cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Məhbus Məktubu

Bu kanalda, Azərbaycanın zalım rejimi tərəfindən, şərlənərək həbs olunan dindarlar haqqında məlumat verilir. Adminlə əlaqə: @YemenliMucahid

Больше
Рекламные посты
2 503
Подписчики
-324 часа
-57 дней
-1930 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
Показать все...
01:23
Видео недоступноПоказать в Telegram
Narkotik ittihamı ilə şərlənib həbs edilən Şahin Verdiyevin anası
Показать все...
16.62 MB
06:50
Видео недоступноПоказать в Telegram
Bir ailənin iki inanclı üzvü qondarma narkotik ittihamı ilə şərlənərək həbs edilib. Hacıyevlər ailəsindən həbslərə etiraz.
Показать все...
41.66 MB
Qondarma İran işi ilə bağlı şərlənərək həbs edilən ruhani Hacı Əli Əliyev 7 saylı cəzaçəkmə müəssisəsində "karsa" salınıb, "Qobustan"a göndərilir Saxta ittihamla şərlənərək 15 il azadlıqdan məhrum edilən ruhani Hacı Əli Əliyev 2024-cü ilin may ayının 14-də 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb, bir neçə gün qarantində saxlanıldıqdan sonra 17 may 2024-cü il tarixdən qayda pozuntusu bəhanəsi ilə ruhani Hacı Əli Əliyev "kars"a (cərimə təcridxanasında) salınıb.  Ailəsinin verdiyi məlumata görə,  ruhani artıq 20 gündən artıqdır ki, 7 saylı Cəzaçəkmə Müəssisəində "kars"da (cərimə təcridxanasında) saxlanılır.  Ailəsinin bildirdiyinə görə, ruhani Hacı Əli Əliyev haqqında 1 il müddətində həbsxana, qapalı tipli cəzaçəkmə müəssisəsi rejiminə (sabiq Qobustan həbsxanasına)  köçürülməsi ilə bağlı qərar qəbul edilib və yaxın günlərdə o Umbakı qəsəbəsində yerləşən qapalı tipli cəzaçəkmə müəssisəsinə  köçürüləcək.
Показать все...
Фото недоступноПоказать в Telegram
Фото недоступноПоказать в Telegram
Показать все...
Фото недоступноПоказать в Telegram
Azərbaycan məhbus ölümlərinə görə Avropa Şurası ölkələri arasında birinci yerdədir Məhbusların sayı Azərbaycanda 13 faiz artıb. Malta (-22 faiz), Litva (-8,9 faiz), Estoniya (-8,8 faiz) və Yunanıstanda (-5,2 faiz) azalıb. Azadlıqdan məhrumetmə səviyyəsinin ən yüksək olduğu ölkələr bunlardır: Türkiyə (100000 sakinə 400 məhbus), Gürcüstan (256), Azərbaycan (244) və s. 2022-ci ildə Azərbaycanda həbsxanada 158 nəfər şəxs həyatını itirib. Bu statistikaya görə Azərbaycan AŞ ölkələri arasında liderdir. T.me/Mehbus_Mektubu
Показать все...
00:08
Видео недоступноПоказать в Telegram
Şərlənərək həbs edilən Əlqiyam Əlişanovun övladı
Показать все...
5.84 KB
İlham Əliyevin əfv sərəncamı kimə və nəyə  lazımdır?! Mayın 25də ölkə başçısı İlham Əliyevin imzaladığı Əfv sərancamı ilə azadlığa buraxılanların demək olar ki, hamsi konkret cinayət əməllərinə görə həbs olunmuş şəxslər idi. Bəli,Əfv sərancamı da məhz bu insanlara şamil olunmalı idi. Cinayət törədiblər, sonradan peşiman olublar, ərizələrində peşiman olduqlarını etiraf ediblər və ölkə başçısının əfvinə sığınıblar. Sonuncu imzalanan əfv sərəncamında Siyasi məhbusların adının olmaması onların ailələrini, dostlarımızı bərk narahat edib. Mən isə şəxsən bildirirəm ki, Əfv sərəncamı mənə lazım deyil. Mən jurnalist fəaliyyətimə görə şərlənərək həbs olunmuşam. Yerli və Beynəlxalq insan haqları təşkilatlari məni Siyasi məhbus kimi tanıyıb. Barəmdə  ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosu, Sərhədsiz Reportyorlar, Jurnalistlərin müdafiə komitəsi, RATİ, Aİ, AŞ və.s bəyanatlar verib və azadlığımı tələb ediblər. Ötən ilin may ayının 11də Avropa məhkəməsi mənim xeyrimə qərar verdi (sanksiya ilə bağlı şikayət). Azərbaycan hakimiyyəti də məni günahsız yerə həbs etdiyini etiraf etdi və təzminat ödədi. Bütün bunlara baxmayaraq İlham Əliyev məndən və mənim kimi günahsız məhbuslardan əfv ərizəsi, yalvarış və xahiş gözləyir. Niyə və nə üçün mən əfv ərizəsi yazmalıyam? Əfv ərizəsində nə yazım, İlham Əliyev? Törətmədiyim cinayəti və sübuta yetirə bilmədiyiniz şər-böhtanı etiraf edim? Etiraf etməsəm nə olacaq? Daha 8il də həbsdə qalacam? Mən zalımın əfvinə deyil, Allahın ədalətinə sığınıb bu yola çıxmışam. Məni şərlədiyinizi etiraf etdirsiniz, təzminat ödəyirsiniz. 5ildi hansı adla  məni həbsdə saxlayırsınız? Bu ölkənin təhlükəsizliyini təmin edən qurumun (DTX) vasitəsilə  mənə şər-böhtan atdınız. Ailəmə, vəkillərimə təzyiq etdiniz, günlərlə efirlərdə məni vətən xaini kimi xalqa, millətə sırımağa çalışdınız. Sonu nə oldu? Özünüzü də, ölkəmizi də bir daha dünyada biabır etdiniz və etməkdə də davam edirsiniz. Beləcə davam edin. Sirkə nə qədər tünd olarsa öz qabına ziyan verə bilər ancaq. Jurnalist, Siyasi məhbus Polad Aslanov 1saylı Cəzaçəkmə müəssisəsindən əfv sərəncamı ilə bağlı fikirlərini bölüşüb. T.me/Mehbus_Mektubu
Показать все...
Фото недоступноПоказать в Telegram
Polad Aslanov adlı inanclı 12.06.2019-cu il tarixində jurnalistika fəaliyyəti ilə bağlı zalım hakimiyyət tərəfindən qondarma "Vətənə xəyanət" ittihamı ilə şərlənərək həbs edilib. 2020-ci il noyabrın 16-da məhkəmənin qərarı ilə Polad Aslanov "vətənə xəyanət" işi üzrə 16 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalistin apellyasiya şikayəti təmin edilməyib və 2021-ci il fevralın 24-də Azərbaycan Ali Məhkəməsi onun cəzasını 16 ildən 13 ilə endirərək kassasiya şikayətini qismən təmin edib. Polad Aslanova azadlıq tələb edirik! #آزادی_زندانیان #الحرية_للسجناء #freedom_for_prisoners #свобода_политзаключённых #Azerbaijan #öldürməazadet #dindarlariazadet #mehbuslara_azadlıq #əliyev_rejiminə_son #məhbus_məktubu T.me/Mehbus_Mektubu
Показать все...