Dövlət Proqramı
Открыть в Telegram
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Больше1 748
Подписчики
-224 часа
-57 дней
-1330 дней
Архив постов
1 747
Repost from AR Elm və Təhsil Nazirliyi
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində Bakı şəhəri 27 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Məhəmmədəli Eqanov və Bakı Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Mahmud Tutunçiyevin həlak olmalarından kədərləndiyimizi bildirir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
1 747
🇦🇿🥀 Bu gün Aktau yaxınlığında baş verən faciəli təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralılara tezliklə şəfa arzulayırıq!
1 747
🇦🇿Bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür.
Dövlət Proqramı İdarəetmə Qrupu cənab Prezidentimizi təbrik edir, ona möhkəm cansağlığı və ölkəmizin rifahı naminə fəaliyyətində uğurlar arzulayır!
Doğum gününüz mübarək, cənab Prezident!
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #24dekabr #azərbaycan #azərbaycanprezidenti
1 747
🗓 19 dekabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə “2022-2028 Dövlət Proqramı məzunları ilə şəbəkələşmə görüşü” adlı tədbir keçirilmişdir.
https://youtube.com/shorts/bCudSP2761U?si=5SseMI9P60shG8ME
1 747
🗓 19 dekabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə “2022-2028 Dövlət Proqramı məzunları ilə şəbəkələşmə görüşü” adlı tədbir keçirilmişdir.
https://youtube.com/shorts/bCudSP2761U?feature=share
1 747
+8
🗓 “2022-2028 Dövlət Proqramı məzunları ilə şəbəkələşmə görüşü” tədbiri keçirilib.
19 dekabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə “2022-2028 Dövlət Proqramı məzunları ilə şəbəkələşmə görüşü” adlı tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd 2024-cü il üzrə yeni məzunlar və işəgötürən qurumları bir araya gətirərək şəbəkələşmələrinin həyata keçirilməsi olmuşdur.
Tədbirdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, Dövlət Neft Fondunun nümayəndələri, 30-a yaxın ölkənin nüfuzlu dövlət və özəl sektorlarını təmsil edən qurumların nümayəndələri və 150-dən çox Dövlət Proqramı məzunu iştirak etmişdir.
👉🏻DAHA ƏTRAFLI
1 747
🗓19 dekabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə “2022-2028 Dövlət Proqramı məzunları ilə şəbəkələşmə görüşü” adlı tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd 2024-cü il üzrə yeni məzunlar və işəgötürən qurumları bir araya gətirərək şəbəkələşmələrinin həyata keçirilməsi olmuşdur.
Tədbirdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, Dövlət Neft Fondunun nümayəndələri, 30-a yaxın ölkənin nüfuzlu dövlət və özəl sektorlarını təmsil edən qurumların nümayəndələri və 150-dən çox Dövlət Proqramı məzunu iştirak etmişdir.
👉🏻DAHA ƏTRAFLI
1 747
🇦🇿 Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür.
Bu gün müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür.
Unudulmaz şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edirik!
1 747
🇦🇿♻️ Dövlət Proqramı təqaüdçüsü, doktorant Güllər Qədiməliyeva Bakıda keçirilən COP29 konfransında iştirak edib.
Belə ki, konfrans çərçivəsində Güllər Qədiməliyeva ölkəmizə səfər edib və 11-21 noyabr tarixlərində BMT-nin dəvətlisi olaraq bu mötəbər tədbirdə iştirak edib. Güllər Qədiməliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Resursların Səfərbərliyi və Tərəfdaşlıq Komandasında COP29-un hazırlıq mərhələsindən başlayaraq konfransda fəaliyyət göstərib.
👉🏻ƏTRAFLI
1 747
📚✍🏻 Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra edilən ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda sahə gəzintisində olublar.
👉🏻DAHA ƏTRAFLI
1 747
+6
🇦🇿♻️📚Dövlət Proqramının məzunları, eləcə də Qlazqo Universiteti Azərbaycan Məzunlar Assosasiyası birliyinin üzvləri BMT-nin "Conference of Youth-COY19" tədbirində fəal iştirak ediblər.
👉🏻DAHA ƏTRAFLI
1 747
+3
🏆🇦🇿📚 BMU-İNHA İDP tələbələrinin rəhbərlik etdiyi “Evergreen” komandası "Junction 2024" hakatonunda qalib oldu.
🔹 Azərbaycan Finlandiyada keçirilən "Junction 2024" hakatonunda ilk dəfə təmsil olundu və qalib gəldi.
🔹 Bu tarixi uğur EESTEC Baku (rəhbərləri- BMU-İNHA İDP-nin İnformasiya texnologiyaları 3-cü kurs tələbələri Əli Kərimov və Adil Qasımov)-nun təşkil etdiyi “JunctionX Baku’24” tədbirinin qalibi olan “Evergreen” komandasının zəfəri ilə əldə olundu.
🔹 8-10 noyabr tarixlərində Helsinkidə keçirilən qlobal tədbirdə “Evergreen” komandası, Fingrid Oyj tərəfindən təşkil olunan "Empowering Development Transparency" adlı çağırışda qalib gələrək 1,500 avro mükafat qazandı.
👉🏻DAHA ƏTRAFLI
1 747
+2
📚ℹ️ Noyabrın 25-də Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndə heyəti və Qazaxıstan Respublikasının “Bolaşak” Beynəlxalq Təqaüd Proqramının icraçı nümayəndələri arasında görüş keçirilib.
Görüşdə tərəflər arasında təcrübə mübadiləsi üçün yeni imkanlar və qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.
👉🏻ƏTRAFLI
1 747
✍🏻♻️📚Dövlət Proqramı təqaüdçüsü Eldar Əliyevin Bakıda keçirilən COP29 Konfransına dair məqaləsi dərc edilib.
Belə ki, "Imperial College London" ali təhsil müəssisəsində magistratura səviyyəsində təhsil alan Eldar Əliyevin Bakıda uğurla keçirilmiş COP29 konfransına dair məqaləsi universitetin rəsmi tələbə qəzetinin son nəşrində dərc edilib.
👉🏻DAHA ƏTRAFLI
1 747
✍🏻📚Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramı (BMU-İNHA İDP)-nın məzunları COP29 Beynəlxalq İqlim Dəyişikliyi Konfransında fəal şəkildə iştirak edirlər.
DAHA ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4854
1 747
🇦🇿♻️✍🏻 "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu "University of Oxford" ali təhsil müəssisəsində Dövlət idarəetməsi ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan Şəbnəm Tağıyevanın Bakıda uğurla keçirilmiş COP29 konfransına dair məqaləsi təhsil aldığı universitet tərəfindən dərc edilib.
👉🏻DAHA ƏTRAFLI
1 747
📚✍🏻 Dövlət Proqramı təqaüdçüsü Aydan Poladova Imperial College London’da tələbə cəmiyyəti üzvlərinin nümayəndəsi seçilib.
👉🏻DAHA ƏTRAFLI
