Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 301
Подписчики
Нет данных24 часа
-297 дней
-7230 день
Архив постов
7 300
Avropa yaşayan izləyicilərimizə mesaj var.
Avropa İttifaqının nümayəndəsi Ursula fon der Leyen Avropadakı enerji böhranı ilə bağlı:
“Ən ucuz enerji istifadə etmədiyin enerjidir. Evdə qalın, maşın sürməyin, elektrikdən istifadə etməyin.”
7 300
ABŞ-ın Yaxın Şərqdə bilinən və təxmin edilən 60.000 nəfərdən ibarət qoşunu var. Bu 60.000ə texniklər, pilotlar, şturmanlar, mexaniklər və bir çox texniki ixtisaslı hərbiçi daxildir. Bu xəbəri hər həftə dünya mediası isidir və yenidən servis edir. Lakin dünya mediası bunu 60.000 piyada qoşunu olaraq qələmə verir.
7 300
Türk Roketsan şirkəti Karaok qısa mənzilli tank əleyhinə raketinin dörd fərqli ssenaridə uğurlu sınaq atışlarını nümayiş etdirib.
Sınaqlar “at və unut” tipli yönləndirmə sistemini və zireh dəlib keçən tandem döyüş başlığının effektivliyini göstərib.
Karaok sistemi ABŞ-ın Javelini ilə oxşar funksiyaya malikdir.
Maksimum effektiv məsafə təxminən 2500 metrdir.
Minimum 76 metrdən başlayaraq maksimum məsafəyə qədər effektivdir.
7 300
Zelenski:
“Hörmüz boğazı bağlanıb və biz onu açmaq istəyirik. Qara dənizin blokadası ilə bağlı artıq təcrübəmiz var.
ABŞ hələ bizdən bunu istəməyib”
7 300
SEPAH :
“ABŞ-ın Hörmüz boğazında blokadaya davam edərsə, İran Fars körfəzi və Oman körfəzində idxal və ixraca icazə verməyəcək”
7 300
Silahlanma variantları:
7,62 mm-lik M134 pulemyotlar yan qapılarda yerləşdirilə bilər.
12,7 mm-lik pulemyot quyruq hissədə quraşdırılaraq kor nöqtələr üçün təsir imkanını artırır.
Stabilizasiya olunmuş uzaqdan idarə olunan 12,7 mm-lik qüllə müxtəlif istiqamətlərdə effektiv atəş açmağa imkan verir.
APKWS və ya SNEB tipli yüngül idarəolunan raketlər hədəfləri təhlükəsiz məsafədən vurmaq üçün istifadə oluna bilər
20 mm-lik top asqıları öndən atəş gücünü artırır.
Avionika sisteminə burun hissədə elektro-optik müşahidə və nişangah sistemi, IFF Mode 5 sistemi, maneəyə davamlı INS/GPS naviqasiya, VHF, HF və peyk rabitəsi, həmçinin yerüstü HHM sistemləri və digər vasitələrlə məlumat mübadiləsi üçün Link-16 daxil edilə bilər. Əlavə olaraq, kiçik ölçülü hava hədəflərini aşkar etmək üçün millimetr diapazonlu radar da quraşdırıla bilər.
Taktika hədəfə bir neçə yüz metr məsafəyə qədər yaxınlaşaraq uzunmüddətli atəş açmaq üzərində qurulub ki, bu da PUA-ların vurulma ehtimalını artırır. Lakin bu yaxınlaşma təyyarəni hədəfin partlaması zamanı daha həssas edir.
Belə silahlı təyyarə bir uçuşda bir neçə hücum həyata keçirə və ya havada növbətçilik rejimində hədəfləri ələ keçirə bilər. Bir hədəfin məhv edilməsinin dəyəri zenit və ya hava-hava raketləri ilə müqayisədə xeyli ucuzdur. Effektivlik isə vahid hava müdafiə şəbəkəsinə inteqrasiya və digər vasitələrlə koordinasiyadan asılıdır.
7 300
Polşa Müdafiə Nazirliyi M28 Skytruck nəqliyyat təyyarələrinin dronların vurulması üçün silahlı təyyarəyə çevrilməsi imkanını nəzərdən keçirir.
PZL Mielec şirkəti mövcud turbovintli təyyarələrin silah sistemləri və sensorlarla təchiz olunaraq daha ucuz və effektiv “kiçik hava hücumundan müdafiə” vasitəsinə çevrilməsini təklif edir.An-28 bazasında yaradılan M28 Skytruck təxminən 500 metr uzunluğunda uçuş-enmə zolaqlarından istifadə edə bilir. Uzunmüddətli uçuş rejimində, aşağı sürətdə (təxminən 250 km/saat) böyük patrul müddəti verir. Yuxarı qanad quruluşu atəş üçün geniş və maneəsiz sektor yaradır. Bu təyyarənin istismar xərcləri müasir qırıcılarla müqayisədə xeyli aşağıdır.
7 300
Bəzi məlumatlara görə ABŞ-da sakit sakit orduya cəlb etmə işləri, kobud desək qismi səfərbərlik işləri aparılmağa başlanılıb.
7 300
FPV-dron vasitəsilə Xarkov vilayətində yerləşən Peçenej su anbarının bəndinə aviasiya bombalarının düşmə anı qeydə alınıb.
7 300
Ukrayna Silahlı Qüvvələri Donetsk hava limanına SCALP-EG (Storm Shadow) raketləri ilə növbəti zərbənin videosunu yayımlayıb.
Zərbə həmçinin GBU-39/B idarəolunan aviasiya bombaları ilə də endirilib.
Əvvəlki raket zərbəsi 7 mart tarixində həyata keçirilmişdi və nəticədə “Geran-2” kamikadze dronlarının saxlandığı 6 qaraj məhv edilmiş, terminal binasının qalıqlarında isə yanğın baş vermişdi.
7 300
Rus Ka-29 helikopterinin gövdəsində məhv edilmiş Ukrayna suüstü dronlarının “killmark”ları.
7 300
+5
Hər kəsin havada uçan dronlara başı qarışdığı və bəzi dövlətlərin indi bu məsələ oyandığı bir vaxtda Ukrayna-Rusiya müharibəsində yerüstü dronların geniş şəkildə yayılması prosesi gedir.
Bu proses 2022-2024cü illərdə testlər halinda davam etsə də, bu gün müəyyən bir dövüş səviyyəsinə çatdırılıb.
Rusların 4-cü tank diviziyasının 12-ci tank alayının hücum bölmələrinin silahlanmasında olan “Çelnok” kompleksi Xarkov istiqamətində.
7 300
USS Bush gəmisinin bölgəyə gəlməsi ilə münaqişə növbəti mərhələyə keçid edə bilər. Hələki ABŞ bölgəyə qüvvələrin cəlb edilməsi prosesində vaxt qazanır.
7 300
İranın Şəhrəza şəhəri yaxınlığında torpaq uçuş-eniş zolağında məhv edilmiş iki ədəd ABŞ C-130 xüsusi təyinatlı təyyarəsi və bir neçə helikopterin peyk görüntüləri yayımlanıb.
Uçuş-eniş zolağı boyunca bir neçə zərbə və zədələnmə yeri görünür.
7 300
Centcom
İran limanlarına gəmilərin giriş-çıxışı tamamilə qadağan edilib. Blokada bütün ölkələrin gəmilərinə qarşı qərəzsiz şəkildə tətbiq olunur. İran limanlarına daxil olan və ya oradan çıxan gəmilər istisna olmaqla, Hörmüz boğazında naviqasiya azadlığı qorunur.
İran limanlarından çıxan heç bir gəmi blokadanı yara bilməyib. 6 ticarət gəmisi ABŞ qüvvələrinin xəbərdarlığından sonra geri dönüb.
Əməliyyata 10,000-dən çox şəxsi heyət, 100-dən çox qırıcı və kəşfiyyat təyyarəsi, həmçinin 12-dən çox hərbi gəmi cəlb olunub. İstifadə olunan aktivlər sırasına Aviadaşıyıcılar, Desant-həmlə gəmiləri, İdarə olunan raket esminesləri, Sahil döyüş gəmiləri, Pilotsuz uçuş aparatları, Yanacaqdolduran və Kəşfiyyat təyyarələri daxildir.
7 300
+3
Peyk görüntüləri göstərir ki, Küveytdə yerləşən Camp Buehring bazasında ABŞ-a məxsus CH-47 Chinook helikopteri vurulub.
Ali Al Salem aviabazasında isə CH-53 Sea Stallion helikopteri zədələnib.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
