Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 274
Подписчики
Нет данных24 часа
-247 дней
-8130 день
Архив постов
7 274
Rusiyanın “Starlink analoqunun” son vəziyyəti.
Söhbət “Büro 1440” şirkətinin “Rassvet” layihəsindən gedir. Açıqlanan planlara görə, genişzolaqlı internet üçün nəzərdə tutulan ilk 16 aşağı orbit peykinin buraxılışı 2025-ci ildə baş tutmalı idi. Amma təbii ki, bu baş vermədi. “Kommersant”ın yazdığına görə, buraxılış peyklərin hazır olmaması səbəbilə 2026-cı ilə təxirə salınıb.
İndi isə bu cür peyk qruplaşmasının ümumi “yol xəritəsi” də sual altındadır. Həmin plana əsasən, 2026-cı ildə 156, 2027-ci ildə 292 və 2028-ci ildə isə 318 peykin orbitə çıxarılması nəzərdə tutulurdu. Hətta bu müddətlər qorunsa belə, bu peyk internetinin kommersiya istismarı yalnız 2027-ci ildən yəni orbitdə təxminən 250 aparat olduqdan sonra mümkün sayılırdı.
Əgər Rusiya Silahlı Qüvvələri Starlink terminallarını təkcə dronların işə salınması üçün deyil, ümumiyyətlə cəbhədə internet və rabitə üçün istifadə edirsə və bunların tam şəkildə itirilməsinə səbəb olacaq bir hadisə baş versə, onları operativ şəkildə əvəz edəcək heç nə yoxdur.
7 274
Rusiya casus peyklərinin Avropanın kosmik aktivlərini ələ keçirməyə çalışdığı ehtimal olunur.
7 274
+1
Planet Labs tərəfindən 25 yanvar tarixində çəkilən peyk görüntüləri İordaniyadakı Muwaffaq Salti aviabazasında F-15E Strike Eagle və doqquz A-10C Thunderbolt II təyyarələrinin perronda yerləşdirildiyini göstərir.
7 274
Ukraynaya məxsus MIM-104 “Patriot” zenit-raket kompleksi ötən gecə Kiyevə qarşı həyata keçirilən genişmiqyaslı hücum zamanı Rusiyanın ballistik raketini vurarkən.
7 274
Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi günü açıqlayıb ki, Ukrayna Avropa İttifaqının yolunu davam etdirərək İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) xarici terror təşkilatı kimi tanıyacaq.
7 274
İndi maraqlı bir sual verim ABŞ-ın İrana işğalı başlarsa İran rəhbərliyinin torpaqlarını qoruması ağılsızlıqdırmı , qəhrəmanlıqdırmı?
7 274
ABŞ-ın Almaniyadakı Ramstein və Spangdahlem aviabazaları bu gündən etibarən 7/24 rejimə keçib. Səbəb ABŞ-dan fasiləsiz gələn C-17 hərbi-nəqliyyat təyyarələrinin artan axınını adi iş rejimində qarşılamağın mümkün olmamasıdır.
ABŞ-ın İrana irəli sürdüyü tələblər Tehran baxımından faktiki kapitulyasiya deməkdir. Bu səbəbdən İranın onları qəbul edəcəyi real görünmür.
7 274
Bu gün Ərəb dənizi üzərində vurulan İran pilotsuz uçuş aparatı "Shahed-139" kəşfiyyat dronu olub. PUA "USS Abraham Lincoln" (CVN-72) aviadaşıyıcısından qalxan 314-cü dəniz qırıcı hücum eskadronuna (VMFA-314) məxsus "F-35C Lightning II" qırıcısı tərəfindən məhv edilib.
7 274
Bu gün səhər saatlarında, Birləşmiş Ərəb Əmirliklərindən yola düşərək Fars körfəzindəki Bəhreyn Dəniz Dəstək Məntəqəsinə doğru hərəkət edən ABŞ bayraqlı və Danimarkaya məxsus "M/T STENA IMPERATIVE" neft tankerinə Hormuz boğazı yaxınlığında .50 kalibrli pulemyotlarla silahlanmış altı İran hərbi kateri şəkildə yaxınlaşıb.
"Vanguard Tech" dəniz təhlükəsizliyi şirkətinin məlumatına görə, İran katerləri neft tankerinə dayanmağı və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən gəmiyə baxış keçirilməsinə hazır olmağı əmr edib. Təhdidə cavab olaraq tanker sürətini artırıb və katerlər tərəfindən daha təqib olunmayıb. Daha sonra tanker bir ABŞ hərbi gəmisi ilə qarşılaşaraq, Bəhreynə qədər olan yolun qalan hissəsini onun müşayiəti ilə qət edib.
7 274
+1
Çinin "MizarVision" şirkəti tərəfindən yayımlanan 1 fevral 2026-cı il tarixli peyk görüntüləri, Hind okeanındakı Diego Garcia bazasının uçuş xəttində bir neçə yeni hərbi təyyarənin olduğunu göstərir. Bu təyyarələrə üç ədəd KC-135 "Stratotanker" havada yanacaqdoldurma tankeri, bir ədəd P-8A "Poseidon" dəniz patrul və müşahidə təyyarəsi, bir ədəd HC-130J "Super Hercules" döyüş axtarış-xilasetmə (CSAR) təyyarəsi və bir ədəd MC-130J "Commando II" xüsusi əməliyyat təyyarəsi daxildir.
7 274
ABŞ rəsmilərinin "Wall Street Journal" nəşrinə verdiyi məlumata görə, İrana qarşı Amerikan hava hücumları yaxın zamanlarda gözlənilmir.
Bunun səbəbi Pentaqonun İranın qisası və potensial uzunmüddətli münaqişə halında İsraili, ərəb müttəfiqlərini və Amerika qüvvələrini daha yaxşı qorumaq üçün bölgəyə əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirməsidir.
Rəsmilər bildirirlər ki, əgər Prezident bu gün əmr verərsə, ABŞ hərbçiləri İrana məhdud hava zərbələri endirə bilər. Lakin Prezident Trampın hərbçilərdən hazırlamasını tələb etdiyi qətiyyətli hücum növü, böyük ehtimalla İranın güclü cavabına səbəb olacaq. Bu isə ABŞ-ın həm İsraili, həm də Yaxın Şərqdəki Amerika qoşunlarını qorumaq üçün güclü hava hücumundan müdafiə sistemlərinə malik olmasını tələb edir.
7 274
Yeni göndərilmiş Rusiyanın Mi-28NE zərbə helikopteri İranın paytaxtı Tehran səmasında görüntülənib.
7 274
ABŞ hərbçiləri Ərəb dənizində ABŞ donanmasına aid təyyarədaşıyıcıya yaxınlaşan İran dronunu vurub.
7 274
Somaliya göndərilmiş Türkiyə F-16 döyüş təyyarələri Moqadişu üzərində aşağı hündürlükdə uçarkən müşahidə olunub.
7 274
Yeni Epstein sənədlərindəki, mesajda deyilir ki, Türkiyənin Qətərdəki qoşunları 2017-ci ildə Səudiyyə/BAƏ dəstəkli hərbi hərəkəti və ya çevrilişi dayandırıb.
“Türklər içəridə olduğundan, hərbi variant artıq mümkün deyil.” yazılıb mesajda.
Həqiqətən də, Türkiyə 2017-ci ildə Qətərə qoşun göndərmiş və təzyiqin qarşısını almağa kömək etmişdi.
7 274
ABŞ ilə Rusiya arasındakı sonuncu nüvə silahlarına nəzarət sazişi cümə axşamı günü başa çatır.
Bu saziş nüvə başlıqlarının sayını maksimum 1550-ə məhdudlaşdırır.
Daşıyıcı sistemlərin sayını isə maksimum 700-ə məhdudlaşdırır.
Şəffaflığı təmin edir və kimin nəyi harada saxladığını bildirirdi.
Bundan sonra, 1970-ci illərdən bəri ilk dəfə olaraq, dünyanın iki ən böyük nüvə dövləti arasında qüvvədə olan heç bir nüvə silahlarının tənzimlənməsi sazişi qalmayacaq.
7 274
Medvedev :
“Aydındır ki, nüvə silahları nüvə silahlarıdır.
Bu, fövqəladə silahdır və bütün bəşəriyyətin taleyi üçün son dərəcə təhlükəlidir.
Lakin ölkənin taleyi təhlükə altındadırsa, heç kimin istifadə barədə şübhəsi olmamalıdır”
