Virtual «Əl-Məhdi (əc)» Məscidi
Открыть в Telegram
Virtual «Əl-Məhdi (əc)» Məscidi «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin nəzdində təsis edilmişdir.
Больше242
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
Salam olsun Allahın ayına - Quranın baharına!
Hörmətli izləyicilər, Mübarək Şaban ayı 29 gün olarsa mart ayının 23-ü Mübarək Ramazan ayının ilk günü olacaq. Ayın hərəkəti bunu bəlli edəcək.
Elan hazırlıq işləri aparmaq üçün verilir.
Allah ibadətlərinizi qəbul eləsin!
Repost from Adil Əhmədov
Elan:
Bağışlayan və mehriban Allahın adı ilə
Hörmətli inanclı bacı və qardaşlarım. Qarşıdan təbiətin oyanışı olan bahar fəsli ilə yanaşı Quran baharı, qəlblərin oyanış fəsli, Allah qonaqlığı gəlir. Nə gözəl fürsətdir bahar içrə baharda, yaxından da imkanımız olmasa, sosial şəbəkə vasitəsilə demək, eşitmək, islam maarifi ilə daha artıq tanış olmaq.
Bu üzdən qərara gəldim ki, Ramazan ayı boyu hər gün olmaqla söhbətlərimiz olsun.
"Pak Həyat" başlıqlı baş tutacaq bu söhbətlərdə aşağıdakı mövzular haqda söz açmağı düşünürəm:
- Həyatın mənası
- Bioloji və mənəvi həyat
- Oyanış hədisi
- İslami yaşam tərzi
- Pak düşüncə, sağlam qəlb
- Əhli-Beyt baxışında məhəbbət, Allahla dostluğun yolları
- Namazın insan həyatındakı rolu
- Dua-dini maarifçiliyimizdə
- Ramazan ayının mənəvi ruziləri
- Quranın baharı
- Qurtuluş, xilas yolları
- İntizar fəlsəfəsi
- Axirəz-zaman fitnələri
- İmam niyə, nəyə lazımdır?
- Ramazan gecələri, günün aktual sualları
- Və s.
Qeyd edək ki söhbətlər video formasında gündəlik çəkilib aşağıdakı teleqram kanalında yerləşdiriləcəkdir ki, buyurub həmin kanala üzv ola bilərsiz. Eyni zamanda qarşıya çıxan suallara vaxt çərçivəsində cavab veriləcəkdir.
Öncədən bərəkətli günlərinizi təbrik edir, hər birimizə müvəffəqiyyət diləyirəm.
Hörmətlə: Adil Əhmədov
https://t.me/ramazansohbetleri
ƏsSəlamu ələyk ya Musəbnə Cəfər, əyyuhəl-Kazimu, yəbnə Rəsulillah.
______________
www.almahdi.az - www.rizvan.az
İmaməl-muttəqin Mövla Əli ələyhissəlamın mövludu münasibətilə bütün Tövhid əhlini təbrik edirik.
______________
www.almahdi.az - www.rizvan.az
