998-ci il təvəllüdlü İbrahimov Rəcəb Məhəmməd oglu, 1990-ci il təvəllüdlu İsayev İsa Maqomedoviç və 1982-ci il təvəllüdlü Uzunov Kamran Kamaldin oğlu saxlanılmışlar. Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülmüşdür.  Baş vermiş hadisə ilə əlaqədar İran İslam Respublikasının sərhəd nümayəndələri ilə görüş keçirilmişdir. Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğu tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. 
➡️ t.me/xeberlerlive
27 апр. 2025, 06:17

🇦🇿 Azərbaycan XİN Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Məhəmməd İshaq ilə danışıb. 🇹🇷🇵🇰 Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb. Müzakirələr zamanı Pakistan və Hindistan arasında baş verən son hadisələr müzakirə olunub. ✅ t.me/xeberlerlive
26 апр. 2025, 11:58

❗️❗️❗️❗️Beynəlxalq Ədalət Məhkəməsi Vardanyan və digər 15 erməni əsilli şəxsin mühakiməsi ilə əlaqədar Ermənistanın bir sıra iddialarını rədd edib. ◀️ t.me/xeberlerlive
26 апр. 2025, 05:24

🇹🇷 Rəcəb Tayyib Ərdoğan mayda Azərbaycana gələcək. ✅ t.me/xeberlerlive
25 апр. 2025, 16:19

⛪️ Roma Papası Fransiskin dəfn mərasimində 130 nümayəndə heyətinin iştirakı təsdiqlənib. Onlardan təxminən 50-si dövlət başçısı, 10-u isə hakimiyyətdə olan monarxdır. ℹ️ Azərbaycanı Roma Papası Fransiskin dəfn mərasimində Milli Məclisin spikeri Sahibə Qafarova təmsil edəcək. ✅ t.me/xeberlerlive
24 апр. 2025, 13:35

⚠️Aİ-nin Ermənistandakı missiyası qondarma “erməni soyqırımı” ilə bağlı qeydləri SİLDİ Missiyanın sosial şəbəkə hesabında əvvəlcə “Bu gün, aprelin 24-də "erməni soyqırımı" qurbanlarının xatirəsini ehtiramla yad edirik” mesajı yerləşdirilib. Lakin daha sonra bu ifadə “1915-1923-cü illərin qurbanlarının xatirəsinə” ifadəsi ilə əvəz edilib. ✅ t.me/xeberlerlive
24 апр. 2025, 12:04

🇵🇰 🤺 🇮🇳Pakistanın baş naziri Şərif fövqəladə Nazirlər Kabinetinin iclasını keçirib: Hindistan Xarici İşlər Nazirliyi Pakistandakı bütün Hindistan vətəndaşlarına dərhal ölkəni tərk etməyi tövsiyə edir. Pakistan Hindistanı Hind Su Müqaviləsindən çıxmasını pisləyir və Pakistanın "su hüquqları"na edilən istənilən "pozulma" "müharibə elanı"na bərabər olacaq. Pakistan hava məkanını bütün Hindistan təyyarələri üçün bağlayıb. Pakistan üçüncü tərəflər vasitəsilə Hindistanla bütün ticarəti kəsdi. t.me/xeberlerlive
24 апр. 2025, 06:51

🇦🇿Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib. Masa üzərindəki limon, armudu stəkanda çay və Kəlb
🇦🇿Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib. Masa üzərindəki limon, armudu stəkanda çay və Kəlbəcərdə istehsal edilən "İstisu" brendinə məxsus su sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. ✅ t.me/xeberlerlive
24 апр. 2025, 04:11

♦️Paşinyan ötən gün məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib. Ermənistanın Baş naziri bu addımı qəbuledilməz məsuliyyətsizlik adlandırıb. t.me/xeberlerlive
24 апр. 2025, 02:12

🔴 Çin-Azərbaycan anlaşma memorandumu: • neft-qaz, bərpa olunan enerji, kimya, metallurgiya, mədənçıxarma, tekstil, avtomobil, tikinti materiallarının, əczaçılıq və qida məhsullarının istehsalı sahələrində əməkdaşlıq; • sənaye sahələrinin inkişafı nəticəsində iqlim dəyişikliyinə təsirlərin azaldılması, tullantıların idarəolunması (və ya emalı), sənaye sahəsinin rəqəmsallaşdırılması və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi istiqamətlərində əməkdaşlıq; • rəqəmsal iqtisadiyyatda əməkdaşlıq prioritetlərinin müəyyən olunması, yeni biznes formatları və modellərinin inkişafı, rəqəmsal iqtisadiyyatın inkişafının birgə təşviqi, texnoloji innovasiyaların dəstəklənməsi və hər iki ölkədə rəqəmsal investisiyalar üçün əlverişli ekosistemin yaradılması; • maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi; ✅ t.me/xeberlerlive
23 апр. 2025, 11:53

⚖️ Ermənistana məlumatlar ötürməkdə təqsirləndirilən Emin Qasımzadə 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Emin Qasımzadə Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyinin zərərinə olaraq Ermənistan tərəfə məlumatlar ötürüb. ➡️ t.me/xeberlerlive
23 апр. 2025, 09:58

Repost from Miriyev TV
🔴 Ümumi: Hazırda İstanbul və yaxın şəhərlərə ciddi problem yoxdur. Lakin bu zəlzələ onu göstərir ki, daha böyük "İstanbul zəlzələsi" çox yaxındır. Bunun reallaşacağı təqdirdə vəziyyət çox ciddi olacaq. t.me/miriyevtv
23 апр. 2025, 07:20

🇮🇱🇦🇿 Netanyahu Bakıya səfər edəcək. ➡️ t.me/xeberlerlive
23 апр. 2025, 06:10

🇦🇿🇨🇳Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib Pekin Beynəlxalq Hav
+5
🇦🇿🇨🇳Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşıladılar. ➡️ t.me/xeberlerlive
22 апр. 2025, 10:15

Repost from Miriyev TV
BOYUNLARINA ALDILAR ❗ “Xocalı soyqırımı müharibənin qanlı səhifələrindən biridir” t.me/miriyevtv l Arkadi Qukasyan
BOYUNLARINA ALDILAR ❗ “Xocalı soyqırımı müharibənin qanlı səhifələrindən biridir” t.me/miriyevtv l Arkadi Qukasyan
21 апр. 2025, 14:44

🗣 Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib. ➡️ t.me/xeberlerlive
21 апр. 2025, 07:15

🔤🔤🔤: Roma Papası Fransisk 88 yaşında vəfat edib. t.me/xeberlerlive
🔤🔤🔤: Roma Papası Fransisk 88 yaşında vəfat edib. t.me/xeberlerlive
21 апр. 2025, 04:35