ru
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Открыть в Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Больше
Азербайджан410Категория не указана

📈 Аналитический обзор Telegram-канала Hebib Müntezir

Канал Hebib Müntezir (@hebmun) языкового сегмента Азербайджанский является активным участником. Сейчас сообщество объединяет 16 874 подписчиков, занимая место в категории Другое и 410 место в регионе Азербайджан.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 16 874 подписчиков.

Согласно последним данным от 02 декабря, 2024, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Благодаря высокой частоте обновлений (последние данные получены 03 декабря, 2024) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

16 874
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
İqtisadçı Samir Əliyev yazır ki, "Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurulması" layihəsində Azərbaycan tərəfinin payının (182 km hissə) maliyyələşdirilməsinə 2005-2010-cu illərdə ümumilikdə 641 milyon manat xərclənib. Hazırda isə bu yol dağılıb. Çünki bir neçə il idi sürücülər zülüm çəkirdilər, yol yararsız hala düşmüşdü. 10 il keçmədi ki, həmin milyonlar heç nə olmamış kimi dağıdılır və növbəti milyonlar hesabına yenidən qurulur. Yolu hansı şirkət düzəltmişdi? Azərbaycanda İlham Əliyevin yollar üçün milyonlarla vəsait ayırdığı AzVirt şirkəti. Bu şirkət kimindir? "AZAL” pezidenti Cahangir Əsgərovun ailəsinə aiddir. Xatırladım ki, Əsgərovlar ailəsi Əliyevlər ailəsi ilə şərikinə biznes fəaliyyəti ilə məşğuldur.

Sumqayıtda kirayədə yaşayan, Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, 2 gün öncə 20 yaşı tamam olan Adil Bayramov intihar e
Sumqayıtda kirayədə yaşayan, Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, 2 gün öncə 20 yaşı tamam olan Adil Bayramov intihar edib. O, ikinci Qarabağ müharibəsi iştirakçısı idi, “Suqovuşanın azad olunmasına görə” medalı ilə də təltif edilmişdi. Bu arada Naxçıvanda da bir MAXE-nin intihar etdiyi deyilir, amma ad-soyadını öyrənə bilməmişəm.

Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili (99-YP-978), Bəhramtəpə yolunda 90 km/saat olan yolda, 129 km/saat sürətlə gedərək sürət həddini aşıb, lakin bununla bağlı cərimə protokolu (45AZN) başqa bir sürücüyə (99-MP-978) göndərilib. Sürücü deyir ki, o saatda evdə yatırdım, heç vaxt belə maşınım olmayıb. Sarı jilet isə əsla geyinməmişəm. DYP faktı təsdiqləyib, günahı atıb elektron sistemin boynuna.

Rus polisi Moskva havalimanında əlində “Я Замир” ("Mən Zamirəm" yazısı) plakatı daşıyan Azərbaycan vətəndaşını saxlayıb. Elə biliblər ki, sülh tərəfdarıdır, yazını da "Я За Мир" (Mən sülh tərəfdarıyam) kimi başa düşüblər. 😀 Daha sonra həmin şəxsin adının "Zamir" olduğunu anlayıb sərbəst buraxıblar. "Paranoyaklıq nədir?" sualının cavabıdır bu.

İkinci Qarabağ müharibəsi iştirakçısı, 1998-ci il təvəllüd, Xaçmaz rayon sakini Kənan Mənsur oğlu Vəliyevin intihar etdiyi de
İkinci Qarabağ müharibəsi iştirakçısı, 1998-ci il təvəllüd, Xaçmaz rayon sakini Kənan Mənsur oğlu Vəliyevin intihar etdiyi deyilir. Müharibədən sonra indiyə qədər 30-a yaxın qazi müxtəlif səbəblərdən özünə qəsd edib.

Azərbaycanda dövlət büdcəsindən vəsait alan 5 universitetdən ilk 3-ü İlham Əliyevin yaxın qohumlarınındır: ADA universiteti (19 milyon 306 min 586 manat) - Mehriban Əliyevanın əmisi Hafiz Paşayev Moskva Dövlət Universitetinin Bakı filialı (12 milyon 395 min 424) - Mehriban Əliyevanın bacısı Nərgiz Paşayeva Moskva Dövlət Tibb Universitetinin Bakı filialı - (7 milyon 329 min 387 manat) İlham Əliyevin dayısı oğlu Əziz Əliyev Digərləri isə Azərbaycan Tibb Universitetinə (ATU) 2 milyon 20 min 586 manat, Bakı Dövlət Universitetinin (BDU) payına isə 1 milyon 704 min 747 manat düşüb.

Keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun “sağ əli” hesab edilən, adı "Tərtər hadisələri"ndə hallanan, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti, əslində isə MN-nin baş makleri (bütün təyinatlara görə pul alış-verişinə baxan biri) “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyev məhkəmə salonunda həbs edildi. Ötən gün onun barəsində "mənimsəmə və dəluduzluq" və daha 4 maddənin ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Orduda yüzlərlə zabit ev növbəsində gözləyərkən, “Şlyapa” ləqəbli Zahid Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, Nəcməddin Sadıkov sayəsində qısa zamanda evlə təmin olunublar. Məhz onun dəstəyi hesabına dayısı oğlunun komandir olduğu 1-ci korpusa bacısı oğlu da gizir təyin olunub. Oğlu Həzrət Niftəlizadə şəhər qeydiyyatında olduğu halda, Zığ qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrində xidmət edib. Nəcməddin Saqıqovun yaratdığı Koordinasiya (Yoxlama) Şurasının da əməkdaşı olan Zahid Niftəliyevin şübhəli yollarla böyük sərvətə sahib olduğu deyilir: 1. Qəbələ rayonunun Vandam kəndinin girəcəyində hərbi hissəsinin materialları hesabına özünə çox böyük həyəti olan evi tiktirib, 2. Yasamal rayonu, Şərifzadə küç. 16 ünvanında generalların binasında evi, böyük sahəyə malik olan qarajı var, 3. Yasamalda, "Su Doldurma Məntəqəsi"nin yaxnlığında yeni tikilən binada 4 otaqlı mənzili, 4. Fəlhə Prospektində, Həzi Aslanov metrosunun yaxınlığında keçmiş 227 nömrəli hərbi hissənin ən yaxşı yerində 10 sot torpaq sahəsi, 5. Siyəzəndə (doğulduğu yerdə) böyük villası, 6. Yasamalda Ə. Əhmədov küç, ev 31A ünvanında mənzil, 7. Orduya kömək məqsədilə "Atabank"dan Zahidin adına 90 milyon pul götürülmüş, vəsaitin 38 milyon manatı mənimsənilib. 8. Adamın adına "ŞAHİN-CO" MMC və oğlu Həzrətin adına olan "Həzrət" MMC şirkətləri.

Bu şəxs 18 maddə ilə ittiham olunaraq 12 il iş almış, MTN-nin Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyevdir. M
Bu şəxs 18 maddə ilə ittiham olunaraq 12 il iş almış, MTN-nin Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyevdir. Mahmudovun zamanında qanunsuz telefon dinləmələri, gizli videolar çəkmək, tualet, yataq otağı və digər otaqlara kamera yerləşdirmək bu adamın işi idi. Bütün bunlar isə pul üçün təkcə hədəfdə olan sahibkarları əhatə etmirdi. Ələ alınmaq, susdurulmaq üçün müstəqil və müxalif ictimai-siyasi fəallar, həmçinin digər məqsədlər üçün hakimiyyət təmsilçiləri də Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib, səs-video yazıları kimi qeydə də alınıb, xüsusi fayllar şəklində toplanaraq xaricə çıxarılıb. Qeyd edim ki, dinlənənlər arasında ölkə başçısı və onun ailə üzvləri də vardı. İlham Əliyevin 2012-ci ildə general-mayor rütbəsi verdiyi şəxs 2015-ci il, Teymur Əliyev küçəsində (Milyonerlər məhəlləsi) yerləşən 4 mərtəbəli villasında həbs edildi, dünən isə əfv olundu. O, Mahmudovun "gizli qara qutu"su hesab edilirdi. Bu gün Eldar həbsdə deyilsə, kompromatlar sayəsində məhz bu adama borcludur.

Azərbaycan Ordusunun hərbçisi, MAXE Mehralı Novruz oğlu Məmmədovun qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı x
Azərbaycan Ordusunun hərbçisi, MAXE Mehralı Novruz oğlu Məmmədovun qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat etdiyi deyilir. Tovuz rayonu Öksən kənd sakini olan əsgərin Kəlbəcərdə hərbi xidmət zamanı öldüyü bildirilir. Dünən də DSX-nın Horadiz sərhəd dəstəsinin MAXE hərbçisi, baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu intihar etdiyi deyilirdi.

Cinayət Məcəlləsinin 18 maddəsi ilə ittiham olunaraq 12 il iş almış, Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi olmuş, general-mayor Teymur Quliyev və 11 il iş almış MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin işçisi, polkovnik Səlim Məmmədov da əfv olunub.

"Azel TV" saytının rəhbəri Əfqan Sadıqov, AXCP fəalı Paşa Umudov, Zakir Qaralovla mübahisə etdiyinə görə ömürlük həbs alan, 23 ildir məhbus olan biznesmen Şəmsi Səmədzadə, Tərtər məhbusu Elvin Qüdrətli, "Gəncə məhbusları" Kamal Məhərrəmov, Raul Süleymanov, Elman Quliyev, Şahlar Rzayev, Orxan Yağnəliyev, Toğrul Verdiyev, Vüqar Allahverdiyev, Tural Bayramov, Seymur Əliyev, Hacıyev Maarif, Ruslan Həsənov, Əli Rzayev, Yavər İsmayılzadə, Zabil Məmmədov, Elman Rüstəmov, Qənbər Qarazadə, Asif Cavadov da əfv olunanlar siyahısındadır.

AXCP üzvü Saleh Rüstəmov əfv sərəncamı ilə azadlığa buraxıldı.

Bu ay Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasına (UGFF) yeni prezident təyin edilib. Seçilib yox, məhz təyin edilib. Gizlicə iclasda yeni prezident Asif Əliyev olub. Söhbət veteran futbolçu Asif Əliyevdən getmir. İllərdir Azərbaycan futbolunun anasını ağlar qoyan AFFA-da müxtəlif vəzifələrdə işləyən, daha sonra UGFF prezidenti olan, 20 illik deputat Rauf Əliyev iclas keçirərək öz oğlu Asif Əliyevi yerinə təyin edib. Asif bundan öncə "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində işləyib, oranı ağ günə çıxarıb. "Şöhrət" ordenli Rauf Əliyev isə 18 ildir AFFA-nın birinci vitse-prezidentidir. Azərbaycan qanunvericiliyinə əsasən deputatın və onun ailəsinin şəxsi bizneslə məşğul olması qadağandır. Ancaq ata-bala Rusiyada, Avropada özlərinə şirkətlər açıb, biznes fəaliyyəti ilə məşğuldurlar. Məsələn, Asifin Bakıda "Refiks Konstrakşn" adlı tikinti şirkəti var. Atası da Rusiyada fərdi sahibkar kimi qeydiyyatdan keçib, şirkət yaradıb.

İmişlinin icrabaşı olmuş Vilyam Hacıyev məhkəmə prosesində "Bu pullar sizə hardandır?" sualına cavab olaraq: "Otağımda aşkarlanan 6 milyon həyat yoldaşım Culyettanın babasından miras qalmışdı" - deyə cavab verib. Mən inandım, uşaqlar.

Bu xəbəri necə qaçırmışam?! Sən demə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsində kütləvi kadr dəyişikliyi edərək İlham Əliyevvari islahatlar aparıb. "Gömrük sistemində rüşvət və inhisar yoxdur!" devizi ilə od püskürən gömrükbaşı, bu yaxında "Qohumbazlıq da yoxdur" şüarını səsləndirəcəyi şübhəsizdir: - Beylər Eyyubovun qardaşı oğlu Eyubov Həsən Nəbi oğlu Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub. - Ramiz Mehdiyevin qardaşı oğlu Mehdiyev Telman Hüseynqulu oğlu Qərb Ərazi Baş Gömrük idarəsinin Baş gömrük idarəsinin rəisi vəzifəsinə təyin olunub. - Zaqatala İcrabaşı Mübariz Əhmədzadənin oğlu Əhmədzadə Coşqun Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub. - Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabirin oğlu Həsənli Hüseyn Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisinin birinci müavini vəzifəsinə təyin olunub. - Baş prokurorun müavini olmuş Rüstəm Usubovun kürəkəni İsmayılov Üveysi Ərəstun oğlu cənub ərazi Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin qardaşı Rzayev Rauf Yaqub oğlu Şimal Ərazi Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub. - 20 il Azərbaycanın Baş Prokuroru olmuş, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun əmisi oğlu Qaralov Səməd Əsəd oğlu Gömrük Nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinin baş idarə rəisinin 1-ci müavini vəzifəsinə təyin olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri işləmiş, xalqın pensiyalarına göz dikərək 2 milyard manatdan çox mənimsəmə edən Səlim Müslümovun güya səhhətində yaranan problemə görə ev dustaqlığına buraxdılar. Keçən il DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunmuşdu, həbsin də xeyli hissəsini tibbi sanatoriyada keçirdi, heç barəsində məhkəmə hökmü olmadan, indi də azadlıqdadır. Hakimiyyətin öz rüşvətxor məmurlarını cəzalandırma metodu da bu qədərdir ancaq.

Dünən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan, 30 illik dəmiryolçu Cavid Qurbanovun "Kəlbəcər klanı": Vyana Mədəniyyət Mərkəzinin rəhbəri, Mehriban Əliyevanın bibisi Ədibə Paşayevanın qızı Leyla Eldar qızı Qasımova - Cavid Qurbanovun həyat yoldaşı, Ədliyyə müşaviri, Baş prokurorluqda Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli - Cavid Qurbanovun oğlu, Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli – Cavid Qurbanovun qardaşı, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işləmiş, "Az-Qo” MMC və "Sayalı” MMC şirkətlərinin sahibi, işadamı İlqar Qurbanov - Cavid Qurbanovun qardaşı, Milli Məclisin deputatı Aqil Məmmədov - Cavid Qurbanovun əmisi oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev – Cavid Qurbanovun qohumu, Aqil Məmmədovun əmisi nəvəsi, Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu, Sumqayıt şəhər Məşğulluq İdarəsində şöbə müdiri Nahid Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu, Kəlbəcərin Ağdaban kənd icra nümayəndəsi Murad Qurbanov – Cavid Qurbanovun əmisi oğlu, Nəqliyyatda Baş Polis İdarəsində yüksək vəzifədə çalışan Əkbər Şəmşirli – Cavid Qurbanovun qardaşı oğlu, Yevlax Rayonu, Kolanı kəndində Quşçuluq firmasının rəhbəri Fərhad Şabər oğlu Qurbanov - Cavid Qurbanovun əmisi oğlu, “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov – Cavid Qurbanovun yaxın qohumu, “KDY logistics” adlı dəmir yolu ilə yük daşımaları şirkətinin rəhbəri Qalib Məmmədov – Cavid Qurbanovun qohumu. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını qiyabi oxuyan, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov - Cavid Qurbanovun yaxın adamı, qohumuq əlaqələri olduğu da deyilir, Dağıstanın Yujdağ İnstitutunun Hüquq fakültəsi diplomu ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş Xəyalə Cəmilova, kəlbəcərli şair Adil Cəmilin qızı - Cavid Qurbanovun yaxın adamı, Parlamentin deputatı Jalə Əliyeva - Cavid Qurbanovun kurasiyasında olan deputatlardan biri, Vəsilə Abdulova – Cavid Qurbanovun himayəsində olan “TOPAZ”- qumar biznesinə rəhbərlik edən şəxs, Kəlbəcər rayon 2 saylı orta məktəbin direktoru Azad Əsgərov - Cavid Qurbanovun qohumu.

Hərbi xidmətdə adını yazdırıb, Bakıda avtoxuliqanlıq edən əsgər Məlikov Əziz barəsində cinayət işi açıldı. Onu iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası gözləyir. Jurnalist Aytən Məmmədovaya bıçaq çəkənin, siyasi fəal Bəxtiyar Hacıyevi oğurlayıb döyənlərin, motosikletçini yumruqlayan məmurun da cəzalanması diləyi ilə...

Deyir, söz vaxtına çəkər. Düz 2 il əvvəl, may ayında İlham Əliyev Kəlbəcər rayonuna cavan, 35 yaşlı birini icrabaşı təyin edir, Qocayev Azər Bəhlul oğlu. Adını da qoyurlar gənc kadrların islahat siyasətinə töhfəsi zad. Kim imiş? Aaa, əvvəlki 7 il icrabaşı olmuş, hazırda Kəlbəcərdən deputat təyin olunan Aqil Məmmədovun əmisi nəvəsi. Aqil Məmmədov kimdir? Dünən nazir müavini təyin olunmuş Cavid Qurbanovun əmisi oğlu. İcrabaşı olan Azər Qocayev harda işləyib? 3 il “Azərbaycan Dəmir Yolları” QSC-də müxtəlif vəzifələrdə və ən sonda şöbə rəisi. Nepotizm, qohumbazlıq, vəzifəyə yüksəliş necə olur, bu da bariz nümunəsi. Cavid Qurbanovun bütün nəsli vəzifədədir, bu haqda da geniş yazacağam.

Məlumat yayılıb ki, Azərbaycanda referenduma hazırlıq işləri gedir. Parlamentdə proporsional seçkiyə keçid, deputatların sayının artırılması, Xankəndidəki ermənilərin Azərbaycan vətəndaşlığı alması və.s bağlı qanuna dəyişiklik etmək istəyirlər. Onsuzda ölkədə seçkilər saxtalaşdırılır, tamaşa qurulur, gülüş obyektinə çevrilir. Sən canı camaatı narahat etməyin, gedin qanunu necə istəyirsiz dəyişin də, güya xalqın çox vecinədi axı.