ru
Feedback
Ormilitarism

Ormilitarism

Открыть в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Больше
7 299
Подписчики
-424 часа
-47 дней
-6730 день
Архив постов
Rusiya İsrail və ABŞ-a qarşı mübarizədə yaxın tərəfdaşlarından birini qorumaq məqsədilə son bir neçə həftə ərzində İranla kəş
Rusiya İsrail və ABŞ-a qarşı mübarizədə yaxın tərəfdaşlarından birini qorumaq məqsədilə son bir neçə həftə ərzində İranla kəşfiyyat məlumatlarının mübadiləsini və hərbi əməkdaşlığı genişləndirib. Rusiya İrana ABŞ hərbi qüvvələrinin, eləcə də onun regional müttəfiqlərinin yerləşdiyi yerlər barədə məlumatlar verir ki, bu yardım son illərdə ABŞ və Avropa müttəfiqlərinin Ukraynaya verdiyi kəşfiyyat məlumatlarına bənzəyir. Moskvann köməyinin İrana Yaxın Şərqdəki ABŞ radar sistemlərinə son vaxtlar endirdiyi zərbələrdə kömək etdiyi güman edilir.

2022-də Ukrayna ordusunun tərki silah edilib ləğv edilməsi üçün Rusiya tərəfindən başlanan “Xüsusi Hərbi Əməliyyat” nəticəsin
2022-də Ukrayna ordusunun tərki silah edilib ləğv edilməsi üçün Rusiya tərəfindən başlanan “Xüsusi Hərbi Əməliyyat” nəticəsində Ukrayna ordusu bu gün Yaxın Şərqdə ərəb ölkələrinin hava müdafiəsində iştirak edir.

Son saniyələrdə özünü çatdıran İron Dome

Peyk görüntüləri 18 mart 2026-cı il tarixində Hörmüz boğazında tankeri vurduqdan sonra ərazini sürətlə tərk edən SEPAHın sürə
+2
Peyk görüntüləri 18 mart 2026-cı il tarixində Hörmüz boğazında tankeri vurduqdan sonra ərazini sürətlə tərk edən SEPAHın sürətli qayıqlarını qeydə alıb.

photo content

Cədvəl 3-də 2026-cı il üçün gözlənilən tədarüklər əks olunub: Ordunun, donanmanın və dəniz piyadaları korpusunun sərəncamına
Cədvəl 3-də 2026-cı il üçün gözlənilən tədarüklər əks olunub: Ordunun, donanmanın və dəniz piyadaları korpusunun sərəncamına 190 Tomahawk veriləcək. Əlavə 76 ədəd SM-3 və 125 ədəd SM-6 JASSM tədarükü gözlənilmir, lakin ABŞ-ın anbarlarında 3 mindən çox ehtiyat var. Yerüstü ballistik raketlərdən əsasən ATACMS tətbiq olunub və onların əvəzi 70 ədəd gözlənilən yeni PrSM-lərlə kompensasiya ediləcək. PAC-3-ə gəldikdə, ABŞ ötən ilki 620 ədədlik ümumi istehsal fonunda 172 raketin tədarükünü gözləyir. Buna paralel olaraq, ABŞ növbəti 7 il ərzində qeyd olunan bütün sursatların istehsalını bir neçə dəfə artırmaq niyyətindədir ki, bu barədə daha əvvəl məlumat verilib.

Cədvəlin özündə daha çox sistemləri görmək olar.

CSIS kampaniyanın ilk altı günü üçün cədvəllər təqdim edib. Həmin müddətdə əsas diqqət HHM-in yatırılması və digər prioritet
CSIS kampaniyanın ilk altı günü üçün cədvəllər təqdim edib. Həmin müddətdə əsas diqqət HHM-in yatırılması və digər prioritet hədəflərin məhv edilməsi üçün yüksək dəqiqlikli və bahalı vasitələrin kütləvi tətbiqinə yönəlmişdi. Sonradan JDAM və Hellfire kimi daha ucuz vasitələr işə düşüb, 2-6 gün ərzində istifadə olunmuş əsas sursatların sayı : >TLAM (Quru hədəfləri üçün Tomahawk) — 319 ədəd. >JASSM — 786 ədəd. >HARM/AARGM — 414 ədəd. >ATACMS/PrSM — 86 ədəd. >APKWS — 879 ədəd. >Patriot PAC-3 — 139 ədəd. >THAAD — 158 ədəd. >SM-3/2/6 — 198 ədəd.

ABŞ nə qədər sursat xərcləyib. Bunların qiyməti barədə araşdırma. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) Amerikan
ABŞ nə qədər sursat xərcləyib. Bunların qiyməti barədə araşdırma. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) Amerikanın İrana qarşı təcavüzündə sursat sərfi ilə bağlı əməliyyatın dəyəri kontekstində öz məlumatlarını təqdim edib. Məqalədə deyilir ki, Pentaqon Epic Fury ilk altı gününün dəyərini 11,3 milyard dollar olaraq hesabat verib. Sursatlara çəkilən xərclər əvvəllər səsləndirilmiş 5,6 milyard dollarlıq məlumatla üst-üstə düşür.

ABŞ 2021-ci ildə sınaqdan keçirilmiş 2270 kq-lıq yeni GBU-72 Advanced 5K Penetrator nüfuzedici aviabombasının ilk döyüş tətbi
+1
ABŞ 2021-ci ildə sınaqdan keçirilmiş 2270 kq-lıq yeni GBU-72 Advanced 5K Penetrator nüfuzedici aviabombasının ilk döyüş tətbiqi barədə bəyanat yayıb. CENTCOM-un məlumatına görə, bir neçə bomba Hörmüz boğazı sahili boyu İranın gəmi əleyhinə raketlərinin yerləşdiyi möhkəmləndirilmiş mövqelərə atılıb. Döyüş sursatı gücləndirilmiş korpusla təchiz edilib. GPS vasitəsilə hədəfə tuşlanır. O, GBU-28 (30 metrə qədər qruntu və ya 6 metr dəmir-betonu dəlmək güclü) ilə GBU-57 MOP (80 metrə qədər qayalıq süxuru və ya 60 metr dəmir-betonu dəlmək güclü) arasında aralıq rolunu oynayır.

Hücumlarda ABŞ da, iştirak edib.

İddia deyil. Ənzəli vurulur hal hazırda.

İddia : İsrail Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinə məxsus raket katerlərinə zərbələr endirib. Beşdən çox gəmi hədəf
İddia : İsrail Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinə məxsus raket katerlərinə zərbələr endirib. Beşdən çox gəmi hədəf alınıb.

BƏƏ-nin Əl-Füceyrə limanında yanan neft çənləri. Görüntü "Zorkiy-2M" kosmik aparatı tərəfindən çəkilib.
BƏƏ-nin Əl-Füceyrə limanında yanan neft çənləri. Görüntü "Zorkiy-2M" kosmik aparatı tərəfindən çəkilib.

Əməliyyatın taleyi ilkin zərbədən asılı idi. İsrail kəşfiyyatı İranın Ali Milli Təhlükəsizlik Şurasının həftəlik iclasının keçiriləcəyi vaxtı dəqiq öyrənmişdi. İclasda təhlükəsizlik o qədər yüksək idi ki, hətta rəhbərlərin ən yaxın köməkçiləri belə içəri buraxılmırdı.
Səhər saat 06:00-da havaya qalxan İsrailin F-16I və F-35I qırıcıları, uzaq məsafədən təxminən 30 ədəd ROCKS aeroballistik raketi atəşləyiblər. Tam saat 08:10-da — iclas başlayandan 10 dəqiqə sonra — bu raketlər Şuranın iclas zalını, Xameneyinin iqamətgahını və kəşfiyyat nazirliyinin (MOIS) binasını eyni vaxtda vurub.

İsrailin əməliyyat planı 3 mərhələdən ibarət olub: 1-ci mərhələ: İranın ali rəhbərliyini vuraraq idarəetməni iflic etmək. 2-c
İsrailin əməliyyat planı 3 mərhələdən ibarət olub: 1-ci mərhələ: İranın ali rəhbərliyini vuraraq idarəetməni iflic etmək. 2-ci mərhələ: Hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq. 3-cü mərhələ ("Armada" və ya "Genezis Uçuşu"): 200-ə yaxın qırıcının iştirakı ilə İranın qərbinə daxil olaraq raket qurğularını, yeraltı tunelləri və uçuş meydançalarını saatlarla bombalamaq.

İran 12 günlük müharibədən müəyyən dərslər çıxarıb. "Hizbullah" və digər müttəfiq qüvvələrin döyüş gücü zəiflədiyi üçün Tehran, raket ehtiyatını sürətlə bərpa etmək və texnoloji yeniliklər tətbiq etmək üçün istehsal xətləri və avadanlıqlar almağa çalışıb
Digər mühüm məqam isə İran kəşfiyyatının (MOIS), İsrailin iranlı alimləri və hərbi rəhbərləri real vaxtda necə izlədiyini tapması olub. Məlum olub ki, İsrailin kəşfiyyat bölməsi (Unit 8200) hədəfləri telefon şəbəkəsini sındıraraq və onların mühafizəçilərinin telefonlarını izləyərək tapırmış. Bundan sonra İran tərəfi bütün həmin telefonları yığaraq məhv edib.
Lakin mühafizəçilərə telefon qadağan olunsa da, İsrail kəşfiyyatı (AMAN) yenə də İran rəhbərliyinin daxilindən məlumat almağa davam edib. İsrail bildirir ki, bu məlumatlar son 20 ilin, xüsusən də son 5 ilin sistemli kəşfiyyat işinin nəticəsidir. Məsələn, Tehranın demək olar ki, bütün küçə kameralarının sındırıldığı və görüntülərin real vaxtda İsrailə ötürüldüyü qeyd olunur.

İsrailin Ynet nəşri, fevralın 28-də İranın ali rəhbəri Əli Xameneyinin iqamətgahına endirilən zərbənin hazırlıq detallarını p
İsrailin Ynet nəşri, fevralın 28-də İranın ali rəhbəri Əli Xameneyinin iqamətgahına endirilən zərbənin hazırlıq detallarını paylaşıb.

Ormilitarism - Статистика и аналитика Telegram-канала @ormilitarism