ru
Feedback
CERT.GOV.AZ

CERT.GOV.AZ

Открыть в Telegram

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi

Больше
754
Подписчики
+124 часа
+127 дней
+4030 дней
Архив постов
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir Cari ilin 6 may tarixində Milli Məclisin inzibati binasında İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirimişdir. Müzakirələrdə Koordinasiya Komissiyasının üzvləri daxili İşlər nazirinin müavini general-leytenant İsmət Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini general-leytenant Rəşad Həmzəyev, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini general-leytenant Zaur İsmayılov, Müdafiə Nazirliyinin baş idarə rəisi general-mayor Fərid Əliyev iştirak etmişlər. Ətraflı: https://scis.gov.az/az/news/view/207

XƏBƏRDARLIQ! Müəssisə və banklara aid bir çox konfidensial və fərdi məlumatlar bilmədən ifşa olunur. https://scis.gov.az/az/news/view/204/xebardarliq

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində aprel ayı üzrə növbəti canlı seminar başlayır. 2024-cü ilin tədbirlə
İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində aprel ayı üzrə növbəti canlı seminar başlayır. 2024-cü ilin tədbirlər planına əsasən Aprel ayı üzrə 26.04.2024-cü il tarixində saat 16:00-da başlanacaq canlı seminar "Miflər və həqiqətlər" mövzusuna həsr olunur. Məruzəçi: Nigar Babayeva - Prosol şirkəti, nüfüzetmə mütəxəssisi Canlı yayımların təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün bu keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak etmişdir https://scis.gov.az/az/news/view/203/

​​⚡️ ARAŞDIRMA Olympus Hasn't Fallen: GuLoader - Shellcode çatdırılma xidməti Prezident Administrasiyasını hədəf alan qabaqcıl zərərvericinin texniki analizi 🔗 https://mrl.cert.gov.az/az/articles/view/117

​​Zərərvericilərin Tədqiqatı Laboratoriyası (MRLab) təqdim edir: "Tusi Paleon UI" proqram təminatının ilk beta versiyası istifadəyə verildi https://mrl.cert.gov.az/az/news/view/21

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəs
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin AÇIQLAMASI TikTok sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılmışdır. Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik. Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir.

⚡️ARAŞDIRMA Təsdiqlənmiş kotirovka: CVE-2018-0798 boşluğunu istismar edən zərərli sənəd Dövlət qurumuna göndərilən zərərli ofis sənədinin texniki analizi https://mrl.cert.gov.az/az/articles/view/119

⚡️ARAŞDIRMA Təsdiqlənmiş kotirovka: CVE-2018-0798 boşluğunu istismar edən zərərli sənəd Dövlət qurumuna göndərilən zərərli ofis sənədinin texniki analizi https://mrl.cert.gov.az/az/articles/view/119

​​İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində mart ayı üzrə növbəti canlı seminar başlayır Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin 2024-cü ilin tədbirlər planına əsasən "İnformasiya təhlükəsizliyi təqvimi" layihəsi çərçivəsində MART ayı üzrə 28.03.2024-cü il tarixində keçirdiyi canlı seminarın mövzusu "Yaz təmizliyi" mövzusuna həsr olunur. Məruzəçi:      Günay Məmmədli - Defscope şirkəti, kibertəhlekəsizlik üzrə konsultant   Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar

​​XRİTDX-nin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edib üsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT mərkəzinin nümayəndələri OIC-CERT (Organization of İslamic Cooperation) Direktorlar Şurasının 2024-cü il üzrə keçirilən ilk iclasında iştirak etmişdir. Davamı...

XRİTDX-nin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edib İspaniyanın Barselona şəhərində keçirilən və 100 000-də
+4
XRİTDX-nin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edib İspaniyanın Barselona şəhərində keçirilən və 100 000-dən çox ziyarətçinin iştirak etdiyi MWC-2024 (Mobile World Congress) tədbiri çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri “Huawei" şirkətinin təşkilatçılığı ilə keçirilən “Qlobal hökumət və tənzimləyici qurumlar üçün dəyirmi masa forumu”na qatılmış, “Huawei” şirkətinin ümumi və xüsusi sərgi zallarında təqdim olunan yeniliklər və xidmətlərlə tanış olmuşlar. Ətraflı: https://scis.gov.az/az/news/view/190/

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində fevral ayı üzrə növbəti canlı seminar başlayır Xüsusi Rabitə və İnfo
İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində fevral ayı üzrə növbəti canlı seminar başlayır Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2024-cü ilin tədbirlər planına əsasən "İnformasiya təhlükəsizliyi təqvimi" layihəsi çərçivəsində Fevral ayı üzrə 23.02.2024-cü il tarixində saat 16:00-da başlanacaq canlı seminar "İnternetdən təhlükəsiz istifadə" mövzusuna həsr olunur. Məruzəçi: Rəşad Əliyev - YER Hosting Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi 2024-cü ilin təd
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi 2024-cü ilin tədbirlər planına əsasən "İnformasiya təhlükəsizliyi təqvimi" layihəsi çərçivəsində ilk canlı seminarını keçirmişdir. Yanvar ayı "Sosial mühəndislik və fişinq hücumlarından qorunma" mövzusuna həsr olunmuşdur. Məruzəçi: Elşad Xanışlı - Interprobe şirkətinin əməkdaşı Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar