ru
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Открыть в Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

Больше
8 819
Подписчики
-1024 часа
-467 дней
-22830 день
Архив постов
🇺🇸🇷🇺 Tramp Putinə zəng edib. Bu barədə "Washington Post" nəşri məlumat yayıb. Telefon danışığı zamanı Tramp və və Putin Ukraynada müharibənin mümkün dayandırılmasını müzakirə ediblər. t.me/xeberlerlive

❗️Hərbçimiz minaya düşərək xəsarət aldı Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb. Müdafiə Nazirliyindən bildirilib ki, minaya düşərək xəsarət alan hərbi qulluqçu İbrahimov Qədim Xaliq oğludur. Hərbi qulluqçu dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir. t.me/xeberlerlive

XİN: Qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür. Bu ağır gündə, dahi Mustafa Kamal Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik. t.me/xeberlerlive

🇦🇿🇩🇪🇦🇲 Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni üzrə yekun razılığa gəlməyə yaxındırlar və noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransından sonra danışıqları davam etdirəcəklər. İlham Əliyev bunu Almaniya kansleri Olaf Şolzla telefon danışığında bildirib. t.me/xeberlerlive

🇦🇿 #Tarixdəbugün : Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür Bu gün Ermenistanın ikinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalamasından üç il ötür. Belə ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti ilham Əliyev, Ermenistanin Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermenistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Nikol Pasinyan üçtərəfli bəyanatda gizlincə imza atıb. Bəyanata əsasən, Ağdam, Kəlbəcər ve Laçın rayonları sülh yolu ilə Azerbaycana qaytarılır. Bununla da Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi meydanda da tam qələbə qazanıb. t.me/MutluTurkum

🤔 Sizcə, haranın bayraqıdı ? t.me/MutluTurkum
+1
🤔 Sizcə, haranın bayraqıdı ? t.me/MutluTurkum

🤔 Sizcə, haranın bayraqıdı ?
+1
🤔 Sizcə, haranın bayraqıdı ?

COP29-la əlaqədar 15 marşrutun fəaliyyəti dayandırılır 1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E t.me/xeberlerlive

🇦🇿 Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayraq ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb. t.me/xeberlerlive

Prezidentin Fərmanı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb. Aşağıdakı qurumlar holdinqin idarəetməsinə verilib: ● AZAL ● ADY ● ASCO ● Bakı Metropoliteni ● Bakı Limanı ● BakuBus ● Bakı Gəmiqayırma Zavodu ● Azərkosmos ● Aztelecom ● AzIntelecom ● Azərpoçt ● Bakı Taksi Xidməti ● Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi t.me/xeberlerlive

⚡ Prezident İlham Əliyev Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsinin verilməsi ilə bağlı sərəncam verib. t.me/xeberlerlive

🇦🇲🇦🇿 Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan: — "Hazırda sülh müqaviləsinin bütün müddəaları üzrə yekun razılaşma yoxdur. Hələ də həllini tapmayan məsələlər var və tərəflər arasında danışıqlar davam edir." – "Hazırda nazirlər və ya ölkələrin liderləri səviyyəsində hər hansı görüşlə bağlı razılıq yoxdur. Erməni tərəfi sazişin mətni üzrə razılaşmanın mümkün qədər tez başa çatdırılması üçün görüşlərin intensivləşdirilməsində maraqlıdır." - "Ümid edirik ki, Türkiyə ilə sonda təkcə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə deyil, həm də iki ölkə arasında münasibətlərin tam normallaşmasına, o cümlədən diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına nail olmaq mümkün olacaq." t.me/xeberlerlive

"Baboş" kimi tanınan tiktokerin evinə gedən və ona xüsusi rəğbət bəsləyən TikTok-da Quseynoff_009 kimi tanınan iş adamı Emin Hüseynovun sahibi olduğu "Quseynoff Vodka" firmasında yoxlamalar başlayıb. məlumata görə, baxış zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal edildiyi məlum olub. “Quseynoff” MMC-nin direktoru izahatında viskini özü hazırladığını və mənşəyi, keyfiyyəti, təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığını bildirib. Məhsulun etiketində heç bir əsas olmadan guya Şotlandiyada istehsal edilən viskilərin texnologiyasına uyğun olaraq istehsal edildiyi və palıd çəlləklərdə 12 il saxlandığı qeyd edilib. Müəssisədə sifariş əsasında satışı həyata keçirilən “Quseynoff” əmtəə nişanlı viski məhsulundan və “Demonn” MMC-yə məxsus 19.09.2024-cü il istehsal tarixli “Organic River”, 31.08.2024-cü il istehsal tarixli “Time Vodka” əmtəə nişanlı araq məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Laborator müayinələr nəticəsində “Quseynoff” əmtəə nişanlı viski məhsulunda sivuş yağlarının və mürəkkəb efirlərin kütlə qatılığı üzrə uyğunsuzluq aşkarlanıb. “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarında isə tündlülük göstəricisi üzrə etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarının satışı dayandırılıb, “Quseynoff” əmtəə nişanlı viski məhsulunun satışı qadağan edilib və dövriyyədən çıxarılaraq müvafiq tədbirlər görülüb. İş üzrə toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanına göndərilib. t.me/xeberlerlive

İş adamının obyektində AXTARIŞ BAŞLADI.
İş adamının obyektində AXTARIŞ BAŞLADI.

Noyabrın 8, 9 və 10-da bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. t.me/xeberlerlive

SON DƏQİQƏ ❗️Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Yolçu oğlu Hüseynov özünü öldürüb. t.me/xeberlerlive

🇦🇿 Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edilib Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilib. Bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib. Bişkek sammitinin yekunlarına əsasən, təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçib. Qeyd edək ki, təşkilata üzv ölkələrin liderləri sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsini təsdiqləyiblər. t.me/xeberlerlive

🇦🇿 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”, - dövlət başçımız vurğulayıb. t.me/xeberlerlive

🇦🇿 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”, - dövlət başçımız vurğulayıb. t.me/xeberlerlive

Repost from Miriyev TV
❗"Bu qədər. Biz hər yerdə qalib gəldik, ABŞ Senatı və Nümayəndələr Palatasıda bizimlədir". t.me/miriyevtv l Trump
❗"Bu qədər. Biz hər yerdə qalib gəldik, ABŞ Senatı və Nümayəndələr Palatasıda bizimlədir". t.me/miriyevtv l Trump