ru
Feedback
Ormilitarism

Ormilitarism

Открыть в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Больше
7 301
Подписчики
Нет данных24 часа
-297 дней
-7230 день
Архив постов
Məhəmməd Baqir Qalibaf: “Düşmən rejim dəyişikliyi etməyə və İranı “Venesuelalaşdırmağa” çalışaraq neftimizi hərraca çıxarmaq istəyirdi, lakin buna nail ola bilmədi”

Məhəmməd Baqir Qalibaf: “Mən şəhid olmağa hazıram. Biz həm qan tökməyə, həm də ağır çətinliklərə dözməyə hazırıq”

Ötən gün SEPAH Hindistana məxsus neft tankerini atəşə tutaraq gəmini geri qayıtmağa məcbur edib.

Yaxın Şərqə ABŞ daşımaları davam edir.

Odessada Ukrayna Silahlı Qüvvələrinin 11-ci əlahiddə ordu aviasiya briqadasına məxsus Yak-52 təyyarəsinin bortundan “Geran-2” kamikadze dronlarının atıcı silahlarla məhv edilməsi.

Leninqrad vilayətində ukrayna dronlarından müdafiə məqsədilə ehtiyatda olan şəxslərdən ibarət əlavə mobil atəş qruplarının fo
Leninqrad vilayətində ukrayna dronlarından müdafiə məqsədilə ehtiyatda olan şəxslərdən ibarət əlavə mobil atəş qruplarının formalaşdırıldığı bildirilib. Vilayətin qubernatoru Aleksandr Drozdenko qeyd edib ki, yeni mobil qruplar kritik əhəmiyyətli infrastruktur obyektlərinin yerləşdiyi müəssisə və təşkilatların ərazilərində yerləşdiriləcək, həmçinin ordu bölmələrinin sərəncamına veriləcək. Mobil qruplarda xidmət üçün SVO və digər hərbi münaqişələrin veteranlarına qeydiyyatdan keçmək çağırışı edilib. Bunun üçün 3 ilə qədər müddətə xüsusi müqavilə imzalamaq tələb olunur.

15 aprel tarixində Əlcəzairə tarixi səfərini başa vuran Papa XIV Levın təyyarəsini fəxri müşayiət edən Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus çoxməqsədli Su-30MKA qırıcıları. Qanad uclarında SAP-518 “Regata” REM.

Bu münaqişənin ən qəribə tərəfi danışıqlara gedən hər iki tərəfin, özünü qalib kimi aparmasıdır. Çünki iki tərəfdə qarşı tərəfdən nəsə tələb edir və əvəzində nəsə vermək istəmir. İki tərəfindən məğlub olmadığı münaqişələrdə ortaq qərarlar verilir. Burda isə ortaq bir qərar yoxdur. Müharibənin ikinci və böyük ehtimal həll edici raundu gözləniləndir.

İran Hörmüzün bağlandığını elan edib. Daha əvvəldə demişdim, İran boğazı açtığını sözdə elan edir amma yenə də, gəmilərin keç
İran Hörmüzün bağlandığını elan edib. Daha əvvəldə demişdim, İran boğazı açtığını sözdə elan edir amma yenə də, gəmilərin keçidi üçün özünün seçdiyi yoldan və nəzarət üçün HDQ dan istifadə edir. Belə hal Hörmüzün açılması demək deyil.

Jurnalist: Siz bildirmişdiniz ki, İran zənginləşdirilmiş uranı təhvil verməyə razılaşıb, lakin Tehran bunu inkar edir. Tramp:
Jurnalist: Siz bildirmişdiniz ki, İran zənginləşdirilmiş uranı təhvil verməyə razılaşıb, lakin Tehran bunu inkar edir. Tramp: Onların nə deməsinin fərqi yoxdur. Proses bizim istədiyimiz kimi gedəcək. Onlar bütün tələbləri yerinə yetirməlidirlər və biz lazım olanı əldə edəcəyik. Mən bazarlara müdaxilə etmirəm və buna ehtiyac duymuram.

Hindistan zəruri hallarda Rusiyaya 3000-ə qədər hərbçi göndərə bilər. Rusiya ilə Hindistan arasında təbii və texnogen fəlakət
Hindistan zəruri hallarda Rusiyaya 3000-ə qədər hərbçi göndərə bilər. Rusiya ilə Hindistan arasında təbii və texnogen fəlakətlər zamanı operativ yardım, humanitar dəstək, hərbi təlimlər və “sülh və sabitliyin qorunması” məqsədilə digər birgə fəaliyyətləri əhatə edən yeni saziş imzalanıb. Razılaşmaya görə, Yeni Dehli ehtiyac yaranarsa Rusiyaya 3000 hərbçi, 10-a qədər hərbi təyyarə və 5 gəmi göndərə bilər. Eyni öhdəliklər Rusiyaya da şamil olunur. Qəbul edən tərəf isə yanacaq, təminat və ərzaqla təmin etməyi üzərinə götürür. Bu sənəd son illərdə iki ölkə arasında imzalanan ən genişmiqyaslı əməkdaşlıq razılaşmalarından biri hesab olunur.

Uqandadakı Şempanzelərin vətəndaş müharibəsi daha maraqlıdı.

İsrail 30 ildi bunamı hazırlaşırmış. Dünya tarxinin ən mənasız və maraqsız münaqişəsi olaraq tarixə düşdü. Ortada olan Dubaya oldu.

Tramp Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə göstərdikləri cəsarət və köməyə görə təşəkkür edib. O həmçinin İranın ABŞ-ın köməyi
Tramp Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə göstərdikləri cəsarət və köməyə görə təşəkkür edib. O həmçinin İranın ABŞ-ın köməyi ilə bütün dəniz minalarını çıxardığını və ya çıxarmaqda davam etdiyini bildirib və buna görə İrana təşəkkür edib. Tramp bir daha vurğulayıb ki, bu razılaşma heç bir şəkildə Livanla bağlı deyil, lakin ABŞ ayrıca olaraq Livanla işləyəcək və “Livanı yenidən böyük edəcək”. Sonda Tramp Pakistan və onun baş naziri ilə feldmarşalına təşəkkür edib və onları iki möhtəşəm insan adlandırıb.

Tramp: ABŞ B-2 bombardmançıları tərəfindən dağıdılmış bütün “nüvə tozunu” əldə edəcək. Heç bir maliyyə ödənişi olmayacaq. Bu
Tramp: ABŞ B-2 bombardmançıları tərəfindən dağıdılmış bütün “nüvə tozunu” əldə edəcək. Heç bir maliyyə ödənişi olmayacaq. Bu razılaşma Livanı əhatə etmir, lakin ABŞ ayrıca olaraq Livanda işləyəcək və “Hizbullah” məsələsini həll edəcək. İsrail artıq Livanı bombalamayacaq — buna ABŞ tərəfindən qadağa qoyulub. Bəsdir artıq. Təşəkkürlər

İran Hörmüzü açsa da, keçidlərə yenə icazəni İran HDQ edir.

Hörmüz boğazı ABŞın Livandakı atəşkəslə bağlı şərti yerinə yetirdiyi üçün açıldı.

Tramp: Hörmüz boğazı tam açıqdır və ticarət üçün hazırdır, keçid tam mümkündür. Lakin İranla bağlı dəniz blokadası qüvvədə qa
Tramp: Hörmüz boğazı tam açıqdır və ticarət üçün hazırdır, keçid tam mümkündür. Lakin İranla bağlı dəniz blokadası qüvvədə qalmağa davam edəcək və İranla razılaşmamız 100% tamamlanana qədər tam şəkildə tətbiq olunacaq.

İranın yüksək rütbəli hərbi rəsmisi Hörmüz boğazının açılması ilə bağlı bildirib: Yalnız hərbi olmayan gəmilərə, müəyyən edilmiş marşrutlar üzrə və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə keçidə icazə verilir. Mülki gəmilər İranın Limanlar və Dəniz Təşkilatının müəyyən etdiyi marşrutlara riayət etməlidir.

ABŞ İranla müharibə səbəbindən silah ehtiyatlarının azalması ilə əlaqədar bəzi Avropa müttəfiqlərinə silah tədarükündə gecikm
ABŞ İranla müharibə səbəbindən silah ehtiyatlarının azalması ilə əlaqədar bəzi Avropa müttəfiqlərinə silah tədarükündə gecikmələr barədə qeyri-rəsmi xəbərdarlıq edib. Pentaqon hazırda prioriteti öz ehtiyaclarına və davam edən əməliyyatlara verir.