cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

پاسخ به شبهات فضای مجازی

Рекламные посты
1 060
Подписчики
+424 часа
+387 дней
+3830 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

🔰#Şübhə_770 #Məhərrəm ⛔️Şübhə
İmam Həsənin ع müaviyə ل döyüşü zamanında İmam Hüseyn ع harada idi?!
✅Cavab 📌İmam Həsənin ع imaməti dövründə İmam Hüseyn ع kamilən qardaşına itaət edirdi və İmam Həsənlə ع müaviyə ل arasında sülh müqaviləsini təsdiq edirdi. 📌İmam Baqir ع buyurub: ☑️"Hüseyn ع Həsənin ع olduğu məclislərdə Həsən istəmədikcə söz danışmazdı."¹
" إنَّ الحُسَينَ عليه السلام كانَ إذ حَضَرَ الحَسَنُ عليه السلام، لم يَنطِق في ذلِكَ المَجلِسِ حَتّى يَقومَ. "
❕Digər nəqldə gəlib ki,İmam Həsən ع bəzi səhabələrə xitabən buyurub: ☑️"müaviyə ilə olan sülhdə,mən ancaq sizdən ölümü uzaqlaşdırmaq istədim;Çünki yoldaşlarımın döyüşdə süst və cihada etinasız yanaşdıqlarını gördüm.Allaha and olsun ki,[bu vəziyyətlə] dağlarla və ağaclarla müaviyə tərəfə getsək,xilafəti ona təslim etməkdən başqa çarə qalmazdı." ❕Ravi deyir: ☑️"Sonra Həsənin ع yanından çıxıb Hüseynin ع yanına getdik və Həsənin ع cavabını ona dedik.Həzrət buyurdu: “[Qardaşım] Həsən ع düz deyir."²
" ما أرَدتُ بِمُصالَحَتي مُعاوِيَةَ إلّا أن أدفَعَ عَنكُمُ القَتلَ؛ عِندَما رَأَيتُ مِن تَباطُؤِ أصحابي عَنِ الحَربِ ونُكولِهِم عَنِ القِتالِ، ووَاللّهِ لَئِن سِرنا إلَيهِ بِالجِبالِ وَالشّجرِ ما كانَ بُدٌّ مِن إفضاءِ هذَا الأَمرِ إلَيهِ. قالَ: ثُمَّ خَرَجنا مِن عِندِهِ، ودَخَلنا عَلَى الحُسَينِ عليه السلام، فَأَخبَرناهُ بِما رَدَّ عَلَينا، فَقالَ: صَدَقَ أبو مُحَمَّد "
❕İmam Həsənin ع müaviyə ل ilə döyüşü zamanı da İmam Hüseyn ع qardaşı ilə bahəm orduya başçılıq edirdi,bəzi tarixçilər yazır: ☑️"Hüseyn ibn Əli,İmam Əli ع şəhadətindən sonra qardaşı,dövrün rəhbəri və imamı Həsən bin Əlinin ع yanında idi və İmam Müctəbanın qüvvələri şama doğru hərəkət edərkən,hərbi səhnədə onun yanında olaraq şam qoşununda idi."³ ☑️müaviyə lənətliyin İmam Həsənlə ع sülh etməyi istəyi zamanında İmam Həsən ع Onu və Abdullah ibn Cəfəri çağırdı və bu barədə onlarla məsləhətləşdi.⁴ ☑️Nəhayət döyüşdən və sülh razılaşmasından sonra qardaşı ilə bahəm Mədinə şəhərinə qayıtdılar və orada da qaldılar.⁵ 📚Mənbə;
1.Kafi,c 1,s 291,h 6. 2.Əl əxbarul təval,s 220. 3.Tarixi təbəri,c 5, s 165. 4.Əl kamil fil tarix,c 3,s 405. 5.Əl isabə,c 1,s 333:Sireyi pişvayan,s 163.
T.me/shubhelere_cavablar
Показать все...
Фото недоступноПоказать в Telegram
Əziz izləyicilər, Muhərrəm ayına özəl və gözəl paylaşımlari ilə, Aşağıdakı kateqoriyada olan ÇOOOX gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
Показать все...
‼️ QURAN AYƏLƏRİ ‼️
‼️ ALIMLƏRDƏN GÖZƏL KƏLAMLAR ‼️
‼️ MƏRSIYƏLƏR VƏ NOHƏLƏR ‼️
‼️ MƏSUMLARDAN HƏDİSLƏR ‼️
‼️ MUHƏRRƏM SÖHBƏTLƏRI VƏ MOİZƏLƏR ‼️
‼️ DINI SUALLAR VƏ CAVABLAR ‼️
‼️ MÖHTƏŞƏM IRAN FILMLƏRI ‼️
‼️ ALIMLƏRDƏN FƏTVALAR ‼️
‼️ YERLİ VƏ DÜNYA XƏBƏRLƏRI ‼️
✅ 1K TOPLU ✅
🎧 MƏRSIYƏLƏR 🎧
🔴Şübhə Məgər Muxtar Səqəfi İmam Hüseynin intiqamını almadı ki,nüdbə duasında #İmam_Zamana_İmam_Hüseynin_intiqamını_alan_deyilir?!... 🔵Cavab ❗️Rəvayətlərdə İmam Zamanın bir ləqəbidə "Müntəqim" olaraq qeyd edilmişdir. 💭Hədisi-qüdsidə Allah təala belə buyurur: "O övliyalarıma üçün qəti höccətdir və düşmənlərimdən intiqam alandır.(müntəqim)"¹ ❗️İmam Sadiq (ع) buyurur: "Hüseyn şəhid olan zaman Mədinədə olan Bizim nəslimizdən eşitdilər ki,bir kəs deyirdi bu gün bu ümmətə bəla nazil oldu,xoş görməyəcəksiniz Qaiminiz qiyam edənə qədər və düşmənlərinizi öldürənə və şəhidlərinizin intiqamını alana qədər."² ❕İmam Sadiq (ع) buyurur: "Məhdi (عج) qiyam edəcək və Hüseynin qanının intiqamını alacaq."³ ❗️İmam Zamanın necə müntəqim (yəni intiqam alan) olmağını bəyan edək: 1⃣İmam Zaman tarix boyu haqsız axan qanların öhdədarıdır və ədalət icra etməklə və zülmü sonlandırmaqla dünyadakı məzlumların intiqamını alacaq.Dünyada ən məzlumcasına öldürülən Həzrəti Seyyiduş şuhəda Əba Əbdillahdır və buna görə İmam Zaman İmam Hüseynin qanının intiqam alanıdır. 2⃣Zaman və Əsrin İmamı,İmam Hüseynin övlad və tərəfdarlarının qatillərinin işindən razı olanlardan İntiqam alacaq. ❗️İmam Rzadan sual soruşdular ki,o şəxslər ki İmam Hüseyni öldürdülər,onlar yoxdur axı ki,intiqamda alınsın çünki Qurani Kərim buyurur: "Bir kəsin günahını,digərinə boynuna atmaq olmaz." ➖İmam Rza buyurdu: "Hər kəs ki,Zühur əsrində yezid və yezidilərin İmam Hüseynlə etdiyinə razı olsa,İmam Məhdi (عج) onlardan intiqam alacaq."⁴ 📚Mənbə; 1.Tusi,Əl Qeybə,səh 147. 2.Kamiluz ziyarət,səh 553. 3.əl burhan fi təfsiril quran,cild 3,səh 528. 4.Uyunu əxbar əl Rza,cild 1,səh 273. http://T.me/shubhelere_cavablar
Показать все...
Фото недоступноПоказать в Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
Показать все...
YERLI VƏ DÜNYA XƏBƏRLƏRI 🏴
MOİZƏLƏR VƏ MƏHƏRRƏM SÖHBƏTLƏRI 🏴
MƏSUMLARDAN HƏDİSLƏR 🏴
ALIMLƏRDƏN KƏLAMLAR 🏴
QURAN AYƏLƏRİ 🏴
MƏRSIYƏLƏR VƏ NOHƏLƏR 🏴
SUALLAR VƏ CAVABLAR 🏴
MAARIFLƏNDIRICI FİLMLƏR 🏴
FƏTVALAR 🏴
🎵 MƏRSIYƏLƏR 🎵
🌐 1K TOPLU 🌐
🌐 KLASÖR TOPLU 🌐
🔰#Şübhə_769 #Məhərrəm ⛔️Şübhə
Sinə vurmaq ziyan və zərərlidir...
✅Cavab 📌Sinə vurmağın bədən sağlamlığına heyrətamiz təsiri: ☑️Əzadarlıq mərasimləri müxtəlif üsullarla keçirilir,ən qədim,ənənəvi və əhatəli növü demək olar ki,bütün mədəniyyətlərdə və xalqlarda adət halında olan ağlamaq və sinə vurmaqdır. ☑️Sinə vurmaq,zəncir vurmaq,çadır qurmaq,mərsiyə oxumaq,oruc tutmaq,yemək vermək və s. kimi yas tutma tərzinin öz fəlsəfəsi var və onların kökləri çox qədim zamanlara və hadisələrə,Tasua,Aşura və sonraya gedib çıxır. ☑️Ürək və sinə tərəfə və bütün insanların təsirləndiyi zaman ümumi hərəkəti olan sinə vurmaq,Əba Əbdillahil-Hüseynin (ə) şəhadəti zamanı çadırlarda sağ qalanların əza hərəkətlərinə işarədir və bu hərəkətlərin çox təsirləri vardır. ☑️Mütəxəssislərin apardığı araşdırmalara görə,dəfn mərasimlərində günahsız imamlar üçün sinə vurulması fərd üçün mənəvi və psixoloji fayda ilə yanaşı,fiziki baxımdan da çox faydalıdır. ☑️Biz Məsumların (ə) rəvayətlərinə əsasən İmam Hüseynə (ə) əzadarlıq etməyə vəzifələnmişik və əzadarlıq nümunələrindən biri də sinə vurmaqdır ki,bəzi araşdırmalara görə bu sinə vurmaqlar əza nişanəsi olmağından əlavə olaraq,ürəyi və ruhu təmizləyir və bədən sağlamlığı üçün də faydalıdır. ☑️Tibb elminin müvafiq mütəxəssisləri apardıqları araşdırmalara əsasən belə qənaətə gəliblər ki,əzada sinə vurmaq ürək və digər bədən üzvləri üçün faydalar sayılıb. ☑️Həkimlər də sinə vurmağın bədən sağlamlığına faydalarını vurğulayır və bunun tibb elmi tərəfindən sübut olunduğunu bildirirlər. ☑️Baş həkim Dr. Mehrabi verdiyi müsahibədə deyib: ➖Sinə vurmağın hüdudları vardır ki,gərək ona riayət olunsun ki,aqilanə və düşüncəli şəkildə edilsin və digər yad insanlara mənfi təsir etməsin. ➖O,Məsum İmamlara əzadarlıq etmək üçün ən azı ildə bir dəfə əsl sinə vurmağın hər kəsə uyğun olmasını tövsiyə etmişdir ki,bu da daha çox Əba Əbdillahil-Hüseynin əzadarlığında özünü göstərir və əlavə etmişdir: ➖Əgər sinə vurmaq balanslı olarsa və Müctəhidlərin buyurduğu üsulla olsa,təsirləri və faydaları ürək-damar sistemi və sinə üzərində müsbət təsir göstərər. 📌Bu həkim qeyd edir ki,İmam Hüseyn (ə) üçün sinə vurmaq bədəni yüngül,təmiz və gözəl edər,Hikmətli şəkildə və yumşaq və sakitləşdirici şəkildə sinə vurmaq,depressiyaya qarşı mübarizə aparır və ürək-damar sistemini yaxşılaşdırır. ➖Bu hərəkət sinə içində ürək-damar sisteminin itələnməsinə səbəb olur və bu,sinə sistemi üçün də məşq hesab olunur. ➖Ürək-damar sistemini stimullaşdırmaq və döş qəfəsinin əsəblərini gücləndirməklə yanaşı,döş qəfəsinin sümükləri məşq edilir və ümumiyyətlə,sinədəki əzələlər və bütün sinə hissəsi bundan faydalanırlar. 📌Bu həkim sinə vurmaqda tarazlığa diqqət yetirməyi çox vacib hesab edərək deyir: ➖“Əza tutanlar diqqət etməlidirlər ki,sinə vurmaq yumşaq olmalıdır,çünki çox təsirli olarsa,zərərli ola bilər,xüsusən də qəlbi zəif olan insanlar üçün." 📌Dr.Mehrabi başa zərbə vurmaqdan və ya əllə vurmaqdan çəkinməyi tövsiyə edib: ➖Ümumiyyətlə,başa vurmaq münasib deyil və əllə başına vurmaq da tövsiyə edilmir,lakin rəmz olaraq yumşaq və zərbə olmama şərti ilə başa vurmaq olar ki,buda hüzn halına şamil olmaq üçündür. T.me/shubhelere_cavablar
Показать все...
🔴Şübhə Əzadarlıq etməyin Quranda sübutu var? Ya yalnız bu şiə əqidəsindədir?! 🔵Cavab 🔘Əzadarlıq etməyin Quranla dəlili: ✔1.Həzrəti Yaqubun Həzrəti Yusifin ayrılığından olan qəmi; ▫Həzrəti Yusifin ayrılıq səbəbi hələ heç ölümü deyildi amma bu halla yenədə Həzrəti Yaqub ağlamaqdan gözü tutulmuşdur: ♻"Və onlardan üz döndərib dedi:«Heyif Yusufdan!»Və qəm-qüssədən onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu."{Yusif 84} ♻"(Oğlanları) dedilər:«And olsun Allaha,sən Yusufu o qədər xatırlayırsan ki,axırda ölüm yatağına düşəcək və ya həlak olacaqsan."{Yusif 85} ♻"Dedi:«Mən öz ağır kədər və qüssəmdən yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey bilirəm.»"{Yusif 86} ▫Bu ayələr Həzrəti Yaqubun uzun müddət ağlamağına gözəl dəlildir.Həzrəti Yusif Cəbraildən atasının bu ağlamağının savabını soruşdu.Cəbrail dedi: Onun ağlamağını savabı 70 şəhidə bərabərdir.¹ 🔘Ayə və hədislərə diqqət etdikdə görürük ki,bu qəm illərlə uzun sürə bilər.İmam Səccad (ə)-ın çox ağlamağına görə Həzrətə etiraz etdilər.İmam cavab verdi ki,məgər siz Yaqubun qəmindən xəbərsizsiniz?Halbuki onun əzizi hələ qətlə yetirilməmişdir,onun ağlamaqdan gözü tutulmuşdur.Amma mənim Atamı və Əhli beytdən 17 nəfəri göz önümdə şəhid etmişlər.Başlarını bədənlərindən ayırmışlar.² ✔2.İlahi nişanələri əzəmətli saxlamaq; ▫Qurani Kərimdə buyurulur: ♻"Budur!Kim Allahın nişanələrinə ehtiram göstərsə,şübhəsiz,qəlblərdəki təqvadan hasil olur."{Həcc 32} ℹƏhli sünnə alimlərindən biri yazır: "Şəair" yəni nişanə o deməkdir ki,onu görəndə Allah yada düşər.Səfa və mərvə buna ixtisaslaşmayıb. ▫Dehləvi nəql edir ki; "Allah nişanələrinə məhəbbət bundan ibarətdir ki,Qurana,Peyğəmbərə,Kəbəyə və bəlkə hər o şey ki,Allaha nisbət verilsə və hətta Allah övliyaları."³ ℹƏzadarlıqlarda İlahi nişanələrin nümunəsidir və onda Qur'an oxunar və dini məsələlər bəyan olar.İnsanlar Allahı və qiyaməti yada salarlar və İlahi övliyalara görə göz yaşı axıdarlar. ✔3.Əzadarlıqlar məzlum və zülm görüşlərinin fəryadıdır: ♻"Allah zülmə məruz qalmış şəxs istisna olmaqla pis sözlərin aşkar və ucadan deyilməsini sevmir."{Nisa 148} ▫Ali Muhəmməddən və xüsusən şiələrin İmamlarından və Kərbəla şəhidlərindən başqa kimə bu qədər zülm olunmuşdur?İmamların məzlumiyyətinə olan fəryad zülmkarlara qarşıdır hətta bu zəmanəmizin zalımlarına da. ✔4.Əhli beytə əzadarlıq etmək,onlara məhəbbət nümayiş etdirməkdir: ♻"De:«Sizdən bunun müqabilində qohumlarım barəsində məhəbbətdən başqa bir muzd istəmirəm."{Şura 23} ▫Sevməyin nişanələrindən biridə budur ki,Əhli beytin şadlığı ilə şadlanasan və qəmi ilə qəmlənəsən.
📚Mənbə; 1.Zəməxşəri,Kəşşaf təfsiri,cild 2,səh 497;Fəxri Razi,Kəbir təfsiri,cild 18,səh 193. 2.Vəsailuş şiə,Hürr Amuli,cild 2,səh 923;Mənaqibi Ali əbi Talib,Əli ibn şəhri aşub. 3.Həccahul-Bəlğa,Şah Vəliullah Dəhləvi,səh 69,Usulul-Ərbəə fi tərdidil vəhabiyyə:Sahib Can Hindi Hənəfi,səh 30.
T.me/shubhelere_cavablar
Показать все...
Фото недоступноПоказать в Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
Показать все...
☪️ MOİZƏLƏR
☪️ MƏRSIYƏLƏR VƏ NOHƏLƏR
☪️ QURAN AYƏLƏRİ
☪️ MƏSUMLARDAN HƏDİSLƏR
☪️ FƏTVALAR
☪️ DİNİ VƏ ƏXLAQLI FİLMLƏR
☪️ DİNİ SUALLAR VƏ CAVABLAR
☪️ YERLI VƏ DÜNYA XƏBƏRLƏRI
🌐 DÜNYA XƏBƏRLƏRI
✅ 1K TOPLU KANALI
🔰#Şübhə_768 #Məhərrəm ⛔️Şübhə
Həzrəti Əli Əkbər əgər sağ qalsaydı və şəhid olmasaydı,imamət məqamına sahib olardı və İmam Səccad imamətə çatmazdı... İddianın isbatı aşura ziyarətnaməsində "Əssəlamu ələl Əli ibnil Hüseyn" kəlməsidir ki,Həzrəti Əli Əkbərə işarədir...
✅Cavab 📌Aşağıdakı mətləblər bu iddanı rədd etmək üçündür: 1⃣İmamət Allahla bağlı məsələlərdən biridir.Qədir hadisəsindən sonra bəzi insanlar peyğəmbərin xidmətinə gəlib və peyğəmbərin bəyəndiyi şeyə görə qınadılar.Peyğəmbər buyurdu: "Mən öz tərəfimdən bir iş görmürəm və Əmirəl-möminin imaməti Allahın əmridir." 2⃣"Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi.Beləliklə,o,hər şeyi kamil surətdə yerinə yetirdi.Rəbbi dedi: «Həqiqətən,Mən səni insanlara imam və rəhbər təyin etdim.»"[Bəqərə 124] ➖Bu ayəyə əsasən aydın olur ki,İmamı Allah təyin edir. 3⃣İmamda şərtlər lazımdır,onlardan bəziləri yalnız Allahın əlindədir,o cümlədən ismət ki,qeyb haqqında alim olan yalnız Uca Allah ondan xəbəri vardır. 4⃣İmamda bəda nəzəriyyəsi Şeyx Səduqa nisbət verilir (bədada imamət yəni: Allah müqəddər etmişdir ki,bir şəxs imam olsun,lakin baş verən səbəblərə görə imamat başqa bir şəxsə həvalə edilir). ➖Bəda məsələsi şiənin etiqadındandır amma imamət məsələsində bu nəqd olunur ki,bir çox sübutlar bunu rədd edir. 📌Bu izahlarla deyirik: 1⃣Baxmayaraq ki,Həzrəti Əli Əkbər yüksək mənəvi dərəcədə olsa da,ona imamat vermək məsələsi Allahın haqqıdır və şəxsi fikirlərlə buna müdaxilə etmək olmaz. 2⃣Həzrət Əlinin ardınca imamların adları dəfələrlə deyilmiş,o cümlədən: İmam Hüseynin viladəti və Qədir günü kimi hadisələrdə.Həmçimin İmamların və onların şiələrinin adları da hifz olunan Lövhdə zikr olunmuşdur. 3⃣“Aşura ziyarəti” kəlməsinə istinad etmək düzgün deyil,çünki ziyarətnamədə İmam Hüseynə ilk salam verilir,sonra Əli İbn Hüseynin,sonra isə onun övladlarına,bu barədə deyirik: ❓Əgər Əli ibn Hüseynin şəxsiyyəti Həzrəti İmam Hüseynin övladlarından olsa,Onun adının ayrı zikr olunması səbəbi nədir? ❕Buna görə Əli ibn Hüseyn ziyarətdə,gərək İmam Hüseynin övladlarından fərqli olsun ki,bizim nəzərimizdən bu fərqlilik Həzrəti Əli ibn Hüseynin imamətidir(İmam Səccadın),bəs ziyarətnamənin bu kəlməsində,Həzrəti İmam Səccaddır. 4⃣İmamlar viladət zamanından,təkvin aləmində,imamətləri vardır. 5⃣Həmçinin irad tutmaq olar ki,İmam Səccadı Kərbəla vaqiəsində ölümdən nicat verən Allah məgər Həzrəti Əli Əkbəri (ki,fərz etsək imamlardan idi) hifz edə bilməzdi?! 6⃣Həmçinin İmam Hüseynin Həzrəti Səccad barəsində olan ibarələri ki,qılıncla meydana daxil olmuşdur,bu mətləbi bəyan edir ki,imamət Həzrəti Səccadda idi. 7⃣Həzrəti Əli Əkbəri İmam Zeynulabidindən üstün bilən kəslər,istəmədən Allahın işinə dəxalət etmiş olurlar və öz zənni olan isməti yəqini olan Allahın ismət məsələsinə ki,İmam Səccada idi,üstün edirlər. T.me/shubhelere_cavablar
Показать все...
Фото недоступноПоказать в Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
Показать все...
🏴 QURAN AYƏLƏRİ 🏴
🏴 MƏRSIYƏLƏR 🏴
🏴 MƏSUMLARDAN HƏDİSLƏR 🏴
🏴 DİNİ SUALLAR VƏ CAVABLAR 🏴
🏴 FƏTVALAR 🏴
🏴 YERLİ VƏ DÜNYA XƏBƏRLƏRI 🏴
🏴 MOİZƏLƏR 🏴
🎥 DİNİ FİLMLƏR 🎥
🕌 TOPLU QRUPU 🕌
🕌 1K TOPLU KANALI 🕌
🔰#Şübhə_767 #Məhərrəm ⛔️Şübhə
İmam Hüseyn nə üçün baliğ olmayan Qasim ibn Həsəni döyüş meydanına göndərmişdir?Bu iş Quran,Peyğəmbər sünnəsi əxlaq və əql cəhətdən düz deyil axı...
✅Cavab 📌Düzdür ki,bütün şəri təkliflər o kəslər üçündür ki,büluğ həddinə çatmışdır.Bu İslam dininin baliğ olmayan ya divanə olan şəxslərə minnətidir ki,müqəddəs şəriət onlardan bu çətinliyi götürmüşdür. 📌Bu mətləb alimlər arasında da ittifaq nəzərdir ki,İslam Peyğəmbəri ص buyurub:
« رُفع القلم عن الصَّبی حتی یحتلم و عن المجنون حتی یَفیقَ»
☑️"Baliğ olmayan şəxsdən büluğ həddinə çatana qədər təklif götürülmüş və həmçinin divanədən də onun xəstəliyi aradan gedənə qədər və aqil olana qədər bu təklif alınmışdır."¹ 📌Lakin eyni zamanda ki,baliğ olmayan şəxslərə təklif və vaciblik yoxdur istər cihad əmri ya müdafiə əmri olsun amma o,yetkinlik yaşına çatmayan cavanlar ki,yaxşı və pisi seçmək həddinə çatmış,İslam maarifini təyin etmək həddindədirlər ki,haqları vardır cihad və difa (müdafiə) səhnəsində iştirak etsinlər və bu böyük ilahi feyzdən bəhrəmənd olsunlar. 🔸Məxsusəndə səhnə,müdafiə səhnəsi olsa və hər bir mövcud ki,fitrətdən öz haqqını müdafiə etməyə inanclıdır və müqəddəs İslam şəriəti də bu fitri olan əqli hökmə qarşı deyildir. 📌Əlavə olaraq da Əba Əbdillahil Hüseynin Kərbəladakı döyüşdəki əməl üsulu bu mətləbin caiz olmasını aşkarca göstərir. 📌Buna görə uşaqları cihad meydanında iştirak etməyə məcbur etmək olmaz amma əgər onların özləri könüllü olsalar və döyüşdə müdafiə xarakterli olsa,onlara mane olmağa dəlil yoxdur. 📌Əlbəttə o halda ki,atası həyatda olsa gərək ondan icazə alınsın.² 📌Bu əsasla İmam Hüseyn ع da ilk öncə Qasim ibn Həsənin meydanda olmasına icazə vermədi,amma Həzrəti Qasimin çox israrından sonra ki,yetkinlik yaşına çatmayan amma yaxşı və pisi seçə bilənlərin bu müdafiədə iştirak edə bilərlər,İmam Hüseyn ع ona meydanda olmağa icazə verdi. 📌Xarəzmi yazır: ☑️"Qasim ibn Həsən ki,cavan və baliğ həddində deyildir,meydana gəldi.Hüseyn ع ona baxdığı zaman,onu qucaqladı və o qədər bahəm ağladılar ki,hər ikisi haldan getdi.Sonra cavan,döyüşməyə icazə istədi amma əmisi Hüseyn ع ona icazə verməkdən çəkindi.Cavan,dayanmadan İmamın əl-ayağından öpməyə başladı və Ondan icazə istədi,icazə verənə qədər.O,meydana gəldi o halda ki,göz yaşları yanağından cari olurdu,belə dedi: ☑️"Əgər məni tanımırsızsa,Mən Həsənin parəsi və seçilmiş Peyğəmbərin nəvəsiyəm.Bu,Hüseyndir,sanki insanlar arasında bağlanmış..." ☑️Sonra hücum etdi və üzü ay kimi.Döyüşdü və az yaşlı olmağına baxmayaraq 35 nəfəri öldürdü. 🔸ömər ibn səd əzdi dedi: Allaha and olsun,ona hücum edəcəm!Bu vaxt,ona hücum etdi və o,cavanın başına qılınc zərbəsi vuraraq yerə yıxdı.Cavan fəryad edərək Ey Əmi can Hüseyn ع...³ 📌Əlbəttə "Ləbabul insab" kitabının müəllifi Qasim ibn Həsəni Kərbəla meydanında 16 yaşında və baliğ bilir.⁴ 📚Mənbə;
1.Əl Xisal,c 1,s 175. 2.Vəsailuş şiə,c 15,s 20. 3.Məqtəli Hüseyn,c 2,s 27;Mənaqib,c 4,s 106. 4.Daneşnamə Hüseyn,c 7,s 121.
T.me/shubhelere_cavablar
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.