« من القلب إلى ربي »
Открыть в Telegram
Bəkr əbu Zeyd (رحمه الله) demişdir: Yoxsul kəs dua etməyə tənbəllik edəndir ki, artıq o, öz nəfsinə xeyir və ehsan qapılarını bağlamışdır..
БольшеСтрана не указанаКатегория не указана
232
Подписчики
Нет данных24 часа
+27 дней
+830 день
Архив постов
İnsanların arasındasan, amma ruhun yenə də yarımçıq və narahatdır? Bu, dünyanın sənə verdiyi vədələrin saxtalığından irəli gəlir. Sən axtardığın hüzuru insanların rəyində, dünya malında və ya keçici dostluqlarda tapa bilməzsən. Çünki qəlbin birbaşa Yaradanın əmanətidir və o, yalnız Sahibini tanıdıqda və Ona təslim olduqda rahatlıq tapar.
• T.me/QelbdenRebbime •
DEPRESSİYADASAN ?
Allah əzzə va cəllə dedi :
Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı daralar..
Ta ha 20:124
• T.me/QelbdenRebbime •
Sevgi bir-birinə çatmaq üçün günahı vasitə etmək deyil. Sevgi, günahdan qaçaraq bir-birinə Allahın razılığı ilə yaxınlaşmaqdır. İnsanların qurduğu saxta sevgi macəraları ötəridir, lakin Allah rizası üçün qurulan sevgi – əbədiyyətə uzanan bir ibadətdir..
• T.me/QelbdenRebbime •
Allaha and olsun ki, əgər sənin adını - Allahı zikr edənlər arasında qeyd edən mələklərin çığırtısını eşitsəydin, sevincdən ölərdin və
Onu yad etməyi dayandırmazdınn…• T.me/QelbdenRebbime •
Dua etdiyin halda hələ də narahatsansa, bil ki,təslimiyyətində bir əskiklik var.
Dua - istəmək deyil, güvənməkdir.• T.me/QelbdenRebbime •
Çox ibadət edib təkəbbürlənmək,günah edib tövbə etməkdən daha təhlükəlidir.Çünki biri qəlbi yumşaldır,digəri isə onu daşlaşdır..
• T.me/QelbdenRebbime •
Həyat yalnız böyük hədəflərdən ibarət deyil, həm də kiçik detallardan ibarətdir. Etdiyin hər işdə niyyətini Allah üçün tut ki,gündəlik vərdişlərin ibadətə çevrilsin. Çünki Allah işinin həcminə deyil, niyyətinin doğruluğuna baxır..
• T.me/QelbdenRebbime •
Qaranlıqda heç kimin görmədiyi yerdə etdiyin hərəkət, sənin əsl şəxsiyyətindir. İnsanların tərifinə ehtiyac duyma , çünki insanlar xaricinə, Allah isə qəlbinə və niyyətinə baxır.
• T.me/QelbdenRebbime •
Əziz « Qəlbdən Rəbbimə » kanal izləyiciləri..
Allahdan sizdən və bizdən kəsdiyimiz qurbanları,etdiyimiz duaları və saleh əməllərimizi qəbul etməsini niyaz edirəm.
Qurban Bayramınız mübarək olsun.
• T.me/QelbdenRebbime •
Allahım bizi dində fəqih et, elm sahibi et. Ən əsası isə Quranını öyrənməyi, öyrətməyi və onunla yaşamağı bizə nəsib et. Fiqh məsələlərini bizim üçün açıq et, hədisləri və sünnəni həyatımızda tətbiq etməyə bizi müvəffəq et. Bizi Quran və Sünnə yolundan ayırma Ya Rəbb.
• T.me/QelbdenRebbime •
Allahım, bizi Arafa gününün rəhmətindən və qəbul olunan dualarından məhrum etmə...
• T.me/QelbdenRebbime •
Ona görə də bu günü qənimət bilin. Çox dua edin. Çox istiğfar edin. Günahlarınız üçün göz yaşı tökün. Özünüz üçün, valideynləriniz üçün,ailəniz üçün,dua edin.
• T.me/QelbdenRebbime •
Bəlkə bu, həyatımızın son Arafa günüdür, və bəlkə də Allahın bizə verdiyi son böyük fürsətlərdən biridir.
• T.me/QelbdenRebbime •
Sosial şəbəkələr gözləyə bilər. İşlər gözləyə bilər. Dünya məşğuliyyətləri gözləyə bilər. Amma ömür gözləmir. Heç birimiz gələn Arafa gününə çatacağımıza zəmanət verə bilmərik. Keçən il bizimlə olub bu il olmayan nə qədər insan var…
• T.me/QelbdenRebbime •
Arafa günü tövbə günüdür. Bu gün bir çox günahların bağışlandığı, bir çox qəlblərin dəyişdiyi və bir çox insanın hidayət tapdığı bir gündür. Kim bilir? Bəlkə də bu gün tövbə qəbul ediləcək. Bu gün bizimlə Allah arasında olan bütün maneələri aradan qaldıracaq və bəlkə də bu gün tökülən tək bir göz yaşı Qiyamət günü qurtuluşumuzun səbəbi olacaq.
• T.me/QelbdenRebbime •
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
