Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 262
Подписчики
-124 часа
-197 дней
-8530 день
Архив постов
7 261
Repost from Caucasian Live
🇦🇺 Avstraliyada yəhudilərə hücum zamanı onları xilas edən Suriya əsilli Əhməd Fateh Əl Əhmədiyə təşəkkür əlaməti olaraq Avstraliya xalqı bir günə 1.044 milyon dollar ianə toplayıb. Bunun 130 min dolları ilk saat ərzində yığılıb.
🔸 Toplanan vəsait Əhmədin müalicəsinə, eləcə də xəstəxanadan çıxdıqdan sonra övladları üçün daha təhlükəsiz və daha yaxşı bir həyat qurmasına dəstək məqsədi daşıyır. Əhmədinin qatil üzərinə getməsi itkilərin sayını azaldıb. İsrail höküməti də Əhmədiyə göstərdiyi şücaətə görə xüsusi təşəkkür edib.
@CaucasianLive
7 261
9 dekabr tarixində İvanovo vilayətində Uvodskoye su anbarına düşən An-22 “Antey” hərbi nəqliyyat təyyarəsinin qəza əks görüntüsü. Görüntülərdə təyyarənin havadaykən, parçalanmağa başladığı görünür.
Uçuşa hazırlıq qaydalarının pozulması faktı ilə bağlı cinayət işi açılıb.
7 261
Azərbaycanda globala çıxa bilən ilk hərbi kontentli səhifə olduq. Bu ritmlə böyüməyə doğru.
Globala çıxmağımız gələcəkdə ordumuzun PR-ı üçün çox köməklik edəcəkdir.
7 261
Tədbir zamanı baş verən silahlı hücum zamanı çəkilmiş görüntülər. Kadrda ətrafdakı şəxslərdən birinin uzun terrorçulardan birinə hücum edərək onu zərərsizləşdirdiyi anlar əks olunub.
7 261
Sidneydəki Bondi çimərliyində naməlum silahlı şəxslərin atəş açması nəticəsində azı 10 nəfərin öldüyü, 60-dan çox yaralının olduğu bildirilir.
Polis hücum edənlərdən bir nəfəri zərərsizləşdirib, bir nəfər saxlanılıb.
Çimərlikdə ənənəvi yəhudi festivalı təşkil edilib. Ölənlər arasında ravvinin də olduğu bildirilir.
7 261
Roketsan tərəfindən hazırlanmış Tayfun ballistik raketi son sınaq atışı zamanı hədəfi uğurla vurub.
7 261
Tayland Baş Naziri Anutin Charnvirakul bildirib ki, Kamboca ilə döyüşlər hələ də davam edir və telefon danışığına baxmayaraq heç bir atəşkəs əldə olunmayıb.
Anutin deyib ki, o, Trump-a Taylandın təcavüzkar olmadığını və suverenliyini müdafiə etdiyini bildirib.
7 261
Ukraynanın yeni ballistik raket sistemi olan Sapsan 2025-ci ildə seriyalı istehsala buraxılıb və əməliyyat istifadəsinə qəbul edilib.
Sistem 500 km-ə qədər uçuş məsafəsinə və 500 kq-lıq döyüş başlığına malik raketlər buraxa bilir.
7 261
Venesuela Müdafiə naziri Vladimir Padrino Lopes:
“ABŞ hökuməti başa düşməlidir ki, xilaskarlarımızın bizə öyrətdiyi tarix nəzərə alındıqda, təslim olmaq bizim üçün mümkün deyil.”
7 261
Ukrayna 2025-ci ilin sonuna qədər Quru Qoşunlarının Beynəlxalq Legion bölmələrini ləğv etməyi və xarici döyüşçüləri müntəzəm hücum bölmələrinə yenidən təyin etməyi planlaşdırır.
Qeyri-ictimai əmrlə üç döyüş batalyonu və bir təlim mərkəzi buraxılacaq.
Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) Beynəlxalq Legionu isə fəaliyyətini davam etdirəcək.
7 261
Ukrayna Hərbi Dəniz Qüvvələri bildirir ki, Rusiya Qara dənizdə Türkiyəyə məxsus VIVA gəmisinə qəsdən hücum edib.
Hücum PUA zərbəsi ilə həyata keçirilib. Gəmi günəbaxan yağı daşıyaraq Misirə doğru hərəkət edirmiş. Onun dənizdə keçidi taxıl dəhlizi vasitəsilə təmin olunurdu. Gəmidə 11 Türkiyə vətəndaşı olub.
7 261
Filippin Sahil Mühafizəsi bildirib ki, Cənubi Çin dənizində Sabina rifinin yaxınlığında Çin sahil mühafizə gəmilərinin su topu tətbiq etməsi və maneə törətmə taktikalarından istifadə etməsi nəticəsində üç filippinli balıqçı xəsarət alıb, iki qayıq isə ciddi zədələnib.
Manila tərəfi onlarla balıqçı qayığının hədəf alındığını bildirib və Çini təhlükəli və qanunsuz hərəkətlərdə ittiham edib.
7 261
Palmira şəhərinə və onun ətrafına ABŞ və Suriya qüvvələrinin böyük kontingenti gəlməyə başlayıb. Məlumatlara görə, Homs vilayətində İslam Dövləti ilə əlaqəli mövqelərə qarşı yaxın zamanda antiterror əməliyyatının keçirilməsi gözlənilir.
Quru qüvvələri ilə yanaşı, Palmira üzərində qırıcı təyyarələr və digər hərbi hava vasitələrinin fəallığının kəskin artdığı da bildirilir.
7 261
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus A-10C yaxın hava dəstəyi hücum təyyarəsi Palmira şəhəri üzərində alçaq hündürlükdə uçuşlar həyata keçirib.
7 261
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanata görə, bu gün Mərkəzi Suriyada ABŞ və Suriya qüvvələrinin birgə patruluna İŞİD-lə əlaqəli terrorçu tərəfindən edilən hücum nəticəsində iki amerikalı hərbçi və tərcüməçi kimi xidmət edən bir ABŞ vətəndaşı həlak olub, daha üç amerikalı hərbçi isə yaralanıb.
7 261
Tayland Hərbi Hava Qüvvələrinə məxsus JAS 39C/D Gripen çoxməqsədli qırıcısı Nong Ya Kaew bölgəsində Kamboca Ordusunun Sərhəd Batalyonu 503-ün sursat anbarına, 2-ci Reyndjer Rota Qərargahına hava zərbəsi endirib.
7 261
Ukrayna Ordusu 2023-cü ildə korrupsiya istintaqı çərçivəsində bir milyarderdən müsadirə edilmiş AgustaWestland AW-109 helikopterindən istifadə edir.
7 261
+2
Tayland Ordusunun istifadəsində olan Çin istehsalı VT-4 döyüş tankının Kambocaya qarşı döyüş əməliyyatları zamanı tankın ZPT-98A 125 mm-lik yivsiz topunun lüləsi partlayıb, nəticədə tank ciddi zədələnib və heyət üzvləri yaralanıb.
Bu hadisə Tayland və Kamboca arasında baş verən son toqquşmalar zamanı vizual olaraq təsdiqlənmiş ilk tank itkisi hesab olunur.
