⚡️DİN: Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.
O saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.
Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.
Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.t.me/xeberlerlive
DİQQƏT! ŞİDDƏT VAR❗️
KİV: Bölgələrdən birində polis əməkdaşları ilə vətəndaşlar arasında insident baş verib
Görüntülərlə bağlı DİN tərəfindən araşdırma aparılır.
t.me/xeberlerlive
🚨Bakıda 16 yaşlı qızı gecə döyüb evdən qovublar.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata əsasən, şiddətə məruz qalan 16 yaşlı qız Nərimanov rayonunda yerləşən peşə məktəbində oxuyur. Bildirilir ki, valideynləri qızı gecə saatlarında döyərək evdən qovublar. Nəticədə o, küçədə gecələyib.
Məsələ ilə əlaqədar məktəb rəhbərliyi polisə məlumat verib. Zərərçəkən polisə müraciətində sığınacağa yerləşdirilməsini istəyib.t.me/xeberlerlive
⚡⚡⚡Paytaxtdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədris tətbiq olunub.
Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.
t.me/xeberlerlive
🇦🇿 Laçının işğaldan azad edilməsindən 3 il keçir
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan hərbi müstəvidə Ermənistan üzərində həlledici qələbə qazandı.
Bu qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi.
t.me/xeberlerlive
🇦🇿🇦🇲 BELƏLİKLƏ❗️Qazaxdakı görüşün nəticəsi açıqlandı: Müəyyən razılıqlar və sövdələşmələr olub.
☑️ Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşmə olub, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəlinib.
☑️ Tərəflər, həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
t.me/xeberlerlive