ru
Feedback
𝗗 İ 𝗡 İ ‘ 𝗞 𝗔 𝗡 𝗔 𝗟

𝗗 İ 𝗡 İ ‘ 𝗞 𝗔 𝗡 𝗔 𝗟

Открыть в Telegram

‎الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ innə lilləhi va innə ileyhi raci`un Biz Allaha məxsusuq və ona da qayıdacağıq.

Больше
2 231
Подписчики
-324 часа
-107 дней
-4130 день
Архив постов
GÜNAHI MƏHV ETMƏYİN 15 VASİTƏSİ 1. Düzgün etiqad. Həzrət Peyğəmbər (s) buyurur: "And olsun o Kəsə ki, məni insanları hidayət etmək üçün məbus etmişdir! Allah, Onun yeganə olmasına inanan şəxsi cəhənnəmdə daima saxlamaz, məgər onları şəfaət edər”. 2. İsitğfar. Həzrət Peyğəmbər (s) buyurur: "Tövbə edən Allahın məhbubudur. O kəs ki, tövbə edər, o cür olar ki, günahı etməmişdir”. 3. Zikr. Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir dəstə yoxdur ki, (Allahı yada salar), məgər o halda ki, Allah Təala tərəfindən onlara nida çatar: "Qalxın! Allah pisliklərinizi və günahlarınızı həsənəyə çevirdi və sizin bütün günahlarınızı bağışladı””. 4. Gecə namazı. "Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. ("Hud” 114). 5. Öz nəfsini danlamaq. İmam Rza (ə) buyurur: "Bəni-İsrayildən bir nəfər Allaha 40 il ibadət edir, ancaq ondan qəbul olunmur. O, öz nəfsinə xitab edir və deyir: "Bu sənsən ki, əməllərimin məhv olmasına səbəb olmusan”. Allah tərəfindən ona xitab gəlir ki, sənin bu danlamağın 40 il ibadətindən daha üstündür”. 6. Salavat. İmam Rza (ə) buyurur: "O kəsin ki, günahlarının kəffarəsini verməyə qüdrəti yoxdur, Peyğəmbərə (s) çoxlu salavat göndərsin. Çünki bu əməl günahları məhv edər”. 7. Ali-Muhəmmədlə (ə) dost olmaq. İmam Rza (ə) buyurur: "Peyğəmbər (s) buyurmuşdur: "Biz Əhli-beytin (ə) sevgisi günahları gizlədər və həsənələri bir neçə bərabər edər””. 8. Yaxşı əməl. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman nalayiq əməl etsən, yaxşı əməl yerinə yetir. Çünki yaxşı əməl günahı məhv edər”. 9. Səcdə etmək və məscidə getmək. Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ya Rəsulallah! Günahlarım çoxdur, ancaq yaxşı əməlim azdır”. Həzrət Peyğəmbər (s) buyurur: "Çoxlu səcdə et, çünki səcdə günahı uzaq edər, necə ki, külək ağacın yarpaqlarını tökər”. 10. Dəstəmaz. İmam Sadiq (ə) buyurur: "Hər kim öz dəstəmazını (vacib əməl üçün) lazım olmayan zaman təzələyərsə, Allah bədəninin istiğfarını bağışlayar”. 11. İlahi qorxu. Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir mömin insan yoxdur ki, Allah qorxusundan ağlasın, məgər o halda ki, Allah günahlarını bağışlayar. Baxmayaraq ki, günahları ulduzların sayı, dənizin suyunun damçıları qədər olsa belə”. 12. İlahi həddi yerinə yetirmək. Hədislərin birində oxuyuruq: "(Günahkara görə) İlahi həddi yerinə yetirmək – günahın məhv olmasına səbəb olar”. 13. Gözəl əxlaq. Həzrət Peyğəmbər (s) buyurur: "Gözəl əxlaq – günahların aradan getməsi mənbəyidir. Necə ki, günəş qarın aradan getmək mənbəyidir”. 14. Oruc. İmam Sadiq (ə) buyurur: "Allah Təala Ramazan ayının hər gecəsində günahkarlara cəhənnəm atəşindən nicat verər”. 15. Düşünmək. İmam Sadiq (ə) buyurur: "Təfəkkür və düşünmək yaxşılıqlar aynası və pisliklərin kəffarəsidir”. @dini_paylasimlar 🕋

Quranda Təkəbbür, İblisin sifəti sayılır: «Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi. Yalnız İblisdən başqa! O, (səcdə etməyə) təkəbbürlük göstərdi və kafirlərdən oldu». «Allah buyurdu: «Oradan (cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbürlük göstərmək yaramaz. Oradan çıx ki, sən alçalanlardan oldun!» . Həzrət Əli (ə) buyurmuşdur: «Təkəbbürdən qəti surətdə çəkin. Həqiqətən təkəbbür günahların ən böyüyü, eyiblərin ən pisi və İblis xislətidir»; «Təkəbbürdən çəkin. Çünki o Allah-təalaya qarşı asi olub, Ondan üz çevirməyin qaynağıdır»; «Təkəbbür ən çirkin xüsusiyyətdir». Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Təkəbbürdən çəkinin. Allah-təala təkəbbürlə yaşamağa davam edənlər haqqında əməl yazıçılarına buyurur: «Ey əməl yazıçıları! Bu bəndəmin adını tarix zalımlarından biri kimi qeyd edin». O həzrət (s) Əbuzərə buyurur: «Ey Əbuzər! Qəlbində zərrə qədər təkəbbür olan halda ölən şəxs, behişt iyini duymayacaq. Onun çıxış yolu yalnız ölməzdən öncə tövbə edib, təkəbbür libasını çıxarmaqdır». Doğrusu, nütfədən yaranmış, dünyada yaşayarkən olduqca zəif, gücsüz olan varlığın Haqqa və ya xalqa qarşı təkəbbür göstərməyə nə haqqı var? İmam Sadiq (ə) atalarından nəql edir: «Salmanla bir kişi arasında dava düşdü. O kişi təkəbbürlü bir görkəm alaraq Salmana dedi: «Sən kimsən ki, mən səninlə qarşı-qarşıya gələm?» Salman cavab verdi: «Sənin də, mənim də əvvəlimiz nəcis nütfə idi. Axırımız isə qəbirdə pis qoxulu bir murdardır. Qiyamət günü mizan qurulduqda kimin əməli ağır gələcəksə üstün, yüngül gələcəksə alçaq olacaq». Əllamə Məclisi bu təhlükəli xəstəliyin müalicə olunması haqqında buyurur: «Təkəbbürün müalicəsi və təvazö əldə olunması iki yolla mümkündür: elmi və əməli yolla. Elmi yolu budur ki, özünü və yaradanını tanısın. Bu tanıma təkəbbürün qəlbindən silinməsi üçün kifayətdir. Çünki özünü tanıdıqda nə qədər zəlil, dəyərsiz olduğunu anlayacaq və biləcək ki, onun haqqı yalnız təvazö etməkdir. Elə ki, öz daxili aləminə, xarici aləmə, Quran ayələrinə diqqət yetirərək Allahı tanıdıqda təkəbbürün, böyüklüyün yalnız Ona məxsus olduğunu anlayacaq. Əməli yolu isə budur ki, bütün hərəkətlərində, davranışlarında təvazökar olmağa çalışsın. Saleh insanları özünə örnək hesab etsin. Böyük İslam peyğəmbərinin (s) həyatından dərs alsın. Məxluqatın əşrəfi olan o həzrət (s) əyləşib yemək yeyərkən buyururdu: «Bir bəndə digər bəndələr kimi yemək yeyir». (Burada Peyğəmbər (s) bəndə dedikdə özünü nəzərdə tutmuşdur). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub. @dini_paylasimlar 🕋

Dəstəmaz alanda bu surəni oxuyun ki, günahlar tökülər Əgər bəndə böyük əzəmət sahibi olan tək Allahla münacat və ibadət etmək istəyirsə, gərək bu görüşə hazır olsun. Zahiri çirkinliyini və nəcasətini aradan aparsın və batinini paklasın. İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr” surəsini vacib namazlarının birində oxuyarsa, carçı car çəkər: "Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı, əməllərinə yenidən başla!””. İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr” surəsini suya oxuyar və onu içər – Allah onun gözündə nur qərar verər”. İmam Rza (ə) buyurur: "O mömin ki, dəstəmaz alan zaman "Qədr” surəsini oxuyar, günahlarından xaric olar. Anasından doğulduğu gün kimi”. İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr” surəsini şəfaətçi qərar verər və Allah Təaladan istəyi olar – Allah şəfaətini qəbul edər və istəyini yerinə yetirər”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Hər kim yatan zaman "Qədr” surəsini on bir dəfə oxuyarsa, Allah on bir mələyi məmur edər ki, onu hər şeytanın şərrindən qorusun”. İslami əhkamın təkcə zahiri faydaları yoxdur, əhkam zahirə aid olduğu kimi, insan ruhuna və batininə də aiddir. İmam Rza (ə) buyurur: "Ona görə dəstəmaz almağa vəzifələndirilmişik ki, bəndələr Allah dərgahında dayanan və Onunla münacat edən zaman pak olsunlar. Çirkinliklərdən, nəcasətdən uzaq olsunlar. İnsan qəlbi Allah dərgahında qiyam (dayanmaq) etmək üçün nurani və səfalı olsun”. Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, dəstəmaz və qüsl kimi əməllərin faydası sadəcə zahirə deyil, həm də ruhumuza təsir qoyar və bizi saflaşdırar. Bu əməllərin əsl hədəfi – qəlbin pak və nurani olmasıdır. Bu da zahiri təharətlə əldə oluna bilir. Ona görə də dəstəmaz həm cismi pak edir, həm də qürbət niyyəti ilə insana tərbiyəvi təsirlər göstərir. İnsanın yadına salır ki, harada və kiminlə münacat edəcəkdir və bu yolla həmin ibadət üçün hazırlanar. İmam Sadiq (ə) buyurur: "Dəstəmazdan sonra dəstəmaz – nur üstünə nurdur”. Yəni, insanın bir neçə dəfə nurani olmasına səbəb olar. Beləliklə deyə bilərik ki, dəstəmaz və qüsl kimi əməllər bizim həm zahirimizi və həm də batinimizi paklayar və bizi Cəlal və Camal olan Allahla görüşə hazır edər. @dini_paylasimlar 🕋

İslam dinində bəxtin gətirməsi deyilən bir şey yoxdur Hər kəs bu dünyaya gələn zaman tale dəftəri ağ və eybsiz olur. Hər bir insan öz əməli ilə onu qaraldır. Ustad Mütəhhəri Əmirəl-möminin (ə) bu kəlamına işarə edərək buyurur: “Əgər bizim cavanların zehni haqq mövzuları ilə dolmazsa, haqsız mövzularla dolar”. Ona görə də biz gərək çalışaq ki, onların zehni lazımsız mövzularla dolmamışdan əvvəl, biz onu haqq mövzularla dolduraq. (Tebyan) İnsanların bəzisi belə düşünür ki, həyatda bəzilərinin müvəffəqiyyət qazanmasının səbəbi bəxtləri və ya təsadüflərdir. Belə güman edirlər ki, bəziləri xüsusi bəxt və şansla bu dünyaya gəlirlər. Əgər belə olarsa, heç bir şey onu bədbəxt edə bilməz. Əgər dünyaya bədbəxt gələrsə, o zaman heç bir şey onu xoşbəxt etməyə qadir olmaz. Nə elmi, nə imanı, nə əxlaqı. Əgər Siratül-müstəqim yoluna qədəm basarsa, bu bədbəxt şansı qoymaz ki, bir nəticəyə gəlib çatsın. Məsəl var, deyərlər ki, əgər bədbəxt məscid tikərsə ya tavanı düşər, ya da qibləsi əyri olar. Bu insanların düşüncəsinə görə heç kəs qadir deyildir ki, bu insanların taleyini dəyişdirsin. Bu, bir təfəkkür tərzidir. Çox təəssüf ki. insanların bir çoxu ona tutulmuşdur. Halbuki, əgər insanlar bir qədər nikbin olsaydılar, aləmdə olanları yaxşı dərk edərdilər. Əgər bir qədər elmi mövzularda düşünsəydilər, bilərdilər ki, şans və bəxt kimi mövzular vahimə qüvvəsinin və lənətlik şeytanın işləridir. Nə din onu rəsmi şəkildə tanıyır və nə də ağıl. Hər kəs bu dünyada taleyini əməlləri ilə yazar. İmanı, təqvası, mərifət və elmi ilə. Cəhalət, xurafat, təssübkeşlik taleyi qaraldar. İnsanda hər cür istedad vardır. Dünyada hər bir qapı üzünə açıq qoyulmuşdur. O, azad və ixtiyar sahibidir. Bu özüdür ki, gərək düz yolu seçə bilsin. @dini_paylasimlar 🕋

Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz? Bir müddət bu dünya evində qonaqsınız və bir can borclusunuz,o borc da sizdən alınacaq Ömürləriniz sona yetəcək, əməlləriniz yazılıb göstəriləcək. Neçə adam var ki, bütün işlərini sahmana salmağa çalışır, bu mümkün deyil. Çəkdiyi zəhmət hədərdir, elə bir zamanda yaşayırsınız ki, şər xeyri üstələmişdir. Şeytan insanları həlak etmək ümidindədir. İstədiyin tərəfə nəzər sal: yoxsulluğa düşmüş fəqirdən, Allahın nemətlərini küfrə dəyişmiş dövlətlidən, Allaha aid haqları malını çoxaltmağa sərf edən xəsisdən, qulağı nəsihət eşitməyən müddəidən başqa heç kimi görməyəcək-sən. Bəs haradadır mərdləriniz, təmiz adamlarınız, səxavət sahibləriniz, hər şeydə paklığı gözləyənləriniz? Hamısı bu alçaq dünyadan köçüb getdimi? Bu tez ötüb keçən dərdli, ələmli aləmi tərk etdilərmi? Onları düşünərkən heç kimsə dodağını belə qaçıra bilməz, onları yada salarkən başsağlığı belə diləyə bilməz. Dünya bərbad olub. Pislikləri dəyişdi-rən yoxdur. Belə bir vəziyyətdə ikən yenə də Allahın tərtəmiz məqamına qovuşmaq arzu edirsiniz? Qətiyyən mümkün deyil! Allahın cənnətinə daxil olmağı arzulayan Ona itaət etməlidir. Allahın lənəti olsun Onu unudanlara... Özü bəd əməldə ikən pisliklərdən çəkindirənlərə... @dini_paylasimlar 🕋

Namazı yorğun, yuxulu və tələsərək qılmaq olmaz İmam Həsən (ə) buyurur: “Nə zaman namaza dayanmaq istəsən yorğun, yuxulu və tələsərək dayanma. Əksinə, namazı hüzurla və vüqarla yerinə yetir”. (Tebyan) İmam Əli (ə) namaz səcdəsini tələsik yerinə yetirən kişiyə buyurur: “Nə qədər vaxtdır ki, belə namaz qılırsan?”. Kişi cavab verir ki, filan qədər vaxtdır. Həzrət (ə) buyurur: “Sənin kimi insan Allah yanında qarğaya bənzəyir ki, dimdiyini yerə vurur. Əgər ölsən, Muhəmməd (s) dininin qeyrisində ölmüş olarsan. Ən oğru o kəsdir ki, namazından oğurlasın. Peyğəmbər (s) buyurmuşdur: “Hər kim rüku və səcdəsini natamam və tələsik yerinə yetirərsə, namazı yerinə yetməz””. Namaza yüngül yanaşmayaq və yaddan çıxartmayaq ki, namaz - ölçüdür. Bütün əməllərin və ya həqiqətlərin ölçü vasitəsidir. Əgər ruhumuzu boş buraxsaq, Allahdan qeyrisinə diqqət edər. Əgər həqiqətən ruhumuz belədirsə, bədənimizdən ayrılan zaman da Allaha meyl etməyəcəkdir və bu, həqiqətdə böyük bir müsibətdir. Lakin insan əgər çalışsa və təmrin etsə, İlahi Övliyalara təvəssül edərək namazda diqqətini cəmləməyi öyrənə bilər. Əgər bu işi həll edə bilsək, bir çox çətinliklərimiz həll olar. Belə bir halla namaza dayanaq. Namazdan yorulmayaq və namaza dayanan zaman halımızı xoş və ruhiyyəli edək. Elə namaz qılmayaq ki, tez sona çatdırmağa çalışaq. Bundan başqa, namaza dayanan zaman onu tez başlamağa çalışmayın. Bir qədər səbir edin və nə üçün dayandığınızı xatırlayın. Hər birimiz istəyərik ki, namazda qəlb hüzuruna malik olaq. Lakin ola bilmirik. Hər nə qədər çalışsaq da, yenə də ürəyimiz başqa tərəflərə gedir. Bu bizim hiss etdiklərimizdir və başqa bir tərəfdən isə hədislərdə oxuyuruq ki, hər kim bu cür halla namaz qılarsa, Allah Öz izzət və cəlalına and verər ki, onu Öz yaxınına buraxmasın. Hər kim bu halla namaz qılar, Allah buyurar ki, Mən zikrimin halını ondan alaram və onu rədd edərəm. Ona yol vermərəm. Düşünsək, nə qədər böyük bir təhlükə ilə üz-üzə olduğumuzu dərk edərik. Əgər bu çətinliyi kökündən həll etmək istəyiriksə batinimizi paklamalıyıq, tərbiyə etməliyik. Namaza başlamamışdan əvvəl əllərimizi açıb, Allaha dua edək və ondan qəlb hüzuru istəyək. Allaha diqqət edək və Onun hüzurunda olduğumuzu xatırlayaq. Əgər bir günahkar kimi Allahın qarşısında dayana bilsək, Ondan bağışlanma istəyən kimi namaz qılsaq, Allah bizi rədd etməz. Namazdan əvvəl Allaha deyək ki, günahkaram, xəcalətliyəm, məni bağışla, Öz dərgahından mənə bəhrə çatdır. Məni rədd etmə. Və sonra da Peyğəmbərə (s) və Ali-Muhəmmədə (ə) and verib, namaza başlayaq. Bu zaman hüzuru tərk etməməyə çalışaq. Əgər insan bu halla Allaha diqqət etsə, əliboş qayıtmaz.

Allah təalanın məkrinin mənası nədir? Sual : Al- İmran surəsinin 94- cü ailəsində buyurulur:” Yəhudilər Allaha hiylə etdilər Allah da onlaarın bu hiylələri qarşısında hiylə etdi və Allah hamıdan daha artıq hiylə edəndir.” Məgər bu ayədə Allah təala öz məkrindən fəxrlə danışmırmı? Məgər məkr bəyənilməyən sifətlərdən deyilmi? Qısa cavab : Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil. Bu mənanın Allaha aid edilməsi ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi “Məsihin” düşmənlərinin şeytani planlarla bu İlahi dəvətin qarşısını almaq istəmələridir. Amma Allah təala öz peyğəmbərinin canını qorumaq və dininin inkişafı üçün tədbir görür və onların planlarını ürəklərində qoyur. Ətraflı cavab : Bu ayənin mənasını başa düşmək üçün “İlahı məkr” dedikdə nəyin nəzərdə tutulduğunu bilmək lazımdır. “Məkr” Ərəb lüğətində bugünki Azərbaycan dili lüğətində olduğu mənadan çox fərqlidir. Çünki bugnki azərbaycan dilində “məkr” şeytani və pis planlarda işlədilir. Amma ərəb lüğətində isə hər iki növ planlara aid edilir. Rağib İsfəhaninin “Mufrədat” kitabında oxuyuruq: “Məkr hər hansı bir şəxsi məqsədindən yayındırmaqdır”[Əl- mufrədatu fi erabil Quran, səh 772] (istər yaxşı məqsədli işlərdə istərsə də pis). Buna əsasən “məkr” Quranda şeytani və ziyanverici planlar barəsində işlədilmişdir ki, bugünki azərbaycan dilində işlədilən mənanı daşımır və həmçinin yaxşı planlarda da işlədilən mənanı kəsb etmir. Buna görə Qurani Kərimdə bəzən “ məkr” “xeyir” sözü ilə birlikdə işlədilmişdir. Məsələn: « وَ مَكَرُوا وَ مَكَرَ اللَّهُ وَ اللَّهُ خَيْرُ الْماكِرينَ» “Allah təala ən yaxşı tədbir edəndir”[Al- İmaran, ayə 54] və bəzən də “məkr” “pis” sözü ilə işlədilmişdir. Məsələn: « وَ لا يَحيقُ الْمَكْرُ السَّيِّئُ إِلاَّ بِأَهْلِه» “Onların pis plan və fikirləri yalnız onların başında çatlayacaqdır”[Fatir, ayə 43] Bu ayədə Allaha aid edilən “məkr” sözü onu nəzərdə tutmuşdur ki, “Məsihin” düşmənləri özlərinin şeytanı planları ilə İlahi dəvətin qarşısını almqğa çalışırdılar. Amma Allah təala peyğəmbərin canını qorumaq və dinini inkişaf etdirmək üçün tətbir tökərək, onların planlarını məhv etmişdir. [Təfsire nümunə, cild 2, səh 566 və 567] Buna görə məkr həmişə və hər yerdə pis mənada deyildir. Bu söz Allah təala barəsində işlədildiyi zaman ziyanverici planları məhv etmək mənasında işlədilir. Bu söz fasidlər barəsində işlədildikdə isə islahedici proqramların qarşısını almaq mənasında işlədilir.[Təfsire nümunə, cild 15, səh 498]

Repost from Kərbəlam.❤️
"Bir kəs çoxlu istiğfar edərsə, 4 şey ona nəsib olar: 1⃣ qəm-qüssədən nicat tapar 2⃣ əmin-amanlıqda olar 3⃣ yaşayış sıxıntıla
"Bir kəs çoxlu istiğfar edərsə, 4 şey ona nəsib olar: 1⃣ qəm-qüssədən nicat tapar 2⃣ əmin-amanlıqda olar 3⃣ yaşayış sıxıntılarından nicat tapar 4⃣ ruzisi çoxalar." ✍ Ayətullah Muctehidi Tehrani (r) @Kerbelam313

Repost from ALLAHA DOĞRU
Həzrəti İmam Rzanın (ə) mübarək mövludu münasibətilə hər birinizi təbrik edirəm.

DÜNYANI FƏRQLİ GÖRMƏYƏ HAZIRSINIZ? 👁️ Qarşınızda Telegramın gizli bilik mərkəzləri. Hər mövzuda ən maraqlı məlumatlar, dərin təhlillər və maraqlı faktlar. Keçidə toxun, öyrənməyə başla! ✨ @kanalivo

DÜNYANI FƏRQLİ GÖRMƏYƏ HAZIRSINIZ? 👁️ Qarşınızda Telegramın gizli bilik mərkəzləri. Hər mövzuda ən maraqlı məlumatlar, dərin təhlillər və maraqlı faktlar. Keçidə toxun, öyrənməyə başla! ✨ @kanalivo

🛑 GECİKMƏYİN! BU LİST HƏR KƏSDƏ OLMALIDIR! 🛑 Sizi bilik susuzluğunuzu yatıracaq ən dəyərli Telegram kanalları siyahısı ilə qarşılayırıq. Beyninizi qidalandırın, yeni maraqlı məlumatlar kəşf edin! İndi QOŞULUN. 🔑 Əlaqə üçün: @kanalivo

1 KLİKLƏ İNTELLEKTUAL SƏYAHƏTƏ BAŞLA! 🌍 Sən də darıxdırıcı kontentdən yorulmusansa, bura sənlikdir! Tarixi sirlər, elmi inkişaflar, dini həqiqətlər... Hamısı sənin üçün seçildi. Yalnız ƏN KEYFİYYƏTLİLƏR. 💯 ➪ K𝚊𝚗𝚊𝚕: @tariximiz_365 ➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

🕵️ GİZLİ SİRLƏR AŞKAR OLUNUR! 🕵️ Adət etdiyiniz biliklər unudulacaq! Tarixin dərinliklərindən gələn qəribə faktlar, elmin sirli kəşfləri və daha çoxu... kanalımıza qatılmaqla hər gün öyrənin. 🤫 Əlaqə: @kanalivo

DÜNYANI FƏRQLİ GÖRMƏYƏ HAZIRSINIZ? 👁️ Qarşınızda Telegramın gizli bilik mərkəzləri. Hər mövzuda ən maraqlı məlumatlar, dərin təhlillər və maraqlı faktlar. Keçidə toxun, öyrənməyə başla! ✨ @kanalivo

🕵️ GİZLİ SİRLƏR AŞKAR OLUNUR! 🕵️ Adət etdiyiniz biliklər unudulacaq! Tarixin dərinliklərindən gələn qəribə faktlar, elmin sirli kəşfləri və daha çoxu... kanalımıza qatılmaqla hər gün öyrənin. 🤫 Əlaqə: @kanalivo

*Səcdədə vacib olan səcdə üzvləri hansılardır ?* *_İmam Muhəmməd Baqir (ə) buyurur:_* * _Səcdə 7 səcdə üzvü ilə edilir: Alın, iki əllər, iki dizlər, iki ayağının baş barmaqları. Burnunu da yerə sürtərsən. Ancaq fərz (vacib) olan bu 7 üzvdür._ *Burnun yerə sürtülməsi isə Peyğəmbərin (s) sünnəsidir (vacib deyildir)* 📕Biharul-Ənvar, cild 85/səhifə 128-13 Vəsailuş-Şiə, cild 4/səhifə 954

DÜNYANI FƏRQLİ GÖRMƏYƏ HAZIRSINIZ? 👁️ Qarşınızda Telegramın gizli bilik mərkəzləri. Hər mövzuda ən maraqlı məlumatlar, dərin təhlillər və maraqlı faktlar. Keçidə toxun, öyrənməyə başla! ✨ @kanalivo

İrfani tövsiyələr Daima təharətli ol! Öz halına nəzarətçi ol! Başqalarının eyblərini ört-basdır et. Hamı ilə mehriban ol və hamıdan qaç (kənara çəkil)! Yə'ni hamı ilə ol və eyni halda hamısız ol! 📘Sulukun taziyanəsi, səh 113 ✍Həzrət Əllamə Həsənzadə Amuli