Buta.Media
Открыть в Telegram
6 049
Подписчики
-224 часа
-297 дней
-10530 день
Архив постов
6 049
Repost from Alioglu_News🇦🇿
İddialara görə, Eynulla Fətullayev sahibi olduğu rusdilli haqqın.az saytını satıb.
Bu barədə baş redaktor dünən axşam saatlarında kollektivlə vidalaşıb.
Eynulla Fətullayev bundan sonra Türkiyədə yaşamağa qərar verib.
6 049
Qəbələdə Zelenskinin Prezident İlham Əliyevlə görüşündən görüntülər
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.
6 049
Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti bağlanıb
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
6 049
Ermənistan Silahlı Qüvvələri 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verib.
Proses Qazax rayonunun Bağanıs Ayrım kəndi ilə Ermənistanın Bağanis və Voskepar kəndləri istiqamətində baş tutub. (KİV)
6 049
Azərbaycan Ermənistandan mal idxal etməyə başlayıb
Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.
Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.
6 049
Azərbaycan və Rusiya AZAL qəzası ilə bağlı kompensasiyanın ödənilməsi də daxil olmaqla bütün məsələlərin həlli üzrə razılığa gəliblər.
6 049
Vado Korovin vəzifəsindən azad edildi
“Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.
Manset.az xəbər verir ki, hazırda “Space”də bütün idarəetmə və səlahiyyətlər İcraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.
Məlumat üçün bildirək ki, Nəriman Əbdüləliyev Vado Korovinin kürəkənidir. Onun həyat yoldaşı Zemfira Korovina da “Space”də rəhbər vəzifələrdən birini tutur.
Qeyd edək ki, ötən gün “Space”də yoxlamalar aparıldığına dair məlumatlar yayılmışdı.
6 049
Bu gün səhər saatlarında Ermənistanda Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya düşüb
6 049
Prezident İlham Əliyev martın 17-si Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüş zamanı balaca Ayazla da söhbət edib. Səmimi dialoq zamanı azyaşlı ölkə başçısından “Kamaz” markalı yük avtomobili istədiyini bildirib.
Qısa müddət sonra Prezident Ayazın arzusunu yetirinə yetirib.
Dövlət başçısı Ayazın yaşadığı ünvana “Kamaz” markalı yük avtomobili göndərib.
6 049
Qusar rayonu, Yerği kek kəndinin bəzi yerlərində qar örtüyünün hündürlüyü üç metrə çatıb.
6 049
İçərişəhərdə Qala divarlarının bir hissəsi uçdu
Aprelin 9-da səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.
Bu barədə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.
6 049
Azadlıq prospekti, metronun “28 May” stansiyasının ikinci çıxışında asfalt yol çöküb. AYNA-nın maşını həmin çuxura düşüb.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
