Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 264
Подписчики
-824 часа
-167 дней
-8630 день
Архив постов
7 262
Son dəqiqə !
Ukraynanın Lvov şəhərində bir sıra güclü partlayış səsləri eşidilib.
Ukrayna tərəfi iddia edir ki, Rusiya “Oreşnik” adlı silahdan istifadə etmiş ola bilər.
7 262
Etirazçılarda gruplaşma və liderləşmə hələ ki formalaşmayıb. Onlar pərakəndə plan üzrə hərəkət edir və əsas stratejik istiqamətlərə yönəlmirlər. Əlavə olaraq şüar olsa da, məqsəd yoxdur. Bu belə davam edərsə etirazların şiddəti özü özünü söndürə bilər.
7 262
Gələn görüntüləri analiz edərək demək olar ki, İran təhlükəsizlik qüvvələri ifrat müdaxiləyə üstünlük vermirlər. Nə ordu yeridilir nə texnika.
Sadəcə yerli orqanlar müdaxilə edir.
İki ehtimal var
1) İfrat müdaxilə ilə diqqətləri üzərlərinə çəkməyib vəziyətin dahada kəskinləşməməsi üçün çalışırlar.
2) Talelərinə razı düşüb gözləyirlər.
7 262
Kontentən kənar
ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları dünən Minnesota ştatının Minneapolis şəhəri ətrafındakı yaşayış məntəqələrində keçirilən reyd zamanı 37 yaşlı bir qadını güllələyərək öldürüblər.
Atəş açılmadan əvvəl qadının avtomobili ilə yolu bağladığı, agentlərin ona yaxınlaşaraq maşının qapısını açmağa cəhd etdikləri görünür. Daha sonra qadın avtomobili hərəkətə salaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. Bu zaman agentlərdən biri üç dəfə atəş açıb: güllələrdən biri ön şüşədən, digər ikisi isə açıq sürücü pəncərəsindən yaxın məsafədən atılıb. Nəticədə qadın hadisə yerində həyatını itirib.
7 262
İranda vəziyyət.
Etirazların 11-ci günündə Nişabur, Məşhəd, Qəzvin, Torbət-e Cam, Kirmanşah və Kərəc daxil olmaqla bir sıra şəhərlərdə etirazçılar təhlükəsizlik qüvvələrini küçələrdən sıxışdırıb çıxarırlar. Məşhəddə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus avtobus yandırılıb, Rəştdə isə mülki geyimli SEPAH əməkdaşı tərksilah edilib. Kərəc və Tonekabon şəhərlərində odlu silah və gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.
Məlumata görə, Nişabur şəhəri qismən etirazçıların nəzarətinə keçib.
7 262
Venesuela Silahlı Qüvvələrinə məxsus üçüncü “Buk-M2E” zenit-raket kompleksi (və ya kompleksin tərkibinə daxil olan başqa bir maşın) La-Guayra limanında məhv edilib.
Video ABŞ HHQ-nin aviazərbələr endirdiyi La-Guayra limanında qeydə alınıb.
7 262
Yeri gəlmişkən, ABŞ-ın Venesueladakı son əməliyyatı bir daha göstərdi ki, mühafizə olunan hava məkanına daxil olmaq üçün nə xüsusi sehir, nə də gizli razılaşmalar lazımdır. Əgər ixtisaslaşmış, qırıcılar bazasında yaradılmış REM (radioelektron mübarizə) təyyarələrin varsa bu daha rahat olacaqdır.
Məsələn, F/A-18 ailəsi əsasında hazırlanmış ABŞ-ın EA-18G təyyarəsi kimi. Bu tip platformalar həm müxtəlif sinif və tapşırıqlar üçün güclü REM vasitələrini daşıyıb tətbiq edə, həm də yüksək dəqiqlikli silahlarla hədəfləri vura bilir. Eyni zamanda, əsasının qırıcı olması sayəsində adi döyüş təyyarələri ilə eyni döyüş sıralarında effektiv fəaliyyət göstərə bilir.
Nəticədə, hətta çoxkanallı və güclü zenit-raket komplekslərini aşmaq, mürəkkəb maneə siqnalları ilə rabitə sistemlərini və radarları neytrallaşdırmaq mümkündür. Bu isə digər aviasiya üçün səmada faktiki olaraq poliqon şəraiti yaradır.
