cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

EconomicsAz📊

Günün iqtisadi mənzərəsini bizdən xəbər al! Xəbər, şərh və müəllif yazıları...

Больше
Рекламные посты
351
Подписчики
+124 часа
Нет данных7 дней
+230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
Ən çox şikayət edilən bankların siyahısı açıqlanıb. Bank BTB, Turan Bank və Yelo Bank siyahıda liderdir:
Показать все...
👍 1
Repost from Mashalli
Azərbaycanda qısamüddətli mənzil kirayə bazarı Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası nəzdində Turizmin inkişafı işçi qrupu tərəfindən 2023-cü ildə Azərbaycan üzrə qısamüddətli kirayələtin sayı və qiymətinə dair qısa bir araşdırma keçirilib. Araşdırma çərçivəsində əldə olunan məlumata görə Azərbaycan ərazisində hər ay orta hesabla 3000-ə yaxın kirayə mənzil turistlərə təklif edilir. Bunun əsas hissəsi Bakının (90%-i) payına düşür. İkinci və üçüncü pillələrdə çox böyük fərqlə Qəbələ (8%) və Şəki (1,5%) yerləşib. Təklif olunan mənzillərin sayına gəldikdə, tədqiqat müəllifləri qeyd edir ki, müvafiq rəqəm Tbilisidə 16 minə çatır. Göründüyü kimi fərq beş dəfədən də çoxdur. Hələ nəzərə almaq lazımdır ki, Gürcüstanda turistlər təkcə və yalnız Tbilisiyə yox, həm də Batumi, Kutaisi və s. şəhərlərə səyahət edirlər. Eyni zamanda tədqiqatçılar həm də Bakı və Tbilisi üzrə təklif olunan qiymətləri müqayisə ediblər. İkinci qrafikdə göründüyü kimi Bakıda mənzillər ortalama olaraq gecəsi 50 dollara təqdim edilir. Tbilisidə bu rəqəm 42-43 dollar təşkil edir. Maraqlıdır ki, tədqiqatçılara görə Tbilisidə qiymətlərin daha aşağı olmasına baxmayaraq, mənzil sahibləri daha çox qazanırlar. Bütün bu rəqəmlərdən sonra bəllidir ki, Azərbaycanda müvafiq sahədə vəziyyət qənaətbəxş deyil. Yəni Bakıya gələn xarici faktiki məcburi olaraq mehmanxanalardan istifadə etməli olacaq: həm mənzil azdır, həm qiymətlər yüksəkdir. Bu isə ölkədə qalma xidmətlərin bahalaşmasına gətirir və əlbəttə ki, heç cürə turistləri cəlb etmir. Bununla belə tədqiqatı keçirən işçi qrupun əsas məqsədi vəziyyəti başa düşmək yox, daha çox problemin həllini təklif etməkdir. Bu şəraitdə ağıla müxtəlif həll yolları gəlir, amma əsasən mehmanxana və turizm şirkətlərinin nümayəndələrindən ibarət olan işçi qrupu (maraqlıdır ki, bu qrupa seçkilər necə keçirilirdi?) təklif edir ki: “Turizm Reyestri vasitəsilə Qısa müddətli kirayə evlərin onlayn listinqlərdə aktiv iştirakının təbliğ olunması. Qısa müddətli kirayə evlərin Turizm Reyestrinə daxil edilməsi zamanı onlayn platrormalardan istifadə ilə bağlı tələbin qoyulması”. Yəni adətən motivasiya və stimullaşdırmaq üçün nəzarəti azaldırlar və daha rahat şərait yaradırlar. Bizdə isə islahatlara dair işçi qrupu əksinə nəzarətin daha da sərt olmasını təklif edir (reyestrə daxil etmək, tələb qoymaq və s.). O da bəllidir ki, işçi qrup üzvlərinin qısamüddətli mənzil kirayə bazarının inkişaf etdirilməsi heç də marağında deyil. Bu da bizim islahatçılar...
Показать все...
Repost from Mashalli
Azərbaycan maraqlı ölkədir Dünya üzrə Blablacar adlı bir tətbiq mövcuddur. Bu tətbiq vasitəsilə harasa gedən şəxs yolüstü kimisə götürüb, ən azı xərclərini azalda bilir. Buna görə də sadəcə tətbiqə müəyyən faiz ödəyirsən. Azərbaycana bu tətbiq gəlməyib. Amma niyə məhz Azərbaycanda heç kim belə bir şey yaratmayıb? Vaxtilə Uber, Taxify gələndən sonra hər gün yeni yerli taksi tətbiqi işə düşürdü, amma alternativ nəsə yaranmırdı. Özü də Azərbaycanda bunun üçün şərait də var. Belə ki, gündəlik olaraq biz Sumqayıt, Hövsan və s. istiqamətlərdə gedən manatlıq taksiləri müşahidə edirik. Başqa sözlə bu sahə üzrə bazar var. Amma heç kim niyəsə görə oturub buna dair effektivliyin artırılması imkanlarını yaratmayıb. Eyni zamanda hətta indiki zamanda belə bir tətbiqlər üçün geniş imkanlar var. Taksilər ilə bağlı məhdudiyyətlərini nəzərə alsaq, məntiq deyir ki, yolüstü kimisə aparmaq artıq taksiyə alternativ kimi ola bilər. Eyni Hövsana gedərkən hər dəfə dayanacağa gəlib, hansısa maşını gözləmək, qiyməti müzakirə etmək və ya digər sərnişini gözləmək bəzən uzun-uzadı məsələdir. Tətbiq olsa, sən əvvəlcədən danışırsan və artıq gözləmədən yola davam edə bilərsən. Niyə bizdə iri holdinqlər belə köhnə ideyaları istifadə etməyə çalışırlar və yeni nəsə bazara təklif etmirlər? Burada bir məsələni qeyd etmək lazımdır. Şəxsən mən nə birmanatlıq taksi, nə də ümumiyyətlə belə tipli imkanları dəstəkləmirəm. Mən daha çox ictimai nəqliyyat tərəfdarıyam. Amma ictimai nəqliyyatın faktiki öz funksiyasını yerinə yetirmədiyi şəraitdə (yəni əgər heç bir tıxac olmayan dövrdə, səhər saat 6.50-də belə avtobuslar 10-15 dəqiqə gecikirsə, deməli öz funksiyasını, mənə şəxsən bəlli olmayan səbəblərə görə, yerinə yetirmir) digər sahələr üçün geniş imkanlar açılır. Amma bu imkanlardan nəticə etibarilə Estoniyanın Bolt və Rusiyanın Yango (Uber-də ölkəmizdə Yango olaraq faktiki fəaliyyət göstərir) şirkətləri istifadə edir. Yerli təşəbbüslər yaranmır. Bu da həm rəqabətə mənfi təsir edir, həm də xarici şirkətlərə təsir imkanlarını azaldır (müvafiq olaraq superistismara gətirir).
Показать все...
ABB bu gün nominal dəyəri 86,9 milyon manat olan 322 milyon kütləvi səhm buraxılışı elan edib. Bir səhmin dəyəri 27 qəpikdir. Vətəndaşlar bankın 27 manatdan 20 min manata kimi səhmini əldə edə biləcəklər. Səhmləri Bankın filiallarından və investisiya şirkətlərindən əldə etmək olacaq.
Показать все...
Показать все...
Abbas İbrahimov: "ABB Qrup"un xalis mənfəəti bu il 380 mln. manatdan çox olacaq

2024-cü ildə ABB-nin mənfəətliliyi bir qədər də artacaq.

"PARA Bank"dan heç BOKT da olmadı. "PARA BOKT" ötən ili 18 milyon manat kapital çatışmazlığı ilə bitirib. BOKT ardıcıl 4 ildir ki, mənfi kapitalla işləyir.
Показать все...
Показать все...
S&P: Azərbaycanla Ermənistan arasında sülh sazişi COP-29 konfransına qədər imzalana bilər

Azərbaycanla Ermənistan arasında sülh sazişi 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 konfransına qədər imzalana bilər.

Ötən il "Kapital Bank"da "card to card" köçürmələrinin həcmi 15 mlrd. manata yaxınlaşıb. Bu ilin yanvar-aprel aylarında isə bankda "card to card" əməliyyatlarının həcmi 7,57 mlrd. manata yüksəlib. (APA-Economics)
Показать все...
😱 2😁 1
Показать все...
Maliyyə naziri dövlət büdcəsində sosial təminat xərclərinin azaldılmasına aydınlıq gətirib

“Dövlət büdcəsində sosial təminat xərcləri azaldılır”.

1
Фото недоступноПоказать в Telegram
Milli Məclisdə deputatlar büdcə müzakirələrini ciddiyə almır. Sahibə Qafarova irad bildirib. “Bunlar çox ciddi qanun layihələridir, ciddi də münasibət tələb olunur”. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova 2024-cü il dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliyin müzakirəsi zamanı deyib. Sahibə Qafarova deputatlara irad tutub, onları qanun layihəsinin müzakirəsində diqqətli olmağa çağırıb: “Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıb. Xahiş edirəm, bir-birinizə qulaq asın”.
Показать все...
😁 1