cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

İSLAM_MƏDƏNİYYƏTİ

Bu kanalda müqəddəs islam dinin maddi və mənəvi mirasları, həmçinin islam kulturu və islami mədəniyyət barəsində məlumatlandırılacaqsınız. Admin: @Tural_Salmanov1 15.04.2020

Больше
Рекламные посты
438
Подписчики
Нет данных24 часа
-27 дней
-1230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

#İmam_Hüseynin_düşmənləri İmam Musa Sədr- ziyalı dostlarımızdan biri Hüseynin düşmənlərinin üç qrup olduğunu söyləyir: Birinci düşmən: İmam Hüseyin və onun yoldaşlarını öldürənlər. Bu insanlar zalım idilər, amma zülmlərinin təsiri əhəmiyyətsizdir, çünki [şəxsiyyətlərin] cisimlərini öldürdülər, çadırlara od vurub qarət etdilər. Beləcə məhdud sayda şeyi məhv etdilər. Əgər hicri 61 -ci ildə Hüseyin şəhid olmasaydı, başqa bir ildə bu [hadisə başqaları tərəfindən olacaqdır] . Bəs əsas təhlükə nədir? Hüseyni öldürməklə nəyə nail oldular? Onlar Hüseyni (ə) şəhid etməklə onu əbədi etdiklərini söyləmək lazımdır. Buna görə də ilk düşmənin, təhlükəsi məhduddur. İkinci düşmən: İmam Hüseyin (ə) əsərlərini silməyə çalışanlar. Beləcə tarix boyu imamın məzarı yandırılmış, şumlanmışdır. Yaxuda Osmanlı dövründə olduğu kimi İmam Hüseyn (ə) yasının qarşısını alınması kimi. Bu hakimiyyətlərin hamısı İmam Hüseynin ziyarətini qadağan etmiş ziyarət etmək istəyənlər üçün bir çox maneələr yaratmışlar. Bunların əsas işi imam Hüseynin adını, xatirəsini məhv edilməsini istəyənlər, İmam Hüseynin düşmənlərinin ikinci qrupudur. Bu qrupun təhlükəsi birinci qrupdan daha böyükdür, lakin tarixdə bu məsələ aydındır ki, bunlarında planları həyata keçməmişdir. Bu gün İmam Hüseynin matəminin genişlənməsinin şahidi oluruq. Bu gün İmam Hüseynin (ə) yasında ən az yüz milyon insan iştirak edir; Yalnız İslam dünyasında deyil, Afrikada, Avropada, Amerikada və s ölkələrdə İmam Hüseyn (ə) aşiqlərinin yaşadığı hər ölkədə İmam Hüseynə məclislər keçirilir. Buna görə də İmam Hüseynin ikinci qrup düşmənləri birinci qrupdan daha təhlükəli və qəddardırlar, lakin işlərində uğursuz oldular. Onların riski üçüncü qrupdan daha azdır. Üçüncü Düşmən: Bu qrup İmam Hüseynin imicini ləkələyən, Kərbəla hadisəsini yubiley formasına gətirənlər və sadəcə matəm, ağlamaq və kədərlə məhdudlaşdırmaq niyyətində olanlardır...Bəli İmam Hüseyn (ə) müsibətinə bizdə ağlayırıq lakin bu ağlamaq intiqam hissini yaradan kədər və hüzündür.. Ağlamaq üçün motivasiyamız bunlardır. 📚 Peyğəmbərlərin varisi Hüseyn kitabından ixtisarla https://t.me/islam_kulturologiyasi
Показать все...
Фото недоступноПоказать в Telegram
#sükut İmam Hüseyn (ə) o zaman mübarək hərəkətə başladı ki, bütün müsəlmanlar mövcud vəziyyəti qəbul etməyə məcbur olmuşdur. İmam isə bu sükutu öz canı və övladlarının həyatı bahasına pozmaqı qərara aldı...O kəslər ki, İmam Hüseynə (ə), Kufə camaatı belədir-elədir, başqa məntəqələrə get kimi fikirləri deyirdilər, əslində İmam özü onları daha yaxşı tanıyır və qiymətləndirirdi. Sadəcə bu qan donduran sükutlar pozulmalı, qəlblərdə olan əməldə görsənməli idi şüarını seçdi İmam Hüseyin (ə). Əgər İmam Hüseynin (ə) mərasimlərinə diqqət yetirsəniz, bu, tamamilə hiss olunur. İnsan istəsə də, istəməsə də imamın müsübətinə nəzər saldıqda qəlbən zülmə, haqsızlığa qarşı durur. https://t.me/islam_kulturologiyasi
Показать все...
1
#Aşura_şüarları İmam Hüseyn (ə) şüarlarından biri də atası Əli Mürtəza ilə fəxr etməsi idi. Təbii ki, babası hz Peyğəmbərlədə fəxr edirdi. Orada olanlar Əlinin düşmənləri olsa da, Peyğəmbər ümmətiyik deyə iddia edirdilər. İmam Hüseyn rəsmi olaraq imam Əli (ə) fəxr etdiyini bildirməyə çalışırdı. İmam Hüseyn (ə) Aşura günü oxuduğu və özünün devizi etdiyi şeirlərdən biri də bu şeirdir; الموت اولی من رکوب العار...... "Mənim üçün ölüm, alçaqlıq damğasından daha yaxşı və sevimlidir" Bu şüara azadlıq şüarı, şərəf şüarı deyilməlidir. Yəni əsl müsəlman üçün ölüm həmişə zillət və alçağlıqdan daha yaxşıdır. Ey dünya insanları! Bilin Hüseyn (ə) son damlasına qədər öz qanını, cavanlarının qanını niyə axıtmağa hazırdır..? İmam Hüseynin (ə) Aşura günü bir xütbəsi var ki, bütün ümidlər zahirən kəsilsədə Amma bu xütbə o qədər həycanlı və emosionaldır ki, sanki Hüseynin ağzından çıxan alovdur bu qədər bu xütbələr hərarətlidir; " اَیُّهَا النّاسُ! اَلا وَ اِنَّ الدَّعِیَّ بْنَ الدَّعِیِّ قَدْ رَكَزَ بَیْنَ اثْنَتَیْنِ بَیْنَ السِّلَّةِ وَ الذِّلَّةِ وَ هَیْهاتَ مِنَّا الذِّلَّةُ" Ey İnsanlar! Xəbərdar olun ki, bu zinazadə oğlu zinazədə mən Hüseyni iki şeydən birini seçməmi deyir: ya zillətə tabe olmaq, ya da qılınc.. Ona deyin: Zillət bizdən uzaqdır. Mən hara onun kimi şəxsə boyun əymək hara... İbn Ziyadın qılıncından qan axır, 20 il əvvəl Kufə əhalisini o qədər zəhərləmişdi ki, Kufə camaatı onu o Kufəyə göndərildiyini eşidəndə qorxaraq evlərinə süründülər, çünki onu qaniçən olduğunu bilirdilər. İmam Hüseyn (ə) Kufə camaatına belə xitab edir: O zinakar və zinakar oğlu, sizin əmiriniz mənə nə təklif etdiyini bilirsinizmi? O deyir ki, Hüseyn ya mənə təslim olub qarşımda alçalmalı ya da qılıncımdan istifadə edəcəm. Əmirinizə deyin ki, Hüseyn deyir: Hüseyn zillətə boyun əyməlidir? Mənim ona bənzədiyimi düşünür? O zinakar mənim hansı ətəkdə böyüdüyümü bilmir? Əli Mürtəzanın ətəyində böyümüşəm, Zəhra südü yemişəm. Xanım Zəhra kimi birinin südünü yeyən ibn Ziyad kimi zillətə və əsirliyə boyun əyərmi?! uzaqdır bizdən zillət.... Mürtəza Mütəhhəri https://t.me/islam_kulturologiyasi
Показать все...
Фото недоступноПоказать в Telegram
#İmam_Hüseyn İmam Hüseyn (ə) buyurmuşdur: فان لم تنصرونا و تنصفونا قوي الظلمة عليكم، و عملوا في اطفآء نور نبيكم Biz Əhli-beytə kömək etməsəniz və bizi haqq sahibi bilməsəniz, zalımlar sizə hakim olaraq Peyğəmbərinizin (s) nurunu söndürmək üçün çalışacaqdılar.¹ ________ 📚 ¹Səhifətul-hüseyn https://t.me/islam_kulturologiyasi
Показать все...
Фото недоступноПоказать в Telegram
İmam Hüseyn (ə) hadisəsi sadə bir hadisə deyil, çünki vəhy sahibi və və peyğəmbərlərin sonuncusu bu hadisənin üzərində dayanmışdır. Seyyid Kamal Heydəri https://t.me/islam_kulturologiyasi
Показать все...
Hicri qəməri aylarından olan Məhərrəm ayı İslam aləmində xüsusilə şiə və Həzrət Peyğəmbərin (s) ailəsinə sevgi bəsləyənlərin yanında böyük mədəniyyətə malik olan aylardandır. Kərbəla vaqiyəsindən sonra islam dünyasınada bu ayın ilk ongünlüyündə İmam Hüseynə (ə) əza məclisləri keçirilmiş və O, həzrətin və onun dostlarının rəşadət və şəhadətləri barəsində şeir, rövzə və mərsiyələr oxunmuşdur. Əhli-beyt imamlarının (ə) göstərişlərinə əsasən bu günlərdə məclislər qurmaq, O həzrətin amallarından söz açmaq, şadlıqdan çəkinmək və İmam Hüseynin (ə) Aşura məktəbini yaşadacaq işlərlə məşğul olmaq Allah dərgahına üstün əməllərdən hesab edilir. Bu günlər münasibətilə dahi şairimiz Məhəmməd Füzuli belə demişdir; Mahi-Məhərrəm оldu, şəfəqdən çıхıb hilal, Qılmış əza, tutub qədi-хəm qərqi-əşki-al. Mahi-Məhərrəm оldu məsərrət həramdır, Matəm bu gün şəriətə bir еhtiramdır. Təcdidi-matəmi-şühəda nəf’siz dеgil, Qəflətsərayi-dəhrdə tənbihi-ammdır. Qоvğayi-Kərbəla хəbərin səhl sanma kim, Nəqsi-vəfayi-dəhrə dəlili-təmamdır. Şad оlmasın bu vaqiədən şad оlan könül, Bir dəm məlalü qüssədən azad оlan könül. #kərbəla #Aşura https://t.me/salmanovtural
Показать все...
👍 1
Фото недоступноПоказать в Telegram
لَيْسَ شَيْ‏ءٌ مِنَ‏ الْأَعْمَالِ‏ عِنْدَ اللَّهِ‏ عَزَّ وَ جَلَّ بَعْدَ الْفَرَائِضِ أَفْضَلَ مِنْ إِدْخَالِ السُّرُورِ عَلَى الْمُؤْمِنِ Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur. İmam Rza (ə) https://t.me/islam_kulturologiyasi
Показать все...
Фото недоступноПоказать в Telegram
#tarixdə_bu_gün Zil-hiccə ayının 24-ü Mübahilə¹ günüdür. Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edən Nəcran xristianları ilə mübahisəsi nəticə vermədikdə, Ali-İmran surəsinin 61-ci ayəsi nazil oldu Ya Peyğəmbər! Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib yalançılara Allahdan lənət istəyək Bu ayə nazil olduqdan sonra hz Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə çağırdı və təyin olunan gün Peyğəmbər (s) Əli (ə) Fatimə (ə) Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianlar Peyğəmbəri-Əkrəmin (s) az sayda mübahiləyə gəldiyini görüb o həzrətin haqq olduğunu düşündülər, mübahilə etməkdən qorxub sülh edərək vergi verməyə razılaşdılar. __ ¹Mübahilə –iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsidir https://t.me/islam_kulturologiyasi
Показать все...
Фото недоступноПоказать в Telegram
Niyə müsəlman ölkələri bu qədər mənfi vəziyyətdədir? Niyə müsəlmanlar arasında birlik yoxdur? Niyə müsəlman müsəlmanın qanını axıdır? Yüzlərlə belə niyələrin səbəbini QƏDİR-XUMda Allah-təala tərəfindən əmr almış hz. Muhəmməd (s) açıqlamışdır: "Əgər Quran və vilayətdən ayrı düşsəniz, zəlalət və sapmalar sizinlə olacaqdır". Bu sözləri dedikdən sonra hz. Peyğəmbər (s) sözünün sonlarında belə dedi: فلیبلغ الحاضر الغائب و الوالد الولد الی یوم القیامة "Beləliklə, qiyamət gününə qədər burada iştirak edənlər etməyənlərə, valideynlər də övladlarına {bu məsələni} çatdırsınlar". Onlar bunu unutduqları və çatdırmadıqları üçün hz. Peyğəmbərdən (s) sonra o müsibət və faciələr yaşandı. Biz unutduğumuz üçün isə bu faciələr yaşanır. Unudulmuş bayramınız mübarək olsun. https://t.me/islam_kulturologiyasi
Показать все...
2
#qədir_xum                   ❤️أشهدُ أنَّ عليًّا ولّيُ الله❤️ bayramnız mübarək olsun Qədir Xümm hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (Ğədir əl-Xümm) adlı yerdə baş vermiş məşhur hadisənin adıdır Hz Məhəmməd (s) o gün belə demişdir: "Ey camaat! Möminlərə başçılıq etməyə onların özündən daha layiqli olan kimdir?" Yerdən cavab verdilər: «Bunu Allah və Onun elçisi yaxşı bilir». Peyğəmbər (s) buyurdu: «Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır». «İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Əliyə kömək edənlərə köməkçi ol, ondan üz çevirənlərdən sən də üz çevir! İlahi, Əli hansı tərəfə getsə, haqq-ədaləti də onunla birilkdə hərəkət etdir! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!». https://t.me/salmanovtural
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.