cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Əqaidul İmamiyyə

Bismillah. Əzizlər Dinin müxtəlif mövzularında kitablardan seçmələr kanalımızda paylaşılır 📚Xurafat 📚 Xamenei Ağanın fiqh təlimləri kitabından şəri məsələlər 📚Hədisi-Qüdsidən hədislər Dəyərli İslam Alimlərinin çıxışları paylaşılır @Badkubei_ulvi

Больше
Рекламные посты
582
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Repost from Bəyan
00:46
Видео недоступноПоказать в Telegram
✅Ayətullah Xamenei-Uhud müharibəsinin müsəlmanlarının məğlub olma səbəbləri 🔰Ey Uhud müharibəsinin müsəlmanları ! Düşmənin sizə yenidən hücumu nəticəsində məğlub olmanızın üç səbəbi var: birincisi (sizə əmr olunmuş işdə) süstləşdiniz, ikincisi bir-birinizlə dava-dalaş etməklə məşğul oldunuz və üçüncüsü odur ki, itaətsizlik etdiniz, vəliyyi-əmrdən itaət etmədiniz. Bu üç amil düşmənin müvəqqəti də olsa sizə qalib gəlməsinə səbəb oldu. Bu Qurani-Kərimindən alınan bir dərsdir. https://t.me/beyan_beyan
Показать все...
18.26 MB
Repost from Bəyan
01:13
Видео недоступноПоказать в Telegram
✅Ayətullah Behcətin dilindən Fatimiyyə 🔰Həzrət Fatimeyi-Zəhra (ə) İslam prinsipinin diriliyi naminə öz hüququndan keçdi. Həzrət Ayətullah Behcət: Həzrət Əmir (əleyhissalam) qılıncını götürdü və gedib Fatimənin (s.ə)-ın haqqını tələb etmək istədi. Bu zaman azan səsini eşitdi.  Həzrət Əli (ə) Fatimə (ə)-a dedi: "Bu azanın qalmasını istəyirsən, yoxsa gedib Allah nuruna,  Fatiməyə (ə)-ə qarşı çıxanları öldürməyimi istəyirsən?" Həzrət Fatimə (ə) dedi: “Xeyr!  Mən azanın ayaqda qalmasını istəyirəm, zahiri İslamın qalmasını istəyirəm. İslamın zahiri formasına riayət etmək məsələni o yerə çatdırdı ki,  rəvayətdə deyilir: “Üç nəfər istisna olmaqla, Allah Rəsulundan (s) sonra insanlar dindən çıxdılar, haqdan uzaqlaşdılar." həmin o üç nəfər məsələn beş yüz milyon oldu. Təqiyyənin nəticəsi bu oldu.  Yoxsa əgər biz əvvəldən tənə və təhqirlə məşğul olsaydıq, şiələrin sayı harada artardı?!  Əksinə elə çoxları  itirilərdi! Xarici fiqh dərsi, Cihad kitabı, 1387 https://t.me/beyan_beyan
Показать все...
8.25 MB
Repost from Bəyan
✅Vilayəti-fəqihin əqli dəlilləri https://t.me/beyan_beyan
Показать все...
Repost from Bəyan
✒️Vilayəti-fəqihin əqli dəlilləri. 💠Birinci dəlil budur ki, İslam anarşizmin əksinə olaraq, hökumətin zəruriliyinə inanır və xaosun qarşısını almaq üçün cəmiyyətdə siyasi suverenliyin olmasını vacib bilir. Bu tələbə görə ideal hökumət, bütün maddi və mənəvi ehtiyacların ödəniləcəyi  Məsumun (ə) hakimiyyətidir.  Növbəti mərhələ isə Məsum İmamın (ə.f) qeybində, Məsumların hökumətinə ən yaxın nizam bərqərar olmalıdır və bu hökumətin başında məsum imama ən yaxın olan şəxs durmalıdır. Bu şəxs isə İmam (ə) tərəfindən ümumi icazə sahibi olan fəqihdir. 💠İkinci dəlil isə budur ki, İslam təlimlərinə görə, insanlar üzərində vilayətin və hakimiyyətin qanuni olması ilahi bir məsələdir, yəni vəlilik Allaha məxsus olan bir haqdır. Bu səbəbdən Allah bu haqqı Peyğəmbərə (s) və Məsum imamlara (ə) tapşırıb, onların öhdəsinə qoyub.  Amma  Məsumun (ə) qeybdə olduğu dövrdə nə etmək lazımdır? Bu halda iki fərziyyə irəli sürülür.  Ya bu haqq heç kimə tapşırılmayıb, yəni Allah qeyb zamanı İslam hökmlərinin icrasını dayandırıb, ya da bu icazə saleh şəxsə verilib.  Bu iki fərziyyə arasında görünür ki, hökm etmək hüququndan əl çəkmək və İslam hökmlərini dayandırmaq Allahın hikmətinə və İslam təlimlərinin məqsədəuyğunluğuna ziddir. Ona görə də məntiqli yol budur ki, İmam qeybdə olduğu halda, bu icazə saleh və səlahiyyətli şəxsə verilmişdir. Qeyb dövründə saleh və bu işə yəni hökümət quraraq İslam hökmlərini icra etmək səlahiyyətinə malik olan şəxs, lazımi şərtlərə sahib olan fəqihdir. 📚Mənbə: Mərhum Ayətullah Misbah Yəzdi, Neqahi qozəra be nəzəriyyeye Vilayəti-fəqih (Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış), səhifə 84-95. https://t.me/beyan_beyan
Показать все...
🖋️ Bəyan 🖋️

🔰İslam həqiqətlərinin bəyanı: Quran Hədis Dua Təhlil Məqalələr Əhkam Əqaid Tarix Məhdəviyyət anlayışı Videoların tərcüməsi Şübhələrə cavab

Repost from Maide.Az/MaideTV
Фото недоступноПоказать в Telegram
Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) müsibətli şəhadət günləri "Əyyami Fatimiyyə" yaxınlaşır. Maide.Az xəbər verir ki, o, Həzrətin şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2022-ci il dekabr ayının 8-i -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2022-ci il Dekabr ayının 27-i -Peyğəmbərin (s) vəfatından 95 gün sonra). Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayır. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir. Bu münasibətlə əziz oxucularımıza başsağlığı veririk. https://t.me/MaideTV
Показать все...
Repost from Bəyan
Repost from Bəyan
✅Həzrət Ayətullah Cəvadi Amulinin Kullu rayə hədislərinə verdiyi cavab: 🔰Əgər hər hansı bir qiyamın uğursuzluğa məhkum edilmiş və ədalətsiz olduğunu qəti şəkildə pisləyən rəvayətlər varsa, Quranın əsas təlimləri və Məsumların (ə)-ın qəti sünnəsi ilə müxalifliyə görə qəbul edilmir.  Çünki əmr be məruf və nəhy əz münkər, Allah yolunda cihad, ilahi hüdudları bərqərar etmək və Allah kəlamını diriltməyə dair bir çox ayə və rəvayətlər – ki, müəyyən bir zaman və məkanla məhdudlaşmır – zaman və məkan şəraiti olduqda, dinin dirçəlməsinin  qarşısını almağın əsassız olduğunu göstərir. Qeyb dövründə dini hökumətin mövcudluğuna haram fətvası vermək,  qeyri-ilahi qanunların və ləyaqətsiz insanların İslam ümməti üzərində hökmranlığına dair fətvadır ki, bu, qətiyyən Allahın və Onun sevimli Rəsulunun (s)-in razı olmayıb və olmayacağı bir əməldir. İslam İnqilabı və İran İslam Respublikası kimi bir inqilab və hökumət mübarək bir qiyamdır ki, nə başçıları xalqı özlərinə çağırıblar, nə də şərait, qiyam, hərəkət və dini hökumətin qurulması onlar üçün hazırlanmayıb.   ✒️Nəticədə, bu müqəddəs qiyam dünyanın siyasi bərabərliyini pozan, bir çox müsəlmanların və digər istismar olunan insanların hərəkatının başında duran bir hökumətin qurulmasına səbəb oldu.  Bu inqilab xalqı Vəliyyi Əsrin (ə.f)-in imamətinə dəvət edir.  Bu məmləkətdə hər bir səy əziz İmam Zamanın (ə.f) imamətinə görədir və bu ümmət onun mübarək zühurunu səbirsizliklə gözləyir və İslam quruluşunun bayrağını onun  əlinə təslim edəcək. 📚Ayətullah Abdullah Cavadi Amuli, İmam Mehdi movcude movud. (İmam Mehdi, vəd edilmiş varlıq) Qum: İsra, 2014, səh.152-159. https://t.me/beyan_beyan
Показать все...
🖋️ Bəyan 🖋️

🔰İslam həqiqətlərinin bəyanı: Quran Hədis Dua Təhlil Məqalələr Əhkam Əqaid Tarix Məhdəviyyət anlayışı Videoların tərcüməsi Şübhələrə cavab

Фото недоступноПоказать в Telegram
📌Əvvəlki yazımızda qeyd etdik ki, hər bir müsəlman öz düşüncələrini İslam dünyagörüşü əsasında qurmalıdır. Və həmçinin dedik ki, İslami dünyagörüşünün ən mühüm mövzularından biri ki, günümüzdə aktualdır, İslami üsul-idarə sistemidir. Bu üsul-idarə sistemi liberal və demokrat siyasi məktəblərinin mübaqilində dayanır və cəmiyyətin idarəçiliyində özünə məxsus sistemi vardır. 🔰Bu gün yazımızda toxunacağımız məsələ bundan ibarətdir ki, bu İslami üsul-idarə sisteminin başında kim durmalıdır. Allah Təala bu icazəni kimlərə verib. Ümumiyyətlə bu insanların bir-birinə hökmranlıq ixtiyarı varmı ? ✅Şiələrin kəlam və fiqhi ehkamlarına görə, məsum insanın ilahi hökmranlıq hüququ vardır. Bu ona görədir ki, şiə əqli sistemində məsumlar təkcə xalqın intellektual və dini liderləri deyil, həm də siyasi liderləridir, cəmiyyətin liderləridir. Asayişin yaradılması, xaosun və ictimai nizamın pozulmasının qarşısının alınması, hökumətin qurulması və siyasi hakimiyyətin həyata keçirilməsi, İslamın məqsədlərinə nail olmaq, məsələn, məhkəmə hökmlərinin icrası, mədəniyyətin, təhsilin və dini etikanın bütün sosial sahələrdə genişləndirilməsi,  idarəçiliyi Məsum şəxsin əlində olan hökumət qurulmadan  mümkün deyil. Həzrət Peyğəmbər (s) sağlığında bu işlərə rəhbərlik edirdi və ondan sonra bu vəzifə İmamlara (ə)-a aid idi. Sual oluna bilər. Bəs Həzrət Vəli Əsrin (ə.f) qeybi müddətində belə bir işə kim rəhbərlik etməlidir? Ya deməliyik ki, yalnız fəqih bu vəzifəni tutmağa layiqdir, ya da deməliyik ki, hər kəs bu məqama çata bilər. Belə görünür ki, bu vəzifəni ancaq hərtərəfli şərtlərə malik fəqih tutmalıdır demək düzgündür. Niyə? Birinci prinsip odur ki, heç kimin heç kimin üzərində qəyyumluq hüququ yoxdur. Ümumi prinsipi ancaq fəqih istisna edir, çünki onun başqaları üzərində qəyyumluq hüququnun icazəliyi- daha sonra əqli və nəqli dəlillərlə izah edəcəyimiz kimi - onun təsir dairəsində cüzi fərqlə sabitdir. Lakin bu qəyyumluq hüququnu başqalarına şamil etmək üçün heç bir səbəb yoxdur. Ona görə də hazırda yəni İmam Zaman ağanın (ə.f) qeybəti dövründə İslami üsul-idarəsinin təşkili və idarəçili fəqihin öhdəsindədir. Buna görə də vilayəti-fəqih mövzusu İslam dünyagörüşündə böyük əhəmiyyət kəsb edir. #vilayəti_fəqih @beyan_beyan
Показать все...
Фото недоступноПоказать в Telegram
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.