cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Esl Eşq Namazdır`🫀

Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım... Quran🤍 Kanaldan ayrılmayın. Namaz qılmasaz da bizim ailəyə qoşulun. Hərdən bəzi faydalı söz oxumaq sizə zərər verməz..

Больше
Рекламные посты
3 139
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

❤️Bu gün Peyğəmbərimizin(s.ə.s) qızı xanım Fatimənin ad günüdür. Həm də cümə günüdür. Həm bu gözəl mövlud (ad günü) və həm də cümə gününüz mübarək olsun. Çox gözəl olar bu dəyərli xanımın həyatını oxuyaq. Belə gözəl insanlar tarixdə olduğu üçün adam insan yarandığına sevinir😊
Показать все...
⚔Düşmənlər uzun plan qurandırlar. Bəzən bir gediş edirlər, sən indi bunun səbəbini görmürsən. Misalçün xalqın çətinliyini yaxud dünyagörüşünü elə edirlər ki, insanlar sadəcə bir uşaq istəyir. Təsəvvür edin hazırda 50 kişi və 50 qadın, yəni yüz nəfər var.  Bunlar evlənir və hər cütlüyün sadəcə bir uşağı olur. Bu o deməkdir ki, təxminən 60 il sonra qoca nəsil öləndə onun yerinə cəmi 50nəfər qalır. Yəni 100 sayı azalaraq 50 saya düşür. Bu formada da davam edir. Bu bir xalqı müharibəsiz qırmaqdır. Digər daha kəskin yöntəm isə eynicinslilərin evlənməsi kimi böyük günah olan iyrəncliyi yaymaq, dəstəkləməkdir. Say ilə yanaşı keyfiyyət cəhətdən də plan qururlar: yəni insanları ruhun qidası olan islamdan, mənəviyyatdan, əxlaqdan uzaq salırlar.
Показать все...
⚔Düşmənlər çox səbrli və uzun plan qurandırlar. Sanki oyunda bir gediş edirlər, sən indi bunu niyə görə etdiklərini görmürsən. Amma düşünəndə anlayırsan ki onlar xalqları məhv etmək istəyir. Həm say cəhətdən, həm keyfiyyət cəhətdən. Bəzən bunu müharibəsiz edirlər. Misalçün xalqın çətinliyini yaxud dünyagörüşünü elə edirlər ki, insanlar sadəcə bir uşaq istəyir. Təsəvvür edin hazırda 50 kişi və 50 qadın, yəni yüz nəfər var.  Bunlar evlənir və hər cütlüyün sadəcə bir uşağı olur. Bu o deməkdir ki, təxminən 60 il sonra qoca nəsil öləndə onun yerinə cəmi 50nəfər qalır. Yəni 100 sayı azalaraq 50 saya düşür. Bu formada da davam edir. Bu bir xalqı müharibəsiz qırmaqdır. Digər daha kəskin yöntəm isə eynicinslilərin evlənməsi kimi böyük günah olan iyrəncliyi yaymaq, dəstəkləməkdir. Keyfiyyət cəhətdən xalqı məhv etmək isə misal üçün budur: yəni insanları ruhun qidası olan islamdan, mənəviyyatdan, əxlaqdan uzaq salırlar.
Показать все...
Kaş bizə uşağa tərbiyəyə aid belə psixoloji kitablar dərs keçilərdi.
Показать все...
Фото недоступноПоказать в Telegram
"Bizim digər mənimiz" adlı uşaq tərbiyəsinə aid kitabın 45ci səhifəsindəki bir gerçəklik...
Показать все...
Фото недоступноПоказать в Telegram
❤️İmam Sadiq (ə) buyurur: "Namaz zamanı dünya və onda olan hər bir şeydən ümidini üz, bütün düşüncəni Allaha yönəlt. İlahi ədalət məhkəməsinin qarşısında duracağın günü yada sal...”
Показать все...
Quranda Əhzab surəsinin 59cu ayəsində Allah buyurur: Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir. Quranda Nur surəsinin 31ci ayəsində Allah buyurur: Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız.
Показать все...
İmam Baqir (ə) Peyğəmbərimizin (s) belə buyurduğunu deyib: Mömin bəndə namaza durduğu zaman, Allah Təala ona namazın sonunadək mərhəmətlə baxar, Allahın mərhəməti onun başının üstündən səmayədək kölgə salar, onun yanından üfüqlərədək mələklər toplanar. Allah Təala onun üçün bir mələk təyin edər ki, onun başı üstündə durub deyər: Ey namaz qılan! Əgər kimin sənə baxdığını və kimlə söhbət etdyini bilsən, heç vaxt yerindən tərpənməz, bu haldan çıxmazsan.
Показать все...
‼️(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?» Deyərlər: «Biz namaz qılanlardan deyildik. (Müddəsir surəsi, ayə 42-43) Bəs nədir Cəhənnəm? Gəlin bu haqda bəzi ayələrə baxaq: Şübhəsiz, ayələrimizi inkar edənləri cəhənnəmə atacağıq. Onların dəriləri bişdikcə, əzabı dadsınlar deyə dərilərini başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir. (Nisa surəsi, ayə 56) Alovun qarşısında dayandırıldıqları zaman: “Kaş biz (dünyaya) qaytarılaydıq, Rəbbimizin ayələrini yalanlamayaydıq və möminlərdən olaydıq!” – demələrini görəydin. (Ənam surəsi, ayə 27) Allah buyuracaq: “Sizdən əvvəl gəlib-keçmiş cin və insan tayfalarının arasında siz də cəhənnəmə girin!” Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində: “Ey Rəbbimiz! Bizi bunlar azdırdı. Ona görə də onlara ikiqat cəhənnəm əzabı ver!” - deyəcəklər. (Allah da): “Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, - deyəcəkdir. (Əraf surəsi, 38) Onlar üçün cəhənnəm odundan döşəklər, üstlərində də (cəhənnəm odundan) yorğanlar vardır. Biz zalımları belə cəzalandırırıq. (Əraf surəsi, ayə 41) Bunun ardınca da cəhənnəm vardır. (Orada) ona irinli sudan içirdilər. (İbrahim surəsi, ayə16) Onu qurtum-qurtum içər, ancaq uda bilməz. Ona hər tərəfdən ölüm gələr, ancaq o ölməz. Bunun ardınca da şiddətli bir əzab vardır. (İbrahim surəsi, ayə 17) Bunlar Rəbbi barəsində mübahisə edən (möminlər və kafirlər olmaqla) iki zümrədir. Kafirlərə gəldikdə, onlar üçün oddan paltarlar biçilmişdir. Onların başlarının üstündən qaynar su töküləcəkdir. (Həcc surəsi, ayə 19) Çəkdikləri iztiraba görə hər dəfə oradan çıxmaq istədiklərində, təkrar ora qaytarılarlar və (onlara belə deyilər): “Dadın yandırıb-yaxan əzabı!” (Həcc surəsi, ayə 22) Kimin (savab) tərəziləri ağır gələrsə, onlar əsil nicat tapanlardır. (Muminun surəsi, 102) Tərəziləri yüngül gələnlər isə özlərini ziyana salanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar. (Muminun surəsi, 103) Alov onların üzlərini yandırar və onlar orada (üz dəriləri yandığı üçün) dişləri üzə çıxmış halda olarlar. (Muminun surəsi, 104) (Allah tərəfindən onlara belə deyilər:) “Mənim ayələrim sizə oxunmurdumu?! Ancaq siz onları yalanlayırdınız”. (Muminun surəsi, 105) Onlar belə deyərlər: “Ey Rəbbimiz! Bədbəxtçiliyimiz (azğınlığımız) bizə qalib gəldi və (haqq yoldan) azmış bir qövm olduq. (Muminun surəsi, 106) Ey Rəbbimiz, bizi buradan çıxart! Əgər (bir daha küfrə) geri dönsək, həqiqətən, biz zalım olarıq”. (Muminun surəsi, 107) Allah buyurar: “Zəlil vəziyyətdə orada qalın və Mənimlə danışmayın!” (Muminun surəsi, 108) Onlar qiyaməti də yalanladılar. Biz qiyaməti yalan sayanlar üçün yandırıb-yaxan bir atəş hazırlamışıq. (Furqan surəsi, 11) (Cəhənnəm) onları uzaqdan gördüyü zaman (kafirlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər. (Furqan surəsi, 12) Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar. (Furqan surəsi, 13) (Onlara belə deyiləcəkdir:) “Bu gün ölümü bir dəfə yox, çox-çox arzulayın!” (Furqan surəsi, 14) De: “Bu daha yaxşıdır, yoxsa müttəqilərə vəd edilən əbədi cənnət? Ora onlar üçün bir mükafat və dönüş yeridir”. (Furqan surəsi, 15)
Показать все...
❤️Həzrəti Peyğəmbərin❤️ (s.ə.s) belə buyurduğu deyilir: Namazı tərk edən şəxs 12 cəzaya mübtəla olacaq: üçü bu dünyada, üçü ölən zaman, üçü qəbrdə, üçü də Qiyamət günü. ⚡️Bu dünyada: 1. Allah təala onun üzündən salehlik simasın silər. 2. İslamdan ona heç bir pay olmaz (müsəlman hesab olunmaz). 3. Yaxşı əməllərinin heç biri qəbul olmaz. ⚡️Ölən zaman: 1. Ac və susuz ölər. 2. Zəlil (alçaq) halda ölər. 3. Qəlbi ağrılı ölər (sıxıntı ilə əzab-əziyyətlə ölər). ⚡️Qəbrdə: 1. Qəbri onu sıxar. 2. (Qəbrdə sorğu-sual edən) Nəkir və Münkir adlı mələyə "Kəliməyi şəhadəti" deyə bilməz (onların suallarına cavab verə bilməz, dili tutular). 3. Allah təala "Şuca əl-Əqra" adlı ilanı onun üzərinə göndərər (ona əzab verər). ⚡️Qiyamət günü (Axirətdə): 1. Məhşərə üzü qara gələr (Məhşər Qiyamət günü insanların sorğu-sual üçün toplanacağı yerdi). 2. Üzündə bu yazı olar: "Məhşərdən Cəhənnəmə sürüklənərək aparılan". 3. Uca səslə ona deyilər: "Bu Allahın bəndələrinə fərz (vacib) etdiyi, İslamın vacibatlarını tərk edənin cəzasıdır ‼️".
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.