cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🖤 𝕷ə İ𝖑𝖆𝖍ə İ𝖑𝖑ə𝖑𝖑𝖆𝖍 🖤

•Dini Paylaşımlar. •Dualar,zikirlər. •Dini Videolar(mərsiyələr,rovzələr..s). •Müsəlmanlığın əsas şərtləri. @Hakan_313

Больше
Страна не указанаЯзык не указанКатегория не указана
Рекламные посты
185
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Sual: Kafir kim sayılır? Cavab: Məsələ 120. Kafir: 🔴 Allahın varlığını, yaxud təkliyini qəbul etməyən; 🔴 Yaxud “Xatəm əl-ənbiya”nın (Peyğəmbərlərin sonuncusu Həzrət Muhəmmədin (s) peyğəmbərliyini qəbul etməyən; 🔴 Və ya peyğəmbərlərin sonuncusu olan Allahın ən əziz Elçisinin (s) təkzib edilməsinə gətirib çıxaracaq şəkildə dinin zərurətlərindən birini inkar edən şəxsdir və sonuncu halda sözügedən zərurətin namaz, oruc, zəkat və hicab kimi vacibatdan, şərab içmək, riba (sələmçilik) və qina (haram musiqi) kimi haram işlərdən və ya məad (ölümdən sonrakı həyata inam) və Peyğəmbərin (s) Əhli-beytinə (ə) sevgi kimi inanc məsələlərindən olmasının heç bir fərqi yoxdur. Buna əsasən, hər hansı bir dini seçməyən, yaxud İslamdan başqa bir dini olan və ya İslam dinini seçən, ancaq uca Allah tərəfindən Peyğəmbərə (s) çatdırılan bəzi göstərişləri (Allahın elçisinin buyuruğu olduğunu bildiyi halda) inkar edən insan kafirdir. Ancaq İslamı özünə din seçən, lakin müsəlman mühitindən uzaq olmaq, yaxud din əleyhinə şübhələrin təlqin edilməsi kimi səbəblərlə xüms və hicab kimi dinin bəzi əməli hökmlərini Peyğəmbəri (s) və onun buyuruğunu təkzib etmək niyyəti olmadan inkar edən insan hərçənd haqq yoldan sapmış olsa da, kafir deyil. Kafirlər, ümumiyyətlə, iki qismə bölünür: Kitabi (əhli-kitab) kafirlər, yəni yəhudilər, xristianlar, zərdüştilər və qeyri-kitabi (əhli-kitab olmayan) kafirlər, yəni yəhudi, xristian, yaxud zərdüşti olmayan kafirlər. Onların pak, yoxsa nəcis olması ilə əlaqədar hökm sonrakı məsələlərdə qeyd ediləcəkdir. Məsələ 121. Əhli-kitab olmayan kafirin bütün bədəni, hətta tükü, dırnağı və bədənindən ifraz olan rütubətlər də nəcisdir. *Ancaq əhli-kitab (yəhudilər, xristianlar və zərdüştilər) pakdır.* 📍Qeyd etmək lazımdır ki, mürtədin, yəni İslamdan çıxan şəxsin pak, yoxsa nəcis olması ilə bağlı hökm onun daxil olduğu qrupa aid olan hökmdür. Beləliklə, əgər mürtəd şəxs kitabi kafir olarsa, pakdır, qeyri-kitabi kafir olduğu təqdirdə isə nəcis olur. *Ayətullah Əl-Uzma Seyyid Əli Huseyni Sistani*
Показать все...
❓Sual: Mən tərtibi qüsl almaq istəyəndə əvvəlcə kürəyimi yuyub, sonra niyyət edərək bundan sonra tərtibi qüsl alsam, bunun iĢkalı varmı? ✅Cavab: Kürəyi, yaxud bədən üzvlərindən hər hansı birini niyyətdən qabaq yuyub qüsla baĢlamaqda heç bir maneə yoxdur. Tərtibi qüslun keyfiyyəti belədir: Bədənin hamısını pakladıqda sonra qüsl niyyəti edir, sonra əvvəlcə baĢla boyununu yuyursan, sonra sağ tərəfi çiyindən ayağın altına kimi yumaq, sonra sol tərəfi də həmin qayda ilə yumaq lazımdır, bu halda qüsl düzdür. ❓Sual: Qadının qüsl edəndə saçlarının ucunu yuması vacibdirmi? Həmçinin, qüsl edəndə su saçların hər yerinə çatmasa, qüsl batil olurmu? Halbuki, suyun baĢdakı dərinin hər yerinə çatmasını bilirik. ✅Cavab: Vacib ehtiyata əsasən, saçların hər yerini yuması vacibdir.
Показать все...
❓Şərabla murdarlanmış qabı neçə dəfə yumaq lazımdır ki, şəri olaraq pak sayılsın? 🔹Cavab : Az su ilə yuyulsa, 3 dəfə yuyulsa, pak olar. 7 dəfə yuyulması daha yaxşıdır. Kürr yaxud axar suda yuyulan nəcis qabın 1 dəfə yuyulma ilə pak olması, üstün nəzər olsa da 3 dəfə yuyulması ehtiyata uyğundur. 🌸Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.174 🔹Cavab : Şərabla nəcis olmuş qab gərək 3 dəfə yuyulsun. Bu hökmdə az su, kürr və axar su arasında fərq yoxdur. Müstəhəbb ehtiyat budur ki, 7 dəfə yuyulsun. 🌸Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.154 🌸Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, "Tovzihul-məsail",məs.158 🌸Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.147
Показать все...
🌹Həzrət Peyğəmbər (s) yaxşı insanları bu cür təsvir edirdi: “Sizlərin ən yaxşınız o kəsdir ki, sözünü pak edər (yəni haqq və gözəl söz danışar), başqasına yemək verər və camaat yuxuda ikən o, gecə namazı qılar” 📚Üyunü əxbarir-Riza, cild 1, səh 71. 🌹Həzrət Peyğəmbər (s) buyurub: “Dünya və axirət əhlinin içində əxlaq sarıdan ən yaxşı adam o kəsdir ki, ona zülm ediləndə bağışlayar, ondan əsirgəyən şəxsə bəxşiş edər, ondan əlaqəni kəsən qohumlarla və dostlarla bağlılıq yaradar” 📚Müstədrəkül-Vəsail, cild 9, səh 10. 🔹İnsanların ən yaxşısı başqalarına daha çox fayda verəndir. Həyatın gözəlliyi başdan başa özündən başqalarına xidmətdən ibarətdir. Çay öz suyunu özündə saxlamır, onu başqalarına ötürür, ağac meyvələrini özü yemir, başqalarına təqdim edir, günəş işığını özündə saxlamır, kainata bəxş edir, bulud suyunu göydə saxlamır, yerə və insanlara təqdim edir. Yalnız özünü düşünmək düşəncəsi əslində insanlıqdan uzaq olan bir xasiyyətdir. Sənin axirətə aparacağın pulun insanlara bəxşiş etdiyindir, gizlətdiyin yox. Sənin axirətə aparacağın elmin başqalarına öyrətdiyindir, insanlardan əsirgədiyin yox.
Показать все...
*Allahın Peyğəmbəri (s) Buyurur:* Nə çoxdur özündən sonra uzun qəm-qüssə qoyan bir anlıq keçici istək və ləzzətlər *Əmali-Tusi, səh.533, hədis 1162*
Показать все...
🤲Bismillah. Əzizlər üzünüzdən təbəssümü əskik olmasın İnşəallah. 🔹Deyirlər İmran bin Həttanın arvadı çox gözəl olub, özü isə qarayanmış və kələ-kötür bir kişi imiş. 🧕Bir gün arvad uzun müddət ərinin sifətinə baxdıqdan sonra deyir: Əlhəmdulillah rəbbil aləmin! 👱İmran soruşur: Arvad, niyə şükür etdin? 🧕Arvad: Fikirləşdim ki, sən və mən ikimiz də cənnət əhliyik. 👱İmran: Hardan bilirsən? 🧕Arvad: Allah sənə mənim kimi gözəl bir qadın qismət etdiyi üçün sən həmişə şükr edirsən. Mən də sənin kimi bədheybət bir ərlə yaşamağa səbr edirəm. Allah-Taala da Quranda buyurur ki, “Səbr edənlər və Şükr edənlər cənnətdə olacaqlar”. 📚Həyatul-heyvan əl-kubra, Dəmiri (vəfat 808 hq), 1/56.
Показать все...
🌹Bağışlayan və Mehriban Allahın adıyla. Allahın salamı rəhmət və bərəkəti olsun üzərinizə əziz və dəyərli Möminlər, dostlar, tanışlar və qohumlar, Müqəddəs Fitr bayramı münasibətilə sizləri təbrik edirəm. Allahdan bütün mərizlərinizə şəfa, maddi və mənəvi çətinlikdə olanlara Allahdan nicat, Övladı olmayanlara övlad arzu edirəm. Daima ailənizdən və üzünüzdən sevinc və xoşbəxtlik əskik olmasın. 🌺BAYRAMINIZ MÜBARƏK OLSUN.
Показать все...
🌹Salam aleykum Əzizlər. ♻️🇵🇸Məzlum Fələstin Xalqına dəstək aksiyası keçiririk. 🤲🏻Təcili israil teror qruplaşmasının (İTQ) Məhv olmasına və Fələstin Xalqının qələbəsi üçün hər kəsə 10 salavat zikr edirik. ✌🏻Bu zəncirvari paylaşımı səndə harda paylaşa bilərsən Paylaş ✌🏻Fələstinə dəstəy,Qüds Azadlıq astanasındadır✌🏻 ✌🏻GÜC BİRLİKDƏ✌🏻 ✌🏻Məhv olsun israil✌🏻 ✌🏻Məhv olsun Sionist✌🏻 ✌🏻Əllahumə salli Əla Muhəmmədin və Ali Muhəmməd və əccil fərəcəhum
Показать все...
🌺Fitrə zəkatı bir nәfәr üçün buğdа, аrpа, хurmа, kişmiş, düyü, qаrğıdаlı vә s. kimi şеylәrdәn bir sа (tәqribәn 3 kq) müstәhәqqә vеrmәlidir. Әgәr bunlаrdаn hәr hаnsının pulunu vеrsә, kifаyәtdir. ❓Sual: Fitrə nə vaxt ayrılmalı və nə vaxt ödənməlidir ? 🌺Bütün müctəhidlərin rəyi: Fitr bayramı namazı qılırsa, vacib ehtiyata əsasən, gərək namazdan qabaq versin və ya ayırsın. Əgər bayram namazı qılmasa günün zöhrünə (günortasına) qədər vaxtı var. ❓Sual: Fitrəni ayıran şəxs ondan istifadə edib yerinə (əvəzinə) başqa mal və ya pul qoya bilərmi ? 🌸Bütün müctəhidlərin rəyi: Xeyr, gərək ayırdığını fitrə versin. ❓Sual: Fitr bayramı axşamı gün batmamışdan qabaq bir-iki saatlıq gələn və iftar yedikdən sonra gedən qonaqların fitrəsi kimin öhdəsindədir ? 🌸Bütün müctəhidlərin rəyi (Ayətullah Safi və Ayətullah Nuridən başqa): Qeyd olmuş fərziyyədə qonaqların fitrəsi ev sahibinin öhdəsinə deyil. 🌸Ayətullah Safi və Ayətullah Nuri: Qeyd olunmuş fərziyyədə qonaqların fitrəsi ev sahibinin öhdəsindədir. ❓Sual: Şam azanından sonra gəlmiş qonağın fitrəsini kim ödəməlidir ? 🌸(Ayətullah Sistanidən başqa) Bütün müctəhidlərin rəyi: Onun fitrəsi ev sahibinin öhdəsinə deyil. 🌸Ayətullah Sistani: Əgər onun çörək yeyəni sayılarsa, vacib ehtiyata əsasən, onun fitrəsini ev sahibi ödəməlidir. ❓Sual: Qonaq öz fitrəsini verdikdə ev sahibinin boynundan vəzifə götürülürmü ? 🌸Bütün müctəhidlərin rəyi: Ev sahibinin icazəsi ilə onun adından qonaq öz fitrəsini verərsə, ev sahibinin üzərindən vəzifə götürülür.
Показать все...
❓Sual: Fitrə verməyən və onu ayırmayan şəxsin hökmü nədir ? Bütün müctəhidlərin rəyi (Ayətullah Behcət, Təbrizi və Ayətullah Xameneidən başqa): Günah etmişdir və vacib ehtiyat budur ki, gələcəkdə (əda və qəza niyyəti etmədən) fitrəni versin. 🌸Ayətullah Təbrizi və Ayətullah Xamenei: Günah etmişdir və gələcəkdə (əda və qəza niyyəti etmədən) fitrəni verməlidir. 🌸Ayətullah Behcət: Günah etmişdir və müstəhəb ehtiyat budur ki, gələcəkdə onu qəza etsin. ❓Sual: İmkanı olmayan şəxsin fitrə zəkatı ödəməsi vacibdirmi? 🌸Bütün müctəhidlərin rəyi: Yoxsul olarsa, fitrə ödəməsi vacib deyil. Əgər 3 kq buğda və ya onun qiymətində bir şeyi varsa, onu fitrə zəkatı adı ilə verməsi müstəhəbdir. Əgər himayəsində bir neçə nəfər varsa, onu fitrə niyyəti ilə ailə üzvləri arasında bir-birinə ötürsünlər. Sonuncu ailə üzvü isə aldığı fitrə zəkatını ailə üzvü olmayan başqa bir şəxsə versə yaxşı olar. ❓Sual: İnsan öz ata-anasına (onlar müstəhəqq olduqda) fitrə zəkatı verə bilərmi? 🏵Bütün müctəhidlərin rəyi: Ata-ana yoxsul olarlarsa, övladlar onların vacib xərclərini ödəməlidir və onlara fitrə zəkatı vermək olmaz. ❓Sual: Ata fitrə zəkatını ehtiyaclı olan tələbə övladına verə bilərmi? 🏵Bütün müctəhidlərin rəyi: Övladlar yoxsul olarlarsa ata-ana onların zəruri yaşayış xərclərini ödəməlidir. Amma fitrə zəkatından onlara verə bilməzlər.
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.