📚Master English Academy (MIQ ve Sertifikasiya)📚
Открыть в Telegram
2 128
Подписчики
Нет данных24 часа
-77 дней
-1730 день
Архив постов
📌 MİQ imtahanında İngilis dili müəllimlərinin ən çox bal itirdiyi mövzulardan biri də Subjunctive Mood-dur!
Bu mövzuda qaydalar sadə görünsə də, testlərdə çoxlu namizəd məhz kiçik tələlərə düşərək səhv edir.
⚠️ Ən çox qarışdırılan və testlərdə qarşımıza çıxan məqamlar:
🔹 "Gizli Should" tələsi: I suggest that he go... və ya It is essential that she be... kimi quruluşlarda felin sonuna "-s" artırmaq və ya "is/am/are" yazmaq olmaz. Orada gizli bir "should" var və fel həmişə əsas (yalın) formada qalmalıdır!
🔹 İnkar tələsi: Subjunctive quruluşunda inkar edərkən "doesn't/don't" deyil, sadəcə not + felin əsas forması işlənir (Məs: ...that he NOT miss).
🔹 Məna fərqi: Wish və If only cümlələri ilə Mandatory Subjunctive (əmr/tələb bildirən) quruluşların zaman uzlaşması və məntiq fərqini ayırd etmək.
✅ Mövzunun məntiqini və bu qızıl qaydaları başa düşdükdə, imtahanda bu tip sualları cəmi 5 saniyəyə, tam inamla cavablandırmaq mümkün olur.
✨ Unutmayın: Yüksək nəticə qaydaları kor-koranə əzbərləməkdən deyil, onların işlənmə məntiqini anlamaqdan keçir!
Səhifəni izləmədə qalın! Çox yaxın zamanda Subjunctive Mood mövzusu üzrə test paylaşılacaq.
Hörmətlə, @banovsha.miq 💜
https://www.instagram.com/reel/DanqoyytcBc/?igsh=MWRyaTNhb2RnbzRuYQ==
🚨 MİQ imtahanında uzun Clause suallarını 5 saniyəyə tapmağın qızıl düsturu!
👉 MİQ İngilis dili imtahanında belə qısa yollarla vaxta qənaət etmək və 90+ bal toplamaq istəyirsənsə, səhifəni izləmədə qal, postu bəyənməyi və MİQ-ə hazırlaşan yoldaşlarınla paylaşmağı unutma! 💜
Hörmətlə @banovsha.miq ✨
https://www.instagram.com/p/DaigMAbjSV5/?igsh=YnVtYWlweGlzbDYw
🚨 MİQ İMTAHANINDA 10 SANİYƏYƏ INVERSION TAPMAQ METODU!
👉 MİQ İngilis dili imtahanında belə qısa yollarla vaxta qənaət etmək və 90+ bal toplamaq istəyirsənsə, səhifəni izləmədə qal, postu bəyənməyi və MİQ-ə hazırlaşan yoldaşlarınla paylaşmağı unutma! 💜
Hörmətlə,
@banovsha.miq ✨
https://www.instagram.com/p/DadVagCDcZy/?igsh=MWY4azZkYW91bGxvag==
Teacher Violet adlı şəxsdən foto
https://whatsapp.com/channel/0029VbCu1NjGJP8OjXfaJx21
MİQ imtahanında qrammatika bölməsində hamının bildiyi, amma imtahan həyəcanı ilə ən çox səhv yazılan o 3 sözün (Lie / Lay / Laid) qızıl qaydası! ❌
Bu fərqi bilsəniz, imtahanda saniyələr içində doğru variantı tapacaqsınız:
Bəsit düstur: Özündən sonra "NƏYİ?" sualı gəlir, yoxsa yox?
1️⃣ LIE (Uzanmaq) ➡️ Keçmişi: LAY
Özündən sonra obyekt (Nəyi?) tələb ETMİR. İnsan və ya heyvan özü uzanır.
📍 Örnək: I want to lie on the bed. (Yataqda uzanmaq istəyirəm).
2️⃣ LAY (Qoymaq) ➡️ Keçmişi: LAID
Özündən sonra mütləq obyekt (NƏYİ?) tələb EDİR. Bir əşyanı hara isə qoymaq mənasındadır.
📍 Örnək: Lay the book on the table. (Kitabı masanın üzərinə qoy. Nəyi? - Kitabı).
3️⃣ LIE (Yalan danışmaq) ➡️ Keçmişi: LIED
Bu isə tamamilə fərqli mənalı, qaydalı feldir.
📍 Örnək: Don't lie to me. (Mənə yalan danışma).
⚠️ Əsas Tələ: Uzanmaq felinin keçmiş zamanı (LAY) ilə Qoymaq felinin indiki zamanı (LAY) eyni yazılır. Cümlədə özündən sonra tamamlıq (nəyi?) olub-olmamasına mütləq diqqət edin!
MİQ-də ən çox səhv yazılan digər "tələ" sözləri də sizlər üçün yorum hissəsinə qeyd etdim. 📩
İmtahanda bal itirməmək üçün şərhlərə baxmağı və @banovsha.miq abunə olmağı unutmayın! ✨
https://www.instagram.com/reel/DaYLicAtkt0/?igsh=MTJnOWk4M29vZGpqYw==
📢 İngilis dili müəllimləri diqqət!
MİQ imtahanına getməzdən əvvəl bu mövzular üzrə testləri işləyin və yüksək nəticəyə bir addım daha yaxın olun! ✨
İmtahanda qarşınıza çıxacaq və mütləq təkrar etməli olduğunuz ən kritik mövzular:
📌 Qrammatika (Grammar)
°Tenses & Sequence of
° Tenses (Zamanlar və zaman uzlaşması)
° Passive Voice & Causative
° Form (Məchul növ və İcbar növ)
° Conditionals & Wish
° Clauses (Şərt cümlələri)
° Non-Finite Forms of the Verb (Gerund, Infinitive, Participle)
°Clauses (Relative, Noun and Adverbial Clauses)
° Modals & Inversion (Modal feillər və İnversiya)
Prepositions & Conjunctions (Sözönüləri və Bağlayıcılar)
📌 Leksika və Oxu (Vocabulary & Reading)
° Phrasal Verbs & Idioms (Ən çox istifadə olunan frazeoloji feillər)
° Synonyms & Antonyms (Kontekstə uyğun söz seçimi)
° Reading Comprehension (Mətnin təhlili və əsas ideyanın tapılması)
Uğurlar hər birinizə! 🎯
Hörmətlə,
@banovsha.miq 💜
https://www.instagram.com/reel/DaTFKH0NinW/?igsh=MWJ6MDlpaDNsa2sxag==
