cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

HayClub

Ermənistan və ermənilərlə əlaqəsi olan istənilən məlumat bizim üçün maraqlıdır. Mövzu sizə də maraqlıdırsa, "HayClub" kanalını izləyin. 👉 YouTube kanalı: bit.ly/rossovusal 👉 Əlaqə üçün: @hayclub_bot

Больше
Рекламные посты
2 480
Подписчики
-124 часа
-137 дней
+2130 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
🔥 Belə görünür, yaxın vaxtlarda Ermənistan bayrağını şəkildəki bayraqların sırasında görməyəcəyik. Paşinyan artıq qəti şəkildə bildirir ki, ölkəsi KTMT-dən çıxacaq, sadəcə, dəqiq vaxt bilinmir. Digər tərəfdən, Belarusla diplomatik böhran yaşanır. Lukaşenkonun sözləri Paşinyanı əsəbiləşdirib və Minskdəki səfir geri çağrılıb. İrəvandakı aksiyalar fonunda xarici siyasətdə də maraqlı hadisələr yaşanır. Əslində, Baqrat Srbazanın da aksiyaları maraqlıdır və bəzi qeyri-adi detalları biruzə verməyə başlayıb. Bir-iki məsələ də dəqiqləşsin, Srbazanın aksiyası ilə bağlı fərqli qeydlərimiz olacaq. Yeni videonu gözləyin 🙂 ▶️ @clubhay
Показать все...
👍 27
Фото недоступноПоказать в Telegram
⚡️ Nikol Paşinyan deyib ki, sülh müqaviləsi, demək olar ki, hazırdır və bir ay ərzində onu imzalamaq olar. Yay sonuna qədər müqavilənin imzalanmasının şahidi ola bilərik. Ceyms O'Brayenin İrəvan səfəri də, böyük ehtimalla, elə sülh müqaviləsi ilə bağlı idi. Amerika bu səfərlə müqavilənin son halı ilə tanış oldu və Paşinyana yekun məsləhətlərini verdi. Müqavilənin imzalanması Paşinyanın Bakıya yolunu da asanlaşdıracaq və COP29-da biz Paşinyanı Bakıda görə biləcəyik. ▶️ @clubhay
Показать все...
👍 24 1
Фото недоступноПоказать в Telegram
🇦🇲🇺🇸 Ermənistan və Amerika arasında imzalanan "Gömrük Orqanlarının Qarşılıqlı Yardımı haqqında” Saziş əhəmiyyətli sənəddir. Bu yaxınlarda Ermənistan hökuməti rusiyalı gömrükçüləri Zvartnots hava limanından çıxardı. Ermənistan hazırda gömrük orqanlarını Rusiya təsirindən təmizləməyə çalışır. Proses nəticəsində boşalan yerləri isə Amerikadan olan mütəxəssislərlə doldurmağı hədəfləyir. ▶️ @clubhay
Показать все...
👍 10😢 2
01:33
Видео недоступноПоказать в Telegram
⚽️ Avropa Çempionatı ərəfəsində bütün futbolsevərlərin diqqəti İrəvana yönəlib. Burada Baqrat Srbazan futbol bacarıqlarını nümayiş etdirib 🥸 ▶️ @clubhay
Показать все...
666 6.mp412.38 MB
😁 18😱 1
Фото недоступноПоказать в Telegram
🔥 Bu günlərdə Ermənistanda İranın Çabahar limanı ilə bağlı müzakirələr aktivləşib. Bu liman Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas komponentlərindən hesab olunur. Çabahar limanında İran və Hindistan birlikdə işləyir. Son illər Hindistanla diplomatik əlaqələrin güclənməsi Ermənistanın da prosesə qoşulmasına imkan yaradır. ❓Bəs, Ermənistanın layihəyə qoşulması nə qədər realdır? Ermənistanın "Çabahar limanı" layihəsində yaxından iştirakı Azərbaycan üçün nə kimi təhlükələr yarada bilər? Bu və digər sualların cavabı "Patreon" səhifəmizdə paylaşdığımız yeni yazıda. 👆 Yazını oxumaq üçün klikləyin 📌 1$ ödəməklə Patreon səhifəmizə qoşulun və eksklüziv materiallara çıxış əldə edin.
Показать все...
👍 10 1
Фото недоступноПоказать в Telegram
🔥 Bu günlərdə Ermənistanda İranın Çabahar limanı ilə bağlı müzakirələr aktivləşib. Bu liman Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas komponentlərindən hesab olunur. Çabahar limanında İran və Hindistan birlikdə işləyir. Son illər Hindistanla diplomatik əlaqələrin güclənməsi Ermənistanın da prosesə qoşulmasına imkan yaradır. ❓Bəs, Ermənistanın layihəyə qoşulması nə qədər realdır? Ermənistanın "Çabahar limanı" layihəsində yaxından iştirakı Azərbaycan üçün nə kimi təhlükələr yarada bilər? Bu və digər sualların cavabı "Patreon" səhifəmizdə paylaşdığımız yeni yazıda. 📌 1$ ödəməklə Patreon səhifəmizə qoşulun və eksklüziv materiallara çıxış əldə edin.
Показать все...
🔥 "Ermənistan son ana qədər uşaq saflığı ilə inanırdı ki, Rusiya onu və erməni xalqını tək qoymayacaq. KTMT son 2-3 ildə götürdüyü öhdəlikləri yerinə yetirsin, sonra maliyyə öhdəliklərimizdən danışsın". Ermənistan parlamentinin spikeri Alen Simonyan ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin səfəri ərəfəsində Kremlə qarşı ittihamlar səsləndirib. 📌 10-12 iyuna nəzərdə tutulan səfərdə regional təhlükəsizlik məsələləri, eləcə də Azərbaycanla sülh danışıqları və demarkasiya ilə bağlı müzakirələr aparılacaq. ▶️ @clubhay
Показать все...
👍 8
🇮🇷 İran növbəti dəfə "Zəngəzur dəhlizi"nə qarşı olduğunu rəsmi şəkildə bəyan edib. Xarici işlər naziri funksiyasını icra edən Əli Baqeri Kani CNN Türkə müsahibəsində bildirib ki, Tehran Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını alqışlayır. Lakin regionda sərhədləri və demoqrafiyanı dəyişə biləcək istənilən təşəbbüsə qarşıdır. ❗️ Cənubi Qafqaz yeni tranzit layihələri ilə fərqli siyasi mənzərənin ortaya çıxma mərhələsindədir. Biz "Zəngəzur dəhlizi" və digər layihələr haqqına danışırıq, lakin İran da sakit dayanmır. Hindistanla İran bu sahədə birgə işləyirlər və Ermənistanı da prosesə cəlb etmək niyyətindədirlər. Mövzu ilə bağlı yazımızı ən qısa vaxtda tamamlayıb yayımlayacağıq. ▶️ @clubhay
Показать все...
👎 15👍 2
Показать все...
Ermənistan Xəbərləri #101: Paşinyan Azərbaycan sərhədində

Ermənistan xəbərləri #101 (2-8 iyun 2024) Giriş (0:00) Sülh danışıqları (0:39) Amerikalı siyasətçinin Ermənistan səfəri (2:14) Paşinyan Bakıya gələcək? (2:36) Keşiş ətrafında qalmaqal (2:55) Baqrat Srbazan KQB agentidir? (3:17) Hökumət-kilsə münasibətləri (3:48) Yunanıstanla hərbi əməkdaşlıq (4:41) Nazirlər Baqramyan poliqonunda (5:24) Müdafiə nazirinin bir həftəsi (5:45) Ermənistan EUROSATORY sərgisində (6:21) Müdafiə Nazirliyinin əməkdaşları Almaniyada (7:06) Avropa İttifaqı rəsmisi ilə görüş (7:38) Ermənistan-Hindistan əlaqələri (8:12) Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüş (8:39) Paşinyanın Stubbla telefon müzakirəsi (9:15) Ermənistan hökumətinin sosial demokratlarla dialoqu (9:32) Paşinyan Azərbaycanla sərhəddə (9:53) Mirzoyanın "telefon diplomatiyası" (10:13) Ermənistan malları Avropaya yolunda (10:32) Ermənistanın BMT-də uğuru (11:17) Partlayış (11:30) Yeni TUMO mərkəzi (12:12) Ermənistan millisinin oyunları (12:26) Ermənistan və Gürcüstanın Dünya Çempionatına namizədliyi (12:43) "Şərab Günləri" (13:03) 📍 Layihəmizin davam etməsi sənin maddi dəstəyindən asılıdır. Elə indi Patreon səhifəmizə qoşul, həm layihəmizə dəstək ol, həm eksklüziv materiallara çıxış əldə et:

https://www.patreon.com/rossovusal

📍 Telegram kanalımız:

https://t.me/clubhay

🤝 Əməkdaşlıq üçün: [email protected] ▶ Ermənistanın aldığı Fransa Radarları Azərbaycan Təyyarələri üçün Təhlükəlidirmi?

https://youtu.be/XN7f3sTP8Hc?si=lpXfsYORVODXf29k

🌐 Məni sosial mediada tapın:

https://www.facebook.com/rossovusal

https://www.instagram.com/rossovusal/

https://twitter.com/rossovusal

https://www.linkedin.com/in/rossovusal/

#rossovusal heştəqini axtarışa verməklə paylaşdığım videoları tapın

👍 14👎 2 1
💥 Dostlar, bu gün 21:00-da "Ermənistan xəbərləri"ni izləməyi unutmayın! Nəzərə alın ki, artıq "Telegram" kanalımızda gündəlik xəbərlər paylaşmırıq. Bundan sonra, daha çox şərhlər və ya gündəmdəki hadisələrlə bağlı qeydləri görəcəksiniz. Xəbərlər isə "Ermənistan xəbərləri" rubrikası çərçivəsində yayımladığımız həftəlik videolarda olacaq.
Показать все...
👍 14