cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Gencexeber.az

Qadan alım, ay Gəncəm 😎💙 Gəncə və Gəncəlilərin bilməli olduğu bütün son xəbərlər və maraqlı məlumatlar burada. Sayt: https://gencexeber.az/ Instagram: https://www.instagram.com/gencexeber.az/ Facebook: https://www.facebook.com/Gencexeber.az

Больше
Рекламные посты
18 242
Подписчики
-2624 часа
+527 дней
+12430 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступно
Təlim Azərbaycan Texnologiya Universitetində keçiriləcək. İlk təlim 5 iyun saat 15:00-da baş tutacaq. Təlimçi qismində Nar-ın Texniki xidmət masası şöbəsinin rəisi Nurlan Oruczadə “Mobil rabitənin əsasları” mövzusu ilə çıxış edəcək. Görüş universitetin Nar (Azerfon) şirkəti ilə əməkdaşlığı çərçivəsində təşkil olunacaq.
Показать все...
👍 6
Bakı-Ağstafa marşrutları üzrə yerləşən və daha çox sərnişin qəbul edən digər stansiyalarda da ödənişsiz “WiFi” zonalarının yaradılması mərhələli şəkildə həyata keçiriləcək. Qeyd edək ki, ötən il ADY “Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması ilə bağlı xərclər” layihəsi çərçivəsində İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması məqsədilə ölkədə fəaliyyət göstərən şirkətlərdən biri ilə 4 milyon 307 min 196 manat məbləğində müqavilə imzalayıb.
Показать все...
👍 6
Фото недоступно
“Azərbaycan Dəmir Yolları” QSC Gəncə Dəmiryol Stansiyasında “Wi Fi” zonalarının yaradılması barədə ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb. Razılaşmaya əsasən, mobil operatorlar ölkədaxili marşrutlar üzrə mobil rabitənin keyfiyyətini və davamlı təminatını yoxlamaq məqsədilə Bakı-Ağstafa marşrutları üzrə monitorinqlər həyata keçirib. Monitorinqin nəticələrinə əsasən, sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək. Bundan sonra ADY qatarlarda “Wi Fi” xidmətinin əlçatan olması istiqamətində müvafiq addımlar atacaq. Bununla yanaşı, hazırda Gəncə Stansiyasında ödənişsiz “Wi Fi” zonalarının yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb.
Показать все...
👍 7🥱 3👎 1
Фото недоступно
“Kəpəz”in iki futbolçusu 21 yaşadək Azərbaycan milli komandasına dəvət alıb. Söhbət Mahir Həsənov və Rüfət Əhmədovdan gedir. Futbolçular 7 iyun tarixində səfərdə Slovakiya, 11 iyun tarixində isə Bakıda Bolqarıstan ilə qarşılaşacaqlar.
Показать все...
👍 15 3
Фото недоступно
Söhbət Elmira Teyyub qızı Kərimovadan gedir. O, 1946-cı ildə Gəncə şəhərində anadan olub. 1965-1971-ci illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda (hazırkı Gəncə Dövət Universiteti) Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə qiyabi təhsil alıb. 1964-ci ildən Universitetin Dəftərxanasında makinaçı və kargüzar kimi fəaliyyət göstərib. 1965-ci ildən Dəftərxana müdiri vəzifəsinə təyin edilib. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən universitetin 70 illik yubileyində Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi” medalı ilə təltif edilib. Əmək veteranı və YAP-nin üzvüdür. Elmira Teyyub qızı Kərimova 78 yaşında dünyasını dəyişib.
Показать все...
🙏 10👍 3
Фото недоступно
Bu günümüzün sevinci olan balalarımız, bizim sabahkı dayağımızdır. Redaksiyamız adından Gəncəmizin kiçik sakinlərini təbrik edirik 😊
Показать все...
12🥰 1
24 yaşlı oğlanı ildırım vurub Hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb. 24 yaşlı O.Quliyevi ildırım vurub. O, ağır halda təcili yardım briqadası tərəfindən Gəncə Şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Показать все...
🙏 2
Фото недоступно
Gəncədə əyilmiş rabitə dirəyi təmir edilib. Dünən Cavadxan küçəsinin 8-ci döngəsində rabitə dirəyinin qəzalı vəziyyətdə olması haqda xəbər vermişdik. Əraziyə aidiyyəti qurumların briqadaları cəlb edilib. Əməkdaşlar tərəfindən ərazidə təmir işləri aparılıb. Rabitə dirəyi təhlükəsiz hala gətirilib.
Показать все...
👍 4
Фото недоступно
Gəncəli məşqçi-müəllimə mükafat verilib. Söhbət boks idman növü üzrə Əməkdar məşqçi-müəllim Albert Şərafəddin oğlu Qəribovdan gedir. Müəllim "1 ulduz Beynəlxalq məşqçilik kursu"nda uğurlu nəticə göstərərək 1 ulduz kateqoriyalı Beynəlxalq məşqçilik dərəcəsini alıb. Qeyd edək ki, kurs Boks Federasiyasının və “Baku Business Factory”nin birgə təşkilatçılığı ilə keçirilib.
Показать все...
👍 13
  • Фото недоступно
  • Фото недоступно
  • Фото недоступно
Gəncədə bir neçə küçədə kommunal işlər aparılır. İşlər şəhərin Əlişir Nəvai, Şahsevənlər və Cavadxan küçələrində görülür. Küçələrin bir hissəsi qazılır. Həmin ərazilərə müvafiq olaraq, yeni kanalizasiya və su boruları yerləşdirilir. Analoji işlər səbəbindən yolların bir hissəsində hərəkət məhduddur.
Показать все...
👍 6👎 1