❗️Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək
🏥 Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı
Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kimi əlamətlərin həftələrlə davam etdiyi müşahidə olunur. Bu isə xəstəliyin niyə uzun müddət sağalmaması ilə bağlı suallar yaradır.
🏦 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək
Borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən etmək mümkündürsə, banklar kredit verərkən davranış modeli əsasında proqnozlaşdırılan gəliri nəzərə ala bilməyəcəklər.
Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı müvafiq qərar noyabrın 10-da qüvvəyə minib.
🥀Aktyor Aslan Fətullayev vəfat etdiƏməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib.Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər.
🍂 Məktəblərdə 7 gün dərs olmayacaq
📚 Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində payız tətili 16 noyabrda başlayacaq və 20 noyabradək davam edəcək.
🗓 21 və 22 noyabr şənbə və bazar günlərinə təsadüf etdiyindən şagirdlər dərslərə 23 noyabrda qayıdacaqlar.
🍁 Şagirdlərə xoş istirahətlər!
🇩🇪🌯 Almaniyanın Dortmund şəhərində türklərin “bir avroya dönər” kampaniyası xaosla nəticələnib.
🚨 Obyektin qarşısına toplaşan izdiham qısa müddət sonra nəzarətdən çıxıb və kütləvi iğtişaşa çevrilib.
❗️BDYPİ sürücülərə xəbərdarlıq edibBayram günlərində avtomobillə səfərlərin artması bölgələrdə yol-nəqliyyat hadisələrinin sayına da təsir edib.BDYPİ qəzaların əsas səbəbləri kimi sürücülərin yorğun və yuxusuz halda avtomobil idarə etməsini, yol və hava şəraitini nəzərə almamasını, eləcə də nəqliyyat vasitələrinin texniki nasazlığını göstərib.İdarə sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, səfər zamanı təhlükəsizlik tədbirlərini unutmamağa çağırıb.