ru
Feedback
Ormilitarism

Ormilitarism

Открыть в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Больше
7 296
Подписчики
-424 часа
-87 дней
-6430 день
Архив постов
Avstraliya Yaxın Şərqə, Körfəz ölkələrinə İranın alçaqdan uçan dronlarını və qanadlı raketlərini aşkar etməkdə kömək etmək üç
Avstraliya Yaxın Şərqə, Körfəz ölkələrinə İranın alçaqdan uçan dronlarını və qanadlı raketlərini aşkar etməkdə kömək etmək üçün təxminən dörd həftəlik "E-7A Wedgetail" uzaqmənzilli radiolokasiya aşkaretmə təyyarəsi yerləşdirir. Təyyarənin "MESA" radarı 360 dərəcəlik uzaqmənzilli müşahidə təmin edərək erkən xəbərdarlıq və hava hücumundan müdafiə sistemlərinin koordinasiyasını təkmilləşdirir.

İsfahandakı 8-ci Taktiki Qırıcı Aviabazasında İranın yerdə qalan bir çox "F-14 Tomcat" təyyarələri, həmçinin radar və hava hü
+2
İsfahandakı 8-ci Taktiki Qırıcı Aviabazasında İranın yerdə qalan bir çox "F-14 Tomcat" təyyarələri, həmçinin radar və hava hücumundan müdafiə sistemləri İsrailin hava zərbələri ilıə məhv edib.

Rza Pəhləvi: “Biz indi son mübarizəmizin həlledici mərhələsindəyik. Sizi ən qısa zamanda vacib ehtiyaclarınızı təmin etməyə səsləyirəm və öz təhlükəsizliyiniz üçün küçələrdən çəkilərək evlərinizdə qalmağınızı xahiş edirəm. Tətilləri davam etdirin və işə getməyin. Birliyinizi nümayiş etdirmək üçün gecə şüarlarınızı davam etdirin. Hərbi və hüquq-mühafizə qüvvələri bu, zalım qüvvələrdən ayrılmaq və xalqınıza qoşulmaq üçün son şansınızdır. Mənim son çağırışımı gözləyin.”

Ukrayna Müdafiə Nazirliyi: "Patriot" sistemləri Ukraynada Rusiyaya qarşı 1460 gün ərzində təxminən 600 raket istifadə etdiyi
Ukrayna Müdafiə Nazirliyi: "Patriot" sistemləri Ukraynada Rusiyaya qarşı 1460 gün ərzində təxminən 600 raket istifadə etdiyi halda, İrana qarşı 3 gün ərzində təxminən 800 raket istifadə edib.

Serbiya Çin istehsalı olan CM-400AKG hipersəs raketlərini "MiQ-29SM" qırıcı təyyarələrinin silahlanmasına daxil edib. Təxminə
Serbiya Çin istehsalı olan CM-400AKG hipersəs raketlərini "MiQ-29SM" qırıcı təyyarələrinin silahlanmasına daxil edib. Təxminən 240–400 km mənzilə və Mach 5–6 sürətinə malik olan bu raketlər Serbiyanın uzaqmənzilli zərbə imkanlarını əhəmiyyətli dərəcədə artırır. İnteqrasiya Çinin WZHK-1 markalı “plug-and-play” asqı sistemi vasitəsilə həyata keçirilib. Bu sistem təyyarənin avionikasında dəyişiklik etmədən Çin silahlarından atəş açmağa imkan verir.

Mojave səhrası üzərində uçuş sınaqları zamanı B-21 Raiderin KC-135R tankerindən yanacaq doldurması.
Mojave səhrası üzərində uçuş sınaqları zamanı B-21 Raiderin KC-135R tankerindən yanacaq doldurması.

İranın və İsrailin rəsmi şəxslərinin verdiyi məlumata görə, İranın yeni Ali Rəhbəri Müctəba Xameneyinin 28 fevralda İsrail və
İranın və İsrailin rəsmi şəxslərinin verdiyi məlumata görə, İranın yeni Ali Rəhbəri Müctəba Xameneyinin 28 fevralda İsrail və ABŞ-ın ilk hücum dalğası zamanı yaralanıb. Müctəba ehtimal edilir ki, ayaqlarından xəsarət alıb. Onun xəsarətlərinin dərəcəsi hələlik qeyri-müəyyən olaraq qalır. Rəsmilər onun huşunun yerində olduğunu, lakin yerinin aşkarlanmaması üçün məhdud rabitə imkanları olan, yüksək səviyyədə qorunan gizli bir məkanda gizləndiyini qeyd edirlər.

CENTCOM: ABŞ qüvvələri 10 mart tarixində Hörmüz boğazı yaxınlığında 16 mina düzən gəmi daxil olmaqla, İranın çox sayda hərbi dəniz gəmisini məhv edib.

"Boeing" şirkəti İsrailə 5000 ədəd havadan atılan ağıllı bomba tədarük etmək üçün 289 milyon dollarlıq müqavilə imzalayıb. Bu
"Boeing" şirkəti İsrailə 5000 ədəd havadan atılan ağıllı bomba tədarük etmək üçün 289 milyon dollarlıq müqavilə imzalayıb. Bu müqavilə ABŞ ilə İsrailin İrana qarşı hazırda davam edən zərbələri ilə əlaqəli deyil. Sursatların "Boeing" istehsalı "Small Diameter Bomb" idarəolunan sursatları olduğu ehtimal edilir.

SEPAH indiyədək 104 dronun hava hücumundan müdafiə vasitələri ilə vurulduğunu bildirib.

ABŞ, Yaxın Şərqə yerləşdirmək məqsədilə THAAD və "Patriot" hava hücumundan müdafiə sistemlərini Cənubi Koreyadan çıxarıb.
ABŞ, Yaxın Şərqə yerləşdirmək məqsədilə THAAD və "Patriot" hava hücumundan müdafiə sistemlərini Cənubi Koreyadan çıxarıb.

Təl-Əviv ötən gecə

Bryanskdakı "Kremniy" ("Kremniy-EL") zavodu Rusiya Müdafiə Nazirliyi üçün mikroelektronika istehsal edən ölkənin ən iri və ap
+1
Bryanskdakı "Kremniy" ("Kremniy-EL") zavodu Rusiya Müdafiə Nazirliyi üçün mikroelektronika istehsal edən ölkənin ən iri və aparıcı müəssisələrindən biridir. Hava hücumundan müdafiə sistemləri və digər raket texnikası üçün mikrosxemlərin tədarük zəncirində bu zavodun əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Buna baxmayaraq, Ukrayna ilə sərhəddən cəmi 100 km məsafədə yerləşən belə bir müəssisə, raket hücumu qarşısında faktiki olaraq tamamilə müdafiəsiz qalıb. Yerli sakinlər tərəfindən çəkilən videolara və drondan çəkilmiş kadrlara əsasən sxemə görə, raketlərdən 5-i əsas sexə, 2-si ərazidəki digər tikililərə dəyib, 1-i isə hədəfdən yayınaraq yola düşüb.

"Shahid Soleimani" tipli korvet, "Ghadir" tipli sualtı qayıq, "Zolfaghar" tipli raket kateri və bir neçə kater daha ABŞ Hərbi Hava Qüvvələrinin yeni aviazərbələrinə tuş gəlib.

İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunan kiçik qayıqların və mina düzən gəmilərin 80-90%-i hələ də istifadəyə tam hazırdır.

ABŞ kəşfiyyat vasitələri, İranın Hörmüz boğazı boyu İran, Çin və Rusiya mənşəli 2,000-dən 6,000-ə qədər dəniz minalarının bir
ABŞ kəşfiyyat vasitələri, İranın Hörmüz boğazı boyu İran, Çin və Rusiya mənşəli 2,000-dən 6,000-ə qədər dəniz minalarının bir hissəsini yerləşdirmək üçün addımlar atdığını görməyə başlayıb Bu məqsədlə hər biri 2-3 mina daşıya bilən kiçik qayıqlardan istifadə olunur.

İranın Ad-08 sisteminin Hermes-900 PUA-sını vurması.

+4
Tehran

Hizbullahın Ela vadisindəki İsrailin əsas peyk rabitə mərkəzinə zərbə endirmək üçün "Nasr-2" uzaqmənzilli 302 mm-lik idarəolunan raketlərdən istifadə etdiyi görünür. Raketlərin mənzili təxminən 150 km-ə qədərdir, yeni variantlarda isə bu məsafənin daha da artırıldığı ehtimal olunur. Məlumata görə, bu raket uçuş zamanı manevr etmək və elektron maneələrə qarşı müqavimət göstərmək üçün hazırlanıb.

Ən az 5 zərbə saymaq olar.