Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 299
Подписчики
-424 часа
-47 дней
-6730 день
Архив постов
7 300
İspaniya Baş Naziri Pedro Sánchez İran barədə:
Biz bu müharibəyə qarşıyıq, çünki qanunsuzdur, arxasında heç bir əsas yoxdur və çox ziyan vurur.
7 300
Məlumata görə, Danimarka yanvar ayında ABŞ-ın Qrenlandiyaya hücumuna hazırlaşıb.
ABŞ qüvvələrinin qarşısını almaq üçün uçuş-enmə zolaqlarını məhv etmək məqsədilə partlayıcılarla təchiz olunmuş danimarkalı xüsusi təyinatlı hərbçiləri göndərilib. Həmçinin baş verə biləcək itkilər üçün qan ehtiyatları da hazırlanıb.
7 300
SEPAH mətbuat katibi və yüksək rütbəli generalı briqada generalı Əli Məhəmməd Naeini İsrail kəşfiyyatı tərəfindən öldürülüb.
7 300
Bu 6200 əsgərin hamısı əlində silah hücum edib torpaq götürən əsgərlər deyil. Bunların içində pilotlar, rabitəçilər, kəşfiyyatçılar, sürücülər , hava müdafiəçilər , texniklər , təminatçılar var. Məhz ona görə deyirəm azdır.
7 300
Bu 6200 əsgərin hamısı əlində silah hücum edib torpaq götürən əsgərlər deyil. Bunların içində pilotlar, rabitəçilər, kəşfiyyatçılar, hava müdafiəçilər , texniklər , təminatçılar var. Məhz ona görə deyirəm azdır.
7 300
ABŞ dəniz piyadasını Yaxın Şərqə göndərilməsini sürətləndirir.
USS Boxer döyüş qrupu və 11-ci Dəniz Ekspedisiya Bölməsi planlaşdırılandan daha tez yola düşür. Onların tərkibində təxminən 4 min hərbçi, həmçinin aviasiya vasitələri, raketlər və hücum texnikası var.
Bu qüvvələr artıq regiona doğru hərəkətdə olan digər gəmilərə, o cümlədən USS Tripoli-yə qoşulacaq.
7 300
+2
Peyk görüntüləri göstərir ki, İran Bəhreyndə ABŞ-a məxsus Patriot hava hücumundan müdafiə sisteminin mövqeyini vurub və iki möhkəmləndirilmiş sığınacaq quruluşuna zərər dəyib, onlardan biri ciddi şəkildə zədələnib.
Bu sığınacaqlarda ehtimal edilir ki, buraxılış qurğuları, radar komponentləri və ya raket ehtiyatları yerləşirdi. Bu isə o deməkdir ki, batareya tam məhv edilməsə belə, zərbə onun əməliyyat qabiliyyətini zəiflədib.
7 300
Netenyahunun dediyi tək məsələ biraz qəribə gəldi. Rejimin süqutunun qəti olmaması. Beyinlərində nə olduğunu anlamaq olmur. Əsasənda Trumpun.
7 300
İsrailin Baş naziri Benyamin Netanyahu son çıxışlarında. O, İranın artıq uranı zənginləşdirmək və ballistik raketlər istehsal etmək imkanlarının ciddi şəkildə məhdudlaşdırıldığını iddia edib. Netanyahu həmçinin bildirib ki, İnqilab Keşikçiləri Korpusunun gələcəyi çox qısa olacaq.
Baş nazirin sözlərinə görə, İsrail Xəzər dənizində İranın bütün hərbi dəniz qüvvələrini məhv edib. Bununla yanaşı o vurğulayıb ki, İran hələ də İsrailə zərbələr endirməyə çalışır və bu hücumlar itkilərə, yaralanmalara və dağıntılara səbəb olur. Netanyahu İran daxilində mümkün daxili dəyişikliklərə də toxunaraq qeyd edib ki, hazırkı şəraitdən istifadə edib-etməmək İran xalqının özündən asılıdır. İsrail isə bu prosesin baş verməsi üçün müəyyən addımlar atır, lakin nəticəni xalq müəyyən edəcək. O, Hörmüz boğazı məsələsinə də xüsusi diqqət ayıraraq bildirib ki, İran bu strateji keçidi bağlamaqla dünyanı şantaj etməyə çalışır, lakin bu plan uğursuz olacaq. Netanyahuya görə, İsrail ABŞ-ın boğazın açıq saxlanılması istiqamətindəki səylərinə öz imkanları daxilində dəstək verir. Netanyahu ABŞ-ın münaqişəyə cəlb olunması ilə bağlı iddialara da cavab verib. O bildirib ki, heç kim ABŞ prezidentinə nə edəcəyini diktə edə bilməz və İsrailin Vaşinqtonu müharibəyə sürüklədiyi iddiaları əsassızdır. Eyni zamanda o, alternativ enerji marşrutlarının vacibliyini vurğulayıb. Netanyahu hesab edir ki, Hörmüz boğazından asılılığı azaltmaq üçün neft və qaz kəmərləri Ərəbistan yarımadası üzərindən İsrail limanlarına qədər uzadıla bilər və bu tam realdır. İran daxilində hakimiyyətlə bağlı qeyri-müəyyənliyə də toxunan Netanyahu bildirib ki, hazırda ölkəni kimin idarə etdiyi tam aydın deyil və Mojtaba Xameneinin ictimaiyyət qarşısına çıxmaması diqqət çəkir. Baş nazir müharibənin gedişi ilə bağlı optimist mövqe sərgiləyərək qeyd edib ki, bu qarşıdurma gözləniləndən daha tez başa çata bilər. Bununla belə o, İran rejiminin tam süqutunun qəti olmadığını və mövcud hakimiyyətin sağ qala biləcəyini də istisna etməyib. Netanyahu həmçinin vurğulayıb ki, inqilabları yalnız havadan həyata keçirmək mümkün deyil və bunun üçün yer komponenti tələb olunur. Bu istiqamətdə müxtəlif ssenarilər mövcuddur, lakin o, bütün detalları açıqlamaqdan imtina edib. Sonda o, enerji bazarlarına da toxunaraq qeyd edib ki, ABŞ Hörmüz boğazını açıq saxlayacaq və bunun nəticəsində neft qiymətləri aşağı düşəcək.
7 300
"Sadəcə onu demək istəyirəm ki, mən sağam və siz buna şahidsiniz".
İsrail Baş naziri Netanyahu beynəxalq jurnalistlərə çıxışında.
7 300
Jurnalist: “Niyə İrana hücum etməzdən əvvəl müttəfiqlərinizi məlumatlandırmadınız?”
Donald Tramp: “Biz sürpriz istəyirdik. Qəfildən vurmağı Yaponiyadan daha yaxşı kim bilə bilər? Siz niyə mənə Pörl-Harbor barədə əvvəlcədən deməmişdiniz?”
7 300
Trump:
Bizim Yaponiyadan və ya başqa birindən heç nəyə ehtiyacımız yoxdur, amma düşünürəm ki, insanların məsuliyyəti üzərinə götürməsi yerinə düşərdi.
7 300
Loru dildə desək kamputer bütün ssenariləri və mövcud zədələri hesab edərək necə və nə qədər uça biləcəyini tənzimləyir.
7 300
Əlavə bir məlumatda verim.
F-35-in idarəetmə kompüteri o qədər inkişaf edib ki, təyyarə zərbə alsa və bəzi idarəetmə hissələri işləməz hala düşsə belə, qalan işlək səthləri və mühərrik thrustunu kompensasiya edərək təyyarəni havada idarə oluna bilən vəziyyətdə saxlayır.
7 300
+1
Digital xətkeşlə yoxladım. Zərbədən sonrakı 2 iz ikisidə boşalan yanacaq çəninin izidir.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
