ru
Feedback
Science Arc

Science Arc

Открыть в Telegram

🔬Elmi məqalələr 📍 Xaricdə təhsil/karyera 📡Texnologiya ⏳Maraqlı faktlar 🔭Şəxsi inkişaf Digər platformalar: 🔍https://sciencearc.com 💡Facebook: ScienceArc 🎙Instagram: sciencearc.blog 🎬YouTube: https://www.youtube.com/c/AliyarAzimov Əlaqə: @azmff

Больше
1 050
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
⛰️ Bu gördüyünüz yer Şri Lankanın Dambulla ərazisinin yaxınlığında yerləşən Sigiriya qayalığıdır. Onun adı təxminən 200 metr
⛰️ Bu gördüyünüz yer Şri Lankanın Dambulla ərazisinin yaxınlığında yerləşən Sigiriya qayalığıdır. Onun adı təxminən 200 metr hündürlükdə yerləşən böyük qaya sütununun tarixi və astreoloji əhəmiyyəti ilə bağlıdır. 📢 Rəvayətə görə Kral Kasyapa tərəfindən bura paytaxt elan edilmiş və onun sarayı burada tikilmişdi. Sarayın ətrafında isə şir formalı keçidlər qurulmuşdu. Sigiriyanın adı da Şir Qayası mənasını verən Sıhāgiri sözündən əmələ gəlmişdir. Kralın ölümündən sonra bu qaya tərk edildi. XIV əsrə qədər isə Buddist monstrı kimi istifadə olunmuşdu. 🗓️ Sigiriya 1982-ci ildən etibarən YUNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil dilib. Bu qədim ərazi hətta bir çox elm adamı tərəfindən dünyanın 8-ci möcüzəsi kimi də qəbul edilir.

🎯 Məşhur “Şrek” cizgi filminin yaradıcısı Uilyam Steyq öz personajını peşəkar güləşçi Moris Tiyedən ilhamlanaraq yaradıb. Mo
🎯 Məşhur “Şrek” cizgi filminin yaradıcısı Uilyam Steyq öz personajını peşəkar güləşçi Moris Tiyedən ilhamlanaraq yaradıb. Moris Tiye 14 dil bilirdi, əla şahmat oynayırdı, qorxulu siması və böyük gücünə baxmayaraq, çox təvazökar və mehriban insan idi. O, 1903-cü ildə Rusiyanın Ural bölgəsində fransız ailəsində dünyaya gəlmişdi. 1917-ci ildə isə inqilabla əlaqədar Fransaya qayıdıb ömrünü burada keçirmişdi.

🛳️ Təxminən bir tur şirkəti Titanik gəmisinə turistik səfərlər təşkil edirdi. Sualtı qayıqlarla Titanikin batmış qalıqlarını
🛳️ Təxminən bir tur şirkəti Titanik gəmisinə turistik səfərlər təşkil edirdi. Sualtı qayıqlarla Titanikin batmış qalıqlarının olduğu dərinliyə enmək də daxil olmaqla 8 günlük tur üçün bir şəxs təxminən 250 min dollar pul ödəməli idi. ⛔️ Ancaq bazar günü dalışdan sonra sualtı qayıqdan alınan siqnallar 45 dəqiqə sonra kəsildi. Həmin sualtı qayıqda 5 nəfər var idi. OceanGate şirkətinə məxsus Titan adlı sualtı qayıqda 4 günlük təcili oksigen təchizatı quraşdırılmışdı və qayıqdakı oksigenin bu gün tamamilə bitməsi gözlənilir. ℹ️ Sualtı qayıqda Hamish Harding (Action Aviation şirkətinin sahibi), Şahzadə Davud (pakistanlı iş insanı) və oğlu, Stockton Rush (OceanGate şirkətinin qurucusu və CEO-su) və Paul Henry Nargeolet (fransız sualtı qayıq pilotu) var idi. Mütəxəssislər sualtı qayığın Titanikin qalıqlarına ilişib qaldığını, hətta partladığını ehtimal edirlər. Titanik gəmisi təxminən 3200 metr dərinlikdə yerləşir və burada suyun təzyiqi olduqca yüksəkdir.

ℹ️ Blanche Monnier (1849 - 1913) Fransanın Poitiers şəhərində zadəgan ailəsinin üzvü, fransız sosialist idi. 1876-cı ildə o,
ℹ️ Blanche Monnier (1849 - 1913) Fransanın Poitiers şəhərində zadəgan ailəsinin üzvü, fransız sosialist idi. 1876-cı ildə o, 27 yaşında bir vəkillə ailə həyatı qurmaq istəyirdi. Anası onun maddi durumunu arqument olaraq istifadə edərək qızının "qəpiksiz vəkillə" evlənməsinə icazə vermirdi. Buna görə də onu evin çardağındakı kiçik bir otağa bağlamış və 25 il tənha saxlamışdı. 🧐 1901-ci ildə polislər müəllifi indiyə qədər məlum olmayan birindən qız haqqında məktub aldılar. Evi yoxlamağa gələn polislər onun olduğu şəraiti gördükdə şoka düşdülər; qızın ətrafı çürümüş qidalar, böcəklərlə dolu idi, çəkisi isə 25 kq belə deyildi. 🧭 Polislər bundan sonra qızın anasını həbs etdilər, ancaq 15 gün sonra anası xəstəlikdən dünyasını dəyişdi. Monnier isə bir daha əvvəlki halına qayıda bilmədi. Bədənində bir çox xəstəliklər yaranmışdı, son olaraq isə psixoloji travmaya görə xəstəxanaya yatırılsa da, 1913-cü ildə burada dünyasını dəyişdi.

🧐 Pirr qələbəsi əhəmiyyətli itki hesabına əldə olunmuş, məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisədir. Pirr qələbəsi əslində məğlub olmağa məhkum olan qələbələri təsvir etmək üçün istifadə olunur. Bu hadisəyə istinad edərək, eyni şəkildə qazanılan döyüşlər Pirik qələbələr adlanır. ⚔️ Əfsanəyə görə eramızdan əvvəl 279-cu ildə hökmdar Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Lakin romalılar təslim olmamaq üçün əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Nəticədə Pirr müharibədə qalib gəlir; lakin o, 50 filin dəstəklədiyi bütün ordusunu itirir. Tez əldə edilən qələbədən sevinən Pirr mövcud itkiyə görə düşməni sonadək qovmamaq qərarına gəlir. ℹ️ Bundan bir qədər keçdikdən sonra Pirr Arqos adlı kiçik yunan şəhərinə gedir. Qaranlıq düşdükdə onun ən yaxşı əsgərləri əhalidən gizli şəkildə şəhərə daxil olur. Əhali hücumu ancaq filləri gördükdə hiss edir. Bütün gecə boyu döyüş gedir. Şəhərin dar və qaranlıq küçələrində tezliklə hər şey bir-birinə qarışır. Döyüşçülər artıq rəhbərlərinin əmrini eşitmir, nə baş verdiyini anlamırdılar. 📌 Günəş çıxdıqda Pirr şəhəri tərk etmək qərarına gəlir və Arqos divarları yanında ehtiyat ordu ilə gözləyən oğluna çaparla xəbər göndərir. Yeni plana əsasən, hökmdarın oğlu öz ordusu ilə şəhər divarlarında dəlik açmalı və ordu şəhəri oradan tərk etməli idi. Lakin çapar məlumatı yalnış anladığı üçün oğluna atasının onu şəhərdə gözlədiyini xəbər verir. 🧭 Oğul orduya şəhərə daxil olmaq əmri verir. Nəticədə iki qoşun çıxışda qarşılaşır və böyük çaxnaşma yaradır. Sözəbaxmayan filin qapıların önündə yerə yataraq tərpənməməsi çaxnaşmanı idarə edilməz hala gətirir. Pirri şəhərin müdafiəçilərindən birinin anası qətlə yetirir. Damda gizlənən qadın qopardığı daşı Pirrin üzərinə atır. Pirr aldığı zərbədən dünyasını dəyişir. 🗓️ O zamandan etibarən Çətin, şübhəli və dolaşıq şəkildə əldə edilən uğuru "Pirr qələbəsi" adlandırırlar. Bu qələbəyə nail olmaq üçün isə kütləvi sayda qurban tələb olunur.

photo content

🔍 Paradlarda və ya sirklərdə atların bu cür gəzə bilmələri üçün boyunlarını iplərlə saatlarla bu formada bağlayırlar. ℹ️ Ömr
🔍 Paradlarda və ya sirklərdə atların bu cür gəzə bilmələri üçün boyunlarını iplərlə saatlarla bu formada bağlayırlar. ℹ️ Ömrü boyu dəhşətli dərəcədə əziyyət çəkən bu atların boyun fəqərələri daimi olaraq zədələnir və hərəkət qabiliyyətini itirir.

🚂 Şəkildə gördüyüz lokomotiv Ərəbistan yarımadasının səhralıqlarında 100 ildən çoxdur ki, bu vəziyyətdə tərk edilib. 🎯 Hica
🚂 Şəkildə gördüyüz lokomotiv Ərəbistan yarımadasının səhralıqlarında 100 ildən çoxdur ki, bu vəziyyətdə tərk edilib. 🎯 Hicaz dəmiryolu Osmanlı imperatoru II Əbdülhəmid tərəfindən 1900-1908-ci illərdə inşa etdirilmişdi. Şam və Mədinə şəhərlərini əlaqələndirmək üçün qurulan dəmiryolu xəttinin uzunluğu 1322 km idi. ℹ️ Dəmiryolunun inşasında siyasi, iqtisadi, dini və hərbi məqsədlər var idi. Osmanlı bu ərazilərdə öz varlığını gücləndirmək, İstanbul ilə müqəddəs torpaqlar arasındakı nəqliyyatı sadələşdirmək və bu ərazilərə əsgər daşımalarını asanlaşdırmaq üçün bu proyekti həyata keçirmişdi. ⚔️ Ancaq həmin dövrdə ərəblər səhralıqda bu dəmiryolu xətti üzərindəki qatarlara çox hücum edirdilər. Yaxın məsafələrdə hərbi məntəqələr olsa da, bu kifayət etmirdi. Dəmiryolu xətti Birinci Dünya müharibəsi zamanı tamamilə dağıdılmışdı. Təxminən 100 il əvvəl Ərəbistanlı Lawrence tərəfindən pusquya salınan Osmanlı qatarı hələ də bu vəziyyətdə çölün ortasında qalır.

🎯 İsraildə yerləşən Yerusəlim şəhəri tarix boyu hər kəsin diqqət mərkəzində olub. Bunun əsas səbəblərindən biri də üç dünyəv
🎯 İsraildə yerləşən Yerusəlim şəhəri tarix boyu hər kəsin diqqət mərkəzində olub. Bunun əsas səbəblərindən biri də üç dünyəvi dinin burada birləşməsidir. ℹ️ Ancaq Yerusəlim şəhərinin tarixi olduqca qarışıqdır. İndiyədək şəhər uğrunda 16 müharibə aparılıb və şəhər 23 dəfə mühasirəyə alınıb, 52 dəfə hücuma məruz qalıb. O, həmçinin 44 dəfə ələ keçirilib və geri alınıb. Farslar, Romalılar, Osmanlı Türkləri və İngilislərin hər biri bir dəfə Qüdsü fəth ediblər. Yerusəlim şəhəri həm də ən azı iki dəfə dağıdılıb. 📢 Bundan başqa 150.000-dən çox yəhudi məzarının olduğu Zeytun dağı dünyanın ən böyük və ən əhəmiyyətli yəhudi qəbiristanlığıdır. Qəbiristanlığın 3000 ildən çox yaşı var ki, bu da onu dünyanın ən qədim insan məzarlıqlarından birinə çevirir.

📌 Korinf kanalı dünyanın ən dar kanallarından biridir. Yunanıstanda yerləşən bu kanal Saronik körfəzini Korinf körfəzi ilə b
📌 Korinf kanalı dünyanın ən dar kanallarından biridir. Yunanıstanda yerləşən bu kanal Saronik körfəzini Korinf körfəzi ilə birləşdirir. ℹ️ Bu ərazidən kanalın çəkilməsi Makedoniyalı İsgəndərin arzusu idi. E.ə. 307-ci ildə Demetriy I Poliorket kanalın tikintisi ilə bağlı misir mühəndislərini dəvət etdi. Ancaq mühəndislər kanalın tikintisinin mümkünsüz olduğunu demişdilər. Bizim eranın 67-ci ilində Neronun dövründə kanalı qazmağa başladılar. Qazıntıda 6000 yaxın qul iştirak edirdi. Onun ölümündən sonra, 68-ci ildə işlər dayandırıldı. 🛠️ 1821-ci ildə kanalın tikintisinə yenidən təşəbbüs göstərilsədə, iqtisadi baxımdan əlverişli olmadığı üçün 23 aprel 1882-ci ildə kanalın tikintisinə start verildi. 11 il davam edən kanalın tikintisi 25 iyun 1893-cü ildə yekunlaşdı. 🛳️ Müasir dövürdə kanal daha çox turist marşurtlarına xidmət edir və il ərzində 11 000 gəmi buradan keçir.

🧐 Təsəvvür edin ki, hər hansı kitabı əlinizə alırsınız və oxuduğunuz hər şeyi uzun müddət sonra belə xatırlaya bilirsiniz. B
🧐 Təsəvvür edin ki, hər hansı kitabı əlinizə alırsınız və oxuduğunuz hər şeyi uzun müddət sonra belə xatırlaya bilirsiniz. Bu cür super qabiliyyət fantastika kimi səslənə bilər, ancaq real dünyada elə insanlar var ki, onlar istənilən məlumatı yadlarında saxlaya bilirlər və yəqin ki, siz həmin insanlardan biri deyilsiniz. 📌 Keçən bloq yazımızda İkinci Beyin sistemindən bəhs etmişdik. Həmin yazının nümunələrlə videosunu da hazırlamışıq. ✍️ Bu videomuzda beyin gücündən, hər şeyi yadda saxlamaq və lazım olduğu anda istifadə etmək üçün istifadə edə biləcəyiniz metoddan bəhs edirik. İkinci Beyin adlandırdığımız bu sistem sizin hadisələrə baxış bucağınızı da tamamilə dəyişə bilər. 👇🏻 https://ytbe.one/CfWXXDjlDi4 https://youtu.be/CfWXXDjlDi4

📸 Bu gördüyünüz şəkil ABŞ-da Nyu York şəhərində çəkilib. Meşə yanğınlarına görə havanın rəngi Marsı xatırladır. 🌳 Meşə yanğ
📸 Bu gördüyünüz şəkil ABŞ-da Nyu York şəhərində çəkilib. Meşə yanğınlarına görə havanın rəngi Marsı xatırladır. 🌳 Meşə yanğınları isə ABŞ-da baş verməyib. Kanadanın Quebec əyalətinin yaxınlığında başlayan yanğın artıq 4 milyon hektar əraziyə yayılıb. ℹ️ Kanada da hər il bu cür yanğınlar baş versə də, bu dəfəki yanğının miqyası böyükdür. Yanğına səbəb isə meşəyə istirahətə gedən insanların diqqətsizliyi olub. Ölkə ərazisində artıq milyonlarla insana maska taxmaq tövsiyə edilib. 🧐 Şərhlərdən Kanada ərazisindəki yanğınların miqyasını təsvir edən bir neçə şəkil görə bilərsiniz.

🪐 Görkəmli dağları və donmuş ovaları ilə Günəş sisteminin unudulmuş "planeti" Pluton. ℹ️ Şəkildə gördüyünüz ərazi NASA-nın N
🪐 Görkəmli dağları və donmuş ovaları ilə Günəş sisteminin unudulmuş "planeti" Pluton. ℹ️ Şəkildə gördüyünüz ərazi NASA-nın New Horizons adlı peyki vasitəsilə 2015-ci ildə çəkilmişdi. Plutonda yerləşən buz dağlarının ümumi hündürlüyü 3500 metrdir. Donmuş nitrogen axıntılar səbəbindən səthə gün işığı çox az dəyir. Elm adamları bu əraziləri Dünyadakı qütb bölgələrinə bənzədirlər. 📸 Fotoda həmçinin Günəş sisteminin hüdudlarında yerləşən planetdə səthin forması və atmosferin incəliyi də əks olunub. NASA bu görüntünü əldə etmək üçün 18000 km uzaqlıqdan 380 km-lik ərazinin fotosunu çəkib.

Youtube kanalımız 👇👇 https://www.youtube.com/@azimoffff

🧐 Təsəvvür edin ki, hər hansı kitabı əlinizə alırsınız və oxuduğunuz hər şeyi uzun müddət sonra belə xatırlaya bilirsiniz. B
🧐 Təsəvvür edin ki, hər hansı kitabı əlinizə alırsınız və oxuduğunuz hər şeyi uzun müddət sonra belə xatırlaya bilirsiniz. Bu cür super qabiliyyət fantastika kimi səslənə bilər, ancaq real dünyada elə insanlar var ki, onlar istənilən məlumatı yadlarında saxlaya bilirlər və yəqin ki, siz həmin insanlardan biri deyilsiniz. 📌 Problemin kökünü tapa bilmək üçün ağıllı insanların metodlarına baxmaq lazımdır. Beyin gücünü artırmağın yolu əslində sadədir. ✍️ Bu yazımızda beyin gücündən, hər şeyi yadda saxlamaq və lazım olduğu anda istifadə etmək üçün istifadə edə biləcəyiniz metoddan bəhs edirik. İkinci Beyin adlandırdığımız bu sistem sizin hadisələrə baxış bucağınızı da tamamilə dəyişə bilər. Ətraflı oxumaq üçün yazımıza keçid edin. Yazının videosu isə qısa zamanda kanalımızda paylaşılacaq. 👇🏻 https://sciencearc.com/beyin-gucunu-artirmaq-ikinci-beyin/

🔍 Zhuai Macao körpüsü 55 kilometr uzunluğa sahib olan və dəniz üzərində tikilən dünyanın ən uzun körpüsüdür. Körpünün istism
🔍 Zhuai Macao körpüsü 55 kilometr uzunluğa sahib olan və dəniz üzərində tikilən dünyanın ən uzun körpüsüdür. Körpünün istismar müddəti 120 ildir və 18.8 milyard dollara başa gəlib. 📍Hong Kong

1937-ci ildə Adolf Hitlerin təşkil etdiyi mitinq. Bəşər tarixində heç bir mitinq bu qədər insanı bir araya gətirməmişdir. Bu
1937-ci ildə Adolf Hitlerin təşkil etdiyi mitinq. Bəşər tarixində heç bir mitinq bu qədər insanı bir araya gətirməmişdir. Bu mitinqdə iştirak edən bütün bu insanlar 8 il sonra, 1945-ci ildə Hitlerin ideyalarını heç vaxt dəstəkləmədiklərini söylədilər.

🐈 1964 -cü ildə Moskvadakı Hollandiya Səfirliyində iki Siyam pişiyi daim divarları cızır və miyoldayırdı. Pişiklərin sahiblə
🐈 1964 -cü ildə Moskvadakı Hollandiya Səfirliyində iki Siyam pişiyi daim divarları cızır və miyoldayırdı. Pişiklərin sahibləri işi araşdırmaq qərarına gəldikdə, divarların içərisində siçan tapacaqlarını düşünürdülər. ℹ️ Ancaq nəticə tamamilə fərqli idi. Onlar rus agentləri tərəfindən binaya yerləşdirilmiş mikrofonları tapdılar.

🌎 İllik insan ölümlərinə görə ən ölümcül canlılar (2022) 1️⃣ Ağcaqanadlar 🦟: 1 milyon 2️⃣ İlanlar 🐍: 100 min 3️⃣ İtlər 🐕: 30 min 4️⃣ Şirin su ilbizləri 🐌: 20 min 5️⃣ Assassin həşəratları 🐜: 12 min 6️⃣ Milçəklər 🪰: 10 min 7️⃣ Ascaris qurdları 🐛: 2.5 min 8️⃣ Timsahlar 🐊: 1K 9️⃣ Tapeworm parazitləri 🪱: 700 🔟 Begemontlar 🦛: 500

🌎 İllik insan ölümlərinə görə ən ölümcül canlılar (2022) 1⃣Ağcaqanadlar 🦟: 1 milyon 2⃣İlanlar 🐍: 100 min 3⃣İtlər 🐕: 30 min 4⃣Şirin su ilbizləri 🐌: 20 min 5⃣Assassin həşəratları 🐜: 12 min 6⃣Milçəklər 🪰: 10 min 7⃣Ascaris qurdları 🐛: 2.5 min 8⃣Timsahlar 🐊: 1K 9⃣Tapeworm parazitləri 🪱: 700 🔟 Begemontlar 🦛: 500