Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 281
Подписчики
-224 часа
-187 дней
-7530 день
Архив постов
7 282
İsrail Müdafiə Qüvvələri şənbə günündən bəri həyata keçirilən hava zərbələri nəticəsində İrana məxsus 300-dən çox ballistik raket buraxılış qurğusunun məhv edildiyini iddia edir.
7 282
Böyük Britaniya Müdafiə Nazirliyi ilk dəfə olaraq İrana məxsus PUA-nın (İHA) İordaniya səmalarında Eurofighter Typhoon FGR4 qırıcısı tərəfindən zərərsizləşdirilməsinin görüntülərini yayımlayıb.
7 282
Cənubi Şiraz: Dörd buraxılış qurğusu məhv edilib. Yanğın izləri görünür.
Qərbi Şiraz: Raket binası məhv edilib. Digər görünən zədə yoxdur.
Pənc Pellə (Kirmanşah): 28 fevral – 1 mart tarixlərində dörd buraxılış qurğusu vurulub.
Hacıabad: Tunel girişlərinin yaxınlığında üç buraxılış qurğusu məhv edilib.
7 282
Peyk görüntüləri İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ballistik raket buraxılış qurğularını hədəf alan ardıcıl zərbələrin davam etdiyini göstərir. Binaların çoxu və tunel girişləri isə toxunulmaz qalıb.
İmam Əli bazası: Tunel sahələrinin yaxınlığında ehtimal olunan zərbələr (aşağı keyfiyyətli görüntü).
Cənubi İsfahan: Yoldakı krater hərəkətdə olan buraxılış qurğusuna zərbə endirildiyini göstərir. Buraxılış sahəsində yanıq izləri mövcuddur.
Şimali İsfahan (1–2 mart): Bir buraxılış qurğusu məhv edilib. Növbəti gün ikinci yanıq izi görünüb. Tunel girişlərinə dəyən hər hansı zərbə təsdiqlənməyib.
Gərmdərə (Tehran yaxınlığı): Zədələnmiş və ya məhv edilmiş nəqliyyat vasitələrindən qalan yanıq izləri.
Xorqu: İstifadə olunduğu ehtimal edilən iki bina və digər inzibati/texniki tikililər məhv edilib; tunellərdə və ya silo tipli (raket şaxtası) strukturlarda görünən zədə yoxdur.
7 282
Tramp İspaniya ilə bağlı:
Onlar dedilər ki, biz onların bazalarından istifadə edə bilmərik.
İstəsək, onların bazalarından istifadə edə bilərdik. Heç kim bizə “etmə” deyə bilməz.
7 282
>Komandanlıq və İdarəetmə Mərkəzləri
>SEPAH-ın Baş Qərargahı
>SEPAH-ın Aerokosmik Qüvvələrinin Qərargahı
>Hava Hücumundan Müdafiə Sistemləri
>Ballistik Raket buraxıcıları
>İran Hərbi Dəniz Qüvvələrinin Gəmiləri
>İran Hərbi Dəniz Qüvvələrinin Sualtı Qayıqları
>Gəmi Əleyhinə Raket buraxıcıları
> Hərbi Rabitə vasitələri
Əməliyyatda ABŞ Hərbi Hava Qüvvələri, Ordu, Dəniz Piyadaları və Hərbi Dəniz Qüvvələrinin yüzlərlə zərbə və dəstək vasitələrindən istifadə olunur.
7 282
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təqdim etdiyi son məlumatlara görə, şənbə günü başlayan "Epic Fury" əməliyyatından bəri İran boyu 1700-dən çox hədəf vurulub, bura aşağıdakılar daxildir:
7 282
Fransa Xarici İşlər Naziri Jan-Noel Barro çərşənbə axşamı bəyan edib ki, Fransa öz hərbi-dəniz və hava bazalarını İranın hücumlarından qorumaq üçün Birləşmiş Ərəb Əmirliklərinə "Dassault Rafale" qırıcılarını yerləşdirib.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
