Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 262
Подписчики
-124 часа
-197 дней
-8530 день
Архив постов
7 261
Ərdoğan Türkiyənin 2017-ci ildə aldığı S-400 zenit-raket komplekslərini Türkiyənin F-35 proqramına yenidən qaytarılması əvəzində Rusiyaya geri ötürməyi Putinə təklif edib.
Bloomberg mənbələrə istinadən bildirir ki, bu məsələ Rusiya və Türkiyə prezidentlərinin 12 dekabrda Aşqabadda keçirilən görüşündə qaldırılıb. Bununla yanaşı, türklər S-400-ləri sadəcə geri qaytarmaq yox, həm də onlar üçün ödənilmiş 2,5 milyard dolların geri alınmasını istəyirlər.
7 261
Sabahınız xeyir. Günə belə başlamaq istəməzdim amma xəbəri görənlərdən diqqətsiz yanaşmamasını xahiş edirəm. Yaxın qohumumdur və hazırda həyatı yığılan məbləğdən aslıdır.
7 261
+3
Rusiya istehsalı olan pilotsuz uçuş aparatı İstanbuldan təxminən 50 km məsafədə qəzaya uğrayıb.
7 261
+1
S-500 “Prometey”-in ilk formalaşdırılmış HHM/REM diviziyası döyüş növbətçiliyinə başlayıb
Bir il əvvəl, 2024-cü ilin dekabrında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov artıq S-500 ZRS ilə təchiz olunmuş ilk alayın formalaşdırılmasının başa çatdığını bildirmişdi.
Ehtimal olunur ki, sözügedən alay Krımın müdafiəsi üçün yerləşdirilə bilər, çünki S-500 ZRS-in tərkibinə daxil olan “Yenisey” RLS yarımada ərazisində Ukrayna kamikadze dronlarının zərbələrinə məruz qalıb.“Yenisey” orada kompleksdən kənar şəkildə də dislokasiya olunmuş ola bilər.
7 261
ABŞ Dövlət Departamenti Tayvan üçün tarixdə ən böyük silah paketi olduğunu bildirdiyi yeni və genişmiqyaslı hərbi yardım paketini elan edib.
Dəyəri 11 milyard ABŞ dollarını aşan bu paket Çini ciddi şəkildə qəzəbləndirə
– ABŞ Silahlı Qüvvələrinin Taktiki Missiya Şəbəkəsi (TMN)
– 82 ədəd M142 HIMARS
– 420 ədəd MGM-140 ATACMS
– 120 ədəd M109A7 Paladin özüyeriyən haubitsası və M992A3 döyüş sursatı daşıyan tırtıllı maşınlar
– 1.545 ədəd TOW 2B BGM-71F-7-RF tank əleyhinə raketləri
– 1.050 ədəd FGM-148F “Javelin”
– Harpoon gəmi əleyhinə raketləri üçün axtarıcı başlıqlar və təmir dəstləri
– ALTIUS-600M və ALTIUS-700M gəzən döyüş sursatı sistemləri
– AH-1W “SuperCobra” hücum helikopterləri üçün ehtiyat hissələri və təmir komponentləri
7 261
Venesuelanın Hərbi Dəniz Qüvvələri ölkədən çıxan neft məhsulları daşıyan gəmiləri müşayiət etməyə başlayıb. Bu addım ABŞ-ın Cənubi Karib hövzəsində sanksiya altında olan neft tankerini ələ keçirməsindən və Prezident Donald J. Trampın “blokada” ilə bağlı hədələrindən sonra atılıb.
Venesuelanın José limanından Asiyaya istiqamətlənən, karbamid, neft koksu və digər neft əsaslı məhsullar daşıyan bir neçə gəmi yola düşüb və Venesuela Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləri tərəfindən müşayiət olunub.
7 261
+2
17 dekabr tarixində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd HC-130 uzunməsafəli döyüş axtarış-xilasetmə (CSAR) təyyarəsi və ABŞ Dəniz Piyadalarına məxsus KC-130 hava yanacaq doldurma tankeri Puerto-Rikonun şərqində yerləşən Roosevelt Roads Dəniz Bazasında uçuş-enmə zolağında dayanıb. Onların yanında Dəniz Piyadalarına məxsus F-35B Lightning II və AV-8B Harrier II təyyarələri də görünür.
7 261
ABŞ Ordusu M1E3 Abrams tankının ilk prototipini sınaqlara alıb.
ABŞ Ordusu Baş Qərargah rəisi Rendi Corca istinadən bildirilir ki, GDLS (General Dynamics Land Systems) şirkətinin yeni nəsil M1E3 Abrams tankının ilkin prototipi artıq ABŞ Quru Qoşunlarının sınaqlarındadır. 2026-cı ildə isə daha üç prototipin alınması planlaşdırılır.
Hazır prototipin fotosu hələ təqdim edilməyib, lakin onun təqdimatının 2026-cı ilin yanvarında Şimali Amerika Beynəlxalq Avtosalonunda (NAIAS) baş tutacağı bildirilir.
Qeyd edək ki, yeni M1E3 Abrams tankı 2030-cu ilədək ABŞ Ordusunun silahlanmasına daxil edilməlidir. Planlara görə, o, mövcud ağır Abrams tanklarının yüngülləşdirilmiş versiyası olacaq, hibrid mühərrik sistemi, aktiv müdafiə sistemi və avtomatik doldurma qurğusu ilə təchiz ediləcək.
7 261
Modernləşdirmə proqramı yeni proqram təminatının hazırlanmasını və universal avtonom çoxməkanlı buraxılış qurğusu (CAML) layihəsi çərçivəsində yeni buraxılış qurğusunun inkişafını əhatə edəcək.
ABŞ Müdafiə Nazirliyinin nümayəndələri bildirir ki, Patriot ZRK-lərinin hazırkı və gələcək modernləşdirilməsində Ukraynada əldə olunan təcrübə böyük rol oynayıb.
Keçən il Lockheed Martin şirkəti PAC-3 MSE raketinin şaquli buraxılış sınağını həyata keçirib (şəkildə göstərilib), lakin bu zaman Mk 41 şaquli buraxılış sistemi bazasında yaradılmış Mk 70 konteyner buraxılış qurğusu istifadə olunub. Sınaqlar əsasən kompleksin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərində tətbiq üsullarının hazırlanmasına yönəldilmişdi.
Buraxılış qurğularından əlavə, LTAMDS (Low Tier Air and Missile Defense Sensor) radarları vasitəsilə hədəflərin aşkarlanması və izlənməsi imkanlarının genişləndirilməsi üzərində də iş gedir. Bu radarlar 360° müşahidə təmin edir.
7 261
Patriot sistemində raketlər şaquli deyil, maili (əyri bucaq altında) buraxılır. Yəni raket start anında hara baxırsa, əsasən ora doğru gedir. Buna görə də hədəf haradadırsa, buraxılış qurğusunu əvvəlcədən fiziki olaraq həmin istiqamətə çevirmək məcburiyyəti yaranır. Bu çevirmə avtomatik olsa da, ani deyil və üstəlik radar yalnız 90 dərəcəlik bir sektoru görür. Hədəf bu sektorun kənarında, yan tərəfində və ya arxada yaranarsa, sistem dərhal reaksiya verə bilmir.
Təqib kursu məsələsi isə hədəfin Patriotdan uzaqlaşdığı vəziyyətdir. Məsələn, düşmən raketi artıq obyektin üzərindən keçib və uzaqlaşır. Patriot raketi belə hədəfi vurmaq üçün ona arxadan çatmalıdır. Amma buraxılış qurğusu əvvəlcədən həmin istiqamətə tam baxmırsa, raket startdan dərhal sonra kəskin dönməyə məcbur qalır.
Burada əsas problemlər yaranır:
1) Raketin mühərriki yanacaq enerjisini əsasən sürət yığmağa və hədəfə tez çatmağa sərf etməlidir. Lakin kəskin dönüş edəndə bu enerji sürətə yox, istiqaməti dəyişməyə gedir. Nəticədə raket daha tez sürət itirir, uçuş məsafəsi azalır və manevr edən, sürətli hədəfi vurmaq çətinləşir. Xüsusilə “İskander-M” kimi son mərhələdə kəskin manevr edən raketlərə qarşı bu ciddi çatışmazlıq yaradır.
Məhz buna görə ABŞ ordusu Patriot sistemini modernləşdirmək istəyir.
Raketlərin şaquli buraxılması, 360 dərəcə müşahidə edən radarlar və yeni proqram təminatı hesabına raket startdan sonra enerji itirmədən istənilən istiqamətə çevrilə bilsin və arxadan təqib olunan hədəflərə qarşı effektivlik artsın.
7 261
ABŞ Ordusu Patriot hava hücumundan müdafiə raket komplekslərinin (ZRK) modernləşdirilməsi proqramını elan edib. Məqsəd raketlərin hədəfləri daha effektiv vurmasını təmin etməkdir.
7 261
2025-ci ilin noyabr ayında USQ tərəfindən Rusiyanın arxa cəbhəsində müxtəlif infrastruktur obyektlərinə qarşı Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronları və raketləri ilə 60 hücum qeydə alınıb.
Bu göstərici sentyabr və oktyabr ayları ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur (hər iki ayda 40 hücum). Hücumların bölgüsü belədir (bəzi obyektlərə bir neçə dəfə hücum edilib):
>21 neft-qaz infrastrukturu obyekti (neft emalı zavodları, qaz təmizləmə zavodları, neft anbarları, neft-qaz paylayıcı stansiyalar, dəniz terminalları)
>26 enerji infrastrukturu obyekti (podstansiyalar, istilik elektrik stansiyaları, böyük istilik elektrik stansiyaları, atom elektrik stansiyaları)
>9 hərbi-sənaye kompleksi;
>3 hərbi obyekt.
7 261
ABŞ ordusunun zabitlərinin sözlərinə görə, raket Mach 5+ sürətinə uyğun hərəkətlə 3500 km-ə qədər məsafəni qət edə bilir və atmosferdə gözlənilməz manevrlər edir.
Maksimal hədəfə çatma vaxtı 20 dəqiqədən azdır deyilir. Bu isə suallar doğurur. Raket aşağı hündürlükdə (səs sürətinin təxminən 1100–1200 km/saat olduğu zonada) uçursa belə, bu halda onun sürəti M=5+ deyil, M=9-dan artıq alınır. Ya kimsə səhv danışıb, ya da sürət göstəriciləri bilərəkdən aşağı göstərilib. Çünki 3500 km məsafəni 20 dəqiqəyə qət etmək üçün 9 mach sürət lazımdır.
Hər bir halda, Dark Eagle-in xüsusiyyətləri onu güclü HHM sistemləri ilə qorunan, yüksək prioritetli və zamana həssas hədəflərin məhv edilməsi üçün keyfiyyətcə yeni vasitəyə çevirir.
Raketin əsas hədəfləri kimi hava hücumundan müdafiə kompleksləri, idarəetmə və rabitə qovşaqları, eləcə də radiolokasiya müşahidə sistemləri göstərilir.
Raket kompleksini ABŞ müdafiə naziri Pit Hegsetə təqdim edən zabitlərdən birinin sözlərinə görə, raketin mənzili “Çini Quamdan, Moskvanı Londondan, Tehrani isə Qətərdən vurmağa” imkan verir.
Diqqət çəkən məqam ondan ibarətdir ki, Dark Eagle-in döyüş başlığının çəkisi 30 funtdan azdır (təxminən 13,6 kq). Bu isə belə ciddi silah üçün çox azdır. Zabitin sözlərinə görə, bu qədər kiçik döyüş başlığı yalnız zərbə elementlərini səpməyə qadirdir ki, geniş əraziyə təsir göstərilsin. Əsas məhvetmə effekti isə ilk növbədə zərbə elementlərinin kinetik enerjisi hesabına təmin olunur. Bununla belə, hər bir elementin özünə məxsus kiçik qəlpəli-partlayıcı mini döyüş başlığı var.
Yaxın keçmişdə Pentaqon ekspertləri Dark Eagle-in məhvedici təsirinin effektivliyi ilə bağlı şübhələr ifadə edirdilər. Sınaqların nümayiş xarakterli olması səbəbindən, raketin döyüş başlığının real döyüş şəraitinə maksimal yaxın şərtlərdə və uyğun hədəflərə qarşı təsirinin yoxlanılmasına ehtiyac olduğu vurğulanırdı.
Dark Eagle proqramı çoxsaylı gecikmələrlə müşayiət olunub. Yay aylarında ABŞ Ordusu sistemi 2025-ci maliyyə ilinin sonunadək istismara verməyi planlaşdırırdı. Proqramın hazırkı vəziyyəti və tədarük qrafiki məlum deyil.
Bununla belə, LRHW-nin bir divizionu artıq Fort Lyuis hərbi bazasında yerləşdirilib, ikinci divizionun formalaşdırılmasının isə ilin sonunadək başa çatdırılması gözlənilir.
Hazırkı istehsal tempi ayda bir raketdir. Onun ikiqat artırılaraq ildə 24 raketədək çatdırılması gözlənilir. Bu, ABŞ Silahlı Qüvvələrinin döyüş potensialı çatışmazlığı ilə üzləşdiyi bir vaxtda Pentaqon üçün əsas prioritetlərdən biridir.
Bəzi ekspertlər hesab edir ki, LRHW “gümüş güllə”dir: həddən artıq bahalı silahdır və uzunmüddətli münaqişədə həlledici təsir göstərmək üçün çox az sayda istehsal olunacaq.
7 261
Pentaqonun hipersəsli Dark Eagle-i
ABŞ-ın hipersəsli Dark Eagle raketi barədə əlavə məlumatlar yayılıb. O, LRHW (Long Range Hypersonic Weapon yəni uzaqmənzilli hipersəs silahı) kimi tanınır.
Sistem yarımqoşqu üzərində yerləşdirilən buraxılış qurğusuna malik nisbətən kiçik ölçülü raketdən ibarətdir.
7 261
+6
Anbarda saxlanılan köhnə zirehli texnikanı ön xəttdə heyf eləmək əvəzinə, başqa yollarla necə faydalı istifadə etmək olar.
7 261
+1
Peyk görüntüsü
Sub Sea Baby sualtı dronunun Novorossiysk limanında sualtı qayıqların körpüsünə zərbəsinin nəticələri.
Zərbə təxminən “Varşavyanka” sualtı qayığın quyruq hissəsindən 20 metr məsafədən kənara dəyib. Nə dərəcədə quyruğ zədələnib demək olmur.
7 261
İsveç Cənubi Koreyanın 155 mm/52 K9 Thunder özüyeriyən haubitsalarlndan iki divizionu komplektləşdirmək üçün (təxminən 40 sistem) almağı nəzərdən keçirir.
Hazırda İsveç ordusu təkərli şassidə öz istehsallarl olan 155 mm/52 Archer alır.
İsveç ordusunun qiymətləndirmələrinə görə Archer güclü qar yağışı və dağlıq relyef şəraitində məhdudiyyətlərlə qarşılaşacaq. Buna görə tırtıllı teznikaya ehtiyac olduğu bildirilib.
Hazırda K9lar İsveçin sərhəd qonşuları olan Finlandiya, Norveç, Estoniya və Polşa ordularında xidmətə qəbul edilib.
