cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

İctimai TV

İctimai TV-nin rəsmi teleqram kanalı ölkədə və dünyada baş verən aktual, ictimai-siyasi əhəmiyyətli xəbərləri və şərhləri operativ və tərəfsiz olaraq sizlərə çatdırır! Email: [email protected]

Больше
Рекламные посты
21 428
Подписчики
-6424 часа
-2027 дней
+1 83230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

⚡⚡Paytaxtın 25, 81 və 203 nömrəli tam orta məktəblərdə aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları vəzifələrindən azad edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, yoxlamalar zamanı 25 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərnəklərin fəaliyyəti düzgün təşkil edilmədiyi və məktəb sənədlərinin qaydalara uyğun tərtib olunmadığı müəyyən edilib. Eyni zamanda texniki işçinin əməkhaqqından digər işçilərə ödəniş verildiyi aşkarlanıb. 81 nömrəli tam orta məktəbdə dərsə davamiyyətin zəif olması, dərnəklərin tədris edilmədiyi, zəruri dərs saatlarının bölünmədiyi, fərdi təhsilin düzgün aparılmadığı məlum olub. Məktəbdə eyni zamanda kiçik xidmətedici işçilərin öz vəzifələrini icra etmədikləri, təsərrüfat işləri üzrə direktor müavininin uzun müddət onun tabeliyində gözətçi işlədiyi aşkar edilib. 203 nömrəli tam orta məktəbdə aparılan yoxlamalara gəlincə, müəyyən edilib ki, dərsdənkənar məşğələlər düzgün təşkil edilməyib, məktəb sənədləri qaydasında deyil. Həmçinin təsərrüfat işləri üzrə direktor müavininin həyat yoldaşının onun tabeçiliyində ocaqçı vəzifəsində çalışdığı, texniki işçilərin gündəlik davamiyyətinin olmadığı və təhsil müəssisəsində repetitorluq fəaliyyətinin olduğu müəyyənləşdirilib. Bizi Facebookda izləyin
Показать все...
1
❗️Yeni Kaledoniyada baş verənlər Qərb liberal demokratiyasının saysız-hesabsız cinayətlərinin təzahürlərindən biridir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, Yeni Kaledoniyadakı vəziyyəti Rusiya XİN-in mayın 18-də şərh etdiyini xatırladıb: “Bəli, biz daxili işlərə qarışmırıq, onu şərh etmirik. Lakin çoxlu sualları nəzərə alaraq və ən başlıcası Qərbin demokratiya, azadlıq kimi tezislərlə manipulyasiyasının sistemliyini nəzərə alaraq bu suallara cavab veririk. Yeni Kaledoniyadakı faciəvi hadisələr köhnə ziddiyyətlərin və onun köklü əhalisinin vəziyyətlərindən narazılıqlarının artması nəticəsində ortaya çıxıb. Biz Yeni Kaledoniyadakı ictimai-siyasi böhrana onun və ümumilikdə dünyada dekolonizasiya prosesinin başa çatmamasının nəticəsi kimi baxırıq. Bu, bir daha onu təsdiq edir ki, Fransanın keçmiş müstəmləkələrinə münasibətdə siyasəti dalana dirənib”.
Показать все...
‼️‼️Azərbaycanda təhsilverənlərin etik davranış prinsipləri müəyyənləşib. Təhsilverənlərin xidməti davranış qaydalarına əsasən, icra və əmək intizamına riayət edilməli, üzrsüz səbəbdən işdən yayınma olmamalıdır. Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. Həmçinin birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, təhsilverən onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir. Təhsilverən xidməti vəzifəsinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və s. tələb və ya qəbul etməməlidir. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını, eləcə də nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir. Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir. Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Təhsilverən dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir. Qərara görə, həmçinin, müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.
Показать все...
Показать все...
Azərbaycan beynəlxalq məhkəməyə üz tutacaq

Bizi İzləyin: Whatsapp:

https://whatsapp.com/channel/0029Va8QgvE5fM5Yy1EyAy0K

Facebook:

https://www.facebook.com/ictimai.tv/

Instagram:

https://www.instagram.com/ictimaitv.official/

Teleqram:

https://t.me/tvictimai

Sayt:

https://itv.az/

Copyright © İCTİMAİ TV #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

‼️‼️Azərbaycan-İran münasibətlərinin normallaşması bütövlükdə Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət təsir göstərəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Moskva Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görür: “Xüsusilə bu məntiq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə işimizdə öz əksini tapıb. Biz Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbaycan-İran dialoq formatı çərçivəsində, həmçinin “3+3” məşvərətçi regional əməkdaşlıq platforması çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik. Xatırladım ki, bura Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan daxildir. Biz əminik ki, regional oyunçuların özləri kənar müdaxilə olmadan mövcud problemlərin həlli yollarını axtarmalıdırlar. Bunun üçün müvafiq müsbət təcrübə var və biz buna arxalanmalıyıq”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Показать все...
‼️‼️Rusiyanın ordusunun gün ərzində Xarkovu S-300 raketləri ilə hədəfə alması nəticəsində 7 nəfər ölüb, 16 nəfər yaralanıb. Vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov şəhər meri İqor Terexovla birgə mətbuat konfransında bildirib ki, hava reydi zamanı mülki infrastruktura ciddi ziyan dəyib, habelə bir mətbəənin binası yararsız hala salınıb.
Показать все...
Emoməli Rəhmon Azərbaycan prezidentini Tacikistana səfərə dəvət edib. O, rəsmi Düşənbənin Bakı ilə münasibətlərin inkişafına nikbin baxdığını qeyd edib.
Показать все...
Фото недоступноПоказать в Telegram
Norveç Rusiyadan gələn turistlərin ölkəyə girişini qadağan edib Norveç hökuməti ruslara turizm və digər “vacib olmayan” məqsədlərlə ölkəyə səfər etməyi qadağan edib. Belə şəxslərin Skandinaviya ölkəsinin ərazisinə girişi mayın 29-dan etibarən bağlanacaq. İstisnalar yaxın qohumlarını (valideynləri, həyat yoldaşları, birgə yaşayanlar və uşaqları) ziyarət etmək üçün səyahət edən, həmçinin iş və ya təhsil məqsədi ilə Norveçə və ya digər Şengen ölkəsinə göndərilən Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Norveçə giriş məhdudiyyəti həm Norveç tərəfindən 2022-ci ilin yazından əvvəl verilmiş vizası olanlara, həm də digər Şengen ölkələri tərəfindən verilmiş viza sahiblərinə şamil ediləcək.
Показать все...
Azərbaycanda mayın 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 21-26° isti olacaq. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı bildirilir.
Показать все...
Prezident İlham Əliyev: Transxəzər nəqliyyat dəhlizi Avropa və Mərkəzi Asiya üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Təbii ki, bizim müzakirə etdiyimiz (Tacikistan Prezidenti ilə - red.) mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq.
Показать все...