Şə𝙝𝙞𝙙𝙡ə𝙧𝙞𝙢𝙞𝙯🇦🇿🕊
رفتن به کانال در Telegram
Şəhidlərimizi Unutmayağ🇦🇿 Allah bütün Şəhidlərimizə Rəhmət Eləsin🥀💔
نمایش بیشتر414
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-77 روز
-2030 روز
آرشیو پست ها
+2
🇦🇿 Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
M.İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək bir neçə saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. Mübariz İbrahimov səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin🇦🇿🥀
🇦🇿 Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz Mustafayev 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. "215 kl" studiyasının yaradılmasının təşəbbüskarı və yaradıcısı olub.
Dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.
O, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Allah rəhmət eləsin. 🥀🇦🇿
🇦🇿 Şanlı aprel döyüşlərindən 10 il ötür🇦🇿
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən 10 il ötür.
2016-cı il aprelin 2-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı keçirib və 2000 hektardan çox ərazini işğaldan azad edib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin🥀🇦🇿
+1
Turxan Rəsul oğlu Allahverdiyev 5 aprel 1996-cı ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub. 2002-ci ildə Gədəbəy rayonunun Niyaz İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbdə 1-ci sinifə daxil olub. 2013-cü ildə məktəbi bitirib.
Turxan 2014-cü ilin Aprel ayının 8-də Gədəbəy Rayon Hərbi komissarlığına çağırılıb. Hərbi xidmətini Milli Qvardiyada (XDMX — Xüsusi Dövlət Mühafizə Xidməti) göstərib. 2015-ci ilin oktyabr ayında tərxis olub. Turxan 2019-cu ilin iyul ayında MAXE (müddətdən artıq xidmət edən) hərbi qulluqçusu kimi xidmət edib. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladı. Turxan Allahverdiyev könüllü olaraq döyüş bölgəsinə yollanır. Şuşada gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirir. Qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlir. Turxan noyabr ayının 12-də doğulduğu Gədəbəy rayonunun İnəkboğan kənd qəbiristanlığında dəfn olunub. Şəhidimiz 2 medalla təltif edilib.
Allah rəhmət eləsin 🥀🇦🇿
Raqim Teymur oğlu Hadıyev 1999-cu il martın 19-u Lənkəran rayonunun Alazepin kəndində anadan olub. Orta təhsilimi Alazepin kənd məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb. Raqim 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Hərbi Komissarlığa müraciət edib və müraciəti qəbul edilib. Raqim Hadıyev Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Noyabrın 4-ü Qubadlı uğrunda gedən döyüşdə şəhadət şərbətini içərək şəhidlik zirvəsinə yüksəlib. "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin🥀🇦🇿
Toğrul Siyavşah oğlu Hacıyev 1991-ci il fevralın 4-də Göyçay rayonunun Çayarxı kəndində anadan olub. 2 uşağı yadigar qalıb.
Toğrul Hacıyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Hacıyev oktyabrın 25-də Xocavənd döyüşləri zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. 4 medalla təltif edilib.
Allah rəhmət eləsin🥀🇦🇿
İman Alməmmədov 17 may 1999-cu ildə Şahbuz rayonunun Kolanı kəndində dünyaya göz açmışdır. Orta təhsilini əvvəlcə, Şahbuz rayon Kolanı kənd orta məktəbdə, sonra isə Babək rayon Vayxır kənd məktəbində almışdır. Orta məktəbdən məzun olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirmişdir.
Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Hadrutun, həmçinin, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin və Xocalı rayonunun Çanaqçı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuş, Şuşa rayonunun Daşaltı kəndində mühasirədə qalsa da, mühasirədən çıxmağı bacarmışdır. İman Alməmmədov 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şahbuz rayonunun Kolanı kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz 2 medalla təltif edilib.
Allah rəhmət eləsin
