Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 271
Подписчики
-824 часа
-307 дней
-7930 день
Архив постов
7 272
+2
ABŞ Hərbi Hava Qüvvələrinin "U-2 Dragon Lady" kəşfiyyat təyyarələrinin yerləşdiyi Kiprdəki "Akrotiri" aviabazasında, "Shahed-136"-nın zərbəsi nəticəsində anqarda yaranan dəlik.
Zərbə yerinin ətrafında yanğın və ya partlayış izləri görünmür. Ehtimal ki, dron ya partlamayıb, ya da anqarın örtüyünü deşərək daxildə işə düşüb.
Zərbə anında "U-2"-nin içəridə olub-olmadığı məlum deyil.
Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələri hücumun "minimal zərər" vurduğunu iddia edirlər.
7 272
Azərbaycan hava sahəsi tam bağlansa Avropa ilə Asiyanın əlaqəsində çətinliklər olacaq.
7 272
Azərbaycan ölkənin cənub hava sahəsini uçuşlara bağlayıb.
Həmdə Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti müvəqqəti olaraq tam dayandırılıb.
7 272
"İran Azərbaycana qarşı hücum həyata keçirməyib. Baş verən insident mütləq şəkildə araşdırılacaq. Azərbaycanla münasibətlərin korlanmasına maraqlı olan tərəflər var və biz bunu istəmirik.
Məsələ hərtərəfli araşdırılır. İran tərəfi zərər çəkənlərə görə təəsüflənir və onlara acil şəfalar diləyir".
- Abbas Araqçi
7 272
İranın pilotsuz katerinin qeydə alınmış ilk tətbiqi.
Görüntülərə əsasən, pilotsuz kater Küveyt sahillərində neft tankerlərindən birinə hücum edib.
7 272
MN:
İran tərəfindən 4 pilotsuz uçuş aparatı hücum aktlarını törədib, biri sıradan çıxarılıb.
7 272
“Bizim Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”.
- İlham Əliyev:
7 272
Prezident İlham Əliyev:
“Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək.”
7 272
Dediyim kimi kordinasiya itib. İranın hökümət rəsmiləri açıqlamada dronla bağlı heçnə bilmədiklərini deyirlər.
7 272
İranın "Shahid Sayyad Shirazi" korvetinə endirilən zərbə anı.
Zərbə nəticəsində gəmidəki buraxılış qurğusunda yerləşən "Noor" və ya "Ghadir" gəmiəleyhinə raketinin özbaşına startı baş verib.
7 272
Pentaqon və bəzi Fars körfəzi ölkələri İranın "Shahed-136" kamikadze dronlarını vurmaq üçün Ukraynanın ucuz qiymətli önləyici dronlarını almaq imkanını nəzərdən keçirir.
Bu növ zenit dronları "Patriot" raketlərindən qat-qat ucuzdur, buna görə də İranın böyük sayda pilotsuz uçuş aparatları ehtiyatına qarşı daha effektiv müdafiəni təmin edə bilər.
Zelenski "Patriot" ZRK-ləri üçün raket tədarükü müqabilində Ukrayna dron-önləyicilərini və ukraynalı mütəxəssisləri təklif edib.
7 272
Repost from Caucasian Live
🟥 SEPAH nəzarətində olan Telegram kanalı:
🔸 “Naxçıvan hava limanı üzərində, xüsusən də İsrail və Amerika zabitlərinin ölkəmizin infrastrukturuna hücum planlaşdırdığı və idarə etdiyi ərazi üzərində vurulan "Arash-2" pilotsuz təyyarəsi. Düşmən bunu öz gözləri ilə görür və bilməlidir ki, İran heç bir tərəfə qarşı zarafat edilmir və ya bağışlanmır. Bu təyyarə 120 kq-lıq döyüş başlığı və çox yüksək dağıdıcı gücə malik Ordu Quru Qoşunları tərəfindən yerləşdirilib. Bu, sadəcə “Bakıdakı muzdlu və xain rejimə xəbərdarlıq atəşi idi”.
@CaucasianLive
