Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 302
Подписчики
Нет данных24 часа
-297 дней
-7230 день
Архив постов
7 302
Dnepropetrovsk şəhərinin mərkəzində, dəmiryolu vağzalının yaxınlığında “Geran” pilotsuz uçuş aparatına FIM-92 Stinger tipli daşınan zenit-raket kompleksi ilə atış.
7 302
Moskvada 9 may paradı ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi çərçivəsində mobil rabitənin ciddi şəkildə məhdudlaşdırılması planlaşdırıldığı iddia olunur. BBC-nin “Ростелеком” və mobil operatorlardakı mənbələrə istinadən verdiyi məlumata görə, bu məhdudiyyətlər yalnız interneti deyil, adi mobil zəngləri, SMS göndərişini və hətta bəzi xüsusi icazəli əlaqə sistemlərini (“ağ siyahı”) da əhatə edə bilər.
Bildirilir ki, bu tədbirlər əsasən 5, 7 və 9 may tarixlərində tətbiq oluna bilər. Məqsəd xüsusilə mümkün dron hücumları və ya uzaqdan idarə olunan qurğuların qarşısını almaqdır. Məhdudiyyətlərin əhatə dairəsi şəhərin mərkəzi ilə məhdudlaşmaya da bilər və Moskvanın əsas dairəvi yolu olan MKAD-a qədər genişləndirilə bilər.
7 302
Səudiyyə Ərəbistanının BƏƏ-ya qarşı bölgədəki silahlı qruplaşmalara dəstək verəcəyi xəbərləri yayılır.
7 302
Bu sistemlər köhnə sovet mənşəli gəmi radarının quru versiyasına əsaslanır və artıq müasir standartlara görə köhnəlmiş sayılır. Lakin yenə də müəyyən funksionallıq verir.
Müasir yanaşma ilə bu cür sistemlər daha yeni radarlar, optik-elektron müşahidə vasitələri və kompüterləşdirilmiş idarəetmə sistemləri ilə birləşdirildikdə, aşağı hündürlükdə uçan hava hədəflərinə, xüsusilə də uzaq məsafəli dronlara qarşı effektiv “son müdafiə xətti” kimi istifadə oluna bilər.
7 302
Şimali Koreyanın 14,5 mm çaplı silah sistemlərinin inkişafı və xüsusilə ZPU-4 zenit qurğularının modernizasiyası barədə izahlı texniki təhlil.
Şimali Koreya və Çin SSRİ dövründən qalma 14,5x114 mm çaplı silahlardan geniş şəkildə istifadə etməyə davam edir. Bunun səbəbi həm tarixi hərbi təcrübə (Koreya müharibəsi və Asiyada sonrakı münaqişələr), həm də daha müasir avtomatik top və raket sistemlərini geniş miqyasda istehsal etməkdə çətinliklərdir. Buna görə bu ölkələr köhnə sayılan, lakin etibarlı 14,5 mm sistemləri inkişaf etdirməyə davam ediblər.
Bu inkişaf yalnız KPVT tipli pulemyotların zirehli texnika və katerlərdə istifadəsi ilə məhdudlaşmayıb. Eyni zamanda ZPU-4 zenit qurğularının da yerli versiyaları yaradılıb və modernləşdirilib.
Şimali Koreya variantında əsas yenilik ondan ibarətdir ki:
– silahın tuşlanması və hərəkəti elektrik ötürücülərlə idarə olunur
– bütün qurğu vahid atəşi idarəetmə sistemi ilə işləyir
– hədəflərin aşkarlanması və izlənməsi radar vasitəsilə həyata keçirilir
7 302
+3
Qazaxıstanda Rusiya sərhədinə yaxın ərazidə pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
Məlumata görə, kamikadze tipli dron Alimbetovka kəndi yaxınlığında düşüb. Ərazi Rusiyanın Orenburq vilayətindəki Orsk şəhərindən təxminən 20 km məsafədə yerləşir. Orsk-un bu gün səhər saatlarında hücuma məruz qaldığı barədə məlumatlar yayılıb.
Qazaxıstan ərazisində bu tipli dron qalıqlarının aşkar olunması ilə bağlı ilk hal deyil. 2025-ci ilin oktyabrında Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunda FP-1 tipli kamikadze dronunun qalıqları tapılmışdı.
7 302
+4
Ukraynaya məxsus kamikaze tipli An-196 dronları Perm şəhərində neft-qaz nəqli idarəetmə mərkəzinə (LPDS “Perm”) zərbə endirib.
Bura Ukrayna sərhədindən təxminən 1500 km məsafəd yerləşir.
7 302
Regionda gərginliyin yüksək olduğu bir dövrdə Türkiyə ordusu ilə bağlı bir hadisə gündəmə gəlib.
Məlumata görə, Türkiyə kuboku çərçivəsində keçirilən Konyaspor–Fenerbahçe oyunu zamanı gecə saatlarında Konya 3-cü Hava Qüvvələri bazasının komandanı general-mayor Mete Kuşun göstərişi ilə stadion üzərində F-16 qırıcısı və Sikorsky tipli helikopterlər alçaq uçuş həyata keçirib. Oyunu stadiondan izləyən tamaşaçılar hadisədən təəccüblənsə də, ilkin mərhələdə bunun səbəbi açıqlanmayıb.
Daha sonra jurnalist Fatih Altaylı iddia edib ki, bu hadisədən sonra Baş Qərargah tərəfindən həmin general vəzifəsindən azad edilərək Ankarada başqa bir posta təyin olunub. Onun sözlərinə görə, bu dəyişiklik faktiki olaraq bir növ “yumşaq uzaqlaşdırma” xarakteri daşıyıb.
Altaylının iddiasına əsasən, həmin addımın arxasında şəxsi futbol simpatiyası və Fenerbahçe komandası üzərində psixoloji təsir yaratmaq niyyəti olub. Generalın isə Konyaspor azarkeşi olduğunu bildirdiyi qeyd edilir.
7 302
Kanada müdafiə naziri David McGuinty bildirib ki, ölkə 88 ədəd F-35 qırıcı təyyarəsinin alınması planını hələ də yenidən nəzərdən keçirir.
2023-cü ildə elan olunan və 19 milyard Kanada dolları dəyərində olan müqavilə, baş nazir Carney tərəfindən ABŞ müdafiə sənayesindən asılılıqla bağlı narahatlıqlara görə yenidən qiymətləndirilir.
7 302
Hindistan may ayının ortalarına qədər Rusiyadan dördüncü S-400 hava hücumundan müdafiə sistemini qəbul etməyə hazırlaşır.
Beşinci S-400 kompleksinin noyabr ayında çatdırılması planlaşdırılır. Hökumət həmçinin hava müdafiəsini gücləndirmək məqsədilə əlavə beş sistemin alınmasını təsdiqləyib.
7 302
9 may Moskva paradı hərbi texnika kolonlarının iştirakı olmadan, həmçinin Suvorov hərbi məktəblərinin və Naximov dəniz məktəbinin kursantları olmadan keçiriləcək.
Meydandan yalnız ali hərbi təhsil müəssisələrinin hərbçilərindən ibarət piyada kolonları keçəcək, səmada isə təyyarələr uçuş edəcək.
Texnikanın iştirakının ləğv edilməsinə səbəb kimi “mövcud operativ vəziyyət” göstərilib.
7 302
Mali Hərbi Hava Qüvvələrinə məxsus istismara yararsız Mi-24P helikopteri FLA (Tuareg) silahlılarının əlinə keçib.
Bu helikopter 2022-ci ilin martında “terrorizm və ekstremizmlə mübarizə” məqsədilə Rusiya Silahlı Qüvvələrinin ehtiyatından pulsuz olaraq Maliyə təhvil verilmişdi.
Həmin vaxt Mali ordusunun o zamankı polkovniki Sadio Kamara qürurla bildirmişdi ki, artıq ölkə ordusu “heç kimdən kömək istəmədən müstəqil fəaliyyət göstərə biləcək”.
Kamara bir neçə gün əvvəl silahlıların hücumu nəticəsində öldürüldü.
7 302
Qeyd edək ki, 28 Aprel Ukrayna Silahlı Qüvvələri Tuapsedə yerləşən neft emalı zavodunun ərazisindəki rezervuarlara üçüncü zərbəni endirib.
7 302
Həbşan ilə Fuceyra şəhəri arasında uzanan 406 km-lik ADCOP boru xətti.
Bu xətt BƏƏ üçün Hörmüz boğazını yan keçən yeganə quru marşrutu hesab olunur.
Gündəlik 1,5 milyon barel ötürmə gücünə malik olan bu xətt ölkənin xam neft ixracının yarıdan çoxunu təmin edir. 2012-ci ildə istifadəyə verilən layihənin dəyəri 4,2 milyard dollar olub.
İranın hücumları burdakı infrastruktura ziyan vurub.
Mövcud şəraitdə BƏƏ üçün 45-50 dollar səviyyəsində neft qiyməti yetərli sayılır, halbuki Səudiyyə Ərəbistanının daha yüksək – 85-90 dollar aralığında qiymətə ehtiyacı var.
7 302
JNIM döyüşçüləri Malidə “Afrika Korpusu”na məxsus, KPVT və W85 pulemyotları ilə təchiz edilmiş iki qülləli “Çekan” zirehli avtomobilini ələ keçirib.
7 302
BƏƏ ayrı bir neft istehsalçısı olaraq artıq Hörmüzün açılmasında bir başa maraqlı tərəfə çevrildi.
7 302
Bu iki məsələni qızışdıra bilər :
1. BƏƏ-nin İran-ABŞ raund 2 yə bir başa qoşulması
2. BƏƏ ilə Səudiyyə Ərəbistanı arasındakı üstü bağlı münaqişənin böyüməsi.
7 302
Bu öz axarında kvota məhdudiyyətlərindən narazı ölkələrin domino effekti kimi ayrılmasına səbəb ola bilər.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
