ru
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Открыть в Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

Больше
8 762
Подписчики
-624 часа
-517 дней
-21730 день
Архив постов
⚡⚡Türkiyə, Malatyada 5,2 bal gücündə şiddətli zəlzələ olub. t.me/xeberlerlive

⚡️⚡️Güclü qar Cəlilabad şəhərinin bir hissəsi və rayonun 90 kəndini işıqsız qoyub. **t.me/xeberlerlive**

🇪🇺🇦🇿 Nümayəndə heyətləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin dayandırılmasının lehinə səs çoxluğu verən 11 ölkənin siyahısı: 🇦🇹 Avstriya 🇮🇸 İslandiya 🇱🇺 Lüksemburq 🇨🇭 İsveçrə 🇫🇮 Finlandiya 🇳🇴 Norveç 🇪🇸 İspaniya 🇵🇹 Portuqaliya 🇮🇪 İrlandiya 🇲🇨 Monako 🇸🇲 San Marino 🇪🇺🇦🇿 Bütün nümayəndə heyətinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin dayandırılmasının lehinə səs verən 3 ölkənin siyahısı: 🇦🇲 Ermənistan 🇦🇩 Andorra 🇸🇪 İsveç t.me/xeberlerlive

🇷🇸🇦🇿 Serbiya “naməlum ölkəyə” 48 Nora-B52 özüyeriyən silah göndərəcək. ▫️Serbiya mediası bu ölkənin Azərbaycan olması ehtimalının yüksək olduğunu açıqladı. t.me/xeberlerlive

🇦🇿 DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev növbəti beş il müddətə Azərbaycan Respublikası Atçılıq Federasiyasının pr
🇦🇿 DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev növbəti beş il müddətə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti seçilib. t.me/xeberlerlive

🇪🇺🇦🇿 Nümayəndə heyətləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin dayandırılmasının lehinə 0 səs verən 19 ölkənin siyahısı: 🇦🇿 Azərbaycan 🇦🇱 Albaniya 🇧🇬 Bolqarıstan 🇨🇾 Kipr 🇨🇿 Çexiya Respublikası 🇪🇪 Estoniya 🇬🇪 Gürcüstan 🇬🇷 Yunanıstan 🇭🇺 Macarıstan 🇱🇻 Latviya 🇱🇮 Lixtenşteyn 🇲🇩 Moldova 🇲🇪 Monteneqro 🇳🇱 Hollandiya 🇲🇰 Şimali Makedoniya 🇵🇱 Polşa 🇷🇸 Serbiya 🇸🇰 Slovakiya 🇺🇦 Ukrayna 🇪🇺🇦🇿 Nümayəndə heyətləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin dayandırılmasının lehinə səs çoxluğundan az səs verən 13 ölkənin siyahısı: 🇧🇦 Bosniya və Herseqovina 🇩🇰 Danimarka 🇫🇷 Fransa 🇲🇹 Malta 🇸🇮 Sloveniya 🇧🇪 Belçika 🇮🇹 İtaliya 🇱🇹 Litva 🇩🇪 Almaniya 🇭🇷 Xorvatiya 🇷🇴 Rumıniya 🇬🇧 Birləşmiş Krallıq 🇹🇷 Türkiyə t.me/xeberlerlive

📲 📱Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı.
📲 📱Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı.

Şərhsiz..😎
Şərhsiz..😎

🇮🇷🇹🇷 İran prezidenti İbrahim Rəisi: ➖"Türkiyənin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Onlar region ölkələri arasında nifaq salmaq istəyirlər." ➖"Terror təşkilatları bu gün Qərb dövlətlərinin dəstəyi ilə fəaliyyət göstərir. Bu gün ən böyük problem sionistlərin törətdiyi qətllərdir." ➖"Biz çalışmalıyıq ki, yeni, qlobal, ədalətli nizam bərqərar olsun." 🇹🇷🇮🇷 Prezident Ərdoğan: ➖"Biz əziz qardaşım cənab Rəisi ilə Fələstində, Suriyada, İraqda, Əfqanıstanda və Cənubi Qafqazda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi apardıq." t.me/xeberlerlive

⚡⚡Kanalda ENDİRİMLİ qiymətə reklam yerləşdirmək istəyənlər: 📲📲📲 Əlaqə: @aliyev_146

❗Ukraynalı əsirləri daşıyan təyyarə Rusiyanın Belqorod vilayətində qəzaya uğrayıb. ⚡⚡⚡Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu dəyişdirilmək üçün Belqorod vilayətinə İL-76 təyyarəsində aparılarılıb. Təyyarədə 6 ekipaj üzvü və əsirləri müşayiət edən 3 nəfər şəxs olub. Onların hamısı həlak olub. Araşdırma aparılır. t.me/xeberlerlive l Rusiya Müdafiə Nazirliyi

Repetitorlar qiymətləri 30% qaldırıb. Elə fənlər var ki, 150-200 manata tədris olunur. Bəzi ailələr ayda 500-1500 manat aralığı repetitorlara ödəniş edir. Nəzərə alsaq ki, 10 ay hazırlıq keçirilir bu zaman bir ailə 5000-15000 aralığı vəsait xərcləməli olur. O zaman ortalığa belə suallar çıxır: dövlət təhsil müəssisələri nə işə yarayır? Əgər pul müqabilində təhsil alınırsa, məktəblər ödənişli təhsil sisteminə keçməlidirmi? KİV t.me/xeberlerlive

🇦🇿 Cinayət Məcəlləsində yeni maddələr - İstintaqını DTX aparacaq 🔺Prezident İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib. 🔺Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib. 🇦🇿 Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 🔺Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək. 🔺Qeyd olunan cinayətlərin ibtidai istintaqının aparılması Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub. t.me/xeberlerlive

“Artıq Azərbaycanla Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi səviyyəsində birbaşa əlaqəmiz var”. Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan t.me/xeberlerlive

🇹🇷🇸🇪 TBMM İsveçin NATOya daxil olmasına razılıq verdi. t.me/xeberlerlive

ABŞ, İngiltərə, Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın hava qüvvələri tərədindən Yəməndə indiyə qədərki ən böyük hücum həyata keçirilib. t.me/xeberlerlive

⚡⚡Baş verən hadisələri chatımızda müzakirə edirik: DİQQƏT ❗️ CHATA ATILAN MESAJLARA ÇOX CİDDİ NƏZARƏT EDİLİR. Qatılın ➡️➡️ t.me/xeberlerlivechat

🔵 Rəqabət Məcəlləsi təsdiqlənib. 🔹 Prezident İlham Əliyev “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. 🔹 Məcəllə 12 fəsil 84 maddədən ibarətdir. t.me/xeberlerlive

Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib. t.me/xeberlerlive
+5
Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib. t.me/xeberlerlive

Şirvan şəhər prokurorluğunun məlumatı Zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır Yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir. Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir. t.me/xeberlerlive