ru
Feedback
Ormilitarism

Ormilitarism

Открыть в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Больше
7 294
Подписчики
-424 часа
-87 дней
-6430 день
Архив постов
İranın balistik raket statistikası son tarixlər.
İranın balistik raket statistikası son tarixlər.

İsrail, Livanın cənubunda həyata keçirdiyi quru əməliyyatlarından 91-ci "Qalileya" diviziyasının əsgərlərinə məxsus bədən kamerası görüntülərini paylaşıb.

Gecə İranın paytaxtı Tehranda böyük partlayışlar qeydə alınıb.

ABŞ-a məxsus KC-135 tanker təyyarəsi İraqda qəzaya uğrayıb. Hadisədə iki təyyarə iştirak edib. Biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə təhlükəsiz yerə eniş edib. Hadisə dost hava məkanında baş verib. Düşmən hücumu və ya dost atəşi olduğu müəyyən edilməyib.

Postlar zərbələrdən yayınmaq üçün körpülərin altında qurulur.

Hazırda Tehrana, xüsusən də Mehrabad beynəlxalq hava limanına, Kərəc, Gərmdərə, Boracan və Bəndər-Abbasa hava zərbələri endir
+8
Hazırda Tehrana, xüsusən də Mehrabad beynəlxalq hava limanına, Kərəc, Gərmdərə, Boracan və Bəndər-Abbasa hava zərbələri endirilir.

Şərqi Tehran üzərində hava müdafiə izləri

İsrail Müdafiə Qüvvələri bir neçə gündür Tehran daxilində SEPAH-ın “Bəsic” qüvvələrinin yoxlama məntəqələrinə qarşı dron zərbələri endirir.

Bu dəfə bir neçə müxtəlif radiolokator vurulub.

Əgər "Starlink" vasitəsilə fəaliyyət göstərən Ukrayna dronlarına qarşı ruslar heç bir mübarizə üsulu tapılmazsa, bir il hətda
Əgər "Starlink" vasitəsilə fəaliyyət göstərən Ukrayna dronlarına qarşı ruslar heç bir mübarizə üsulu tapılmazsa, bir il hətda saha az bir vaxtda Krımda hava hücumundan müdafiə sistemi ya sıradan çıxacaq, ya da digər regionlardan getdikcə daha çox zenit-raket komplekslərini və radiolokasiya stansiyalarını özünə çəkməyə başlayaraq həmin əraziləri müdafiəsiz qoyacaq. Krımda HHM&REM vurulduqca Rusiya digər regionlardan Krıma yerdəyişmə edir. Son aylarda yarımadadakı RLS və atıcı qurğulara endirilən zərbələr Ukrayna üçün artıq gündəlik hesabata çevrilib.

Delilahdır birinci kadr.

Təzə

Eurofighter-ə bənzəyir.
Eurofighter-ə bənzəyir.

İraqda, ABŞ istehsalı olan "LUCAS" pilotsuz uçuş aparatı görüntülənib. Bu, "LUCAS"-ın döyüş zamanı çəkilmiş ilk aydın görüntüsüdür.

OSINT hesabları tərəfindən paylaşılan daha bir peyk görüntüləri, İranın raket və pilotsuz uçuş aparatı hücumlarından sonra Kü
+1
OSINT hesabları tərəfindən paylaşılan daha bir peyk görüntüləri, İranın raket və pilotsuz uçuş aparatı hücumlarından sonra Küveytdəki Əli Əl-Salem aviabazasında əhəmiyyətli zərbə izlərini göstərir. Görüntülərdə zədələnmiş anqarlar, çökmüş tikililər və uçuş-enmə zolağında maye sızdıran qırıcı təyyarə görünür. Həmçinin Küveyt Hərbi Hava Qüvvələrinə məxsus 3 Eurofighter təyyarəsinin itirildiyi, digər təyyarələrə isə yüngül ziyan dəydiyi bildirib.

EGYOSINT OSINT hesabı tərəfindən paylaşılan peyk görüntüləri, BƏƏ və ABŞ-ın mühüm hərbi obyekti olan Əbu-Dabidəki Əl-Dafra av
+2
EGYOSINT OSINT hesabı tərəfindən paylaşılan peyk görüntüləri, BƏƏ və ABŞ-ın mühüm hərbi obyekti olan Əbu-Dabidəki Əl-Dafra aviabazasındakı zədələri paylaşıb. Peyk görüntüləri Əl-Dafra aviabazasındakı BƏƏ Hərbi Hava Qüvvələrinə məxsus anqarın damının qismən çökdüyünü göstərir. Əvvəllər həmin anqarda GlobalEye AEW&C təyyarələri və CN-235 nəqliyyat təyyarələri yerləşirdi. Yaxınlıqdakı MQ-9 Reaper və MQ-4C Triton PUA-ları üçün istifadə olunan ABŞ dron sığınacaqlarının yaxınlığında da əlavə zədələrin olduğu bildirilir.

USS Gerald R. Ford (CVN-78) aviadaşıyıcısında yanğın baş verib. Martın 12-də USS Gerald R. Ford gəmisinin əsas camaşırxana hi
USS Gerald R. Ford (CVN-78) aviadaşıyıcısında yanğın baş verib. Martın 12-də USS Gerald R. Ford gəmisinin əsas camaşırxana hissəsində yanğın qeydə alınıb. Aviadaşıyıcı tam işlək vəziyyətdədir. İki dənizçi həyatı təhlükəsi olmayan xəsarətlər alıb və vəziyyətləri stabildir.

Görülən odur ki, Ukraynalılar artıq müdaxilə etməyə başlayıb. BƏƏ məxsus BlackHawk helikopterinin Minigun ilə Şahed dronunu vurması.

Yanlış anlaşılan bir xəbəri deyim sizə Mojtaba Xamneyi həqiqətən yaralıdır. Amma o seçildikdən sonra yaralanmayıb. Elə 28-i günü Xamneyi öldürülərkən Mojtaba(Müctəba) da, yaralanıb.

ABŞ Ordusu ötən noyabr ayında Kentukki ştatındakı Fort Kempbell (Fort Campbell) bazasından dörd pilotsuz uçuş aparatının oğur
+1
ABŞ Ordusu ötən noyabr ayında Kentukki ştatındakı Fort Kempbell (Fort Campbell) bazasından dörd pilotsuz uçuş aparatının oğurlanması faktını araşdırır. 326-cı Mühəndis Taborunun binasından dörd Skydio X10D dron sisteminin oğurlanması ilə bağlı məlumat üçün 5000 dollar mükafat təklif olunur.