cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

𝐒𝐚𝐮𝐝𝐚𝐝𝐞}•🦋

•{𝐓𝐚𝐧𝐫ı 𝐮𝐧𝐮𝐭𝐦𝐮ş 𝐨𝐥𝐬𝐚 𝐝𝐚,𝐬ə𝐧 𝐮𝐧𝐮𝐭𝐦𝐚}•❤️‍🩹

Больше
Азербайджан2 759Азербайджанский2 352Книги18 996
Рекламные посты
271
Подписчики
Нет данных24 часа
-27 дней
-1730 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
👍 1
Hə tarixə qızıl hərflərlə adını yazdıran şanlı Azərbaycan.. Bir parça quru torpağı bizə vətən edən Fətəli xanlar,Nəriman,Yusif,Əhməd,Mikayıl və adını saymadığım neçə-neçə bəylər,Rəsulzadələr,Elçibəylər.. Mahnıda deyilir ki,əsgər vətən əmanəti,yurd əmanəti..Heç vaxt başa düşmədim bunu mən.. Əsgər vətənin bizə əmanəti idi yoxsa bizləri vətən əsgərlərə tapşırmışdı..? Vətən məncə bizi onlara onları da bizə əmanət etmişdi,hər iki tərəf isə Allaha əmanət.. Qoruyun bizi,qoymayın düşmən tapdasın torpağımızı.. Qaytarın qız-gəlinlərin namusunu.. Qeyrətli oğullar əcdadlarının harayına yetib taxsınlar igidlik papaqlarını.. Qoy göy üzü mələklərə doysun.. Qoy bizim şəhidlərimiz olsun.. Bir gecədə əlli,qırx dörd gündə iki min yeddi yüz səksən dörd,min illər boyu milyon şəhid.. Neçə ailəyə od düşdü? Neçə gənc tarixdən kəsilib cəbhəyə yollandı..? Necə gənc cəbhədə tarix yazdı..? Generala can fəda deyib neçə könüllü cəbhəyə atdı özünü.. Ana-nənələrimiz namazlarında dua etdi övladlar üçün.. Adını bilmədiyimiz Əhmədlər,Rəşadlar,Nurlanlar və neçə milyon yaralı ürəklər.. Onlar qorudular bizi,Onlar bayrağa,əmanətə sahib çıxdılar.. Ancaq biz.. Biz bacarmırıq yaralarımıza sahiblənməyi,köz bağlamamış unuduruq,unutdururlar.. Müharibənin ortasında şəhidin şəklini paylaşanlar torpaqlar geri alınanda nə şəhid anasının yaralı ürəyindən,nə şəhid övladının körpə gözlərindən utanmadan bayram edir,Qarabağ qana boyananda bayrağa bürünüb yatanlar bir yana olur bayrağı çiynində gəzdirib pafoslu çıxış edənlər bir yana.. Hələ yeni ildə,novruz bayramında da unutmuruq ki,şəhid ailələrini.. Biraz sovqat yığıb paylaşırıq şəhid ailəsinə dövlət sahib çıxır deyərək.. Həmişəki kimi,məhəllədə nərd atan dayılar arasında qızğın müharibə gedir Putini Paşinyana,Paşinyanı Trumpa qatıb söyür,sağçıları,solçuları,federalları,demokratları,liberalları tənqid edib çıxış yolu axtarırlar.. Kimisi deyir kor siyasətə yem edilən avam xalqın zəif damarını tutub əllərində oynadırlar.. Kimisi Ukraynadan,Türkiyədən mədət umur.. Bəziləri deyir imkan olan kimi qaçım bu xarabadan.. Bəziləri pafoslu çıxışlarında yaltaqlıq edib deyirlər strategiya zəif olsaydı biz 50 yox 5000 şəhid verərdik,yəni rəqəmlərə baxın halınıza şükr edin.. Bir şeyi bilirəm ki,bizlər Vətənpərvər deyilik.. Bizlər borcluyuq Vətənə.. Hamı hər şeyi danışacaq.. Elə mən də hamı kimi çox söz deyəcəm araya zaman girəcək yaralar köz bağlayan kimi yenə xatırlatma olacaq.. Mitinqlər,qarşıdurmalar,axmaq siyasi söhbətlər,partiyalar arası münaqişlər.. Hələ çox söz danışılacaq.. Amma On milyon dəfə deyilən Vətən sağ olsun,kaş atam sağ olardı deyən körpənin qarşısında aciz qalacaq.. @moon1overr
Показать все...
👍 1
Фото недоступноПоказать в Telegram
Bir neçə saat sonra səhər açılacaq və biz 3il əvvəli təkrar yaşayacağıq.Səfərbərlik,generalın şəhadətinə qarşı xalqın ayağa qalxması,dəmir yumuruqda birləşmə,ocağlara düşən od,analarım fəryadı ataların qubar etmiş ürəyi,qız- gəlinlərin harayı,yetim qalan körpələr və ardı-arası kəsilməyən şəhid xəbərləri.Günlər keçdikcə,torpaqlarımızı tək-tək qanları ilə geri qaytaran qəhrəmanların sayı artacaq.Xəbərlərdə spikerlər göz yaşları içində bir yandan şəhid xəbəri verib bir yandan əziz Fizuli,Şuşa,Ağdam,Laçın,Kəlbəcər,Qubadlı,Ağdərə sən azadsan deyəcək..Və bizlər özümüzü Çingiz Mustafayevin "Vətənim kimiyəm həm qürurlu həm yaralı biriyəm" dediyi yerdə göz yaşları içində tapacağıq..Aradan illər keçəcək və bu torpağların hər qarışında bir şəhidin dastanı dillərə əzbər olacaq.Bu torpağlardan daha çox Albertlər,Poladlar,Mübarizlər,Xudayarlar,Cəbrayıllar,Ariflər,İsmətlər çıxacaq...Allah cəmi şəhidlərimizə rəhmət eləsin.Rəsulzadə əmanəti bayraq sizin çiyinlərinizə tabutlarınızdan daha çox yaraşırdı axı..🥀
Показать все...
👍 1
00:30
Видео недоступноПоказать в Telegram
7.34 MB
👍 1
Фото недоступноПоказать в Telegram
👍 3
Фото недоступноПоказать в Telegram
1
00:12
Видео недоступноПоказать в Telegram
5.83 KB
Ulduzlu səma altında bərq vuran dalğaların həzin melodiyası🦋💦🌊
Показать все...
6.27 MB
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.