XƏBƏRLƏR l LİVE
Открыть в Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Больше8 845
Подписчики
-1124 часа
-637 дней
-24530 день
Архив постов
8 845
Repost from N/a
🇨🇳🇦🇿 Çin Azərbaycan vətəndaşları üçün viza tələbini ləğv edir.
➡️ t.me/vefadarmuallim
8 845
Repost from Miriyev TV
❌🔌 Bakının bir sıra əraziləri saatlardır ki, işıqsız qalıb.
Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində səhər saat 11-dən, Sulutəpə qəsəbəsi, Laçın rayon 10 saylı məktəbi, Xocahəsəndə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının ətrafı, Abşeron rayonu, Məmmədli qəsəbəsinin ərazilərində isə gecə saatlarından bəri işıq yoxdur.
t.me/miriyevtv l KİV
8 845
Repost from Miriyev TV
⚡⚡⚡⚡ Bu gecə reklam qiymətlərini 50% ENDİRİM ETDİK
Hər növ reklamlar üçün
➡️➡️ @miriyevelaqe
8 845
Repost from N/a
⚡️⚡️⚡️ “Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb, bu gün ölkə ərazisində 15 çaydan sel keçib.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.
➡️ t.me/vefadarmuallim
8 845
🦶Paşinyan:
“Müstəqillik Bəyannaməsinin mətnini oxuyandan sonra dedim ki, bu mətn Ermənistanın müstəqil dövlət ola bilməyəcəyindən bəhs edir. Mən düşünürəm ki, Ermənistanın yeni Konstitusiyasının mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, amma buna qərar verən Ermənistan xalqıdır”.
➡️ t.me/xeberlerlive
8 845
⚡ İrəvan sərhədlərin delimitasiyasının davam etdirilməsi ilə bağlı Bakıya yazılı təkliflər təqdim edib və cavab gözləyir.
t.me/xeberlerlive | Paşinyan 🗣
8 845
🇭🇺 Macarıstan Aİ-nin Ermənistana 10 milyon avroluq hərbi yardım paketini bloklayıb.
t.me/xeberlerlive
8 845
Repost from N/a
⚡️ 🪪 2025-ci ilin "Nomad Passport Index" reytinqi açıqlanıb.
Reytinq dünyadakı 199 ölkənin pasportlarını beş əsas meyara əsaslanaraq qiymətləndirir:
Səyahət asanlığı, vergi siyasəti, qlobal qəbul, ikili vətəndaşlıq əldə etmə imkanı və şəxsi azadlıqlar.
Hər il yayımlanan bu siyahıda İrlandiya ilk dəfə liderliyə yüksəlib.
Azərbaycan isə Lesoto, Filippin və Belarusla birgə 125-ci yerdədir.
➡️ t.me/vefadarmuallim
8 845
🇦🇲 Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır.
💙 t.me/xeberlerlive
8 845
🇦🇲🇦🇿Ararat Mirzoyan bildirib ki, Ermənistan və Azərbaycan SSRİ-nin dağılmasının sərhədləri daxilində qarşılıqlı ərazi bütövlüyünün tanınması haqqında razılığa gəliblər.
✅ t.me/xeberlerlive
8 845
⚠️Bakıda tələbə qız özünü 15-ci mərtəbədən ATDI
Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
Şovqiyyə Abdullayeva küçəsi, 23 ünvanında yaşayan birinci kurs tələbəsi özünü 15 mərtəbədən atıb.
O, hadisə yerində keçinib.
Qeyd edək ki, o, həmin binada 3 qızla bərabər kirayədə qalırmış.
✅ t.me/xeberlerlive
8 845
+1
⚡️ Kəlbəcərdə baş verən faciəvi qəzada şəhid qızı olan qadın hərbçi həlak olub
Kəlbəcər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. “Nissan Pathfinder” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü – 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva hadisə yerində həyatını itirib.
Əldə edilən məlumata görə, İlahə Şahverdiyeva Azərbaycan Ordusunun "N" saylı hərbi hissəsində gizir kimi xidmət edirmiş. O, eyni zamanda şəhid qızı idi – atası Rəsul Şahverdiyev 1995-ci ildə Qarabağ döyüşlərində şəhid olub və Bakıdakı *Şəhidlər Xiyabanında* dəfn edilib.
Bundan əlavə, məlum olub ki, İlahə xanım bir il əvvəl gənc oğlunu itiribmiş. Həlak olan gizir Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin qardaşı qızıdır.
Faktla bağlı araşdırma aparılır.
t.me/xeberlerlive
8 845
🇬🇪🇦🇿 Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da ilk rəsmi səfərini Azərbaycan Respublikasına edəcək.
Bildirilib ki, səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək.
Kavelaşvilinin Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.
✅ t.me/xeberlerlive
8 845
🔴Ermənistan Azərbaycanla həm sərhəddə, həm də üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün hesab edir.
Bu barədə Türkiyənin NTV telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Hesab edirik ki, indi sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik. Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm Yerevan, həm də Bakı üçün məqbul olan istənilən üçüncü ölkə də. Bütün bunlar müzakirə mövzusuna çevrilə bilər”, - o deyib. Daha əvvəl Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində ikitərəfli münasibətlərin inkişafı kontekstində əsas məqsədin sülh sazişinin imzalanması üçün yer və gün tapmaq olduğunu bildirmişdi. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub. Eyni zamanda Azərbaycan dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan iki şərti yerinə yetirməlidir: Ermənistan Konstitusiyasındakı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırmalı, eləcə də ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturlarının buraxılmasını dəstəkləməlidir.✅ t.me/xeberlerlive
8 845
+6
♦️Ermənistan MN Azərbaycanı dünən axşam saatlarında Zəngəzur istiqamətində atəşkəsi pozmaqda ittiham edib.
🌐 t.me/xeberlerlive
8 845
⚡Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.
Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliyi təsdiqləyib.
Qanun sentyabrın 15-dən qüvvəyə minəcək.
✅ t.me/xeberlerlive
8 845
🚬 SİQARET YENƏ BAHALAŞDI
Azərbaycanda bütün növ siqaretlər üzrə qiymətlər 10 qəpik artıb.
✅ t.me/xeberlerlive
8 845
🌧️ 🌨️Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq, dağlıq ərazilərə qar yağacaq.
✅ t.me/xeberlerlive
8 845
⚡️⚡️⚡️⚡️⚡️Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub
Aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
