cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Mirməhəmməd Bəşir

Quran və Əhli-Beyt (ə) maarifi -10.03.2018

Больше
Страна не указанаЯзык не указанКатегория не указана
Рекламные посты
784
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

İmam Zamandan (ə.f) şəkk, şübhə və tərdidə düşənlərə məktub: "Bismillahir-Rəhmanir-Rəhim. Allah bizi və sizi fitnələrdən qorusun. Bizə və sizə yəqin ruhu əta etsin. Bizi və sizi pis aqibətdən xilas etsin. Sizin bəzilərinizin dini məsələlərdə şübhə və tərdidə düşdüyünüz və "əmr sahibləri" (imamlar) barədə şəkkdə və sərgərdan olmağınız mənə çatdı. Bu məsələ sizin barənizdə qəm və qüssəmizə səbəb oldu. Bu qəm və qüssə özümüzə görə deyil, sizin üçündür. Çünki Allah bizimlədir və bizim ondan başqasına ehtiyacımız yoxdur. Haqq bizimlədir. Və heç vaxt digərlərinin bizdən üz döndərməsi və bizi tək qoyması bizi qorxuya salmır. بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ. عَافَانَا اللَّهُ وَ إِيَّاكُمْ مِنَ الْفِتَنِ وَ وَهَبَ لَنَا وَ لَكُمْ رُوحَ الْيَقِينِ وَ أَجَارَنَا وَ إِيَّاكُمْ مِنْ سُوءِ الْمُنْقَلَبِ إِنَّهُ أُنْهِي إِلَيَّ ارْتِيَابُ جَمَاعَةٍ مِنْكُمْ فِي الدِّينِ وَ مَا دَخَلَهُمْ مِنَ الشَّكِّ وَ الْحَيْرَةِ فِي وُلَاةِ أَمْرِهِمْ فَغَمَّنَا ذَلِكَ لَكُمْ لَا لَنَا وَ سَاءَنَا فِيكُمْ لَا فِينَا لِأَنَّ اللَّهَ مَعَنَا فَلَا فَاقَةَ بِنَا إِلَى غَيْرِهِ وَ الْحَقُّ مَعَنَا فَلَنْ يُوحِشَنَا مَنْ قَعَدَ عَنَّا...» Tibrisi, "əl-Ehticac əla əhlil-lücac", c.2, s.467. t.me/mirmehemmed_beshir
Показать все...
Mirməhəmməd Bəşir

Quran və Əhli-Beyt (ə) maarifi -10.03.2018

Bu gün mübarək Zil-Qədə ayının biri, yəni Həzrət Məsumənin (ə) təvəllüdü və həm də QIZLAR günüdür. İnşaallah, belə bir gündə qız övladlarımıza xoş anlar, sevinc yaşadaq, amma bu sevinc Həzrət Məsuməsiz (s) olmasın. Xanım Məsuməni və qardaşı İmam Rzanı (ə) tanıdaq qızlarımıza, İnşaallah ki, həyat yolları bu iki ulduzun işığı ilə nurlansın. @mirmehemmed_beshir
Показать все...
"İman (İslam) lüt bədənə bənzəyir, onun libası (gözəlliyi) həyalı olmaqdır...". اَلْإِيمَانُ عُرْيَانٌ وَ لِبَاسُهُ اَلْحَيَاءُ ... Həzrət Məhəmməd (s). P.S: Islam və imanımız uğurunda kimisə tənqid edəndə həya və abır sərhədlərini aşmamalıyıq. Tənqid nəfsi istəklərimizi biruzə vermək üçün vasitə olmamalıdır. Möminin gözü də, qulağı da, dili də həyalı olmalıdır. @mirmehemmed_beshir
Показать все...
Məscidlərin boşaldılması siyasəti axir-zaman əlamətlərindən biridir Mərhum Ayətullah Müctəhidi Tehrani (r.ə) öz əxlaq və irfan ustadı Alimi-Rəbbani, Arifi-Salik Həzrət Ayətullah Hacı Şeyx Əli Əkbər Bürhandan (1324 hq/Tehran - 1378 hq/Məkkə) belə nəql edir ki, buyurub: "Bir zaman gələcək ki, insanlar məscidlərin pəncərəsindən içəri baxaraq istehza və məsxərə ilə deyəcəklər: "Bir vaxtlar bizim atalarımız burada əyilib düzəlirdilər". Buna görə də rəvayətlərdə var ki, axir-zamanda möminlər bu zikri çox desinlər: یا الله یا رحمن یا رحیم یا مقلب القلوب ثبت قلبی علی دینک Ya Allah, ya Rəhman, ya Rəhim, ya Muqəllibəl-Qulub səbbit qəlbi əla dinik". @mirmehemmed_beshir
Показать все...
Özü kamala (Allah) çatmayan insan səni kamala necə çatdıracaq?! Elə bu sual barədə Allahın sənə verdiyi o gözəl neməti işə salsan, biləcəksən ki, təkcə şirin-şirin danışdığı üçün kiminsə müridi və tərəfdarı olmamalısan. Allahı kimin həyat tərzində görürsənsə, o səni Allaha çatdıra bilər, hətta bir fəhlə baba olsa belə. Əlbəttə bu o demək deyil ki, sən elm əhlini dinləməməlisən. Şübhəsiz ki, onları dinləyib elm öyrənməlisən, din haqqında məlumat almalısan, aldığın məlumatlar barədə düşünüb saf-çürük etməlisən. Başqa sözlə desək, elm əhlinə "qulağını verməlisən", ağıl və qəlbini deyil! @mirmehemmed_beshir
Показать все...
3-reasons-why-active-listening-is-a-must-have-skill_940x485.png0.26 KB
Xurma çərdəyini də zibilə atmaq belə israfdır Bir gün bir neçə şiə İmam Sadiqin (ə) qonağı oldu. İmamın evinin xidmətçisi onlara bir boşqabda xurma gətirdi. Qonaqlar və İmam (ə) xurmadan yeməyə başladılar. İmam (ə) hər xurmanı yedikcə Allahın şükrünü edirdi. Bu zaman qonaqlardan biri yediyi xurmanın çərdəyini evin pəncərəsindən çölə atdı. İmam (ə) əlində yemək istədyi xurmanı boşqaba qoyaraq bu hadisədən narahatlığını ifadə edib dedi: Sizin bu işiniz israfdır - (çünki xurma çərdəyini ən azı dəvə yemi kimi istifadə etmək olur). P.S: Bəzən həyatımızda çox kiçik saydığımız işlərin təkrarı mənəvi inkişafımıza mane olur. Məsələn, hər gün süfrənin qalığını büküb zibilə atmağımız kimi. Çox vaxt tətbəllik edir və çöldəki heyvanlar yeyə biləcək süfrə qalıqlarını yararsız zibildən ayırıb heyvanlara vermir və hamısını bir yerə yığıb küçədəki zibil yeşiklərinə atırıq. Bunun isə iki pis nəticəsi olur: 1). Küçədəki it və pişiklər həmin süfrə qalılqrını yemək üçün zibil yeşiklərini dağıdır, küçəni zibilləyirlər. 2). Çox vaxtda yeşiklərin ağzı bağlı olduğu üçün onlara çatacaq ruzidən məhrum olurlar. Halbuki həmin heyvanlara çatacaq süfrə qalıqlarını səliqəli şəkildə və onlar üçün əlverişli olacaq bir yerdə onlara vermək olar. Bunları da keçsək bu kimi kiçik diqqətsizlik insanda daha böyük mənəvi boşluqlara yol açır, bir də görürsən insan bir yerə çatıb ki, küçədə heyvanına deyil, hətta ac insanlara da rəhm eləmir, bəzən bunu da keçib zəif insanların əlindəkin alıb onları ac qoyur, bütün gücü ilə vəhşi nəfsin tabeliyindədir və dünyanı qazanmaq üçün qarşısına çıxan heç kimə rəhm etmir. Belə də ki, hannsı tərəfdən baxsan, hər şey süfrədən başlayır. @mirmehemmed_beshir
Показать все...
"Bədbəxtlərin bədbəxti o kəsdir ki, dünyanın yoxsulluğu ilə axirətin əzabını bir yerə toplayıb" اشقی الاشقیاء من اجتمع علیه فقر الدنیا و عذاب الآخرة Həzrət Məhəmməd (s) P.S: Min bir əzabla, ağır işlə bir-iki köpük qazanıb, sonra arağa, pivəyə xərcləyənlərə adamın yazığı gəlir. Hətta siqaretə pul xərcləməyi də bundan istisna etmək olmaz. Siqaretə xərclənən pullara Allahın nemətini faydasız şeyə xərclədiyimiz üçün axirətdə cavab verməli olacayıq, bu öz yerində, həm də həmin pulla nə qədər savab əməl qazana bilərdik, amma etmədiyimiz üçün çox həsrət çəkəcəyik. Şayəd siqaretə verilən pulla nə qədər kasıba və ehtiyaclıya kömək edə bilərdik, amma etmədik və kasıb ailələr gündəlik ruzi üçün əziyyət çəkərkən biz pulu tüstüyə verib havaya pilədiyimiz üçün də əzab olunduq. @mirmehemmed_beshir
Показать все...
Heyvanların dini qaydada kəsilməsi -VİDEO Ruhani Nadir Əlizadə əyani və praktiki şəkildə izah edir https://www.youtube.com/watch?v=f8EMcMyIRgs
Показать все...
Heyvanın başının kəsilmə qaydaları - Hansı üzvləri yemək haramdır. İslam şəriətinə əsasən təlimlər.

Şeyx Nadir Əliyev #Halal_Qida #Sağlam_Həyat

🇦🇿Cümhuriyyət gününüz mübarək🇦🇿 "Ölkə və şəhərlər VƏTƏN sevgisi ilə abadlaşır" عمرت البلدان بحب الأوطان İmam Əli (ə). 🇦🇿Quran və Əhli-Beytə (ə) bağlı bir vətən qurduğumuz gün mübarək olsun🇦🇿
Показать все...
Şəhid balaları dövlət büdcəsinə bir pay artıq şərikdirlər Rəvayət edirlər ki, İmam Əli (ə) beytul-malı (xalqın dövlətdəki büdcəsi) paylayarkən ip çəkərək paylanılan mallar ilə camaat arasında fasilə yaradırdı. Əvvəlcə şəhid balalarını və ailələrinin payını verirdi, sonra digərlərinə paylayırdı. Bir dəfə də beytul-mala bir neçə çəllək bal vermişdilər. İmam Əli (ə) balı paylayanda əvvəlcə şəhid balalarına elə bal paylanılan yerdə öz əli ilə həmin baldan yedirtdi, sonra digərlərinə verdi. İmam Əli (ə) balı şəhid balalarına yedirdərək deyirdi: "Bu onların şəhid atasına hörmət üçündür". Ayətullah Mirzə Əli Əhmədi Miyanəci, "Be suye nur" (Nura tərəf moizələr toplusu)", c.3, s.182. @mirmehemmed_beshir
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.