Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 275
Подписчики
-324 часа
-237 дней
-6530 день
Архив постов
7 272
Tehranda tək hədəd vurulub. 3 raket ilə böyük ehtimal geo lokasiya çıxsın baxaq haranı vurublar.
7 272
İddialara görə, atılan raketlər Suriyanın hava məkanından keçib.
Videodakılar Tomahawk deyil.
7 272
Həmin gün öldürülən rus XTQ üzvləri :
— Kapitan Aleksandr Jixarev — rota komandiri, məktəbdə döyüşdə həlak olub, ölümündən sonra Rusiya Qəhrəmanı adı verilib.
— Baş leytenant Maksim Serafimov — qrup komandiri, məktəbdə həlak olub, ölümündən sonra Rusiya Qəhrəmanı adı verilib.
— Yefreytor Aleksandr Sokolov — geri çəkilən yoldaşlarını qoruyarkən qumbara ilə özünü partladaraq həlak olub, ölümündən sonra Rusiya Qəhrəmanı adı verilib.
— Əsgər Artyom Soloxa — pulemyotçu, məktəbdə həlak olub, ölümündən sonra ordenlə təltif edilib.
— Əsgər Yevgeni Markelov — rabitəçi.
— Yefreytor Andrey Şapkin - pulemyotçu, məktəb döyüşlərində həlak olub.
— Yefreytor Pavel Kazakov — pulemyotçu, həmin döyüşlərdə həlak olub.
7 272
Plan üzrə onların arxasınca ağır texnika və əsas qoşun hissələri də gəlməli idi, lakin bu baş vermədi. Dəstəksiz qalan azsaylı xüsusi təyinatlılar şəhər daxilində sayca çox olan Ukrayna qüvvələri ilə küçə döyüşlərinə məcbur oldu.
Qruplardan biri rabitə olmadığı üçün 134 nömrəli məktəbin binasında mühasirədə qaldı. Onlar yanan binanın içində gecəyədək hücumlara məruz qaldı.
Döyüş zamanı bütün texnikalarını və yoldaşlarını itirsələr də, axşam qaranlığında mühasirəni yarıb geri öz qüvvələrinə çatmağa nail oldular. Bəzi hərbçilər isə əsir düşdü, lakin sonradan mübadilə ilə geri qaytarıldı.
7 272
+7
Rus xüsusi təyinatlı qüvvələri üçün ən faciəli günlərdən biri 27 fevral 2022-ci il.
Həmin gün Xarkovun küçələrinə bir neçə istiqamətdən “Tiqr” zirehli avtomobilləri və KamAZ yük maşınları ilə üç xüsusi təyinatlı GRU rotası göndərilmişdi.
7 272
LUCAS kamikadze dronları ilə təchiz olunmuş “Scorpion Strike” operativ qrupu.
Qrup CENTCOM-un məsuliyyət zonasında xüsusi əməliyyatların aparılmasına cavabdeh olan Xüsusi Əməliyyatlar Mərkəzi Komandanlığının (SOCCENT) tabeliyində fəaliyyət göstərir.
Bölmənin dronlarından biri ötən ilin dekabr ayının ortalarında Fars körfəzində USS Santa Barbara (LCS 32) gəmisinin göyərtəsindən atılaraq tapşırılmış sınaqları uğurla tamamlayıb.
7 272
Bundan əlavə, peyk obyektivinə aerodromun müdafiəsi üçün yerləşdirilmiş MIM-104 Patriot zenit-raket kompleksinə məxsus buraxılış qurğuları və yardımçı texnika da düşüb.
Aviabaza isə son bir neçə ay ərzində genişləndirilib, yeni uçuş-enmə zolaqları inşa edilib, mövcud zolaqlar və onların örtüyü yenidən qurulub.
7 272
Dünən ACARS sistemi üzərindən ABŞ Hərbi Hava Qüvvələrinin Tanker Airlift Control Center tərəfindən “Yerüstü qalma müddətini minimuma endirin. Hazırda əlavə məlumat ötürə bilmirəm” mesajı ötürülüb.
7 272
+1
Son bir neçə saat ərzində ən azı 11 C-17A Globemaster III və bir C-5M Super Galaxy Yaxın Şərqdəki bazalardan havaya qalxaraq Avropaya qayıdıb.
Bir neçə həftədən sonra ilk dəfədir ki, Avropadakı aviabazalardan Yaxın Şərqə doğru istiqamətlənmiş hərbi yük reysi qeydə alınmır.
7 272
Boliviya Hərbi Hava Qüvvələrinə məxsus C-130H Hercules bu axşam Boliviyanın La-Pas şəhərindəki El Alto Beynəlxalq Hava Limanı yaxınlığında əsas magistral yola düşərək qəzaya uğrayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
7 272
USS Gerald R. Ford aviadaşıyıcı zərbə qrupunun və ona məxsus aviadaşıyıcı hava qanadının Şərqi Aralıq dənizinə çatması ilə Yaxın Şərqdə hazırda 250-dən çox hücum təyyarəsi (A-10, F-15, F-16, F-18, F-35) yerləşdirilib, Avropa üzrə isə əlavə olaraq 100-dən çox hücum təyyarəsi müxtəlif bazalara paylanılıb.
Buna əlavə olaraq, region üzrə 125-dən çox KC-135 və KC-46 hava yanacaq doldurma təyyarəsi də yerləşdirilib.
7 272
3 mühim xəbər
İsrail Beer Sheevada bunkerlərin qapıları açıldı.
ABŞ Bağdad səfirliyini evakuasiya edib.
Qətər Al Udeid bazasındakı stratotankerlər evakuasiya edilib.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
