ru
Feedback
İnnab Business Review

İnnab Business Review

Открыть в Telegram

Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz

Больше
856
Подписчики
Нет данных24 часа
-27 дней
-530 день
Архив постов
🌺 Əgər bir qadın yetərincə əzmli, qərarlı və bacarıqlıdırsa, edə bilməyəcəyi heç bir şey yoxdur. -Helen Lawrenson Elə isə si
🌺 Əgər bir qadın yetərincə əzmli, qərarlı və bacarıqlıdırsa, edə bilməyəcəyi heç bir şey yoxdur. -Helen Lawrenson Elə isə siz Innab Business School- un qadınlara özəl təşkil etdiyi endirim kampaniyasından yararlana bilərsiniz. "Beynəlxalq Qadınlar Günü" münasibətilə 5-8 mart tarixlərində qeydiyyatdan keçən xanımlara Data Analitika, Münasibat uçotu və 1C, Excel, SQL, Python təlimləri üzrə YAŞINIZ QƏDƏR ENDİRİM ediləcək! Vaxt ötür elə indi tələsin! Yalnız 8 martda deyil, sonsuza qədər Innab ailəsinin üzvü olun🙃 __________________________ 📲 (+994 50) 290 61 21 📲 (+994 50) 299 61 21 ☎️ (012) 465 20 71 ✉️ contact@innab.org 📌 Nərimanov rayonu, Fətəli Xan Xoyski 118A, Talessemiya mərkəzinin yanı, Nərimanov və Gənclik metrolarının arasında. #innab #dataanalitic #excel #python #mühasibatlıq #SQL

photo content

CV və Resumenin fərqi nədir? Əminik ki, bir çox insan CV və Resume'nin eyni məna kəsb etdiyini düşünür. Amma, təxmin etdiyiniz kimi elə deyil. Belə ki, iş axtaranlar CV və Resume arasındakı fərqlə çox vaxt qarşılaşırlar. Hər iki sənədin məqsədi eynidir - müəyyən bir vəzifəyə namizədlərin seçilməsi. Buna baxmayaraq, CV və Resume bir neçə cəhətdən fərqlənir. Ümumi bir inanc, İngiltərədə bir CV(Curriculum Vitae)-nin istifadə edildiyi, ABŞ-da isə resumenin işlənməsi olsa da, lakin bu tək fərq deyil. CV – təhsil və iş barədə daha dərin məlumatların verildiyi, insanın peşə həyatının hərtərəfli təfərrüatlarını ehtiva edən bir sənəddir. Bu sənədin ölçüsü 3 və daha çox səhifədən ibarətdir. CV'də iş təcrübəsinə də bir o qədər diqqət ayrılır. Bir CV müəyyən vəzifələri yerinə yetirmək üçün tələb olunan şəxsin qabiliyyətlərinə daha çox diqqət yetirməyə meylli sənəddir. Resume'ə gəldikdə isə CV-ə nisbətən daha qısa və az təsvirli olur. Belə ki, resume, bir və ya iki səhifədə ibarət olub, bacarıqlarınızı, təcrübənizi və təhsilinizi ümumiləşdirdiyiniz bir formatdır. Resume ilə siz oxucuya qısa müddətdə sizin haqqınızda məlumat əldə etməyə imkan verirsiniz. Daha faydalı məlumatlar üçün bizi izləməyi unutmayın. #CV #Resume #INNAB #INNABKaryeraMərkəzi #INNABBusinessSchool #INNABCareerCenter #İş

"Simyacı" kitabının adını eşitməmiş olmazsınız. Həmin kitabdan danışılan bir hekayədən sizə bəhs edək.. Bir tacir xoşbəxtliyin sirrini öyrənmək üçün oğlunu insanların içərisində ən müdrik insanın yanına göndərmək qərarına gəlir. Oğlu 40 gün yol getdikdən sonra bir təpəyə çatır və həmin təpədə gözəl bir imarətgah görür. Həmin müdrik burada yaşayırdı. Oğlan imarətgaha girdikdə təəccüblü bir mənzərə ilə qarşılaşır: insanlar söhbət edir, orkestra musiqi çalır və dünyanın dörd bir yanından gəlmiş ləzzətli yeməklər masanın üstündə durur. Müdrik hərkəslə sıra ilə danışmağa başlayır və gəncə sıra gəldikdə 2 saat keçmiş olur və müdrik gəncin problemini öyrənir lakin xoşbəxtliyin sirrini ona izah edəcək vaxtı olmadığını deyib 2 saat sonra yenidən gəlməsini məsləhət görür və gəncə bir qaşıq verir, həmin qaşığa 2 damcı yağ əlavə edir və qaşıqla sarayda gəzməsini tənbeh edir. Lakin yağı tökməməsi şərt ilə. Gənc sarayı gəzir, pilləkənləri enib qalxdıqda çətin vəziyyətlə qarşılaşsa da qaşıqdakı yağı tökmədən müdrikin yanına gəlir və müdrik ona suallar verir: on ildir üstündə əziyyət çəkdiyimiz bağçanı gördünüz mü? Kitabxanada olan qədim kitabları və xalçaları fərq etdiniz mi? Utanan gənc heç bir şey görmədiyini etiraf edir və müdrik bunun qarşılığında isə "Get, sarayımızı gəz" və qeyd edir ki "oturduğu evi tanımadan kiməsə güvənə bilməzsən" deyir və yenə qaşığı oğlana verir. Oğlan bu dəfə sarayı daha rahat şəkildə ətrafı gəzir və divarlarda asılmış şəkillərə diqqət edir. Bütün bunları həzz alaraq edir və müdrikin yanına qayıdır bu dəfə isə müdrik ona əmanət etdiyi qaşıqdakı yağı tökdüyünü deyir. Müdrik oğlana baxıb və deyir sənə verə biləcəyim sadəcə bir məsləhət var: "Xoşbəxtliyin sirri dünyanın bütün gözəlliyini görməkdir lakin qaşıqdakı 2 damcı yağı unutmadan" Hekayədə də bizə anlatıldığı kimi balansı qoruya bilmək vacibdir. Əgər sadəcə nəticəyə odaklansaq, ruhunu bəsləyəcək gözəllikləri qaçıracağıq. Təəsüf ki, bizlər bəzən ya işlərə çox vaxt sərf edir ya da əyləncəmizə düşkün olub balansımızı qoruya bilmirik. Hazırladı: Eanid

📢"Praktiki Vergi uçotu" təlimində; ✅ İştirakçılar vergi qanunvericiliyini praktiki nümunələr əsasında və BTP proqramında tət
📢"Praktiki Vergi uçotu" təlimində; ✅ İştirakçılar vergi qanunvericiliyini praktiki nümunələr əsasında və BTP proqramında tətbiq etməklə öyrənəcəklər. Təlim 0-dan başlayaraq tədris olunacaq. 🔻Qeydiyyat linki: http://innab.org/qeydiyyat/ 👋Rəy bölməsində suallarınızı və fikirlərinizi bizimlə bölüşə bilərsiniz. ______________________ Daha çox məlumat üçün: 📲 (+99450)2906121/(+99450)2996121 ☎️ (012)4652071 ✉️ contact@innab.org 📌 Nərimanov rayonu, Fətəli Xan Xoyski 118A (Talassemiya mərkəzinin yanı. Gənclik və Nərimanov metrolarının yaxınlığı)

📣1 AYDA 1C ÖYRƏN! "İnnab Business School" tərəfindən təşkil olunan tam praktiki "1C" təliminə elə indi qoşulun, müəssisə və
📣1 AYDA 1C ÖYRƏN! "İnnab Business School" tərəfindən təşkil olunan tam praktiki "1C" təliminə elə indi qoşulun, müəssisə və təşkilatlarda 1C ilə bağlı işləri sərbəst icra edin. Qeyd: İlkin maliyyə və mühasibatlıq bilikləri tələb olunur. 📋 Təlimin detalları haqqında ətraflı məlumat əldə etmək üçün şərh bölməsinə “+” deyə qeyd edə və ya bizə mesaj bölməsində yaza bilərsiniz. _________ 📲 (+994 50) 290 61 21 📱 (+994 50) 299 61 21 ✉️ contact@innab.org 📍 Nərimanov rayonu, Fətəli Xan Xoyski 118A #innab #1C #mühasibat #mühasibatlıq #pesekar #ixtisasartırma #accounting

Kintsugi (Kintsukuroi) metodu Japonların 600 ildir istifadə etdiyi bu metod - hər hansı bir qırılan əşya olduqda əşyaların təmir etməsinə verilən addır. Bu metoda yenidən varolma, düzəltmə sənəti də deyə bilərik. Lakin bir məsələ var ki, həmin əşyaları birləşdirərkən yapışdırıcı yerinə qızıldan istifadə edirlər. Bəs buna səbəb nədir? Həmin qırılan əşyanı zibil qutusuna da atıla bilərdi? Bir kənarda gözdən düşmüş şəkildə dura da bilərdi? Buna səbəb həmin qırılan və qüsurlu olan bu əşya qızılla təmir edildikdə əvvəlki dəyərindən daha çox dəyərli bir hal aldı. Yəni bu o deməkdir, bambaşqa şəkildə və yenidən var oldu.Bəzi insanlar işdə bir çox qüsurlu hərəkətlərindən ötrü özlərini dəyərsiz hiss etdiyi anlar olur. Sözsüz ki, bu kimi məsələlər müdiriyyətin gözündən qaçmır. Həmin anda ya işçini qovmalı ya da yollarına həmin şəxslə davam etməlidirlər. Bu zaman Kintsugi metodu ilə hərəkət edən müdiriyyət işçisinə yeni bir dəyər qatır və işçini yeniden qazanaraq bambaşqa bir işçi ortaya çıxarır. Həmin işçi isə qüsurlarını saxlamaq yerinə onu qəbul edib yoluna davam edir. Mükəmməl deyilsiniz lakin dəyərlisiniz! Hazırladı: Eanid

Uğurlu iş axtarışı necə olmalıdır? Tələbələrin və yeni məzunların qarşılaşdığı ən böyük problemlərdən biri iş axtarma prosesidir. Gəlin bu proses zamanı nələr edə biləcəyiniz ilə bağlı bəzi nüanslara toxunaq: Fokuslanın: Sizi ümidsizliyə sürükləyən şeylərdən şikayət edə bilərsiniz, lakin unutmayın ki, həyat davam edir. Buna görə bilik və bacarıqlarınızı, xəyallarınızı geri plana atmayın. Özünüzü motivasiyada saxlayıb, daima məqsədlərinizə fokuslanın. Neqativ fikirlərdən uzaq durun: Cv göndərirəm, heç birindən geri dönüş almıram yaxud müsahibəyə çağırıldım sonra bir də zəng etmədilər və.s kimi fikirlərdən uzaq durun. Bu düşüncələri bir kənara qoyub hədəflərinizə fokuslanın. Qarşınıza çıxan hər vakansiyaya CV-nizi göndərməyin: Nə iş olsa edərəm düşüncəsi qarşı tərəfə nə istədiyini bilməyən, tək dərdi iş tapmaq olan bir namizəd olduğunuzu göstərə bilər. Bu əslində 'müraciət edirəm amma geri dönmürlər' şikayətinə bir cavabdır. Bacarıqlarınıza uyğun vakansiyalara CV-nizi göndərməyiniz məsləhətlidir. Bir neçə karyera platformalarını izləyin: İş axtarma prosesində sadəcə bir səhifə və ya saytı izləməyin. Vakansiyalardan xəbərdar olmaq üçün iş elanlarının olduğu karyera platformaları ilə yanaşı, daima şirkətlərin sosial media hesablarını da izləyə bilərsiniz. Daima özünüzü inkişaf etdirin: İş axtarma prosesində boş vaxtlarınızı fürsətə çevirib, dəyərləndirin. İştisaslaşmaq istədiyiniz yöndə seminarlara qatıla, kurslara yazıla bilərsiniz. Ən azından digərlərindən bir addım öndə olacaqsınız. Yardım istəyin: İş axtarma prosesində peşəkar bir kollektivə həmişə ehtiyac var. INNAB Karyera Mərkəzi olaraq təklif etdiyimiz fürsətlərə bir göz atın deyirik) #INNAB #INNABKaryeraMərkəzi #İnkişaf #Uğur #Career #Progress #İş #Ish

photo content

Növbəti həftə peşəkar VBA təlimçisi Şəhla Məmmədovanın təqdimatında yeni qrupumuz təlimlərə başlayır. Əgər siz də Exceldə VBA vasitəsilə prosesləri təkmilləşdirmək, daha az vaxtla daha çox iş görmək istəyirsinizsə bu təlimə qoşula bilərsiniz. Təlimə elə indi qoşul, 5% endirimdən faydalan! Qoşulmaq və ya ətraflı məlumat əldə etmək üçün 050 290 6121 nömrəsinə yaza və ya zəng edə bilərsiniz. #innab #vba #BilikPaylaşdıqcaArtar

Könüllü Təlim Koordinatoru tələb olunur. INNAB MMC-yə təlim koordinatoru olaraq məsuliyyətli, müştəriyönümlü könüllü gənclər tələb olunur. Tələblər: - Təhsil: Ali və ya natamam ali - İş təcrübəsi: Könüllü olaraq təcrübənin olması üstünlükdür - Dil biliyi: İngilis dili biliyi üstünlükdür - Çalışqan, işində dəqiqlik. - İş haqqında məlumat: - Təlimin təşkili və qrupların davamiyyətinə nazərətə köməklik. - İş qrafiki: Sərbəst Maraqlanan gənclər CV-ni “Könüllü Təlim Koordinatoru” başlığı ilə hr@innab.org ünvanına göndərə bilərlər.

Jurnalistika fakultəsinin məzunlarına şad xəbər! INNAB Təlim Mərkəzinə "PR könüllü (ödənişli)" tələb olunur. Namizədə tələblər: - Təhsil– ali və ya natamam ali (tələbələr də müraciət edə bilər) - PR üzrə təcrübəsinin olması arzuolunandır - İngilis dili üzrə biliyi arzuolunandır - Şirkətin partnyorları, müştəriləri və mətbuatla produktiv münasibətlər qurma bacarığı - Ünsiyyət və dinləmə bacarıqları, düzgün sual verə bilmək, təmkinli və kreativ olmaq İş haqqında məlumat: - Aylıq videoların çəkilməsinin təşkili - Aylıq və həftəlik kontentlərin hazırlanması - Sosial şəbəkələrdə yeni trendlərin araşdırılması - Kütləvi informasiya vasitələri ilə ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkili - Şirkətin korporativ imici üzrə strategiyaların hazırlanmasına dəstək - PR büdcəsinin və kompaniyalarının hazırlanmasına dəstək - Brifinq və konfransların təşkili, tədbirlər və sərgilərdə iştirak - Sorğuların keçirilməsi və analizi - İş qrafiki- sərbəst - Könüllülük müddətində namizədə ödəniş ediləcək Tələblərə uyğun namizədlər mövzu hissəsinə “PR könüllü“ qeyd etməklə CV-ni hr@innab.org ünvanına göndərə bilərlər.

Full stop, period, point, dot İngilis dilindəki bu sözlərin hamısı "nöqtə" mənasını verir. Bəs fərqləri nədir? ⏺️"Full stop" Britaniya ingiliscəsində, "period" isə amerikan ingiliscəsindədir. Cümlənin sonunda, abreviaturalarda istifadə olunan işarədir. 🌐"Dot" veb-saytların adını oxuyarkən istifadə olunur. www.innab.org - www dot innab dot org 🔢 "Point" onluq kəsrləri oxuyarkən istifadə olunur. 14.17 - fourteen point one seven Hazırladı: Madam Helpful 📢 İngilis dili kursuna qeydiyyat davam edir. 📲 (050)2906121 ☎️ (012)4652071 ✉️ contact@innab.org 📌 Fətəli Xan Xoyski 118A (Talassemiya mərkəzinin yanı. Gənclik və Nərimanov metroları yaxınlığı.)

Ringelmann effekti 1913-cü ildə fransız kənd təsərrüfatı mühəndisi Max Ringelmann insanlar üzərində maraqlı müşahidə apardı. O, insanlardan əvvəlcə tək-tək, sonra isə birlikdə kəndiri dartmağı xahiş etdi. Bu zaman o müşahidə etdi ki, insanlar qrup şəklində kəndiri dartarkən daha az səy göstərirlər. Beləliklə, Ringelmann effekti komanda böyüdükcə fərdi məhsuldarlığın zəifləməsini ifadə edir. Bu, bir çox şirkətlərdə rast gəlinən tendensiyadır. Bizə əksər hallarda böyük qrupların daha çox nəticə əldə etdiyini öyrədirlər. Məktəbdə, işdə daha böyük hədəflərə nail olmaq üçün komandalar təşkil edirik. Komanda böyüdükcə daha çox işin icra olunacağını düşünürük və bir çox hallarda, həqiqətən, belə olur. Amma bəzən Ringelmann effekti özünü büruzə verir. Komanda böyüdükcə üzvlərin fərdi performansını dəyərləndirmək çətinləşir. Əgər sizin işləyib-işləmədiyinizi heç kəs müşahidə etmirsə, onda ən asan yol heç nə etməməkdir. Nəticə etibarilə, başqası işlədiyi üçün iş icra olunur. Hətta frilans işləyənlərdə də bu effekt müşahidə oluna bilər. Layihə təkbaşına icra olunursa, mütləq işləmək lazımdır, əks halda iş icra olunmayacaq. Amma layihə üzərində başqaları ilə birlikdə işləyərkən təzyiq azalır. Layihə uğursuz olsa belə, bu, heç də sizin səhviniz deyil. Beləliklə, məsuliyyət az olanda işləməyə motivasiya da azalır. Ayrı-ayrı işlərin icrası zamanı Ringelmann effekti az hiss oluna bilər. Amma bu, ümumilikdə şirkətin məhsuldarlığına təsir edir. Layihələrin effektivliyi azalır, məsuliyyət tarazlığı pozulur. Şirkətlə yanaşı hər bir fərd də bunun təsirini hiss edir. Bəziləri işləmədiyi halda digərləri daha çox işləməli olur və bu, onların əhvalına təsir edir. Lakin heç bir iş görmədən əməkhaqqı alanlar da mənfi təsirlərdən kənarda qalmırlar. Növbəti layihələr zamanı ilk ağla gələn şəxslər onlar olmadığı üçün karyera yüksəlişinə nail ola bilmir, yeni bilik və bacarıqlar öyrənməkdən məhrum olurlar. Beləliklə, onlar da işdə özlərini məmnun hiss etmirlər. Nəzərə almaq lazımdır ki, bütün işləri təkbaşına icra etmək mümkün deyil. Fərqli fikirlərə, fərqli bacarıqlara ehtiyac duyulur. Bəs komanda üçün ideal say neçədir? Hansı nöqtədən sonra məhsuldarlıq zəifləyir? “Amazon”un baş icraçı direktoru Ceff Bezos kimi çoxları “2 pizza qaydası”ndan istifadə edir. Əgər komandanı 2 pizza ilə doydurmaq mümkün deyilsə, deməli, say çoxdur. Komandada üzvlərin optimal sayı 3-9 arasıdır. Amma Ringelmann müşahidə etmişdi ki, bir şəxs hətta başqa bir şəxslə işlədikdə belə, onun səyləri azalır. Doğrudur, istənilən komandanın tərkibində fərdi məhsuldarlıq zəifləyir. Amma tamamilə komandasız işləmək də qeyri-realdır. Ringelmann effektinin qarşısını almaq üçün bir sıra üsullar var. Bu üsullardan biri “sosial asanlaşdırma”dır. Belə ki başqaları bizi müşahidə edəndə biz fərqli davranırıq. Komanda daxilində hər kəsin töhfəsinə diqqət yetirilsə, hər kəsin daha yaxşı nəticə gösətərmək üçün motivasiyası olar. Digər bir üsul isə hər kəsə əvəzolunmaz olduğunu hiss etdirməkdir. Hər bir komanda üzvü üçün hədəflər müəyyən olunsa, həmin hədəflərə nail olmadan işlər yarımçıq qalacağı üçün hər kəs layihənin uğurunun ondan asılı olduğunu düşünər və səylə çalışar. Sadəcə əyləşib başqalarının işləməsini izləmək asandır, amma asan həyat heç də xoşbəxt həyat deyil. Hazırladı: Madam Helpful

İngilis dilində ölkə və xalqlarla bağlı ifadələr 1. Go Dutch (with somebody) – restoranda hesabı bölüşmək • Sally said she wouldn’t let her friend pay for her meal. She prefers to go Dutch. – Sally dedi ki, yemək hesabını dostunun ödəməsinə icazə verə bilməzdi. O, hesabı bölüşməyə üstünlük verir. 2. Talk for England –çox danışmaq • I’m so sorry I’m late. I couldn’t get away from Linda. She can talk for England! – Gecikdiyim üçün üzr istəyirəm. Lindadan ayrıla bilmirdim. O, çox danışır. 3. Pardon my French – nalayiq ifadə üçün üzr istəyirəm 4. Take French leave –işi icazəsiz tərk etmək • The driver took French leave. – Sürücü işi icazəsiz tərk etdi. 5. It’s all Greek to me – heç bir şey anlamamaq • I tried to watch a TV show about physics last night, but I gave up. It was all Greek to me. – Dünən fizika haqqında televiziya proqramına baxmağa çalışdım, amma vaz keçdim. Heç nə anlaya bilmədim. 6. Mexican standoff – narazılıq, fikir ayrılığı • There seems to be a Mexican standoff in the talks as neither the buyer or seller can agree on a price. – Görünür, alıcı və satıcı qiymətdə razılığa gələ bilmədikləri üçün danışıqlarda fikir ayrılığı var. 7. Chinese whispers- şayiə • All this talk about the President resigning is just Chinese whispers.– Prezidentin istefası haqqında danışılanların hamısı sadəcə şayiədir. Hazırladı: Madam Helpful

İngilis dilində zaman bildirən abreviaturalar 1) a.m. /eɪˈem/ (latınca “ante meridiem” – günortadan əvvəl) - gecə saat 12-dən gündüz 12-ə qədərki müddəti ifadə edir. 🕘 Work starts at 9 a.m. – İş saat 9-da (səhər) başlayır 2) p.m. /piːˈem/ (latınca “post meridiem” – günortadan sonra) - gündüz saat 12-dən gecə 12-ə qədərki müddəti ifadə edir. 🕑 The meeting starts at 2 pm. – İclas saat 2-də (günorta) başlayır. 3) B.C. /ˌbiː ˈsiː/ (Before Christ – Məsihdən əvvəl) – bizim eradan əvvəl • 300 BC – e.ə. 300-cü il 4) A.D. /ˌeɪ ˈdiː/ (latınca “Anno Domini” – Məsihin ilində) - bizim era • the first century AD – bizim eranın I əsri Amerikan ingiliscəsində bu abreviaturaların yazılışında nöqtədən istifadə olunsa da, Britaniya ingiliscəsində istifadə olunmur. Hazırladı: Madam Helpful

Kobra effekti “Kobra effekti” termini elmə almaq iqtisadçı Horst Siebert tərəfindən gətirilib və təklif edilən həll yolunun problemi daha da böyütməsini ifadə edir. Hindistan Britaniya tərəfindən idarə edildiyi dövrdə zəhərli ilanların sayını azaltmaq üçün ölü kobra gətirən vətəndaşlara mükafat verilirdi. İlk dövrlərdə bu həll üsulu effektiv olsa da, bir müddət sonra əks təsir göstərdi. Belə ki, vətəndaşlar daha çox mükafat almaq üçün kobra yetişdirməyə başladılar. Bunu anlayan hökumət mükafatı dayandırdı. Nəticədə, artıq mükafat verilmədiyi üçün vətəndaşlar yetişdirdikləri kobraları öldürmədən küçələrə buraxdılar və əvvəlkindən də pis vəziyyət yarandı. Belə hallara biznesdə də rast gəlinir. ABŞ-də Wells Fargo şirkəti işçilərin daha çox satış etməsi üçün kvota müəyyənləşdirmişdi. Sonradan işçilərin 2011-2016-cı illər ərzində müştərilər üçün 3,5 milyon cari hesab və 560 000 kredit hesabını qeyri-qanuni yolla açdığı məlum oldu. Nəticədə şirkət külli miqdarda cərimə ödəməli olmuşdu. Airbus şirkəti isə təyyarələrin içərisindəki səsi azaltmaqla daha sakit uçuş təcrübəsi yaratmağa çalışmışdı. Lakin bunun nəticəsində sərnişinlər və pilotlar başqalarının söhbətini, uşaqların ağlamasını daha çox eşitmiş və bundan məmnun olmamışdılar. İş yerlərində rəhbər şəxslərin qaydaları sərtləşdirərək işçilərin iş saatlarını artırması da əks təsir göstərir. Belə ki işçilər iş saatlarında başqa işlərlə məşğul olmağa başlayır, məhsuldarlıq zəifləyir və xərclər artır. Buna görə də mövcud proses və prosedurlara dəyişikliklər etməzdən əvvəl aşağıdakıları nəzərə almaq lazımdır: • Təklif edilən dəyişikliklərlə bağlı müxtəlif struktur bölmələrdən və müştərilərdən rəy almaq; • Uzunmüddətli nəticələrin nə olacağını araşdırmaq; • Tətbiq etməzdən əvvəl yoxlamaq və yenidən nəzərdən keçirmək. Hazırladı: Madam Helpful

Skin 🆚 leather İngilis dilindəki "skin" və ""leather" sözlərinin hər ikisi dilimizə "dəri" kimi tərcümə olunsa da, mənaca fərqlənirlər. ✔️ "Leather" material mənasında "dəri" deməkdir və sayılmayan isimdir (uncountable noun). 👢 Leather boots - dəri çəkmələr "Süni dəri" mənasında isə "pleather" sözündən istifadə olunur. ✔️ "Skin" sözünün isə əsas mənaları aşağıdakılardır: 1️⃣ İnsan və ya heyvan dərisi 🐍 As it grows, a snake will regularly shed its skin. - İlan böyüdükcə mütəmadi olaraq dərisini dəyişir. 👐The skin on his hands was dry and rough. - Onun əllərinin dərisi quru və kobud idi. 2️⃣ Meyvənin qabığı. Bu mənada "skin" sözünün sinonimi "peel" sözüdür. 🍌 banana skin/peel - banan qabığı Hazırladı: Madam Helpful