ru
Feedback
azOSINT

azOSINT

Открыть в Telegram

OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri

Больше
3 480
Подписчики
-124 часа
-47 дней
-2330 день
Архив постов
azOSINT
3 480
Dünən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktorunun Moskvaya səfəri ilə eyni vaxtda Vatikanın baş diplomatı Paul Richard Gallagher də Rusiyada səfərdə idi. Nümayəndənin gəlişi öncədən planlaşdırılsa da, hər iki səfərin üst-üstə düşməsi diqqətdən yayınmayıb. Bu eynizamanlılığı daha marqlı edən məqam Vatikanın qlobal miqyasda ən effektiv insan kəşfiyyatı (HUMINT) şəbəkələrindən birinə sahib olmasıdır. Milyardlarla katolik, yüz minlərlə rahib və rahibə, eləcə də dünyanın dörd bir yanına yayılmış kilsə strukturları ilə böyük məlumat şəbəkəsinə malik bir qurumun təmsilçisinin CIA rəhbəri ilə eyni vaxtda Moskvada olması Qərb analitik çevrələrində müəyyən konspiroloji mülahizələrə yol açıb. İddialara görə, Putinin hansısa eskalasiya planı Qərb kəşfiyyatının əlinə keçib və tərəflər onu bu addımdan daşındırmaq üçün koordinasiyalı şəkildə hərəkət edirlər. Təbii ki, bu ehtimallara daha çox konspiroloji yanaşma kimi baxmaq lazımdır, lakin mövzunun özü müzakirə üçün kifayət qədər maraqlıdır.

azOSINT
3 480
CIA sədri John Racliffe bu gün Moskavaya öncədən elan edilməmiş qəfil səfər edib. Sonuncu dəfə CIA sədrinin belə qəfil səfəri 2021 oktyabr ayında baş tutmuşdu. Putinin işğal planının dəqiq kəşfiyyatını 5 ay öncədən almış William Burns Putini fikrindən daşındırmaq üçün birbaşa Kremlə getmiş, lakin buna nail ola bilməmişdi. Qeyd edim ki, son bir həftədə Kalininqrad ətrafında NATO-nun irimiqyaslı hərbi təlimləri keçirilir və Baltik ölkələrinin müdafiəsi məşq edilir. Putinin növbəti hədəfinin Baltikyanı ölkələr olacağı barədə son 2 ildə bir neçə dəfə fikrimi bildirmişəm, və Ukraynada savaşın dayandırılmayacağı halda bunun hər keçən gün daha da artan ehtimal olduğunu düşünürəm. Təbii ki, bu bir günün işi deyil və siqnalları öncədən çox bəlli olacaq, baş verərsə.

azOSINT
3 480
CIA sədri John Racliffe bu gün Moskavaya öncədən elan edilməmiş qəfər səfər edib. Sonuncu dəfə CIA sədrinin belə qəfil səfəri 2021 oktyabr ayında baş tutmuşdu. Putinin işğal planının dəqiq kəşfiyyatını 5 ay öncədən almış William Burns Putini fikrindən daşındırmaq üçün birbaşa Kremlə getmiş, lakin buna nail ola bilməmişdi. Qeyd edim ki, son bir həftədə Kalininqrad ətrafında NATO-nun irimiqyaslı hərbi təlimləri keçirilir və Baltik ölkələrinin müdafiəsi məşq edilir. Putinin növbəti hədəfinin Baltikyanı ölkələr olacağı barədə son 2 ildə bir neçə dəfə fikrimi bildirmişəm, və Ukraynada savaşın dayandırılmayacağı halda bunun hər keçən gün daha da artan ehtimal olduğunu düşünürəm. Təbii ki, bu bir günün işi deyil və siqnalları öncədən çox bəlli olacaq, baş verərsə.

azOSINT
3 480
https://t.me/shedevrplus/45535 Sözügedən şəhər Cəbəllütariq boğazının Afrika sahilində yerləşir və yüzillərdir İspaniyaya məx
https://t.me/shedevrplus/45535 Sözügedən şəhər Cəbəllütariq boğazının Afrika sahilində yerləşir və yüzillərdir İspaniyaya məxsusdur Cəbəllütariq boğazı Hörmüzdən də önəmlidir Qərb dünyası üçün. Təbii ki, işğalşıların raketi, silahı yoxdur, sivil işğalçılardır, lakin hadisələrin hansısa hökumət kordinasiyası ilə olduğu çox açıq-aydın görünür. İspaniya kəskin İsrail əleyhdarı olaraq bilinir, və Trumpla da arası yaxşı deyil. Cəbəllütariq keçidinin gələcəkdə hansısa formada destabilizasiya olması Avropa qitəsi üçün yaxşı heç nə vəd etmir və baş verənlər çox güman ki, sadəcə, bunun bir fraqmanıdır və xəbərdarlıq xarakteri daşıyır

azOSINT
3 480
New York Times-ın verdiyi xəbərə görə, ABŞ-İran danışıqları getdiyi vaxtda İsrail qırıcıları Qalibaf və Araqçini daşıyan təyyarəyə hücum etmək üçün İran hava sahəsinə daxil olublar. Bundan xəbər tutan ABŞ region ölkələrinə bununla bağlı İrana xəbər verməyi tapşırıb təyyarə Məşhədə təcili eniş edib.

azOSINT
3 480
Trump: "...Bizdə onların pulu var. Bu bizim pulumuz deyil, onların puludur. Onları biz dondurmuşuq. Və vaxtı gələndə onu geri qaytarmalı olacağıq. Əgər biz onu geri qaytarmasaydıq, heç kim bir daha dollara investisiya qoymaz..."

azOSINT
3 480
Trump: “İran da digər ölkələr kimi ballistik raketlərə sahib olmalıdır. Hamının var, onların da olmalıdır. Necə olur ki, Səudiyyə Ərəbistanın ola bilər, onların yox? Xeyr, bunu deyənlər ağıllı insanlar deyillər. İranın da ballistik raketləri olmalıdır”

azOSINT
3 480
ABŞ və İranın yekun olaraq razılığa gəldiyi rəsmi olaraq elan olundu. Pakistan Baş Nazirinin açıqlamasına görə imzalar 19 iyunda İsveçrədə atılacaq. Bu da belə

azOSINT
3 480
Dünya çempionatı başladığı bir vaxtda ABŞ-ın yenidən müharibəyə başlayacağını düşünənlər də var idi… 🤦‍♂️

azOSINT
3 480
IRAN STRIKES CALLED OFF President Trump says he has cancelled planned U.S. strikes and bombings against Iran scheduled for this evening. He stated that all parties have approved the discussions and final terms in principle and in detail. A naval blockade will remain in place until the agreement is finalized. The time and location for the signing ceremony will be announced shortly. İRANA ZƏRBƏLƏR TƏXİRƏ SALINDI Prezident Tramp bu axşam üçün planlaşdırılan ABŞ-nin İrana qarşı zərbə və bombardmanlarını ləğv etdiyini bildirib. O, bütün tərəflərin müzakirələri, habelə prinsipial və xırda detallarına qədər yekun şərtləri təsdiqlədiyini bəyan edib. Müqavilə tam rəsmiləşənə qədər dəniz blokadası qüvvədə qalacaq. İmzalama mərasiminin vaxtı və yeri yaxın vaxtlarda elan olunacaq.

azOSINT
3 480
🤷🏼‍♂️🤷🏼‍♂️
🤷🏼‍♂️🤷🏼‍♂️

azOSINT
3 480
Məncə Trump İsrailə cavab zərbəsinə imkan verməz, yəqin ki “siz Beyrutu vurduz onlar da sizi, ödəşdiz” tipli bir cavab gələr. US cannot afford a new round of war at this stage in my honest opinion

azOSINT
3 480
Rusiya-Ukrayna müharibəsində Rusiyanın Kiyevə dağıdıcı zərbələr kampaniyasına başladığı/başlayacağı ilə bağlı xəbərlər yayılır. Ukrayna perimetri boyunca mobil İsgəndər raketlərini yerləşdirən Rusiyanın bunu etməyə imkanı çatır. Görək hadisələrin gedişatı həqiqətən də buna aparacaqmı. Müharibə başlayanda Rusiya Kiyevə dağıdıcı hücumlardan çəkinib və yalnız dar çərçivədə kinetik zərbələrlə məhdudlaşıb.

azOSINT
3 480
2024-cü ildə Rusiya bu silahla ilk dəfə Ukraynanı vurmuşdu. Bu tip raketlə zərbə zamanı Rusiya qarşılıqlı beynəlxalq müqaviləyə əsasən ABŞ-ı öncədən məlumatlandırır.

azOSINT
3 480
3) Rusiyanın Ukraynaya Oreşnik orta mənzillik ballistik raketlərlə zərbələr endirdiyi bildirilir.

azOSINT
3 480
Deyəsən elə birinci variant gəlir. Bu müharibə bitsəydi Çin və Baltikə geri qayıdardım, bir də 2 aydan bir olan paylaşım sıxlığına:)

azOSINT
3 480
Son saatlarda ABŞ rəhbərliyinin uzun həftəsonu tətili üçün (Memorial Day) olduqları yerlərdən Ağ Evə təcili gəlmələri müşahidə olunur. Üç səbəb ola bilər: 1) İranla bağlı razılaşma anonsu 2) İranla bağlı eskalasiya qərarı 3) Rusiya-Ukrayna müharibəsində yenilik

azOSINT
3 480
Bu səhərdən etibarən Langley AFB-dən F-22 Raptor döyüş təyyarələri Avropaya doğru uçuşlara başlayıblar.

azOSINT
3 480
Keçən ilin sentyabrında, Venezuela əməliyyatından aylar öncə vəziyyətin ciddiliyini göstərən və bu barədə ilk dəfə paylaşım e
Keçən ilin sentyabrında, Venezuela əməliyyatından aylar öncə vəziyyətin ciddiliyini göstərən və bu barədə ilk dəfə paylaşım etməyimə əsas səbəblərdən biri MV Ocean Trader gəmisinin Vircin Adaları yaxınlığında görülməsi idi. ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin dənizdəki komanda məntəqəsi rolunu oynayan bu gəmi standart Ro-Ro tipli sivil gəmilərə bənzəyir və sakitcə dünya okeanında və dənizlərdə əməliyyat fəaliyyətlərini həyata keçirir. Bu nəhəng kəşfiyyat gəmisinin ən son qəfil peyda olması halları 2025 may ayında Bəhreyndə (12-günlük müharibədən öncə) və Venezuela əməliyyatından öncə Karib Dənizində olub. İndi isə 7 May tarixindən bəri sirli MV Ocean Trader gəmisi Diego Garcia adası yaxınlığında peyda olub, və bu müharibədəki uzun fasilədən sonra onun döyüşlər başladıqdan bəri ilk dəfə İran əməliyyat teatrında peyda olmasıdır. Bu nəzərçarpan yenilik döyüşlərin yeni fazası ilə bağlı müəyyən bir siqnal ola bilər.