ru
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Открыть в Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Больше
Азербайджан410Категория не указана

📈 Аналитический обзор Telegram-канала Hebib Müntezir

Канал Hebib Müntezir (@hebmun) языкового сегмента Азербайджанский является активным участником. Сейчас сообщество объединяет 16 874 подписчиков, занимая место в категории Другое и 410 место в регионе Азербайджан.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 16 874 подписчиков.

Согласно последним данным от 02 декабря, 2024, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

Благодаря высокой частоте обновлений (последние данные получены 03 декабря, 2024) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

16 874
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
Azərbaycanda qadına qarşı zorakılığa görə daha bir faciə: Biləsuvarda bir qadın ailədə davamlı zorakılıq görüb. Dünən də əri tərəfindən döyülən gəlin yaxınlıqda su tapmadığından kəndin girişində axan kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala ataraq intihar etmək istəyib. Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından qadın sağ qalıb, yaralanıb, yosunların arasında itən uşaq isə boğularaq ölüb.

Dünən Kəlbəcərdə hərbi maşının aşması nəticəsində 2 Azərbaycan hərbçisinin şəhid olduğu, 3 nəfərin isə yaralandığı deyilir. B
Dünən Kəlbəcərdə hərbi maşının aşması nəticəsində 2 Azərbaycan hərbçisinin şəhid olduğu, 3 nəfərin isə yaralandığı deyilir. Belə ki, Mingəçevir sakini leytenant Həsənli Eldar Müşfiq oğlu (solda) və MAXE hərbçi Yevlax rayon Gülövşə kənd sakini çavuş Cəfərov Anar Müstəqim oğlu (sağda) xidməti vəzifələrini yerinə yetirərkən şəhid olublar.

Goranboy rayonu "N" saylı hərbi hissədə xidmət edən əsgər Fuad Samir oğlu Bayramovun intihar etdiyi deyilir. Hərbçi bu gün Xa
Goranboy rayonu "N" saylı hərbi hissədə xidmət edən əsgər Fuad Samir oğlu Bayramovun intihar etdiyi deyilir. Hərbçi bu gün Xaçmaz rayonu, Qaraqurdlu kəndində torpağa tapşırılıb. Müdafiə Nazirliyindən isə rəsmi açıqlama verilməyib.

Ermənistan Xarici İşlər Nazirliyinin yeni açıqlaması: "Artsax xalqı Artsax Müdafiə Ordusu olmadan tarixi vətənində qala bilməz. Müdafiə Ordusunun Artsaxdan çəkilməsi ssenarisi Artsaxın dearmenizasiya (ermənisizləşdirmə) ssenarisidir".🤦‍♂️

Azərbaycan XİN Ermənistan XİN cavab verib. Deyib ki, üçtərəfli bəyanatın 1-ci maddəsində “tutduqları mövqelərində dayanırlar” qeyd olunub. ”Dayanmaq” sözü bu və ya digər kontekstdə “qalmaq” mənasını vermir. Və vurğulanır ki, bəyanat açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını qeyd edir və heç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur. Vəziyyət diplomatik kontektsdə gərginləşir. Rusiya Ermənistana açıq dəstəyə keçib. İstər sərhəddə, istərsə Şuşa istiqamətində atəşkəsin sıx-sıx pozulması, Laçın dəhlizindən erməni silahlılarının dislokasiyası və postların irəli çəkilmə cəhdi, Şoyqunun erməni müdafiə naziri ilə görüşdə silah-sursat dəstəyinin açıq ifadəsi, Rusiya ilə Azərbaycanın bir-birlərinə ixrac etdikləri qida məhsullarında xəstəliklərin aşkarlanması və məhsulların geri qaytarılması, Kremlin qeyri-rəsmi danışan dili Jirinovskinin açıqlamaları bunu deməyə əsas verir. Və ən əsası XİN-in dünənki Rusiya və İran bəyanatları da çox vacib amildir. Bütün bunların fonunda Azərbaycan cəmiyyəti nəhayət fərqinə varır ki, imzalanmış bəyanat tələsik və bir o qədər qeyri-müəyyən ifadələrlə qəbul olunub. Rusiya da, Ermənistan da istədiyi kimi bəyanatı şərh edib, ona görə də hərəkət edirlər. Elə bir hərəkət ki, bu bir-başa Azərbaycanın suverenliyinə təhdid yaradır. Türkiyənin səssizliyi isə cəmiyyətdə əlavə narahatlıq yaradır. Bir tərəfdən isə İranın dildə, bəyanatlarda başqa, əməldə isə əksinə addım atması əhalini qıcıqlandırır. Belə bir vəziyyətdə Paşinyanın bugünkü sülh açıqlamaları olduqca vacibdir. O həmçinin İlham Əliyevlə görüşmək istədiyini də bildirib. İlham Əliyev də dəfələrlə sülh sazişinin imzalanmalı olduğunu açıqlayıb. Sazişin şərtlərini hər iki ölkə birlikdə razılaşıb, səmimi şəkildə qəbul etməlidir. Ancaq sazişdən hər iki ölkənin ictimaiyyəti, siyasi çevrəsi, parlamentlər xəbərdar olmalıdır ki, iki nəfər özbaşına, tələsik nəsə imzalamasın. Bu cür avtoritar davrandıqda indiki situasiya alınır və hərə bildiyi kimi hərəkət edir, zərər çəkən də xalqlar olur. Sülh mütləq olmalıdır, Rusiyasız yaxud onunla, fərq etməz. Amma hücum mövqeyi, revanşist davranılaraq növbəti müharibəyə start vermək heç bir cəmiyyət, regionun sabitliyi üçün problemin həlli və çıxış yolu deyil, olmayıb, olmayacaq.

Baş Prokurorluq qadın qətlləri haqda rəsmi rəqəm açıqlayıb. İlk 6 ayda Azərbaycanda 33 qadının qətlə yetirildiyi bildirilir. Prokurorluq bildirir ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.

Bu gün Ermənistan XİN bildirib ki, üçtərəfli bəyanat Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağdan yox ətraf ərazilərdən çıxarılmasını nəzərdə tutur. Artıq söhbəti fırladırlar və yalan deyirlər. Bəyanatda necə yazılmışdı? Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Sülhməramlılar harda yerləşib? Dağlıq Qarabağ ərazisində, yəni XXX, Şuşa rayonu və köhnə Əsgəran ərazisində. Deməli buralardan erməni birləşmələri tərksilah edilməlidir və rusməramlılar yerləşməlidir. Bəyanatın müddəaları kobud şəkildə pozulur.

İrana məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı Azərbaycan İrana nota verib. Bununla əlaqədar İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub.

Azərbaycan Müdafiə Nazirliyinin son bəyatında bir detal da diqqətimi çəkdi: Hər zaman RUS, ENG, AZE - 3 dildə xəbər və bəyənatı hazırlayırdılar, indi sadəcə Azərbaycan dilində yazıblar. Ehtiyac varsa, köməklik göstərək, standartı pozmayın. Onsuzda Jirinovski Putin üçün tərcümə edəcək, adam türkoloqdur. (ARTIQ ƏLAVƏ OLUNDU)

Nəhayət Azərbaycan Müdafiə Nazirliyi bəyanat yaydı və etiraf etdi ki, Rusiya özü də üçtərəfli bəyanatın müddəalarına zidd olaraq sülhməramlı qüvvələrin yerləşdirdiyi ərazilərdə erməni postlarını qurur, onlara şərait yaradır. Mən hətta deyərdim ki, Şuşa və ətraf kəndlərdə atəşkəsin pozulmasına da rus sülhməramlılar imkan yaradır. Halbuki onlar sazişə əməl etmək və sazişin müddəalarını reallaşdırmaq üçün ordadırlar. Artıq bir neçə gündür, əsasən Ermənistanın yeni müdafiə naziri təyin olunandan bəri Xocalının Muxtarkənd, Şuşikənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postları qurulmağa başlayıb. Və bu postlar qurularkən atəşkəs sıx-sıx pozulur. Həmçinin Naxçıvanda, Sədərək rayonunda da demək olar ki, hər gün atəşkəs pozulur. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu cür davam edəcəksə Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlər görüləcək. Çox güman ki, bu tip postların aradan qaldırılması üçün kiçik anti-terror əməliyyatları gözlənilir. Bütün bunların fonunda isə sərhədlərin müəyyən edilməsi ilə əlaqədar Ermənistan mənbələrində Qazaxın 7 kəndi və Kərki haqqında ziddiyyətli məlumatlar dərc olunur, kəndlərin boşaldılıb təhvil veriləcəyi xəbərləri dolaşır. P.S. Bu arada Muxtarkənd və Şuşikənd Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmişdi və rəsmi elan olunmuşdu, sonradan onların taleyi barədə məlumatlar qaranlıq qaldı, sazişə zidd olaraq əraziyə rus sülhməramlıları yerləşdirildi.

Ağcabədi rayonu, Pərioğulları kənd sakini, hərbçi Cəfərov Qorxmaz Səlim oğlunun Kəlbəcər rayonunda əsgəri xidmətini yerinə ye
Ağcabədi rayonu, Pərioğulları kənd sakini, hərbçi Cəfərov Qorxmaz Səlim oğlunun Kəlbəcər rayonunda əsgəri xidmətini yerinə yetirərkən şəhid olduğu deyilir. Onun xəstəlikdən öldüyü bildirir. Artıq doğulduğu kənddə dəfn edilib. Rəsmi məlumat isə hələ ki, yoxdur.

Suraxanının icrabaşı Əziz Əzizov, şəhid anasının qarşısına oğlunun ad günü tortunu qoyub, tortun üstündə şəhidin fotosu və əl
Suraxanının icrabaşı Əziz Əzizov, şəhid anasının qarşısına oğlunun ad günü tortunu qoyub, tortun üstündə şəhidin fotosu və əlinə bıçaq verərək tortu kəsməyini istəyir... İlham Əliyevin təyin etdiyi başçılar niyə bu qədər qanmaz olurlar?🤦‍♂️

Bu gün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı, bədbəxt hadisə nəticəsində 1999-cu il təvəllüd Oğuzun Calut kənd sakini, leytenant Babayev İlqar Rüfət oğlunun həlak olduğu deyilir.

Azərbaycan 25 ildən sonra olimpiadada qızıl medal qazana bilməyib. Milli komanda Tokio-2020 Yay Olimpiya Oyunlarında ümumi 44 idmançıdan 7-si medal qazanıb, onlardan 4-ü bürünc, 3-ü isə gümüş medaldır. Medal qazananlardan dörd nəfəri legionerdir. Milyonlarla ayrılan vəsaitlər, milyonlara başa gələn Olimpiya Kompleksləri ilə bu nəticələr uzlaşmır təəssüf ki.

5 milyon manatdan artıq büdcə vəsaitinin yeyintisində ittiham olunan və hazırda təcridxanada saxlanılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov bu ziyanı ödəyib. O, bu pulun 4 milyon manatını nağd pul şəklində ödəyib. Sabiq Xidmət rəisinin 600 min dollarlıq və 160 min manatlıq əmlaklarının üzərinə də məhkəmə qərarıyla həbs qoyulub. Adam özü üçün əməlli başlı maddi-mədəni irs yaradıb.

Milli Məclis məlumat yayıb ki, polisdöyən Eldəniz Səlimova dövlət büdcəsindən ayrılan vəsaitdən deputat maaşı (1 732,5 manat) veriləcək. Daha keçib məzuniyyət pulu (3465 manat) da verin, içəridədir onsuzda, dincəlsin. 🤦‍♂️

Qəbələ rayonu, Yengicə kənd sakini, ikinci Qarabağ müharibəsi qazisi Bəhram Nuruyev günlərdir qayğısızlıqdan gileylənir, rəsmi qurumlardan şikayətlənirdi. Bu gün Facebookda canlı yayımda damarlarını doğrayaraq intihara cəhd edib, xəstəxanaya aparılıb. Hazırda vəziyyəti yaxşı deyil. Etməyin belə, adamlığınız olsun, bu insanlara sahib çıxın, onları qoruyun, bununla neçənci dəfədir?!

Qaxın Turaclı kəndində sərxoş olan 50 yaşlı kişinin 55 yaşlı əqli cəhətdən qüsurlu qadının evinə daxil olaraq onu zorladığı bildirilir. Qadın hazırda ağır vəziyyətdə, xəstəxanada komadadır. Üzərindəki xeyli sayda olan xəsarətlərdən hətta daha çox şəxsin təcavüz etdiyi güman olunur. Polis məlumatı təsdiqləyib, bir nəfər saxlanılıb, araşdırma aparılır.

Dünən ara qarışdı, məzhəb itdi, SOCAR Aİ-95 qiymətindən sonra Aİ-98 benzinin də qiymətini qaldırdı. Rəsmi statistikaya görə bu ilin son 6 ayında qiymətlər 4.3%, maaşlar isə 0.4% artıb. Növbəti aylarda da qiymətlərin işıq surəti ilə artışı gözlənilir, maaşlar isə əlbəttə ki, tısbağa.

Müdafiə naziri Zakir Həsənovun əmri ilə Azərbaycanın 1-ci ordu korpusunun komandiri general-mayor Hikmət Həsənovun vəzifəsindən azad olunduğu deyilir. Ümid edirəm "Tərtər işi"ni daha ədalətli araşdırarlar və günahkarlar cəzalandırılar.