cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Şəhadət Yolu

Biz sinəmizə döydük Onlar səssizcə yağdılar Hər nədən dəm vurduq Onlar gördülər Biz ön cərgənin iddiyaçıları idik Məclisin axırından şəhidləri seçdilər…🕊️

Больше
Рекламные посты
792
Подписчики
Нет данных24 часа
-67 дней
-3230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

🤍♾️
Показать все...
😢 4
Фото недоступноПоказать в Telegram
Şanlı Tovuz döyüşlərindən 4 il ötür. 12 iyul 2020-ci il tarixində Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsini ehtiramla yad edirik! 🖤
Показать все...
😢 5🕊 2 1
Məcmə əl-bəyan təfsirində deyilir ki, Allah yolunda vuruşanlar cəbhəyə getmək qərarına gələndə Allah cəhənnəmi onlara haram edir. O, cəbhəyə hazırlaşanda Allah mələklər qarşısında belə insanla fəxr edir. Allah yolunda vuruşanların döyüş yerindəki birgünlük ibadəti min insanın minillik ibadəti qədər savabdır; özü də hər günü dünyanın ömrünə bərabər olan min il! Allah yolunun döyüşçüləri düşmənin qarşısına çıxdıqda isə dünya elmi onun savabını hesablamağa qadir olmur. Şəhid Əli Təcəllayi
Показать все...
2
Фото недоступноПоказать в Telegram
Bu gün əziz ustadımızın 50 yaşı tamam olacaqdı. Bu il onun doğum günü ömrünü həsr etdiyi İmam Hüseynin (ə) anım günlərinə, məhərrəm ayına təsadüf edir. Hər il ad gününündə onun üçün kiçik yığıncaq keçirir, ən yaxın 5-10 dostunu çağırırdıq. Dostlarını çox istəyirdi. Ölümdən söz düşərkən, "ayrılığa dözə bilmərəm deyə, ən tez mən getməliyəm" deyirdi. Ən sevdiyi hədiyyə kitab idi. Saatlarla kitab dükanında onun üçün hədiyyə seçirdik, hər dəfə də gözləmirmiş kimi sevinirdi. Ünvanına eşitdiyi xoş sözləri, təbrikləri layiq deyilmiş kimi utanaraq dinləyirdi. Artıq aramızda yoxdur Hacımız, sevdiyi İmam Hüseynin (ə) qonağıdır, inşallah. Allah əbədi həyatını mübarək eləsin! Admin heyəti
Показать все...
😢 9
– Ürəyimdə pis fikir yoxdur. Əksinə, çox yaxşıdır. Mən şəhid olmaq istəyirəm. Təbəssümü daha da dərinləşir. – Əminəm ki, şəhid olacam. Şəhid Babək Nuri
Показать все...
6👍 1🕊 1
Фото недоступноПоказать в Telegram
Ömrünün 18 ilini hərbiyə həsr edən tank komandiri! Nadir Ağadadaş oğlu Xəlilov 1984-cü il noyabrın 3-də Astara rayonunun Artupa kəndində anadan olub. Ailəli idi. Ağadadaş və Nihad adında 2 oğlu yadigar qaldı. Azərbaycan Ordusunun giziri olan Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələritərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdəsavaşıb. Nadir Xəlilov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. "Vətən uğrunda""Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Şəhid Nadir Xəlilova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir. #Astara
Показать все...
9🕊 1
Фото недоступноПоказать в Telegram
Gülşad Elşad oğlu Xəlilov 2001-ci il martın 27-dəMasallı rayonunun Kürdəbazlı kəndində anadan olub. Subay idi. Gülşad Xəlilov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Gülşad Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələritərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdəsavaşıb. Gülşad Xəlilov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. "Vətən uğrunda""Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib. #Masallı
Показать все...
7
Фото недоступноПоказать в Telegram
Fəryad Fəxri oğlu Xəlilov 1 noyabr 1999-cu ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuşdur. Cavad Həsənov adına Ağcabədi rayon Hüsülü kənd tam orta məktəbində orta təhsil almışdır. Həmçinin, Hüsülü kəndində yerləşən yeddiillik musiqi məktəbinin piano şöbəsində musiqi təhsili almışdır. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrininsıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. İkinci Qarabağ müharibəsində vuruşmuşdur. CəbrayılınQubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fəryad Xəlilov Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 27 oktyabr 2020-ci ildə Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur. "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib. #Ağcabədi
Показать все...
7
Фото недоступноПоказать в Telegram
Elnur Ramiz oğlu Xəlilov 1990-cı il aprelin 21-də Beyləqan rayonunun Bolsuluqəsəbəsində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Elnur Xəlilov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrininsıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələritərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdəsavaşıb. Elnur Xəlilov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə""Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. #Beyləqan
Показать все...
7
Фото недоступноПоказать в Telegram
Coşqun Mikayıl oğlu Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlıkəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələritərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdəsavaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub. "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. #Neftçala
Показать все...
😢 8👍 1 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.