İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
Открыть в Telegram
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Больше2 296
Подписчики
Нет данных24 часа
-77 дней
-1930 дней
Архив постов
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Mühasib (Əmək haqqı və ödəmələr üzrə)
Müəssisə: “Askona AZ” MMC
🔍 Tələblər:
• Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə);
• Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Dil bilikləri: Rus dili sərbəst bilik
• Kompüter bilikləri: MS Office, BTP və 1C mühasibatlıq proqramından istifadə bacarıqları;
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: 1300
📩 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mühasib (Əmək haqqı üzrə)” qeyd etməklə hr@askonalife.az ünvanına göndərmələri xahiş olunur.
Bu elan formasını ətrafınızdakı işsiz və iş axtaran şəxslərlə də paylaşaraq onlara dəstək ola bilərsiniz.
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: İnformasiya texnologiyaları əməliyyatları departamenti \ Şəbəkə inzibatçılığı bölməsi \ Aparıcı sistem inzibatçısı (şəbəkə)
📄 Öhdəliklər:
- Şəbəkə infrastrukturunun informasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
- Cavabdeh olduğu informasiya sisteminin ehtiyat surətlərinin idarəedilməsi işini təşkil edir;
- İnformasiya sistemlərinin fasiləsiz fəaliyətinin həyata keçirilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzində işi təşkil edir;
- Cavabdeh olduğu şəbəkə komponentlərinin mövcud təlimatlara və istismar qaydalarına uyğun olaraq etibarlı və davamlı fəaliyyətini təmin edir;
- Cavabdeh olduğu şəbəkə infrastruktur komponentlərinin proqram təminatı versiyalarının daimi yenilənməsi üzrə işləri icra edir.
- Şəbəkə infrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir;
- Şəbəkə nasazlıqlarının əsas səbəblərinin analiz edilməsi və qarşısının alınması üçün tədbirlər görülməsi prosesini icra edir.
- Şəbəkə avadanlıqları və şəbəkə proqram təminatlarını test rejimində yoxlanılmasını təşkil edir;
- Mərkəzi Bankın lokal və qlobal şəbəkə struktur vahidlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi üzrə inzibatçılıq funksiyalarını həyata keçirir;
- Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı şəbəkə strukturunun, proqram vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak edir;
- Bankdaxili struktur bölmələrə şəbəkə infrastrukturu ilə əlaqədar texniki dəstək göstərilməsini təmin edir.
- Mərkəzi Bankda həyata keçirilən layihələrin texniki sənədlərinin hazırlanmasın
🔍 Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- Azərbacan dili – yüksək səviyyədə
- İngilis dili – orta səviyyədə
- Sertifikatlar - Cisco Certified Network Professional (CCNP)
- LAN/WAN, Routing, Swithching, Firewall Configuration (Palo Alto), NAC, TACACS+RADIUS, Network Monitoring Tools, WLC Configuration, İP telefoniya (SİP+ANALOG), İVR, İP-SEC, Site-to-Site, Full-Mesh, SDN, SDWAN, MPLS, BGP, Network B üzrə biliklər
Uyğun namizədlər https://www.cbar.az/hr/ linkinə daxil olaraq müvafiq vakansiyaya müraciət edə bilərlər.
Bu elan formasını ətrafınızdakı işsiz və iş axtaran şəxslərlə də paylaşaraq onlara dəstək ola bilərsiniz.
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: İnformasiya texnologiyaları əməliyyatları departamenti \ Şəbəkə inzibatçılığı bölməsi \ Böyük sistem inzibatçısı (Şəbəkə)
📄 Öhdəliklər:
- Mərkəzi Bankın şəbəkə infrastrukturunun yaradılması və tətbiqi layihələrində iştirak edir;
- Mərkəzi Bankın lokal və qlobal şəbəkə struktur vahidlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi üzrə inzibatçılıq funksiyalarını həyata keçirir;
- Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı şəbəkə strukturunun, proqram vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak edir;
- Şəbəkə nasazlıqlarının əsas səbəblərinin analiz edilməsi və qarşısının alınması üçün tədbirlər görür;
- Şəbəkə infrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir;
- Cavabdeh olduğu infrastruktur komponentlərinin proqram təminatı versiyalarının daimi yenilənməsi üzrə işləri icra edir;
- Şəbəkə fəaliyyəti, performansı və problemləri barədə mütəmadi hesabatların hazırlanmasını icra edir;
- Cavabdeh olduğu infrastruktur vahidlərinin topologiyasının tərtib edilməsini və daim onun yenilənməsini həyata keçirir;
- Şəbəkə infrastrukturu komponentlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün Mərkəzi Bankın Ehtiyat -Mərkəzlərində işi təşkil edir;
- İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;
- Daxili hüquqi sənədlərlə müəyyən olunmuş digər inzibatçılıq funksiyalarını icra edir;
- Bölmənin funksiyaları daxilində rəhbərliyin digər tapşırıqlarını icra edir.
🔍 Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 5 il iş təcrübəsi
- Azərbacan dili – yüksək səviyyədə
- İngilis dili – orta səviyyədə
- Sertifikatlar - Cisco Certified Network Professional (CCNP)
- LAN/WAN, Routing, Swithching, Firewall Configuration (Palo Alto), NAC, TACACS+RADIUS, Network Monitoring Tools, WLC Configuration, İP telefoniya (SİP+ANALOG), İVR, İP-SEC, Site-to-Site, Full-Mesh, SDN, SDWAN, MPLS, BGP, Network B üzrə biliklər
Uyğun namizədlər https://www.cbar.az/hr/ linkinə daxil olaraq müvafiq vakansiyaya müraciət edə bilərlər.
Bu elan formasını ətrafınızdakı işsiz və iş axtaran şəxslərlə də paylaşaraq onlara dəstək ola bilərsiniz.
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
💐 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik! 💐
Bu gün biz iş dünyasında, cəmiyyətdə və ailədə mühüm rol oynayan bütün qadınların qarşısında baş əyirik. Onların gücü, əzmkarlığı və fədakarlığı hər bir təşkilatın uğurunun ayrılmaz hissəsidir.
İnsan resursları sahəsində çalışan qadınlar isə öz bilik və bacarıqları ilə iş yerlərində daha inklüziv, innovativ və motivasiyaedici mühitin formalaşmasına töhfə verirlər. Onların liderliyi və dəstəyi sayəsində komandalar inkişaf edir, təşkilatlar güclənir.
Bu əlamətdar gündə bütün qadınlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayırıq! Sizin zəhmətiniz və töhfəniz daim dəyərlidir. 🌸✨
#hrazcom #insanadəyər #8Mart #BeynəlxalqQadınlarGünü #İnsanResursları #HR #TəşəkkürlərQadınlar
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: İndoor Reklamları üzrə satış meneceri
📄 Öhdəliklər:
• İndoor reklamlarının (UV çap, broşürlər, qapi lövhələri , Vizit kartlar, Flayerlər, menyuler, hədiyyə qutuları və s.) satışını idarə etmək;
• İndoor reklam bazarını təhlil etmək, bazar tendensiyalarını izləmək;
• Müştəri ehtiyaclarını anlamaq və onlara uyğun reklam həlləri təklif etmək, müştərilər ilə görüşlər keçirmək;
• Ayrılmış resursların düzgün istifadəsinə nəzarət edilməsi və layihənin müəyyənləşdirilmiş büdcə və deadline çərçivəsində həyata keçməsinin təmin edilməsi;
• Müştəri ilə təyin edilmiş məkanlarda ölçülərin götürülməsi;
• Görülmüş işlərin effektivliyini ölçmək və bu barədə rəhbərliyə həftəlik/aylıq hesabatların təqdim edilməsi;
• Bölgələrə ezamiyyə olunaraq müştəri bazasını genişləndirmək;
🔍 Tələblər:
• Ali təhsil
• Sahə üzrə minimum 3 il iş təcrübəsi;
• MS Office proqramları üzrə bilik;
• Azərbaycan dilində səliş danışıq (Rus və İngilis dil biliyi arzuolunandır);
• Yüksək ünsiyyət və danışıq aparmaq qabiliyyəti;
• Dəqiqlik, məsuliyyətlilik və məqsədyönlülük;
• Komandada işləmək və müstəqil qərar vermək bacarığı;
• İşinə qarşı həvəsli, yeniliklərə açıq;
İş şəraiti:
• İş yeri: Bakı şəhəri, Yusif Vəzir Çəmənzəminli 73
• İş vaxtı: Saat 9:00 - 18:00
Şənbə 10:00 - 16:00 (qısa iş günü), Bazar istirahət günüdür.
• Əmək haqqı: 400 - 600 + bonus. Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
• Nahar yeməyi şirkət tərəfindən təmin olunur.
• Korporativ nömrə + abunə haqqı.
📩 Zəhmət olmasa, CV formanızı “İndoor reklam üzrə Satış Meneceri” başlığı ilə cv@elcom.az ünvanına göndərin.
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Memar
📄 Öhdəliklər:
• Layihələr sifarişçinin istəyinə əsasən müxtəlif obyektlərdə qapı quraşdırılması üzrə hazırlanmış layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.
• Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;
• Layihələrini bir-biri ilə əlaqələndirmək, layihədə olan uyğunsuzluqları aradan qaldırmaq;
• Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;
🔍 Tələblər:
• Ali təhsil (Memarlıq və İnşaat sahəsində üstünlükdür)
• Çertyojları oxumaq və başa düşmək bacarığı
• Yaxşı səviyyədə Azərbaycan və rus dili biliyi,
• Auto Cad, Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
İş şəraiti
• İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək (İş ofis şəraitindədir)
• Şənbə və bazar qeyri iş günləridir.
• Nahar şirkət tərəfindən təmin olunur.
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
• Əmək haqqı 1200-1400 AZN (namizədin bilik və bacarığına əsasən qiymətləndiriləcək)
📩 Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi hr@paygroup.az ünvanına və ya 51 2269670 nömrəsinə göndərə bilərsiniz.
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Ekspeditor tələb olunur
İşə götürən : Bakı səhəri , 2-i nömrəli çörək zavodu (Muğan ASC)
🔍 Tələblər:
-Orta ixtisas və ya tam orta təhsil kifayət edir.
-Sürücülük vəsiqəsi: B,C ( 3,5 tona gədər yük maşını idarə edə biləcək şəxs);
-Bakı ərazsini yaxşi səviyyədə tanıyan ;
-Bu ərazidə yaşıyanlara üstünlük verilir : ( Nəsimi, Yasamal ,Səbail, Nərimanov, Nizami ,Xetai )
📄 Öhdəliklər:
* Zavodun istehsal etdiyi çörək çeşidlərini vaxtinda ticarət məntəqələrinə catdırılması (avtomobili özü idarə edəcək)
* Məhsulların qaimə əsasında müştərilərə təhvil verilməsi ;
* İşlədiyi ərazidə yeni ticarət obyektlərinin tapılması;
* Daxili Əmək İntizam Qaydalarına riayət etmək
İş qrafiki: 6 gün
İş saatı : 05:00-15:00
Nahar vaxtı : 12:00-13:00
Əmək haqqı: 500+ ( satışdan %)
İş yeri: Nizami metronun yaxınlığı
📩 Müraciət forması:
Uyğun namizədlərdər cv-lərini “ Sürücü “yazmaqla *mugan-atsc@mail.ru* mail ünvanına göndərə bilərlər və ya əlaqə : (012)596-50-74
Ünvan : Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə ev.69
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Formacı tələb olunur
İşə götürən : Bakı səhəri , Muğan ASC ( 2-i nömrəli cörək zavodu)
🔍 Tələblər:
-Orta ixtisas və ya tam orta təhsil kifayət edir.
-Yaş: 18 - yüxarı
-Təcrübə ildən aşağı ( iş öyredilir)
📄 Öhdəliklər:
* Xəmir kündələrinin formalara yerləşdirilməyı və forma verilməsi
*İş qrafiki*: 6 gün
*İş saatı* : Növbəli
Əmək haqqı: 400
*İş yeri* : Nizami metronun yaxınlığı
📩 *Müraciət forması*:
Uyğun namizədlərdər cv-lərini “Formaçı“ yazmaqla *mugan-atsc@mail.ru* mail ünvanına göndərə bilərlər.
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Tikinti şirkətinə Korporativ satış meneceri axtarılır.
📩 Uyğun namizədlər CV-lərini “Korporativ satış meneceri” başlığı ilə info@hrtime.az ünvanına göndərə bilərlər.
📄 Öhdəliklər:
Korporativ müştərilərlə əlaqələrin qurulması və möhkəmləndirilməsi;
Tikinti xidmətlərinin korporativ müştərilərə təqdim olunması;
Satış strategiyalarının hazırlanması və icrası;
Müştəri tələblərinin təhlil edilməsi və uyğun xidmət paketlərinin təklif edilməsi;
Müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin izlənməsi;
Satış hədəflərinin müəyyən edilməsi və bu hədəflərə çatmaq üçün fəaliyyətlərin təşkili;
Satış nəticələrinin izlənməsi və hesabatların hazırlanması;
Şirkətin xidmətləri barədə məlumatların daim yenilənməsi;
Əlaqədar şöbələrlə əməkdaşlıq edərək müştəri tələblərinin vaxtında yerinə yetirilməsi.
🔍 Tələblər:
Satış və ya müvafiq sahədə ali təhsil;
Satış meneceri və ya korporativ müştərilərlə iş təcrübəsi (minimum 1 il);
Tikinti sahəsində təcrübə arzuolunandır;
Komandada işləmək bacarığı və yüksək ünsiyyət qabiliyyəti;
Rus dili biliyi orta, İngilis dili biliyi (arzuolunandır);
Yüksək təşkilatçılıq qabiliyyəti və zaman idarəetməsi bacarığı;
MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
İş rejimi Sərbəst
İş yeri Bakı şəhəri
Əmək haqqı: 400 və satışdan bonuslar
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Pizza Mizza şirkətində İnsan Resursları üzrə Baş mütəxəssis vakansiyası aktivdir.
📄 Öhdəliklər:
İnsan resursları strategiyasının icrası:
HR siyasət və prosedurlarının hazırlanması və tətbiqi.
İşçi motivasiya və qiymətləndirmə proqramlarının təşkili.
Kadr uçotu və əməliyyatları:
İşə qəbul, işdən çıxarılma, vəzifə dəyişikliklərinin qanunvericiliyə uyğun icrası.
“ƏMAS” və digər dövlət portallarında əməliyyatların icrası (əmək müqavilələri, xitam əmrləri, məzuniyyətlər və s.).
Əmək haqqı, məzuniyyət və digər ödənişlər üzrə hesablamaların aparılması və ERP sistemləri vasitəsilə izlənməsi.
İşçi əlaqələri və inzibati proseslər:
Problemli işçilərlə müvafiq prosedurların icrası və həll yollarının tapılması.
Dövlət qurumları ilə əlaqələrin düzgün idarə olunması.
İşçi məlumat bazasının düzgün və dəqiq aparılması.
İşə qəbul və müsahibə prosesləri:
Seçim və müsahibə proseslərinin aparılması, uyğun namizədlərin cəlb edilməsi.
İşçi ehtiyaclarının müəyyən edilməsi və departamentlərlə koordinasiya.
Hesabatlılıq və analitika:
Tələb olunan HR hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi.
İnsan resursları sahəsində innovativ texnologiyaların tətbiqi və məlumat bazalarının idarə olunması.
🔍 Tələblər:
Ali təhsil (insan resursları, idarəetmə və ya əlaqəli sahələr üzrə);
İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (Rus və İngilis dili üstünlükdür);
Əmək qanunvericiliyi, kadr uçotu və sənədləşmə üzrə dərin biliklər;
MS Office proqramlarını yüksək səviyyədə bilmək;
Yüksək təşkilatçılıq və idarəetmə bacarığı;
Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Komanda ilə işləmə və liderlik təcrübəsi.
📌İş şəraiti
İş günləri: I-V günlər.
🕕 İş vaxtı: 09:00-18:00
💲Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
🍽️ Nahar şirkət tərəfindən aylıq ödənilir.
📍 Ünvan: Bakı şəhəri, Babək plaza.
📩 Müraciət etmək istəyən şəxslər CV-lərini başlıqda elanın adını qeyd etməklə hr@pizzamizza.az adresinə göndərə bilərlər.
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: İşə qəbul üzrə mütəxəssis
📄 Öhdəliklər:
Müvafiq iş elanlarının hazırlanması və müxtəlif axtarış platformalarında yerləşdirilməsi
İş müraciətlərinə (CV) baxılması, analiz edilməsi və müvafiq olaraq qruplaşdırılması
Müsahibələrin təşkil olunması və aparılması
Namizədlərə müsahibə nəticələri ilə bagli geri dönüşlərin edilməsi
Müsahibə nəticələrinin qeydiyyatının aparılması
Rəhbərin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
🔍 Tələblər:
Ali təhsil ( Psixologiya, Sosiologiya, İqtisadiyyat, Menecment)
İnsan resursları sahəsində *2 ilədək təcrübə* mütləqdir
Əmək məcəlləsi üzrə baza biliklər
Azərbaycan dili mükəmməl, rus dili orta səviyyədə
MS Office proqramlarından sərbəst istifadə bacarığı
Dürüstlük, məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq
İş şərtləri:
İş yeri: Nərimanov mst yaxinligi
İş qrafiki: 5 günlük, saat 09:00-18:00
Tibbi sığorta, korporativ mobil nömrə, nahar şirkət tərəfindən təmin edilir.
Əmək haqqı müsahibə əsasında təyin olunacaq
📩 Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını *" İşə qəbul üzrə mütəxəssis "* qeyd etməklə rashid.agayev@resantgroup.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Mərkəzi Bank-da aktiv vakansiyalar:
• Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi \ Aparıcı mütəxəssis
• Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi \ Mütəxəssis
• Sığortaçıların maliyyə dayanıqlığına nəzarət şöbəsi \ Mütəxəssis
• Banklarda bazar davranışlarına nəzarət şöbəsi \ Mütəxəssis
• Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi \ Aparıcı analitik
• Prudensial tənzimləmədə MHBS-nin tətbiqi bölməsi \ Analitik
• Banklarda stress-testləşmənin təhlili bölməsi \ Analitik
• Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsi \ Böyük mütəxəssis
• Makro-maliyyə risklərinin modelləşdirilməsi şöbəsi \ İqtisadçı
• Maliyyə sabitliyinin təhlili şöbəsi \ İqtisadçı
• Protokol şöbəsi \ Mütəxəssis
• Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi \ Böyük mütəxəssis
• Daxili nəzarət bölməsi \ İnspektor
Ətraflı: https://hr-az.com/vacancy/1746-merkezi-bankda-aktiv-vakansiyalar.html
📢 Bu elan formasını ətrafınızdakı işsiz və iş axtaran şəxslərlə də paylaşaraq onlara dəstək ola bilərsiniz.
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Rus dili müəllimi
📄 Öhdəliklər:
* Tədris planlarının hazırlanması və tələbələrə dərslərin keçirilməsi.
* Tələbələrin inkişafını izləmək, onların biliyini qiymətləndirmək.
* Dərs vəsaitlərinin hazırlanması və tədris materiallarının yenilənməsi.
* Tələbələrin dil bacarıqlarını inkişaf etdirmək üçün müvafiq metod və texnikaların tətbiqi.
🔍 Tələblər:
* Pedaqoji təcrübə arzuolunandır;
* Pedaqoji bacarığı olmalıdır;
* Müasir təlim metodlarından istifadə etməlidir;
* Auditoriyada işləmək bacarığı olmalıdır;
* Həvəsli və dərs deməyi sevməlidir;
İş qrafiki: 4 günlük ( 18:00-22:00)
Əmək haqqı: 500 azn (tələbə sayı çox olarsa əlavə bonus hesablanılır)
Ünvan: Bakı şəhəri, Sabunçu ray, Bakıxanov qəs.
📩 Vakansiya üzrə çalışmaq istəyən namizədlər öz cv- lərini gnuriyeva20@gmail.com ünvanına göndərmələri xahiş olunur.
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Kompüter operatoru
📄 Öhdəliklər:
* İş proseslərinə dair məlumatların xüsusi proqram təminatına daxil edilməsi və mütəmadi yenilənməsi.
* Müxtəlif sənədlərin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi.
* Daxil olan məlumatların düzgünlüyünün təmin edilməsi və sistemdə saxlanılması.
* Rəhbərliyin tapşırıqlarına uyğun işlərinin aparılması.
* 1C-də istehsal sənədlərinin işlənilməsi.
* Kassa və pos terminal ilə bağlı əməliyyatların keçirilməsi.
🔍 Tələblər:
* Binəqədi ərazisində yaşayan (iş yerinə yaxınlıq üstünlükdür).
* MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı (Word, Excel, PowerPoint).
* 1C 8.3 istifadə bacarığı.
* Sənədlərlə işləmə təcrübəsi və məlumat bazası idarəetmə bacarığı.
* Diqqətli, məsuliyyətli və analitik düşünmə qabiliyyətinə malik olmaq.
* Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, əlavə dil bilikləri üstünlükdür.
İş şəraiti:
* İş qrafiki: 6 günlük iş həftəsi
* İş saatları: 09:00–18:00.
* Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
* Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə (əmək müqaviləsi).
* Rahat və səmərəli iş mühiti.
📩 Maraqlanan xanım namizədlər öz CV-lərini elektron poçtuna göndərsinlər: Suray@muradli.com.az
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Aparıcı mühasib
📄 Öhdəliklər:
* Vergi, statistika və DSMF hesabatların hazırlanması;
* Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
* Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
* Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
* Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə köməklik göstərilməsi.
🔍 Tələblər:
* Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
* Aparıcı mühasib vəya mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
* Maliyyə təsərrüfat əməliyyatları sahəsində iş təcrübəsi;
* Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
* Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
* MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
📩 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Aparıcı mühasib" qeyd edərək garanfil.suleyman@mapletrading.az mail ünvanına göndərmələri xahiş olunur.
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Xadimə vakansiyası (Çayçı)
📄 Öhdəliklər:
- Həvaləsində olan sahədə sanitar-gigiyena normalarına riayət olunmasını təmin edir;
- Müəssisə əməkdaşları üçün çay xidmətini təmin edir;
- Qonaqları və rəhbərliyin iclas otaqlarında rəhbərliyin qonaqlarını çay və kofe ilə təmin edir;
- Mətbəx və mətbəx avadanlıqlarının təmizliyinə cavabdehlik daşıyır;
- İşçinin fəaliyyət istiqamətlərinə uyğun olaraq departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
🔍 Tələblər:
- Orta təhsil;
- Kollektivdə işləmək bacarığı;
İş rejimi: 5 günlük.
İş yeri: Bakı şəhəri, R.Behbudov küçəsi
📩 Müraciət etmək üçün aşağıda qeyd edilən linkə daxil ola bilərsiniz:
https://forms.gle/4coGUiMEKn6YrPjj9
Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
+6
Belə bir yerdə kim işləməz ki? 😍
🍀 Şəkillərdə gördüyünüz yer Lissabonda yerləşən "Second home" coworking mərkəzidir. Məkanda 2000dən çox bitki var. Hara baxsanız yaşıllıq görürsünüz. Bu da məkanın havalandırmasının təbii şəkildə tənzimlənməsinə xidmət edir. Təbii gün işığından maksimum istifadə üçün tavanlarda şüşələrdən istifadə olunub.
🌆 Ümumiyyətlə, son dövrlərdə iş yerlərinin biofilik dizaynda inşası gündəmdədir. Biofilik yanaşma tərəfdarları insan və təbiətin güclü bağının olmasına, insanın təbiətdə olarkən stress səviyyəsinin azalması və məhsuldarlığının artmasına inanır. İş yerləri hazırlanarkən biofilik prinsiplərin əsas götürülməsi işçi rifahının, bununla da məmnuniyyətinin və məhsuldarlığının artmasına xidmət edir.
#hrazcom #insanadəyər
Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq.
Lent.az xəbər verir ki, Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin bu gün verdiyi qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi.
Bundan başqa, 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı.
Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.
